15:04 / 01-07-2025
“Sputnik Azərbaycan” işi üzrə 7 nəfər saxlanılıb - Fotolar
14:53 / 01-07-2025
Təkrar sertifikatlaşdırma: 2006 müəllim keçid balını toplaya bilməyib
14:08 / 01-07-2025
Fransada istilər səbəbindən məktəblər bağlanıb
13:59 / 01-07-2025
Rusiya iqtisadiyyatı tənəzzül həddinə çatır, sənaye böyük itki ilə üzləşir
13:34 / 01-07-2025
Baş prokuror Səfərovların öldürülməsi faktı ilə bağlı cinayət işi başladıb
13:01 / 01-07-2025
Ərdoğan “ikinci vətən”indən niyə küsüb?
12:39 / 01-07-2025
Azərbaycan Dünya Bankı ilə 173,5 milyon dollarlıq kredit sazişi imzalayıb
12:33 / 01-07-2025
Almaniya Rusiyaya qarşı hərbi gəmilər göndərəcək
12:16 / 01-07-2025
Avropa İttifaqına sədrlik Danimarkaya keçib
12:10 / 01-07-2025
İran nüvə danışıqları üçün şərtlər irəli sürür
11:56 / 01-07-2025
Deputat azərbaycanlılara qarşı törədilmiş cinayəti pisləyir
11:44 / 01-07-2025
Yekaterinburqda öldürülən qadaşlarla bağlı ekspertiza rəyi açıqlanıb
11:39 / 01-07-2025
Slovakiya Elçin Qasımovu Azərbaycana səfir təyin edib
11:35 / 01-07-2025
İran prezidenti Qarabağa gəlir
10:45 / 01-07-2025
Rusiya yeni ərazilərin işğalına hazırlaşır
10:33 / 01-07-2025
Ağdamda İƏT-in Forumu keçirilir - Fotolar
10:21 / 01-07-2025
17 yaşlı oğlan Qarabağ kanalında batıb
09:39 / 01-07-2025
DTX dövlətə xəyanətdə ittiham olunan şəxsi saxlayıb
09:24 / 01-07-2025
Putin repressiyalarının növbəti qurbanını axtarırlar
09:03 / 01-07-2025
Süni intellekt dünyanı ələ keçirir - Foto
08:11 / 01-07-2025
“Trump Victory” ətiri satışdadır
08:05 / 01-07-2025
KTMT-çilər artan təhlükədən ciddi narahatdırlar
07:59 / 01-07-2025
Akula yeniyetməyə hücum edib
07:52 / 01-07-2025
ABŞ gözlənilmədən Moskvaya ultimatum verib
07:43 / 01-07-2025
“Rusiya İmperator Hərəkatı” qadağan edilə bilər
07:39 / 01-07-2025
İlon Mask “Amerika” Partiyası yaradacaq?
23:24 / 30-06-2025
Rus İcmasının Mədəniyyət Mərkəzi bağlanıb?
21:03 / 30-06-2025
Rusiyada öldürülən qardaşların cənazəsi Azərbaycana gətirilib - (Yenilənib)
18:51 / 30-06-2025
İran liderinin müşavirini öldürmək istəyiblər
18:44 / 30-06-2025
Aİ rəsmisi: "Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıq..."
16:17 / 26-06-2025

13:16 / 29-06-2025

18:04 / 26-06-2025

12:57 / 27-06-2025

00:02 / 27-06-2025

08:55 / 28-06-2025

00:01 / 28-06-2025

16:30 / 26-06-2025

17:57 / 30-06-2025

11:12 / 28-06-2025

15:08 / 30-06-2025

00:25 / 27-06-2025

Zəlimxan Məmmədli: “Soydaşlarımız Gürcüstandakı aksiyalarda meydanda olmalıdır” - Müsahibə
Tarix: 29-06-2019 15:46 | Bölmə: Müsahibə

Borçalı Cəmiyyətinin sədri deyir ki, Azərbaycan Qafqazda demokratik platformanın aparıcı fiqurlarından birinə çevrilməsə 5-ci kolonun platformasına vasitə ola bilər
Qonşu Gürcüstanda baş verən proseslər Azərbaycanda da diqqətlə izlənilir. Çünki Gürcüstan Azərbaycanla qonşu olmaqla yanaşı, həm də yüz minlərlə soydaşımızın yaşadığı ölkədir.
Borçalı Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli Reyting.az-a müsahibəsində deyib ki, Gürcüstan çox ciddi keçid mərhələsindədir:
- Bu ölkə Avroatlantik məkanın astanasındadır. Həm də Rusiya faktoru var. Gürcüstan russifistlərlə zəngin, 5-ci kalonun fəal olduğu ölkədir. İndiki hakim komanda da Rusiyanın kapitalı və gizli dəstəyi ilə hakimiyyətə gəlib. Bütün hallarda məsələ nədir? Gürcüstanı demokratik inkişafdan ləngitmək, Avropaya inteqrasiyasını əngəlləmək, NATO-nun Gürcüstanda bazalarının yerləşdirilməsinə mane olmaq, həm də Qafqazda Rusiyanın planına uyğun olaraq Azərbaycan və Gürcüstan arasında konfliktlər yaratmaq başlıca amildir. Bu, indiki hakimiyyətin Moskvanın maraqlarına uyğun olan davranışıdır. Hazırki komanda hakimiyyətə gələn gündən bu addımını atmaqda davam edir. Bunu isə cəmiyyət görür.
Gürcüstan cəmiyyəti müstəqillikdən sonra bir neçə hakimiyyət dəyişikliyinə vərdiş eləyib. İnsanların əhəmiyyətli hissəsi siyasi proseslərdə Azərbaycandan fərqli olaraq iştirak eləyir. Seçki prosesinə inanırlar. Bələdiyyələrdən tutmuş, müxtəlif hakimiyyət formalarında olan seçimlərdə vətəndaşlar birbaşa iştirak edirlər. İndiki zamanda seçki prosesində hakimiyyətin ciddi şəkildə saxtalaşdırma eləməsi, prezident seçkilərində xüsusilə, demokratik formada səsləri oğurlaması və bunun özü artıq elektoratın yadındadır.
Qriqol Vaşadzenin tərəfdarları mitinqlər keçirib bəyanat verdilər ki, hakimiyyəti tanımırlar. O cümlədən, hakimiyyətdən tələbləri oldu. İnzibati resurslarla, polis rejimindən istifadə edərək hakimiyyət bunu arxa plana keçirə bildi. Ancaq ən incə məqam Gürcüstanın ərazisini bölən və işğal eləyən, yəni Osetiya və Abxaziya məsələsində Gürcüstana kürəkdən zərbə vuran Rusiya faktorudur ki, bu, Gürcüstanda çox həssasdır. Partiyalararası iclasların keçirilməsi isə Gürcüstanın qüruruna sataşmaq kimi qəbul olundu. Gürcüstan parlamentli respublikadır və proseslər rus deputatın parlament sədrinin kürsüsündə oturmasından sonra başladı. Bütün tərəflər vahid mövqe ifadə etdilər. Hətta əski və indiki hakimiyyətin nümayəndələri, prezident olmuş Marvelaşvili, digər siyasi müxalifət qüvvələri, cəmiyyətin əhəmiyyətli hissəsi, xüsusilə gənclər aktiv mövqe sərgilədilər ki, işğalçının o masada oturması, xüsusilə rus dilində çıxış eləməsi yolverilməzdir. Bu əsas verdi ki, növbəti etapda aksiyalar başlansın. Həssas bir məqamdır. Bundan da məharətlə istifadə olundu. Burada, ola bilsin, süni şəkildə ortaya atılan detallar da var. Amma mahiyyət etibarı ilə müxalifət haqlıdır, get-gedə onun sıraları genişlənir. Aksiyanın tələblərini dəstəkləyənlərin də sayı artır. Hətta bu yaxınlara qədər İvanişvili hakimiyyətində Baş nazir olmuş Kvinikaşvili də bu prosesləri dəstəklədi. Parlament nümayəndələrindən indiki hakim komandanın sıralarını tərk edib müxalifətə keçənlər də oldu.
