Deputat: "Süni qiymət artımı əhaliyə böyük zərbə vurur"
Tarix: 24-01-2023 12:07 | Bölmə: Xəbərlər / İqtisadiyyat
Deputat: "Süni qiymət artımı əhaliyə böyük zərbə vurur"

"Süni sürətdə qiymət artımının hər faizi əhaliyə ildə 500 milyon manatdan çox ziyan vurur. Azərbaycanda qiymət artımı idxal, iqtisadi inkişaf və inhisarçıların addımları olmaqla 3 mənbədən asılıdır”.

Reyting.az
xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli deyib.

O, daha sonra dərmanların bahalaşmasından danışıb, bunun ailə büdcəsinə güclü zərbə vurduğunu deyib: "Türkiyədə qiyməti 3,2 manat olan dərman Azərbaycanda 39,4 manata satılır. Bunu qarşısını düşünürəm ki, Rəqabət Məcələsinin qəbul olunması alacaq. Cəzalandırımayacağına tam əmin olan insan istədiyi kimi qiyməti artırır”.

E.ARAZ




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}