Bolton: “Tramp Putin və Si Zinpinə qibtə edir”
Tarix: 09-07-2020 18:35 | Bölmə: Dünya / Xəbərlər
Bolton: “Tramp Putin və Si Zinpinə qibtə edir”

“Tramp Putin və Si Zinpinə qibtə edir”.

Reyting.az
“Deutsche Welle”-yə istinadla xəbər verir ki, bunu keçmiş ABŞ Milli Təhlükəsizlik müşaviri Con Bolton deyib. "Düşünürəm ki, Tramp nəinki ümumiyyətlə bürokratiyaya, hətta öz işçilərinə də çox etimad etmir. O, ABŞ-da prezident olmağın nə demək olduğunu hələ də tam başa düşmür.”

Bolton əlavə edib: "Mən psixiatr deyiləm və insanları psixoanaliz etmirəm, amma Tramp Si Zinpin və Vladimir Putini qısqanırdı. O, “böyük insanlarla" danışmağı sevirdi”.

Trampın Rusiya prezidentindən qorxduğunu soruşduqda Bolton deyib:

"Düşünmürəm ki, ondan qorxsun. Trampda tənqid ediləcək çox şey var, amma bu, onun bir çox tərəfdarını onun sui-qəsdinin qurbanı olduğunu söyləməyə sövq edir”.

Con Bolton Trampın onun üçün hazırlanan məlumatları belə oxuyacağına inanmadığını söyləyib. "Ağ Evdə işlədiyim 17 ay ərzində prezidentin gündəlik hesabatları oxuduğunu heç görmədim".

O, həmçinin Ağ Evin Donald Trampın planetin ən məlumatlı adamı olması iddiasını rədd edib. "Prezident kifayət qədər məlumat almır".

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}