Artıq Gürcüstan siyasi orientasiyanın müəyyənləşməsində israrlıdır. Gürcülər Avropaya meyilli, həm də demokratik islahatların aparılamsının tərəfdarıdır. Yəni demokratik islahatları ləngitmək olmaz və Avopaya inteqrasiya prioritetdir. Bu, iki tərəfdir.
İvanaşvili hakimiyyəti isə missiyasını gizlədir. İndiki hakimiyyətin Moskva qarşısında götürdüyü öhdəlik budur: arxayın ol, mən Gürcüstanı sənin ayağına gətirəcəm. Obrazlı götürsək, məsələ budur, amma o da əmələ gəlmir.
- Bəs qonşuluqdakı proseslərin Azərbaycana təsiri ola bilərmi?
- Biz çox sevinməliyik ki, bizim qonşumuzda demokratiyanı birmənalı şəkildə həzm eləmiş və mübarizə meydanında olan Gürcüstan və gürcü xalqı var. Bunun özü mahiyyət etibarı ilə kifayət qədər tərəddüdlü və diqqətli dövr yaşayan Azərbaycan üçün də əhəmiyyətlidir. Azərbaycan xalqı bu nümunələrdən bəhrələnərək Qafqazda vahid demokratik platformaya gedən yolun aparıcı fiqurlarından birinə çevrilməlidir. Əks halda, Azərbaycan yerində sayıb, həm də 5-ci kolonun rəsmi səlahiyyətləri çərçivəsində Qafqazın platformasına vasitə ola bilər. Azərbaycan üçün bu təhlükə var. Biz də, qonşularımız da bu təhlükəni dərk eləməliyik.
- Mühüm məqamlardan biri də odur ki, Gürcüstanda böyük sayda azərbaycanlılar yaşayır. Gürcüstanla sıx əlaqəsi olan şəxs kimi, orda yaşayan soydaşlarımızın bu proseslərdə iştirakı, proseslərin onlara təsiri barədə nə deyə bilərsiniz?
- Mən çox sevinirəm ki, gənclərimiz artıq bir neçə müddətdir siyasi proseslərə qoşulub, müəyyən mənada püxtələşmiş fiqurların əksəriyyəti bu aksiyalarda iştirak edirlər. Artıq yetkin, siyasi iddialı gəncliyimiz proseslərdə, mitinqlərdə iştirak edir.
Gürcüstanın dövlətçilik məsələsi, onun gələcəyi müzakirə olunanda soydaşlarımız orada aparıcı qüvvələrdən birinə çevrilməlidir. Əgər biz iddia eləyiriksə ki, bizim soydaşlarımız say hesabı ilə Gürcüstanda gürcülərdən sonra ikincidir, onda bu aksiyalarda ikinci olduqlarını nümayiş elətdirib, meydanda olmalıdırlar. Çünki proseslərin nəticəsinin necə olmasından asılı olmayaraq indiki proses, tələblər millətin mənafeyi üçündür. Ona görə də soydaşlarımız orada fəallıq nümayiş etdirməlidir. Ayrı-ayrı nümayəndələr iştirak edirlər, çıxışlar var, sosial şəbəkələrdə yayırlar, şərhlər verirlər. Yenə o gənclərimizin özləri də iddialıdır ki, Borçalı türkləri bu aksiyalarda yetərincə iştirak etmirlər. Mən soydaşlarımızı çağırıram ki, bu aksiyalarda bütün gücləri ilə iştirak eləsinlər. Gürcü xalqı ilə eyni platformanı bölüşsünlər. Sabah da bir mənfəət olanda, o mənfəətdən bəhrələnmək imkanları daha çox olsun. Bu dövlət hamınızındır. O dövlətin düzgün idarəçiliyində, təhlükələrin dəf olunmasında, gələcəyinin qurulmasında vətənin daşı olmaq missiyası bizim də soydaşlarımızın üzərinə düşür. Daha fəal olmaları istəniləndir.
- Abidə, monastr məsələsi də son zamanlar iki xalq arasında gərginliyə səbəb oldu. Belə məsələlər iki xalq arasında soyuqluq yaradırmı?
- Soyuqluq yaradan bir çox faktorlar var. Toponimlər məsələsidir, torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılmasıdır. O cümlədən, dolayı yolla Azərbaycana ərazi iddiası, bizim Borçalı Birliyinin təşkil etdiyi Elat mədəniyyətinin yasaqlanması, Dumanisidə gürcü bayramının təşkili, mənim ora girişimə yasağın qoyulmasıdır. Bunlar indiki hakimiyyətin məhz Rusiyanın maraqlarına uyğun olaraq bölgədə Azərbaycan və Gürcüstan arasında konfilikt zonasının yaradılmasına hesablanan addımlarıdır. Bu sırada həm də Keşikçidağ abidəsi məsələsi, eyni zamanda 20 Yanvar faciəsində və Xocalı soyqırımında iştirak edən bir dəyyusa abidənin qoyulması və buna görə açıqlamanın verilməməsidir. Əksəriyyəti də Rusiyadan körüklənən bir xəttdir. İvanişvili hakimiyyəti birbaşa Azərbaycana qarşı bu xəyanətlərə görə məsuliyyət daşıyır. Soydaşlarımız məhz ona görə meydanlara gedib, bu tələbləri qaldırmalı, Gürcüstanın indiki hakimiyyətini bizə qarşı naqisliklərdə ittiham etməlidir.
Təbii, mən razılaşıram ki, müəyən mənada maarifləndirmə işi zəifdir. Proseslərin mahiyyətini çatdırmaqda imkanlar məhduddur. Belə hallarda etimad mühiti sarsıla, insanlarımız çəkinə bilərlər. Bütün hallarda soydaşlarımız prosesin içərisinə girib, haqlı tələblərini irəli sürməlidirlər.
Bu gün həmin tribunadan insanlarımız Elat bayramının yasaqlanmasına, Zəlimxan Məmmədliyə qadağaların qoyulmasına görə indiki hakimiyyəti ittiham eləməlidir. Eyni zamanda soydaşlarımızla bağlı baş verən neqativ hallar qabardılıb, soydaşlarımızın gürcü xalqının yanında olduğu bəyan edilməlidir.
- Zəlimxan bəy, bir qədər də ölkə daxilinə, vaxtilə təmsil olunduğunuz düşərgəyə diqqət çəkmək istəyirəm. Əbülfəz Elçibəyin ildönümündə Əli Kərimlinin özünü ona ən sadiq şəxs kimi təqdm eləməsi bu düşərgədə fikir ayrılığına və müzakirələrə səbəb oldu. Siz bu barədə nə deyə bilərsiniz?
- O məsələ bitib. Mən o barədə kifayət qədər söz demişəm. Zaman dəyişir. Biz bir məsələnin üstündə durmalı deyilik. Bu məsələni Azərbaycan xalqı da, media da bilir, yazılı mətbuatda da, tədqiq materiallarında da o tarix var. Onun üzərinə təkrar qayıdıb, 20-30 il bundan əvvəl nələrin baş verdiyini tədqiq eləməyin tərəfdarı deyiləm. Bu gündən sonra uzlaşma nöqtələrinin tapılmasının tərəfdarıyam.
Elçibəyçilik əməli fəaliyyətdir, Elçibəyçilik “kim sədaqətlidir”,- yox, bundan sonra üzərinə düşən vəzifələri daha ardıcıl, daha sistemli həyata keçirməkdir.
Elçibəyçilik bir partiyada olub qışqırmaq demək deyil. Mən Elçibəyçiliyi həm də Borçalı Cəmiyyətinin sədri olub, Borçalı üçün müəyyən işləri görmək hesab edirəm.
Elçibəyçilik bir alimin tədqiqatlarının daha gözəl olması deməkdir. Bir beyin üçün, sərhədimiz üçün, dövlətimiz üçün, bayrağımız üçün tərəfdarlıq eləmək deməkdir.
Elçibəyçilik səngərdə durub düşmənin alnından vurmaq deməkdir.
Elçibəyçilik, Rəsulzadəçilik Millətə, Vətənə sədaqət deməkdir.
Kim Elçibəyə sədaqətli olub, dünənə qədər nə edibsə, bunu hamı bilir. Zəlimxan Məmmədlinin verdiyi açıqlamaları yığsan, bir kitab olar. Yəni öz dövrün müzakirə olunmasında haqlı olduğumu bilirəm. Azərbaycan Xalq Hərəkatının enerjisini dağıdan qüvvələrə qarşı mübarizə aparmışıq. Gücümüz nəyə çatıbsa, onu eləmişik. Amma bəzən gücümüz çatmadığı məqamlar da olub.
Təbliğat aparırdılar ki, Elçibəyin varlığı bir qrup gənclərin qabağa getməsinə əngəl olur. Əbülbəz Elçibəy indi haqq dünyasındadır, buyurun, qabağa gedin. Gedin, inkişaf eləyin, hakimiyyətdə olun. Əbülbəz Elçibəy haqq dünyasında olduğu üçün qabağa getməyinizə mane olmur. Bu, məsələlərin arxa tərəfə atılmasıdır ki, bizim Azərbaycan dövləti təhlükə ilə üz-üzədir. Azərbaycanda yırtıcı bir zümrə yaranıb, büdcəni talamaqla, inkişafın belini qırmaqla məşğuldur. Prezident islahat desə də, onun ətrafındakı bəzi şəxslər islahatların əleyhinə mübarizə aparırlar.
Mənim məntiqimə görə Qarabağın təslim olma prosesi gedir. Ortada, həm də rəsmi səviyyədə Qarabağın Rusiyanın işğalçılıq siyasətinə verilmə xətti var. Bunu görməliyik. O baxımdan, biz səngərlərimizi müəyyən eləməliyik. Keçmişi tədqiqatçılar, alimlər yazacaqlar. Amma həqiqəti hamımız bilirik. Kimin yola, izə, liderinə, partiyasına nə dərəcədə sədaqətli olduğunu hamı bilir.
- Vaxtı ilə liderinə xəyanət edənlərin əməllərinə göz yumub, indi onlarla birgə addımlamaq olarmı?
- Millətimizin, dövlətimizin mənafeyi tələb edərsə, eyni yolu getmək olar. Hətta mən həyatda da bunu sübut eləmişəm. Heydər Əliyevin abidəsinin önünə əklil qoyan Zəlimxan Məmmədlidir. Niyə? Elimizin, yurdumuzun itirdiyindən nəticə çıxararaq, bütün gücümüzü səfərbər eləmək üçün bunu eləməliydik. Şəxsiyyətim və imicim zərbə altında qaldı, amma bildim ki, düzünü eləyirəm. Bu gün dövlət marağı tələb edərsə, eyni səngərə girməyə hazır olmalı, eyni düşüncəni bölüşməyi bacarmalıyıq.
Biz tarixin bir hissəsində döyüşdük. Əgər insanın sağlığında biz qalib gələ bilmiriksə, onun meyitinin üzərində özümüzü çırmaqlamaqla heç nə əmələ gələn deyil. Əməli fəaliyyəti ortaya qoymaq lazımdır.
Azərbaycanda medianın, ictimai sektorun, siyasətin üzərində inhisarlar, çirkli kapital, çirkli əllər var. Bu, artıq reallıqdır.
Mən görürəm ki, artıq Gürcüstanda gənclik meydanlara şığıyır, meydanları tutur. Xüsusi proqram olmadan söz istəyənlərə sözünü verirlər, amma orada bir liderin inhisarı yoxdur. Onlar ardıcıl olaraq aksiyalara gedir. Siyasətçilər də hərdən gəlib iştirak edirlər. Amma bizdə biraz fərqlidir. Bizdə şahsevərlikdəndir, nədəndir bilmirəm, bəzi hallarda deyirlər ki, məndən yoxdur. Bu, yanlışlıqdır. Azərbaycan itiribsə və torpaqlarımız işğal altındadırsa, Bakının siması dəyişibsə, Bakını müsəlman, türk şəhəri obrazından çıxarırsa, sən yüz dəfə “Liderəm”,- desən də, bu, faciələrin içərisində boş sözlərdir. Əl-ələ verib önə getmək imkanlarını axtarmalıyıq.
Zaur MƏMMƏDLİ
Reyting.az
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə