12:52 / 04-12-2024
KTMT Ermənistanla bağlı öhdəliklərini toxunulmaz saxlayıb
12:49 / 04-12-2024
Lionel Messi komanda yoldaşları ilə Bakıya gəlir
12:47 / 04-12-2024
Türk ordusu daha 9 terrorçunu zərərsizləşdirib
12:21 / 04-12-2024
Direktor olmaq istəyənlərin elektron qeydiyyatı başlayıb
12:14 / 04-12-2024
Sabahın hava proqnozu açıqlanıb
12:09 / 04-12-2024
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib - Foto
11:57 / 04-12-2024
Həm axtarışda olan terrorçu, həm də Əsədin yerinə namizəd - Colani kimdir?
11:52 / 04-12-2024
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
11:48 / 04-12-2024
Nazirlər Kabineti nəqliyyat vasitələri ilə bağlı qərar verib
11:41 / 04-12-2024
Bir musiqiçi Gülyaz Məmmədovaya 47 dəfə elçi göndərib
11:37 / 04-12-2024
Bakıda dələduzluq edən şəxslər saxlanılıb
11:26 / 04-12-2024
Millətimin qocası - Akif Abbasov yazır
11:11 / 04-12-2024
Məktəbəqədər təhsildə "ailə modeli" yaradacaqlar
11:07 / 04-12-2024
Müxalifət prezidentə qarşı impiçment proseduruna başlayıb
11:06 / 04-12-2024
“Günəşli” yatağında neftçi ölüb
10:49 / 04-12-2024
Eldar Zülfüqarov Çempionlar Liqası matçına təyinat alıb
10:46 / 04-12-2024
Şirvanda həkimi döyən şəxs cərimələnib
10:33 / 04-12-2024
Azərbaycanın təndir sənətkarlığı və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb
10:17 / 04-12-2024
Ceyhun Bayramov Maltaya gedib
10:12 / 04-12-2024
Bakıda quldurluq edən şəxs saxlanılıb
10:07 / 04-12-2024
Masazırda ərini öldürən 4 uşaq anası saxlanılıb
10:00 / 04-12-2024
Rektorun qızının qızıllarını ələ keçiriblər
09:35 / 04-12-2024
İki şəhər və bir rayonun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
08:00 / 04-12-2024
Məşhur reper ağır itki ilə üzləşib
07:56 / 04-12-2024
Jirinovskinin qızı deputat olacaq
07:51 / 04-12-2024
Mask: “Amerika iflasa yaxınlaşır”
07:44 / 04-12-2024
Fridrix Merz Rusiya ilə bağlı sözünü geri götürüb
07:40 / 04-12-2024
Avropada ölənlər doğulanları üstələyir
12:05 / 01-12-2024
SDU tələbələrinin məqaləsi ABŞ-da nəşr edilib - Fotolar
14:08 / 29-11-2024
DTX polkovnikin 70 kq qızılla İstanbulda saxlanılması barədə məlumat yayıb
21:57 / 03-12-2024
Rüfət Səfərov saxlanılıb - O, nədə ittiham olunur?
08:57 / 03-12-2024
Fazil Mustafa vətəndaş qəbulu keçirib - Fotolar
13:30 / 30-11-2024
DAMMİB İH-yə yeni sədr və üzvlər seçilib
14:15 / 29-11-2024
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - (Yenilənib)
15:10 / 29-11-2024
Faiq Ağayev yeni klipini təqdim edib - Video
14:13 / 03-12-2024
Naxçıvan Dövlət Universitetinə rektor təyinatı olub - Sərəncam
17:03 / 29-11-2024
Agentlikdə qanunsuzluq: tender keçirmədən 42 milyonluq müqavilə imzalanıb
12:58 / 02-12-2024
SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb
13:11 / 02-12-2024
Cəbrayıla daha 34 ailə köçürülüb - (Yenilənib)
11:09 / 03-12-2024
Sumqayıtda yaşayış binasında partlayış olub - (Yenilənib)
Deputat: “Hökumət Gürcüstana ilk sanksiyaların tətbiqi barədə düşünməlidir” - Müsahibə
Tarix: 10-05-2019 11:13 | Bölmə: Müsahibə
Qüdrət Həsənquliyev: “Kommunikasiya xətlərinin Gürcüstan üzərindən keçməsindən də çəkinmək lazım deyil”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsində gürcülərin Azərbaycana ərazi iddiasından, Dağlıq Qarabağın düşmən işğalından azad edilməsi perspektivindən və digər məsələlərlə bağlı müsahibə verib. Reyting.az həmin müsahibəni təqdim edir.
- Qüdrət bəy, Şuşanın və Laçının işğalından 27 il keçir. Necə düşünürsünüz, torpaqlarımızı işğaldan azad edə biləcəyik? Yoxsa bəzi adamların dediyi kimi, Şuşaya yalnız turist kimi getmək barədə düşünməliyik?
- Fakt budur ki, müharibəni xalq olaraq uduzmuşuq. Bizi XIX əsrdə Rusiya imperiyasının tərkibinə könüllü, yaxud zorla qatanda kiçik xanlıqlar şəklində yaşayırdıq. O zaman mərkəzləşmiş dövlətimiz və vahid milli şüur olmayıb. Ona görə də rəhmətlik Elçibəy deyirdi ki, güclü dövlət quruculuğu MİLLƏTLƏŞMƏKdən keçir.
Sovet hakimiyyəti illərində repressiya mühiti ali dəyərlərə yiyələnmiş millət kimi formalaşmağımıza imkan vermədi. Onun nəticəsi idi ki, qorxu mühitində yaşamış xalqımız ermənilərin qarşısına yaxşı dövlət adamları, diplomatlar, siyasətçilər, hərbçilər, jurnalistlər çıxara bilmədi. Nəticədə güclü siyasətçilərimiz və diplomatlarımız olmadığı üçün özümüzə müttəfiq tapa bilmədik. Hətta xalqımızın ruhunu, gen yaddaşını oyadıb onu savaşa səfərbər edəcək şeirlər, əsərlər yazılmadı. Hazırlıqlı jurnalistlərimiz və düzgün informasiya siyasətimiz olmadığı üçün informasiya müharibəsini uduzduq. İşğala məruz qaldığımız halda, bizə sanksiyalar tətbiq olundu. Peşəkar hərbçilərimiz yetərincə olmadığı üçün döyüş meydanında uduzduq. Siyasi şüurun zəifliyi xalqımızı təxribatlar qarşısında müdafiəsiz qoymuşdu. Repressiya mühiti insanlara qorxu və satqınlıq hissləri aşıladığından, aramızdan çoxlu xainlər çıxsa da, həmin xainlərə və güclü düşmənlərimizə qarşı dayana biləcək yetərli sayda qəhrəmanlar ortaya qoya bilmədik. Təəssüf ki, uzun illərin müstəqillik və “atəşkəs” dövründə də bu nöqsanları tam aradan qaldıra bilməmişik.
Sovet dövründə qonşularımız dünya elminə və mədəniyyətinə çıxış imkanı verən rus dilini əsasən mənimsədiyi halda biz bunu bacarmadıq. SSRİ Ali Sovetində olan deputatlarımız rəqiblərə cavab vermək imkanı olmayanda çarəni sap düyünləyib, cadu edib onların dillərini bağlamaqda görürdü. İndi onlar dünya dili olan ingilis dilini mənimsəyir, biz isə rus dilində təhsil verən məktəblər açırıq. Hətta bu misalla da “müharibəni niyə uduzduq?” sualına cavab tapmaq olar. Bu gün də yüksək ballar toplayan istedadlı gənclərimizi ali hərbi məktəblərə cəlb edə bilməmişik. Hər il beş yeni tank almaqdansa, yaxud İTV kimi beş kanalı saxlamaqdansa, informasiya müharibəsində rəqabətə davamlı olmaq üçün avropalıların 35%-nin etibarlı informasiya mənbəyi kimi qəbul etdiyi “əl-Cəzirə” kimi ingilis dilli bir kanalın açılmasının vacibliyini qəbul edə bilməmişik və s. Ona görə də təxribatçı agentlər bilərəkdən insanları mənən sındırmaq üçün “Şuşaya turist kimi gedəcəyik” kimi fikirlər səsləndirirlər. Amma etiraf edək ki, real vəziyyəti təhlil edib ümidsizliyə qapılaraq artıq “Qarabağ gedib” deyə düşünənlər, hətta bu barədə açıq danışanlar da var .
Vəziyyətdən çıxış yolu daxildə islahatları dərinləşdirməkdən, Rusiya ilə danışıqlar aparıb anlaşmağa cəhd etməkdən və bu alınmasa, xarici siyasətdə Qərbyönümlü, Avroatlantik məkana inteqrasiya xətti götürüb torpaqlarımızın azadlığı üçün böyük qəhrəmanlıqlara və itkilərə hazır olmağımızdan keçir.
Bunun alternativi heç bir qərar qəbul etmək gücündə olmayan ermənilərlə danışıqlar üçün hətta vaxt qoymaq belə imkanımızın olmadığı mənasız yüzillik danışıqlar aparmaq olacaq. Ermənilər isə torpaqlarımızı məskunlaşdıracaq, təbii sərvətlərimizi talayacaq. Biz isə güclü dövlətimizin olmasından ağızdolusu danışacaq, hərbi paradlarda Ordumuza baxıb qürur hissi keçirəcək, Qarabağın işğaldan azad olunması üçün möcüzə gözləyəcəyik. Əsl həqiqət bundan ibarətdir.
- Gürcülərin Azərbaycana ərazi iddiasını necə qiymətləndirirsiniz?
- Azərbaycan ermənilərə münasibətdə buraxdığı səhvi təkrarlamamalıdır. Qardaşlıq və dostluq haqqında oxunan moizələr keçərli deyil. Gürcüstanın baş naziri və xarici işlər naziri ilə üst səviyyədə təcili görüşlər keçirilməli və təxribatlara son qoyulması tələb olunmalıdır. Azərbaycan hökuməti gürcü xalqının eşidəcəyi səviyyədə bəyan etməlidir ki, yalnız Azərbaycan əsgərinin üzərindən keçib Keşikçi dağa sahib ola bilərsiniz. Siz müharibə istəyirsinizsə, biz hazırıq. Azərbaycan artıq 1988-ci ildəki Azərbaycan, Gürcüstan da Rusiyanın forpostu deyil. Bundan başqa, biz Gürcüstanda öz qədim torpaqlarında yaşayan azərbaycanlılarla, din qardaşlarımız olan acar xalqının nümayəndələri və müxalifət partiyaları ilə ciddi işləməliyik. Onlar bilməlidirlər ki, Zurabişvili Gürcüstanın yox, xarici havadarlarının, o cümlədən ermənilərin maraqlarından çıxış edir. Erməni diasporu çoxdan, o hələ Fransa diplomatı olarkən onu satın alıb. Eyni zamanda zəiflik kimi qiymətləndirilməsindən çəkinmədən qardaş Türkiyə rəsmiləri ilə danışılmalıdır. Onlar da gürcüləri başa salsın ki, iki qardaş dövlət arasında yerləşdikləri halda belə qorxulu işlərlə məşğul olub Gürcüstan dövlətinin varlığını təhlükəyə atmaq olmaz. Düşünürəm ki, hökumət Gürcüstana ilk sanksiyaların tətbiqi barədə də düşünməlidir. Kommunikasiya xətlərinin Gürcüstan üzərindən keçməsindən də çəkinmək lazım deyil. Onların da dünyaya çıxışı Türkiyə üzərindəndir. Türkiyə və Azərbaycansız onların iqtisadiyyatını təsəvvür etmək belə mümkün deyil. Hətta bunlarsız belə kommunikasiya xətlərinin kəsilməsi Gürcüstanda dərhal hakimiyyət dəyişikliyi deməkdir.
- İran-ABŞ münasibətləri barədə fikirləriniz nədir? Qarşılıqlı hədələr hara aparıb çıxaracaq?
- İran həm azərbaycanlıların dövlətidir (tam milli haqlarına sahib olmasalar da), həm də bizə qonşu müsəlman dövlətidir. Ona görə orada yaşananlar bizi ciddi narahat edir. Düşünürəm İran rəsmilərinin müdrikliyi çatacaq ki, nəticəsi bəlli olan hərbi qarşıdurmadan yayınsın. Mətbuatdan oxudum ki, Tramp İran Prezidentini danışıqlara dəvət edib. Məncə, bu şansdan yararlanmaq lazımdır. Ümumiyyətlə, mən İranın nüvə texnologiyasına sahib olmasını və gələcəkdə nüvə silahı əldə etməsini təhlükə kimi qəbul etmirəm. İrandan daha az demokratiyaya sahib olan ölkələr nüvə silahına malikdir. Nüvə silahının çəkindirici gücü bəşəriyyəti üçüncü dünya müharibəsindən qoruyur. İran nüvə silahı əldə edərsə qısa bir müddət sonra Türkiyə də nüvə silahına sahib olacaq. Bu zaman regionda hərbi balans yaranacaq, bölgədə bir dövlətin hegemonluğuna son qoyulacaq. Region qanlı müharibələrdən sığortalanacaq. Bəzi insanlarımızı o narahat edir ki, İran nüvə dövləti olarsa azərbaycanlıların taleyi necə olacaq? Azərbaycanlıların taleyi ilə bağlı variantlardan biri budur ki, onlar çoxlu uşaq dünyaya gətirməlidirlər. Necə ki, Rusiya ilə müharibədən sonra çeçenlər bunu edir. İranın demokratikləşməsi qaçılmazdır. Azərbaycanlılar bu prosesdə yaxından iştirak etməlidirlər. O zaman onlar İranda siyasi hakimiyyəti götürüb xalqların milli hüquqlarını bərpa edər, İranı fars millətçiliyinə söykənən dövlət olmaqdan çıxarıb, çoxmillətli, bərabər hüquqlu bir İran dövlətinə çevirə bilərlər. Farslar Azərbaycan türklərinin idarəetməsində daha firavan həyata sahib olar, yaxud istəməsələr ayrılıb öz dövlətlərini qurarlar. Çexlər və slovaklar kimi. Dinc və sivil formada. O zaman regionda ən azı türklərin yönəltdiyi iki dövlət nüvə silahına sahib olar ki, bu da regiona sülh, ədalət və rifah gətirər.
Reyting.az
Bölməyə aid digər xəbərlər

18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 21:27
Rahib Qərib: “Mən seçicilərimə vəd yox, kişi sözü verirəm” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə
9-10-2022, 14:22
Sülhəddin Əkbər: “İran yalnız Zəngəzur dəhlizinin açılacağından qorxmur” - Müsahibə