12:22 / 15-09-2025
Fransanın yeni səfiri Bakıya gəlir
12:15 / 15-09-2025
Bloger Məhəmməd Mirzəliyə qiyabi hökm oxunub - 6 il 6 ay həbs cəzası
11:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Fotolar
11:23 / 15-09-2025
Təyyarə qəzasından yalnız pilot sağ çıxıb
11:20 / 15-09-2025
General: Putin sadəcə qorxudur, panikaya ehtiyac yoxdur
11:13 / 15-09-2025
Almanlar Rusiyanın NATO ölkəsinə hücumundan qorxur
11:09 / 15-09-2025
Füzulinin Qaraxanbəyli kəndinin layihəsi açıqlanıb
11:06 / 15-09-2025
İlham Əliyev Xocalıda daha bir kəndə baş çəkib - Fotolar
11:04 / 15-09-2025
Ruslar kombaynları vurub, 12 nəfər yaralanıb
10:59 / 15-09-2025
İlham Əliyev Xocalı rayonunun Badara kəndində olub - Fotolar
10:55 / 15-09-2025
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
10:43 / 15-09-2025
Rusiyada azərbaycanlı İjevsk Şəhər Dumasının deputatı seçilib
10:28 / 15-09-2025
Sabirabadda 42 yaşlı şəxs qətlə yetirilib
10:22 / 15-09-2025
Donald Tramp İsrailə xəbərdarlıq edib
09:56 / 15-09-2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış olub - Fotolar
09:39 / 15-09-2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
09:34 / 15-09-2025
Bakıda mənzildən meyit tapılıb
09:14 / 15-09-2025
Məşhur media şirkəti "Google"-ni məhkəməyə verib
09:05 / 15-09-2025
NATO qoşunları Polşaya gələcək
08:57 / 15-09-2025
Xəzər dənizində zəlzələ baş verib
08:13 / 15-09-2025
Çində uçan naməlum obyekt vurulub?
08:08 / 15-09-2025
Husilər silahı yerə qoymağı düşünmürlər
08:01 / 15-09-2025
Gideon Saar Petro Sançesin hərəkətini “biabırçılıq” adlandırıb
07:55 / 15-09-2025
“Çarli Kirk şousu”nu Vens aparacaq
07:47 / 15-09-2025
Baş nazir: “İsrailə qarşı İslam ölkələrinin güc alyansını yaradaq”
07:39 / 15-09-2025
Azərbaycanda Bilik günü qeyd olunur
07:30 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib
18:40 / 14-09-2025
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
17:39 / 14-09-2025
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

21:32 / 10-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

17:29 / 10-09-2025

10:50 / 12-09-2025

23:44 / 12-09-2025

Xanəndə tamaşaçılardan test imtahanı götürəcək - Müsahibə
Tarix: 17-05-2019 23:20 | Bölmə: Müsahibə

Əməkdar artist Nuriyyə Hüseynova səhnəni ön cəbhə hesab edir
O, bir Turan sevdalısı...
O, xarakteri, yaşam tərzi, böyütdüyü övladları ilə örnək ola biləcək bir Azərbaycan xanımı...
O, elinə-obasına, ölkəsinə, dövlətinə başucalığı gətirən bir vətəndaş...
O, səsi, sənəti ilə Azərbaycan musiqisini dünyada layiqincə təmsil etməyə çalışan, UNESKO tərəfindən kompakt-diski buraxılan bir xanəndə...
O, Azərbaycanın qəhrəmanlıq tarixində şərəfli yerlərdən birini tutan Cavad xanın ömür-gün yoldaşı Şükufə xanımın filmdə bədii obrazını yaradan istedadlı bir aktrisa...
O, Mədəniyyət və İncəsənət Universitetində, Bülbül adına orta ixtisas musiqi məktəbində tələbələr yetişdirən bacarıqlı pedaqoq...
O, Əməkdar artist Nuriyyə Hüseynova...
Azərbaycanın və dünyanın müxtəlif ölkələrində konsert proqramları ilə çıxış edən Nuriyyə xanım Heydər Əliyev Sarayında "Eşq bir sirdir" adlı ilk böyük solo-konsertinə hazırlaşır. İyunun 5-i yaxınlaşdıqca məşqlər daha da intensivləşir. Tanınmış xanəndə ilə növbəti məşqdən öncə söhbətləşirik.
- Nuriyyə xanım, yaradıcılığınızı yaxından izləyən biri kimi deyə bilərəm ki, tez-tez konsert proqramları ilə çıxış edirsiz, sonuncu konsertinizdən o qədər də çox vaxt keçməyib...
- Sənətlə məşğul olan insanlar, özəlliklə də biz xanəndələr daim xalqın arasındayıq. Düşünürəm ki, təkcə telekanallarda, radio efirlərində, el məclislərində çıxış etməklə kifayətlənməməli, böyük konsert salonlarında da tamaşaçılar qarşısında hesabat verməliyik.
Müxtəlif illərdə Filarmoniyada, Akademik Opera və Balet Teatrının səhnəsində, Muğam Mərkəzində solo-konsertlər vermişəm. 2017-ci ildə Avstriyanın Vyana şəhərində keçirilən konsertim də yaradıcılıq bioqrafiyamda önəmli yer tutur. Avropanın mədəniyyət paytaxtlarından biri sayılan bu şəhərdə Vyananın "Virtuoz" Kamera Orkestri ilə çıxışım uğurlu alındı. Müxtəlif ölkələri təmsil edən tamaşaçılar muğam və xalq mahnılarımızı, Azərbaycan bəstəkarlarının əsərlərini böyük maraqla qarşıladılar. Əcnəbilər tərəfindən alqışlanmaq, dəfələrlə səhnəyə dəvət olunmaq təbii ki, qürurvericidir. Ötən il ABŞ-ın Çikaqo şəhərindəki konsertim də yüksək səviyyədə keçdi.
Qeyd etdiyiniz kimi, Bakıda sonuncu konsertimdən o qədər də çox zaman keçməyib. Ötən ilin yayında Muğam Mərkəzinin səhnəsində Mədəniyyət və İncəsənət Universitetindəki tələbələrimlə "Vətənimizi sevirik" adlı kompozisiya ilə çıxışım oldu və biz bu konserti Cümhuriyyətimizin şanlı 100 illiyinə həsr etdik. Noyabrda Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdindəki "Dədə Qorqud" ansamblı ilə "Bura Vətəndir" adlı konsert verdim. Qeyd etdiyiniz kimi, qısa fasilədən sonra yenidən tamaşaçılarla görüşə hazırlaşıram. Ölkəmizin ən möhtəşəm salonunda- Heydər Əliyev Sarayında ilk böyük solo-konsertim olacaq.
- Konsertin adından da göründüyü kimi həmin axşam "Eşq bir sirdir" mahnısını ifanızda bir daha eşitmək imkanı olacaq...
- "Eşq bir sirdir" 10 ildən çoxdur ki, repertuarımdadır. Düşünürəm ki, istər ölkəmizdə, istərsə də Azərbaycandan kənarda tanınmağımda və populyarlıq qazanmağımda bu mahnının böyük rolu olub. Yaratdığınız fürsətdən istifadə edib "Eşq bir sirdir" kimi əsəri ərsəyə gətirən insanlara- mahnının sözlərini yazan Nizami Muradoğluna, bəstəkarı-qızım Çilənay xanıma, aranjiman edəni Mahir İbrahimova və səs rejissoru Elçin Əhmədova bir daha təşəkkürümü yetirirəm.
- Bu gün izlədiyim məşqdən belə anlaşıldı ki, solo-konsertdə həm muğamlarımız, həm də bəstəkar mahnıları səslənəcək...
- Repertuar seçiminə həmişə ciddi yanaşmağa çalışıram, çünki bu, həssaslıq tələb edən məsələdir. Solo-konsertlərdə çox ağır musiqi ilə tamaşaçını yormaq olmaz, proqram elə tərtib edilməlidir ki, konsertə gələnlər vaxtın necə gəlib-getdiyini hiss etməsinlər. Əvvəlki konsertlərimdə olduğu kimi, bu dəfə də muğamlarımızdan, təsniflərdən və görkəmli bəstəkarlarımızın əsərlərindən ibarət 2 hissəli proqram hazırlamışam. Ölkə rəhbərinin sərəncamı ilə bu il "Nəsimi İli" elan olunub. Repertuarda bunu də nəzərə almağa çalışmışam, konsertdə Nəsiminin qəzəlləri səslənəcək. İyunun 5-i həm də nakam taleli şairimiz Müşfiqin doğum günüdür, onun sözlərinə bəstələnən mahnılar səslənəcək. Eyni zamanda, bu gün Türkiyədə, Cənubi Azərbaycanımızda sevilən türkilər ifa edəcəm. İyunun 5-i Azərbaycanımızda həm də Ramazan bayramı qeyd olunacaq. Mövlanənin, Yunus Əmrənin sözlərinə bəstələnən ilahilərlər də ifa etməyi də düşünürəm. Düşüncəmə görə, Allaha varmağın yolu təkcə məscidlər, camelər gəzməkdən keçmir, o yollardan biri də insanın özünə varmaqdır. Bu yolu gedən insan sonda hökmən Allahına varacaq. Tanıyanlar yaxşı bilir ki, mən Turan sevdası ilə yaşayan, millətimi sevən, ermənilər xaric bütün millətlərə, dinlərə sayğı ilə yanaşan bir insanam.
Məşqin gedişindən də gördüyünüz kimi, çox ciddi və məsuliyyətlə çalışırıq. Hər zaman bunu söyləyirəm, səhnə ön cəbhədir, orda qalibiyyət də var, məğlubiyyət də. Səhnədə məsuliyyət hiss etməsən, fədakarlıq göstərməsən, sənətə, tamaşaçıya eşqlə, sevgi ilə yanaşmasan məğlub olarsan. Solo-konsertdə Mövlanənin, Yunus Əmrənin, Nəsiminin, Hüseyn Cavidin, Müşfiqin tərənnüm etdiyi sevgidən bir çələng hörməyə çalışacağıq.
- Solo-konsertin aparıcılığını kimə etibar edəcəksiz?
- Gözəl sənətkara, qardaş saydığım dəyərli bir insana. Amma onun adını hələ açıqlamaq istəmirəm. Məni səhnədə "Dədə Qorqud" ansamblı müşayiət edəcək, amma kənardan da bir neçə musiqiçi dəvət etmişəm. Həmin axşam musiqili qonağım da olacaq, onu da hələlik gizli saxlayıram. Deyirsiniz ki, konsertlə bağlı bütün sirləri açım?
- Niyə də yox?
- Qoy bəzi məsələlər konsert başlayana qədər dəyərli tamaşaçılarım üçün gizli qalsın.
- Hətta sponsorun adı da?
- Nuriyyə Hüseynovanın solo-konsertinin sponsoru yoxdur. Bütün məsələləri özüm həll edirəm. Amma həmin gün tədbirimizin yüksək səviyyədə alınması üçün çalışan insanlar var, onları mütləq qeyd etməliyəm. Heydər Əliyev Sarayının direktoru Fərhad Babayev, İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımov məhz belə insanlardı. İTV solo-konserti lentə alıb televiziya tamaşaçılarına təqdim etməyi planlaşdırır, bunun özü mədəniyyətimizə, musiqimizə verilən dəyərin bir nümunəsidir.
- Bilet satışı ilə maraqlanırsızmı?
- Təbii ki, maraqlanıram. Satış hələlik pis getmir, konsert gününə qədər biletlərin satılıb qurtaracağına inanıram. Bayaq qeyd etdiyim kimi, sənətkar gərək tamaşaçıya sevgi, sayğı ilə yanaşsın. Eyni zamanda da tamaşaçının münasibəti də qarşılıqlı olmalıdır. Bu eşq, bu sevgi qarşılıqlı olmasa heç kimi məcburən konsert salonuna gətirib 2 saat orada oturda bilməzsən. Son günlər Türkiyədən, İrandan zəng edib konsertimdə iştirak etmək üçün Bakıya gələcəklərini deyənlər var, sosial şəbəkələr üzərindən də xeyli tamaşaçım yazır, bilet aldıqlarını bildirirlər.
Deyirlər hər bir solo-konsert sənətkar üçün tamaşaçıları qarşısında bir imtahandır. Mən də bu fikirlə razıyam. Lakin hesab edirəm ki, "Eşq bir sirdir" adlı solo-konsertim həm də tamaşaçılar üçün bir test imtahanı olacaq. Bilmək istəyirəm ki, onlar ciddi sənətlə məşğul olan sənətkarı çox dəyərləndirir, yoxsa şou göstərən şoumeni...
Etibar CƏBRAYILOĞLU
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə