16:39 / 28-11-2024
Sabah qar yağacaq
Lukaşenko oğlunu prezidentin köməkçisi vəzifəsindən azad edib
Tarix: 01-03-2021 19:40 | Bölmə: Dünya
Lukaşenko oğlunu prezidentin köməkçisi vəzifəsindən azad edib

Belarus Prezidenti Aleksandr Lukaşenko böyük oğlu Viktor Lukaşenkonu özünün milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsindən azad edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə bu gün Belarus dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

V. Lukaşenko Belarus Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi üçün yuxarıda qeyd olunan vəzifədən azad edilib.

Qeyd edək ki, V. Lukaşenko 26 fevralda Belarus Milli Olimpiya Komitəsinin prezidenti seçilib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər