Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
Akademikin armudu stəkanındakı limon
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
Ayı ata və oğula hücum edib
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
Pakistanın qara səhifəsi - Fotolar
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilib - Yenilənib
Tarix: 10-11-2015 22:03 | Bölmə: Mətanət ƏLİYEVA

Milli Təhlükəsizlik Nazirliyində baş verən hadisələrə rəsmi mətbuatdan fərqli olaraq, sadə insanlar başqa cür şərh verirlər. Ümumilikdə fikir belədir ki, rüşvətə görə məmurları həbs edib işdən çıxarmırlar. İddia edirlər ki,MTN-nin sabiq rəhbəri Eldar Mahmudov hakim ailəyə xəyanət etdiyi üçün işdən çıxarılıb.
Başqa bir təbəqə deyir ki, Eldar Mahmudovu Putinin göstərişi ilə işdən çıxarıblar. Guya sabiq nazir qərbin Azərbaycandakı casuslarını, o cümlədən vəhabiləri və İŞİD-çiləri himayə edirmiş.
Yeri gəlmişkən, Rusiya gücləndikcə bizim qərbpərəstlər Rusiyapərəst mövqedən çıxış etməyə başlayacaqlar və bunu çox ustalıqla edəcəklər. Məsələn, akademik Nizami Cəfərov deyə bilər ki, yenidən kiril əlifbasına keçmək lazımdır. Yaxud rejissor Vahid Mustafayev Rusiyanın işğalçı siyasətindən bəhs edən "Qanlı yanvar” və "Xoca” filmlərindən imtina edə bilər və deputat Aqil Abbas qərbin işğalçı siyasətini ifşa edən roman yazar. "Qaçqınkom”un sədri Əli Həsənov bəyanat verə bilər ki, Qarabağın işğalında ermənilərin heç bir günahı yoxdur, günah ABŞ-dadır.
Bir vətəndaş olaraq mənim də bu məsələdə öz mövqeyim var. Hesab edirəm ki, Rusiya ilə qərb arasında 25 ilə yaxındır davam edən "müharibə”nin nəhayət ki, Rusiyanın qələbəsi ilə başa çatması Azərbaycanın xeyrinə olacaq, Qarabağ münaqişəsi həll olunacaq, Rusiya bazarı üzümüzə açılandan sonra iqtisadiyyatımız dirçələcək (yəqin ki, Gömrük İttifaqına qoşulmaq şərti ilə).
Bir günün içrəsində Rusiyapərəstə çevrilib Türkiyəni söyməyə başlayacaq qərbpərəst siyasətçilərimiz gözəl bilirdilər ki, dövlətin, xalqın maraqları qonşu dövlətlərlə - İran və Rusiya ilə strateji əməkdaşlıqdan keçir. Amma onlar o qədər axmaq deyildilər ki, cib maraqlarını qoyub dövlət maraqlarını düşünsünlər. Qərbin pullarını, siyasi dəstəyini hansı axmaq xalq maraqlarına dəyişər?
Rusiyann mövqeləri güclənməkdə davam edir. Odur ki, deputat Asim Mollazadə Leninin heykəllərini bərpa etmək təklifi ilə çıxış eləsə, təəccüblənməyin.
Bizim rəsmi orqanlar MTN-də aparılan həbsləri başqa səbəblərlə əlaqələndirməyə çalışırlar. Mətbuatda gedən yazılara inansaq, MTN əməkdaşları Cinayət Məcəlləsində əksini tapan bütün cinayət növləri ilə məşğul olublar.
Həm də deyilənlərə inansaq, MTN-ə əməkdaşları 200-500 min manat arası rüşvətlə götürürblər, general rütbəsini 1 milyon manat rüşvət müqabilində veriblər, MTN Akademiyasına qəbul üçün 150 min manat rüşvət alıblar, MTN zabitləri sahibkarlardan, nazirlərdən haqq alıblar, qadın, narkotik alveri ilə məşğul olublar, xarici kəşfiyyata casusluq ediblər, qohumbazlıq ediblər, reketlə məşğul olublar, bankın külli miqdarda kreditini mənimsəyiblər və sair buna görə həbs olunublar. Sadə adamlar məsələ ilə bağlı danışanda bir-birlərinə belə bir sual verir:"Bu ölkədə nə vaxtdan rüşvət alanları həbs edirlər? Məgərdigər güc strukturlarında vəziyyət başqa cürdür? Bəlkə əməkdaşları işə rüşvətsiz götürürlər? Bəlkə qohumbazlıq yoxdur?”
Məmurların məsələyə münasibətinə inansaq, Eldar Mahmudovun komandasının həbsindən sonra ölkədə sahibkarlıq inkişaf edəcək. Amma Əli İnsanovla Fərhad Əliyevin həbsindən sonra heç nə dəyişmədiyi üçün, lap nazirlərin hamısını həbs etsələr də, vətəndaşlar vəziyyətin dəyişəcəyinə inanmayacaqlar.
Ölkəni idarə edənlər başa düşürlər ki, büdcəni doldumaq üçün sahibkarlığı inkişaf etdirmək vacibdir, çünki bu, artıq neft pulları ilə mümkün deyil, neftimiz azalıb, qiyməti 50-60 faiz düşüb.
Sahibkarlığın inkişafı üçün çox işlər görmək lazımdır. Məsələn, dövriyyədəki pulu artırmaq, əldə olunan vəsaitləri iş yerləri açmağa yönəltmək üçün yaşayış mənzillərinə əmlak vergisi tətbiq etmək lazımdır. Amma bunu etməyəcəklər. Cünki məmurların hər birinin Bakıda yüzlərlə mənzili, onlarla çoxmərtəbəli binaları var. Bu mənzilləri kirayə də vermirlər, bu pula onların ehtiyacı yoxdur, binaları nəvələrinə, nəticələrinə saxlayırlar.
Normal ölkələrin təcrübəsində belədir ki, vətəndaşlar artıq yaşayış sahəsinə görə əmlak vergisi verirlər. Məsələn, adambaşına 50 kvadrat metrdən artıq əmlakı olan hər bir vətəndaş əlavə hər kvadrat metrə görə ildə 100 manat əmlak vergisi ödəsə, heç kim artıq mənzil saxlamaz, belə olduqda ısə həm mənzillər ucuzlaşar, həm də pullar ölü kapitala yönəlməz, banklara və sahibkarlıq fəaliyyətinə, iş yerləri açmağa yönələr rlardır, onların bəziləri həm də deputatdırlar.
"Zəhmətkeş ulduzlar,” verilişinin aparıcısı Ülviyyə Əliyeva Hacıqabulda çəkilişdə olarkən məni inandıra bildi ki, ölkədə çox müsbət işlər görülüb, sadəcə olaraq, biz hövsələsiz xalqıq və bunları görmək istəmirik. Ülviyyə xanım dedi ki, xərçəng xəstəsi olan anasını (Allah ona cansağlığı versin) bir dəfə İsrailə aparmaq ücün 20 min manat xərc çəkib. İkinci dəfə aparmağa pulu olmayıb, anasını Bakıda Milli Onkologiya Mərkəzinə aparıb və deyir ki, bu sahədə İsraildə olan bütün imkanlar, avadanlıq, Almaniyada, Rusiyada, Türkiyədə təhsil almış savadlı həkimlər bizdə də var və həkimlərimiz son dərəcə vicdanla və peşəkarlıqla xəstələrə xidmət edirlər.
Ordumuzdakı inkişafla bağlı da Ülviyyə xanım belə faktlar göstərdi. Çoxsaylı hökumət mətbuatı ya bu inkişafı işıqlandırmağı bacarmır, ya da onlar o qədər yalanlar danışıblar ki, həqiqəti deyəndə elə laqeyd deyirlər ki, insanları əsəbləşdirirlər.
Razıyam ki, son 25 ildə ölkəmizdə çox işlər görülüb. Məsələn, 25 il əvvəl rayonların əhalisi daimi işıq həsrətində idi. Halbuki sovet dövründə belə problem yox idi. 20-ci əsrin sonunda lampa işığında otururduq, sobada mal peyini yandırırdıq, halbuki sovet vaxtı bizim rayonda qaz var idi. Son 25 ildə etdiklərimiz sovet dövründəkilərin bərpasıdır, inkişaf deyil.
Şamaxının Qızmeydan kəndində indi də külək əsəndə işıqlar sönür. Elektrik montyorları kabelin qırıq yerini tapmaq üçün qarda- küləkdə Şamaxıdan Qızmeydana qədər kabeli yoxlaya-yoxlaya gəlirlər.Amma Sovet vaxtı kəndin normal işığı olub. Bütün ölkədə elektrik xəttlərinin dəyişmək və rayon, kənd yollarını təmir etmək üçün 1 neçə milyard manat bəs edər. Bakıda milyardlarla manat dəyəri olan lazımsız binalar tikilib və tikilir. Bu pulları insanların rahat yaşamasına yönəltmək üçün xalqı sevmək lazımdır. Sovet vaxtı ölkəmizdə mövcud olan iş yerlərinin hələ 10 faizini bərpa etməmişik. Bu gün görülən işlər isə, inkişaf deyil, müstəqil olandan sonra arımızın cüzi hissəsinin bərpasıdır.
----
Bölməyə aid digər xəbərlər
















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki