08:08 / 28-04-2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
08:02 / 28-04-2024
Bu gün magistraturalara qəbul imtahanıdır
07:56 / 28-04-2024
Ağdamda növbəti mina partlayışı olub, xəsarət alan var
22:50 / 27-04-2024
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
22:39 / 27-04-2024
Yunanıstanın baş naziri Türkiyəyə səfərə hazırlaşır
18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
18:15 / 27-04-2024
DİN: "Toplum TV”-nin əməkdaşı saxlanılmayıb"
17:09 / 27-04-2024
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
15:53 / 27-04-2024
Ali Məhkəmənin hakimi özünü öldürüb
14:39 / 27-04-2024
Prezident bir qrup sahibkarı təltif edib - Siyahı
13:42 / 27-04-2024
ANAMA əməkdaşı Şuşada minaya düşüb
12:45 / 27-04-2024
Laçının Sus kəndinə ilk köç olacaq - Fotolar
12:11 / 27-04-2024
Sabah hava necə olacaq? - Proqnoz
11:59 / 27-04-2024
Dünyanın ilk süni enerji adası tikilir
10:14 / 27-04-2024
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:09 / 27-04-2024
Marsdakı "hörümçək sürüsü"nün sirri açılıb - Fotolar
09:27 / 27-04-2024
Britaniyanın lüks avtomobilləri Rusiyaya daşınır
08:18 / 27-04-2024
"Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - Fotolar
08:09 / 27-04-2024
Rusiyada azərbaycanlılarla taciklər arasında kütləvi dava: ölən və yaralananlar var
21:36 / 26-04-2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - Fotolar
20:58 / 26-04-2024
İlham Əliyevlə Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
20:46 / 26-04-2024
Azərbaycan və Almaniya prezidentləri görüşüb - (Yenilənib) - Fotolar
19:35 / 26-04-2024
43 pişiyi ac-susuz saxlayan şəxsi həbs ediblər
19:06 / 26-04-2024
Rusların hücum etmək istədiyi iki xəstəxana təcili boşaldılır
18:43 / 26-04-2024
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndi və Şuşaya səfər ediblər - (Yenilənib) - Foto
18:41 / 26-04-2024
İsveç Latviyaya qoşun və zirehli texnika göndərir
18:36 / 26-04-2024
Blinken Pekində Çini hədələyib
18:20 / 26-04-2024
20-yə yaxın məhbus həbsxanadan qaçmağa cəhd edib - Foto
18:15 / 26-04-2024
Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatlar dəqiqləşdirilir
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
17:29 / 24-04-2024
24 Aprel - Erməni Yalanı Günüdür
18:05 / 23-04-2024
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
09:21 / 24-04-2024
Bakıda Qırğız Kino Günləri başlayıb - Fotolar
09:19 / 24-04-2024
Azərbaycan Kuboku: bu gün finalçılar bəlli olacaq
13:07 / 26-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı gedib - (Yenilənib)
10:09 / 27-04-2024
Marsdakı "hörümçək sürüsü"nün sirri açılıb - Fotolar
14:30 / 24-04-2024
İlham Əliyevlə Sadır Japarov görüşüb, yeni sənədlər imzalanıb - (Yenilənib)
00:11 / 24-04-2024
İrana qarşı sanksiya siyahısı genişləndirilib
Azərbaycanda kosmik sənaye intibah dövrünü yaşayır
Tarix: 17-01-2018 13:11 | Bölmə: Layihə
"Azərkosmos”un sədri deyir ki, "Azerspace” və "Azersky” layihələri ölkəmizi dördüncü sənaye inqilabına hazırlayır
Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində uğurların ələ olunması artıq göz qabağındadır. Müasir texnologiyanın tətbiqi, informasiyalı cəmiyyətin formalaşdırılması yönündə həyata keçirilən layihələr öz nəticəsini verir. Hətta Azərbaycan kosmik sənayenin inkişafı sahəsində də mühüm nailiyyətlər əldə edib.
Azərbaycan tarixinin önəmli layihələrindən biri olan "Azerspace-1” peykinin 2013-cü ildə orbitə çıxarılması ilə ölkəmiz azsaylı dövlətlərin təmsil olunduğu "kosmik klub”a üzv olub. Uzaq olmayan keçmişə nəzər salsaq görərik ki, Azərbaycanda bir çox digər sahələrdə olduğu kimi, kosmik sənayenin əsasları da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində "Kosmik cihazqayırma konstruktor bürosu” yaradılıb və kosmik tədqiqatların aparılmasına başlanılıb. Əfsuslar olsun ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən siyasi proseslərin destruktiv təsirləri kosmik sənayedən də yan keçməyib, bu sahədə ixtisaslaşmış kadrların ölkədən axınına, əldə olunmuş bilik və təcrübənin itirilməsinə səbəb olub.
Prezident İlham Əliyevin 2009-cu ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib. Bu da öz növbəsində, xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırıb və "Azerspace-1” ölkəmizin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilib.
"Azerspace-1” peyki ilə yanaşı, "Azersky” da suverenliyimizin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. 2015-ci ildən etibarən "Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir, həmçinin işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bundan başqa, ötən il Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində genişlənmələr aşkar edilib.
"Azerspace-1” rəqabətə girir
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclas zamanı İKT-nin inkişafı, kosmik sənaye sahəsində görülən işlər də müzakirə mövzusu olub.
"Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev bildirib ki, peyk proqramlarının biznes layihəsi kimi özünü doğrultması istiqamətində ölkə başçısının verdiyi tapşırıqların icrası da davamlı şəkildə həyata keçirilir. Onun sözlərinə görə, dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazasına malik olan "Azerspace-1” peyki üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə, 100-ə yaxın televiziya və radio kanalı yayımlanır: “Bu gün Reuters, MTV, National Geographic kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes-tərəfdaş olaraq bizi seçir. Rəqib peyk operatorlarından fərqli olaraq, "Azerspace-1” üzərindən yayımlanan kanalların məzmun seçiminə xüsusi həssaslıqla, etik və milli mənəvi dəyərlər prizmasından yanaşırıq. Bu, bizim tam kommersiya istiqamətində çalışmağımıza məhdudiyyətlər yaradır. Lakin biz bu itkiləri ölkəmizdə digər sahələrin inkişafı hesabına kompensasiya etməyə çalışırıq. Belə ki, prezidentin idman sahəsində yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq, ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin müsbət təsirlərindən faydalanan sahələrdən biri də peyk yayımı sahəsidir. 2015-ci ildə vətənimizdə keçirilən ilk Avropa Oyunları, həmçinin ötən ilin ən önəmli idman hadisələrindən biri olan IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları "Azerspace-1” peyki üzərindən yayımlandı. Bu da "Azərkosmos”un "İSB” və "Tata Communications” kimi nüfuzlu yayım şirkətlərinin daimi subpodratçılar siyahısına daxil edilməsinə və nəticədə peykimizin orbital mövqeyinin tanınmasına səbəb oldu”.
Sədr onu da nəzərə çatdırıb ki, "Azərkosmos” qlobal peyk xidmətləri bazarının fonunda kiçik, regional peyk operatorudur. Lakin peyk xidmətləri bazarında fəaliyyət göstərdiyimiz dörd il ərzində biz, bu əlverişsiz mövqeyi üstünlüyə çevirməyə çalışmışıq. “Fəaliyyətimizi Strateji İnkişaf Planı əsasında qurur, korporativ idarəetmənin ən son yeniliklərini tətbiq edirik. Bütün bunların nəticəsi olaraq, "Azərkosmos” kommersiya fəaliyyətinə başladığı dövrdən ötən qısa müddət ərzində peyklərin istismarından 90 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Əldə olunan gəlirlər peyklərin maliyyələşdirilməsi üçün alınmış kreditlərin ödənilməsinə yönəldilir”, - deyə Nəbiyev əlavə edib.
Kosmik sənayenin aqrar sahəyə töhfəsi
Məlumat üçün bildirək ki, Azərbaycanın peyk şəbəkəsi ölkəmizin suverenliyinə xidmət etmək və biznes layihəsi olmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafa dəstək verir. Prezidentin göstəriş verdiyi istiqamətlərdə, yəni kənd təsərrüfatında məhsuldarlığın dəqiq müəyyən edilməsi, eləcə də torpaqlardan istifadənin və əkin sahələrinin uçotu ilə bağlı konkret layihələr həyata keçirilib. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi ilə ötən il pilot layihə olaraq, respublikanın dörd rayonunda 5 növ kənd təsərrüfatı məhsulunun məhsuldarlığı proqnozlaşdırılıb, subsidiyalara nəzarət məqsədilə bitki örtüyünün dəqiq xəritəsi hazırlanıb. Bu il isə layihənin bütün ölkə miqyasında həyata keçirilməsi nəzərdə tutulur.
R.Nəbiyev deyib ki, ötən il ərzində respublika üzrə bütün istixanaların peyk təsvirləri vasitəsilə monitorinqi də aparılıb, istixana altında olan torpaq sahələrinin dəqiq sahəsi müəyyən edilib və elektron xəritəsi hazırlanıb:
“Əmlak Məsələləri Dövlət Komitəsi ilə birgə Şəki rayonunda pilot layihə olaraq, kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinin kosmik monitorinqi aparılıb və bu il analoji layihənin daha bir neçə rayonda icrası nəzərdə tutulur. Həmçinin ötən "Bakutel” sərgisində verdiyiniz tapşırıqların da icrasına – yəni, pivot suvarma sisteminin tətbiq edildiyi əkin sahələrinin və respublika üzrə meşələrin monitorinqinə başlanılıb. Prezidentin "Azərbaycan heç vaxt bu qədər güclü olmayıb” fikrini müxtəlif sahələrdə çalışan Azərbaycan şirkətləri öz gündəlik fəaliyyətlərində hiss edirlər. Bu güc və beynəlxalq nüfuz bizə imkan verir ki, ən qabaqcıl kosmik texnologiyaların, bilik və bacarıqların ölkəmizə transferini həyata keçirək. Belə ki, ilk milli peykimiz Amerika şirkəti tərəfindən istehsal olunub, fransız şirkəti tərəfindən orbitə çıxarılıb. "Azersky” isə fransız şirkəti tərəfindən istehsal olunaraq Hindistan şirkəti tərəfindən orbitə çıxarılıb. Peyk layihələrinin maliyyələşdirilməsi həmin ölkələrin maliyyə qurumları ilə yanaşı, o cümlədən Yaponiya bankları tərəfindən həyata keçirilib. Digər tərəfdən, fəaliyyətə başladığımız 2011-ci il "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın ilk məzunlarının əmək bazarına daxil olduğu ilə təsadüf etdi. Proqram çərçivəsində texniki ixtisaslara üstünlüyün verilməsi "Azərkosmos”un azərbaycanlı gənclərdən ibarət texniki heyətinin formalaşması zamanı seçim imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirdi. Bu gün peyklərimiz tam şəkildə yerli mütəxəssislər tərəfindən idarə olunur. Müşahidələrimizə əsasən, ötən əsrin 80-90-cı illərində doğulan, bu gün ölkəmizin əmək bazarının əhəmiyyətli hissəsini – 40 faizini təşkil edən və "minilliyin gəncliyi” adlandırılan bu yaş qrupunun öz spesifik xüsusiyyətləri var. Bu gəncliyi qeyri-maddi motivatorlar maddi rifahdan daha çox düşündürür. Onlar gördükləri işin ali məqsədə xidmət etməsini istəyir və üzərilərinə məsuliyyət götürərək sərbəst çalışmağa üstünlük verirlər. "Azerspace” və "Azersky” kimi layihələrin həyata keçirilməsi bu gənclərə müsbət mənada özlərini tapmaq, potensiallarını reallaşdırmaq imkanı verir, vətənimizdən "beyin axınının” qarşısını alır və ən əsası, ölkə olaraq bizi dördüncü sənaye inqilabına hazırlayır. Bu sənaye inqilabının əsas aparıcı qüvvəsini insan potensialı, xüsusilə də onun intellekti təşkil edir. İnanırıq ki, bu gün "Azərkosmos” da daxil olmaqla, Sizin fərman və sərəncamlarınızla yaradılmış texnoloji şirkətlərdə çalışan potensiallı gənclərimizin bir qrupu yaxın gələcəkdə öz startap layihələri ilə yeni iş yerləri yaradan innovativ sahibkarlara çevriləcək”.
"Azərkosmos”da Tədqiqat və İnkişaf Mərkəzi
Onu da qeyd etmək lazımdır ki, bu sahədə inkişafımızın növbəti mərhələsi olaraq "Azərkosmos”da Tədqiqat və İnkişaf Mərkəzi yaradılıb. Hazırda bu Mərkəzdə peyklərin idarə edilməsi sahəsində müxtəlif proqram təminatlarının hazırlanması, neyron şəbəkələr əsasında qurulmuş sistemlər vasitəsilə peyk təsvirlərində obyektlərin və dəyişikliklərin avtomatik tanınması, süni intellekt həlləri və digər sahələr üzrə tədqiqatlar aparılır.
Sədr onu da vurğulayıb ki, Korporativ Sosial Məsuliyyət çərçivəsində "Azərkosmos” Milli Aviasiya Akademiyası ilə nano peyklərin hazırlanması sahəsində tərəfdaşlıq edir. Onun sözlərinə görə, 2016-cı və 2017-ci illərdə Akademiyanın tələbələrinin hər il NASA tərəfindən keçirilən beynəlxalq "CanSat” tələbə peyki müsabiqəsində iştirakına tərəfimizdən dəstək verilib, tələbələrimizin hazırladığı model peyklər uğurla səmaya buraxılıb: “Bu ildən isə Təhsil Nazirliyi ilə birlikdə universitetlərarası analoji müsabiqənin keçirilməsinə start verilib”.
Gələcək inkişaf planları barədə də danışan ASC sədri deyib ki, biznesin davamlılığını təmin edəcək "Azerspace-2”nin orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir: “Peykin aprel ayında orbitə çıxarılması nəzərdə tutulur. "Azerspace-2” hazırkı əhatə zonamızı genişləndirməklə yanaşı, "Azerspace-1”in orbitdəki ehtiyatı olacaq, bu da bizə müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək”.
R. Nuriyev qeyd edib ki, "Azerspace-2” peyki orbitə buraxılmamış onun tutumlarının 46 faizi artıq "İntelsat” şirkətinə satılıb: "Azersky” peyki üzrə isə əldə etdiyimiz gəlirlərin 98 faizi xarici bazarlarda formalaşır. Bu baxımdan peykin imkanlarının ölkəmizdə daha geniş tətbiqi məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə "Azərbaycan Respublikasında 2018-2022-ci illərdə Yerin peyk vasitəsilə məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Dövlət qurumlarında bu xidmətlərdən faydalanmaq üçün müasir maddi-texniki təminat səviyyəsinin və sahə üzrə ixtisaslı kadrların kifayət etməməsi həmin proqramın hazırlanmasını zəruri edib. Hesab edirik ki, Dövlət Proqramının qəbul olunması növbəti beş ildə məsafədən müşahidə xidmətlərinin inkişafına təkan verər, müşahidə xidmətləri vasitəsilə dövlət idarəetməsinin effektivliyini artırar və bu sahə üzrə elmi-tədqiqat və ixrac potensialını yüksəltmiş olar”.
Kosmik sahəyə göstərdiyi xüsusi diqqətə görə dövlət başçısına "Azərkosmos” ASC-nin kollektivi adından təşəkkür edən R. Nuriyev əmin edib ki, qarşılarına qoyulmuş hədəfləri tam məsuliyyətlə dərk edir və bu hədəflər üzrə fəaliyyətlərini əzmlə davam etdirirlər.
Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır