09:17 / 11-05-2025
Bu gün magistraturalarına qəbul imtahanı keçiriləcək
20:00 / 10-05-2025
İlham Əliyev Ağdama gedib (Yenilənib) - Fotolar
12:10 / 10-05-2025
Sabahın hava proqnozu açıqlanıb
11:49 / 10-05-2025
Mövqelərimiz atəşə tutulub
11:27 / 10-05-2025
Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları
10:08 / 10-05-2025
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər - Fotolar
00:01 / 10-05-2025
Bu gün Heydər Əliyevin doğum günüdür
19:20 / 09-05-2025
207 nömrəli məktəbdə 150 manatdan pul yığılması iddiası araşdırılır
17:18 / 09-05-2025
İlham Əliyev və birinci xanım Şuşada - (Yenilənib) - Fotolar
16:47 / 09-05-2025
Rövnəq Abdullayev yeni naziri kollektivə təqdim edib
15:28 / 09-05-2025
Masallıda avtomobil aşıb: 3 nəfər ölüb
09:59 / 09-05-2025
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
09:05 / 09-05-2025
Anqola prezidenti İlham Əliyevə zəng edib
08:55 / 09-05-2025
Putin qədəhini “Qələbə və Sülhün şərəfinə!” qaldırıb
08:50 / 09-05-2025
Bayden: Trampın hakimiyyətə gəlməsində məsuliyyətim var
08:45 / 09-05-2025
Rumiyna göndərdiyi yardıma görə Kiyevdən təzminat umur
08:29 / 09-05-2025
Tramp “Dünya gözəli”nin təkilatçısı kimi danışır
08:15 / 09-05-2025
Si Cinpin: “Böhranın səbəbləri aradan qaldırılmalıdır”
00:03 / 09-05-2025
Prezident Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - Foto
23:44 / 08-05-2025
Pakistan Hindistana raketlərlə cavab verib
22:40 / 08-05-2025
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
21:05 / 08-05-2025
Məhkəmə: Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş olunub - (Yenilənib)
20:33 / 08-05-2025
Zəvvarlar üçün Həcc ayinlərinin vaxtı elan olunub
20:17 / 08-05-2025
Məşhur rejissor böyük faciəni ekranlaşdıracaq
19:31 / 08-05-2025
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
18:40 / 08-05-2025
Pakistan Hindistanın 25 PUA-sını vurub
18:28 / 08-05-2025
95 milyard avroluq məhsula rüsum tətbiqinə hazırlaşırlar
18:15 / 08-05-2025
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri Yüksək Dialoqa yekun vurub - Fotolar
18:05 / 08-05-2025
AFFA klublara Premyer Liqada iştirak üçün lisenziya verib
13:21 / 07-05-2025

20:35 / 06-05-2025

17:04 / 07-05-2025

17:35 / 06-05-2025

16:07 / 06-05-2025

10:07 / 07-05-2025

09:13 / 08-05-2025

17:30 / 08-05-2025

11:24 / 08-05-2025

09:30 / 08-05-2025

09:47 / 07-05-2025

Taleh Şahsuvarlı: “Müavini Əli Kərimlinin saxlanılmasına sevinirdi” - Müsahibə
Tarix: 29-06-2019 20:26 | Bölmə: Müsahibə

Siyasi təhlilçi: “Realın tələsən yox, gedəcək yeri yoxdur!”
Ölkə gündəminin əsas mövzusu istər iqtidar, istərsə də müxalifət düşərgəsində ardıcıl baş verən olaylardır. Proseslərin sürətlənməsi bəzən parlament seçkilərinin erkən keçirilməsi ilə izah edilir. Bəs, Azərbaycanda Milli Məclisə seçkilər bu il keçirilə bilərmi?
Hakimiyyətə yaxın AzNews.az xəbər portalının baş redaktoru, siyasi təhlilçi Taleh Şahsuvarlı Reyting.az saytına müsahibəsində gündəmin bütün əsas suallarına aydınlıq gətirib.
- Taleh bəy, iyun ayının 28-də AXCP sədri Əli Kərimlinin həbs olunması barədə xəbər yayıldı, daha sonra məlum oldu ki, o, Binəqədi polis idarəsinə dəvət edilib. Sizin fikrinizcə, Əli Kərimli polis idarəsinə niyə dəvət edilmişdi?
- Mən bu suala ilk növbədə bir siyasi təhlilçi kimi cavab vermək istərdim. Bilirsiniz ki, həmin gün Müsavat partiyasının qərargahında “xeyriyyə marafonu” adı altında bir kampaniya təşkil edilmişdi. Sosial şəbəkələrdə mən o rəylərə də rast gəldim ki, - yeri gəlmişkən bu barədə Əli Kərimli özü də danışdı, - guya, Azərbaycan polisi, hüquq-mühafizə orqanları “aksiya”, “marafon” kimi terminləri “yürüş” kimi qavrayıb və ona görə də AXCP sədrini polisə aparıb. Əlbəttə, bu, olduqca qeyri-ciddi yanaşmadır və məsələni zarafata salıb ötüşdürmək, ilk növbədə həmin aksiyanın təşkilatçılarına sərf edir. Bilirsiniz ki, həmin pultoplama kampaniyası müxalif düşərgənin “siyasi məhbus” hesab etdiyi şəxslərə yardım üçün təşkil edilirdi. Prosesləri ardıcıl izləyənlər bilir ki, illərdir həmin təşkilatçı çevrə Azərbaycanda “siyasi məhbus istehsalı” ilə məşğuldur, onların bir çoxu bu işi əsl biznesə çeviriblər. Ona görə də hər zaman maraqlıdırlar ki, müəyyən provakativ üsullarla polislə qarşıdurma yaratsınlar, müvəqqəti də olsa, saxlanılanlar, məhkəmə tərəfindən cərimələnənlər olsun. Görünür, gözdən pərdə asmağa yönəlmiş həmin marafonun müəyyən vəsait toplandıqdan sonra küçə yürüşünə çevriləcəyi barədə hüquq-mühafizə orqanlarında əməliyyat məlumatı olub. İndi AXCP sədri deyir ki, bizim belə planımız olmayıb, amma həmin yürüş baş tutsaydı, “iştirakçılar spontan qərar verdi, bu onların hüququdur, mən qarışa bilmərəm”,- şəklində danışacaqdı. Odur ki, Əli Kərimlinin polis idarəsinə aparılması ilk növbədə “zəruri profilaktik söhbət” kimi dəyərləndirilməlidir.
Digər tərəfdən, bilirsiniz ki, Azərbaycana yeni daxili işlər naziri təyin edilib. İstisna etmək olmaz ki, tədbirdən sonra planlanan “spontan küçə yürüşü” həm də yeni təyinatdan sonra polisin çevikliyini yoxlamaq, yaxud birbaşa general Vilayət Eyvazova qarşı beynəlxalq səviyyədə ittihamlar formalaşdırmaq məqsədi güdürdü. Bütün bu ehtimalları da nəzərdən keçirəndə nə Əli Kərimlinin polisə aparılması, nə də polisin Əli Kərimli ilə profilaktik söhbət aparması “siyasi təzyiq” kimi görsənmir. Əksinə, həmin profilaktik söhbətlə Azərbaycana qarşı təzyiq kimi istifadə ediləcək faktların yaranmasının qarşısı alınıb.
- Bəs, Əli Kərimlinin saxlanılması xəbəri yayılandan sonra, sədri olduğu partiyanın və Milli Şuranın reaksiyasını necə qiymətləndirirsiniz?
- Doğrusu, bu barədə məlumat yayılar-yayılmaz olayı diqqətlə izlədim və bir daha Əli Kərimlinin nə qədər tənha olduğunu anladım. Açığı, hər kəs fərqindədir ki, Əli Kərimlinin cəmiyyətdən uzun müddət, lap bir neçə ay təcrid olunması yönündə məhkəmə tərəfindən qərar çıxarılsaydı, nə AXCP-nin, nə də Milli Şuranın həmin qərarın icrasına mane olmaq, yaxud onu dəyişdirmək üçün bir gücü, imkanı var. Ancaq bir partiyanın sədri polisə aparılıbsa, bu, həmin partiyaya öz sambalını və mobilliyini nümayiş etdirmək fürsəti yaradır. Əli Kərimli gerçəkdən güc, nüfuz sahibi olsaydı, uzağı yarım saat ərzində ölkənin siyasi, mədəni elitasının önəmli fiqurları, elm xadimləri, mediatik isimlər, tanınmış vəkillər, diplomatik korpus nümayəndələri, səfərbər olunar, necə deyərlər, onun harayına gələrdilər. Canlı yayımdan o müşahidə edildi ki, partiya sədrinin siyasi məsələlər üzrə müavini eyforik vəziyyətdə ora-bura vurnuxur. Görünür, daxilən düşünürmüş ki, Kərimlini tutsaydılar, partiyanın faktiki idarəçiliyi mənə keçərdi. Yaxud bir-iki fəalın sıravi polislərə siyasi moizə oxuması epizodlarına şahid olduq. Açığı, qeyri-ciddi səhnə idi.
- Ancaq AXCP sədri və Milli Şura üzvləri iddia edirlər ki, Kərimlinin saxlanılması hakimiyyətin narahatlığının nəticəsidir. Belədirmi?
- Diqqət etdinizsə, Əli Kərimli cümə günü axşam Qənimət Zahidin “Sözarası” proqramına qatılmışdı və çıxışında vurğuladı ki, onun bütün fəaliyyəti sosial media üzərindən gerçəkləşir. Bir sosial media fəalı, virtuallaşmış siyasətçi bu qədər böyük resursları, elektoral dayaqları olan hansı hakimiyyəti narahat edər ki? Bilmirəm bunu deməkdə düz edirəm, ya yox, əksinə, Əli Kərimlinin hazırkı fəaliyyəti siyasi hakimiyyətin maraqlarına tam cavab verən şəkildədir.
- Siz Əli Kərimlinin hakimiyyətlə danışıqlara getdiyi qənaətindəsiz?
- Belə bir informasiya var idi. Prezidentin son əfv fərmanından xeyli öncə kütləvi informasiya vasitələrində informasiya yayılmışdı ki, Əli Kərimli hakimiyyətlə anlaşıb və bu anlaşmanın müqabilində qaynı Elnur Seyidov azadlığa çıxacaq, özü isə növbəti parlament seçkilərində mandatla mükafatlandırılacaq. Elnur Seyidov azadlığa çıxıb, yəni informasiyanın bir hissəsi təsdiq olunub. Digər hissəsinə gəlincə, əgər xarici qüvvələrlə milli və strateji maraqlara zidd danışıqlara gedib, Azərbaycan dövlətçiliyi əleyhinə layihələrə qoşulmasa, Əli Kərimli, zənnimcə, siyasi hakimiyyət üçün ən uyğun müxalifət lideri profilidir. Əvvala ona görə ki, hakimiyyətin texnoloqlarına, o cümlədən müxalifətdəki rəqiblərinə Əli Kərimlinin bütün resursları, davranış modelləri, zəif nöqtələri və bioqrasfiyasının kompramatlaşmış hissələri bəllidir. Məsələn, Əli Kərimli mərhum Əbülfəz Elçibəyin doğum günündə bir çıxış etdi, özünü sələfinin qarşısında təmizə çıxarmağa cəhd göstərdi, dərhal KXCP sədri Mirmahmud Mirəlioğlu onu təkzib etdi, yalanını çıxardı. Digər tərəfdən, Əli Kərimlinin komandası yoxdur, təşkilatı zəifdir, siyasi elitada toparlayıcı, mərkəzləşdirici funksiya daşıya bilmir, kənar basqı faktoru kimi - bu, elmi termindir - hakimiyyətin daxili konflikt strukturunun sabitliyini qoruyur. Nəhayət, Əli Kərimli öz fəaliyyəti ilə cəmiyyətin müəyyən kəsimlərindəki sosial narazılığı virtuallaşdırır, siyasəti real müstəviyə keçirəndə isə, istər-istəməz, elə 19 yanvar mitinqində olduğu kimi, qazanın qapağını açıb, buxarını buraxır. Ümumiyyətlə isə, siyasətdə bir prosesi tənzimləmək üçün həmişə birbaşa danışıqlar aparılmır, üzbəüz razılaşmalar əldə edilmir. Şahmat oyununu göz önünə gətirin, rəqiblərdən birinin gedişləri digərini şərtləndirir, usta oyunçular dərhal hansısa fiquru vurmağa deyil, onun zəif, müdafiəsiz vəziyyətə salaraq meydandan çıxarmağı, daha sonra mat vəziyyəti yaratmağı hədəfləyirlər. Bu prizmadan yanaşsaq, belə deyə bilərik: hakimiyyət rəqiblərinə qarşı oyunu elə ustalıqla qurub ki, qarşı tərəfin bütün gedişləri məhz iqtidarın yaratmaq istədiyi mat situasiyasına xidmət edir.
- Bəs, müxalifətin bu situasiyanı dəyişmək üçün hansı şansı var?
- Heç bir şansı yoxdur! İlk növbədə ona görə yoxdur ki, hazırkı müxalifət öz mənşəyinə görə, formalaşma genezisinə görə, cəmiyyət üçün faydalı lay deyil. Bir misal deyim. Hazırkı müxalifətin davranışlarında ən çox müşahidə edilən iki tipik refleks var. Biri meydana, mitinqə çıxmaq, digəri həmin mitinqin keçirilmə nədənləri, məqsədləri nə olursa-olsun, “istefa” qışqırmaqdır. Bu reflekslər onu göstərir ki, həmin adamlar tipik kütlə təfəkkürü daşıyıcısı olmaqla, özlərini küçədə daha rahat hiss edirlər, ən ali məqsədləri küçə hərəkatının ehtizaz nöqtəsinə çatmaqdır, siyasi qərarların küçədə, emosional, coşğulu vəziyyətdə verilməsi onlar üçün daha cəlbedicidir. Azərbaycan dövlətləşmə prosesində çox ciddi bir məsafə qət edib, bu dövlətdə bundan sonra heç zaman küçə təfəkkürü iqtidara gələ bilməz və gəlməməlidir də!
- Siz də bilirsiniz ki, Azərbaycan müxalifəti yekcins deyil, Müsavat partiyası var, “Real” var, xüsusilə “Real” özünü küçə təfəkkürünün daşıyıcısı yox, rasional partiya sayır...
- Əlbəttə, bu siyahını genişləndirmək, ora AMİP-i, ADP-ni, “Ümid” partiyasını və başqalarını da əlavə etmək olar. Bu gün Müsavat partiyası hakimiyyət uğrunda mübarizədə adını çəkdiyimiz partiyaların hansından üstün vəziyyətdədir? Yaxud “Real” Qubad İbadoğlunun başçılıq etdiyi ADR hərəkatı adlanan qurumdan daha geniş resurslara malikdirmi? Bir-bir baxaq. Arif Hacılı müxalif düşərgənin liderliyi uğrunda mübarizədə tarixi rəqibi Əli Kərimliyə uduzub, bunu hətta onun ən qədim dostu olan sabiq baş nazir Pənah Hüseyn də öz müsahibələrində etiraf edir. Müsavat partiyasının siyasi mübarizə adına bütün perspektivi İsa Qəmbərin revanş potensialına bağlıdır. Hazırda İsa Qəmbər “sualtı qayıq” vəziyyətindədir, səthə çıxmaq, sahilə dəmir atmaq üçün əlverişli şərait gözləyir. Ancaq hər siyasətçinin, obrazlı desək, ulduzunun parıldadığı bir dövr olur. İsa Qəmbərin ulduzu 2003-cü ildə parlamışdı, zira son nəticədə məlum oldu ki, parlayan ulduz yox, tozdan, qazdan ibarət komet imiş. Əgər İsa Qəmbər Heydər Əliyevin səhhətinə görə dövlət idarəçiliyindən faktiki olaraq kənarlaşdığı, İlham Əliyevin indikindən müqayisəedilməz dərəcədə təcrübəsiz olduğu, özünün isə komanda, tərəfdar, media və maliyyə baxımından daha geniş resurslarla hərəkət etdiyi bir dövrdə hakimiyyəti götürə bilmədisə, bundan sonra nəyəsə ümid etməsi, məncə, mənasızdır. “Real”a gəlincə...
- İlqar Məmmədovun siyasi liderlər arasında yeni fiqur olması elə siz dediyiniz baxımdan bir üstünlük deyilmi?
- Onunla bağlı ən önəmli sual bir qədər fərqlidir: İlqar Məmmədov doğrudanmı siyasi liderdir? Özünü partiya elan etmiş bir dərnəyin sədri olmaq, bəli, nəzəri baxımdan, “lider” olmaq deməkdir. Liderlik nəzəriyyələrində belə bir yanaşma var ki, üç nəfərdən ibarət mühitdə, digər ikincini idarə edənə “lider” demək olar. Ancaq geniş mənada baxsaq, siyasi lider cəmiyyətdə cəmi üç nəfəri deyil, hər üç nəfərdən ikincisini idarə etməyi, yönəltməyi bacarmalıdır. Bu mənada İlqar Məmmədov yola çox məhdud sayda, guya ən etibarlı, mücadilələrdən uğurla çıxacağına, ciddi sınaqlardan keçəcəyinə şübhə etmədiyi dostları ilə çıxmışdı. Ancaq yol başlamamış, qafilə dağıldı, qurucu komandadan xeyli istefalar oldu. Bu da təbiidir. Çünki bir siyasi partiya o zaman təşkilatlana və uğur qazana bilər ki, konkret sosial diferensasiya prosesinin nəticəsi kimi təşəkkül etsin, yoxsa, bir qrup qrant həvəskarının xudmani bir məclisdə, “gəlin, partiya yaradaq, siyasətlə məşğul olaq, nə olar-olar” macərasına start verməsi ilə olmur bu işlər.
- “Real”dan Erkin Qədirli deyir ki, tələsən yerləri yoxdur...
Erkinin xatirini çox istəyirəm, lakin məncə, “Real”ın tələsən yox, gedəcək yeri yoxdur! Ümumiyyətlə, mənim fikrimcə, nə “Real” siyasi spektrdə öz yerini tapıb, nə də Erkin öz yerini “Real”da. “Real”ın rasional və mütəşəkkil qüvvə kimi meydana çıxması üçün ən ciddi problem İlqar Məmmədovun xarakteridir. Əkrəm İmamoğlunun İstanbul bələdiyyə seçkilərindəki uğurunun sirrlərinə baxanda, İlqar Məmmədovun xarakter problemi ilə bağlı demək istədiklərim daha açıq-aydın görsənir. Ümumiyyətlə, İlqar da, Erkin də, Natiq də bir şeyi dəqiq anlamalıdırlar ki, nə qədər özlərinə siyasətçi kimi Xədicə İsmayıldan sertifikat almağa çalışacaqlar, AXCP-dən fərqli siyasət yürüdə bilməyəcəklər. Ümumiləşdirsək, Erkinin qulağından uzaq, mən bilmirəm, necə olacaq, nə təhər olacaq, amma Xadicənin təqdirinə möhtac qalmaqda davam edərsə, “Real”ın aqibəti yaxşı olmayacaq.
- Taleh bəy, bəs, iqtidar düşərgəsində vəziyyət necədir? Prezident İlham Əliyev son təyinatları ilə komanda daxilinə, beynəlxalq aləmə, siyasi qüvvələrə, sizcə, hansı mesajları verdi?
- Bu təyinatları, yenə şahmat terminləri ilə desəm, mükəmməl qalaqurma adlandırmaq daha doğru olar. Biri var fiqurların yerini dəyişirsən, biri var, qala qurursan. Cəmiyyətin təyinatlara reaksiyası müsbət oldu, bunu sezməmək mümkün deyil. Müxalifət düşərgəsindən bəziləri isə iddia etdilər ki, İlham Əliyev güc nazirliklərindəki dəyişikliklərlə öz hakimiyyətini möhkəmləndirmək istəyir, arqumentlərini sadalamağa ehtiyac yoxdur. Doğrusu, məsələnin bu şəkildə qoyuluşu bir qədər primitiv yanaşmadır. Səbəblərini deyim. Hər şeydən öncə, o hansı hakimiyyətdir ki, özünü möhkəmləndirmək, bir komanda kimi gücünü qorumaq və artırmaq istəməsin? Aydın məsələdir ki, bir ölkədə kriminogen şərait, təhlükəsizlik baxımından əməliyyat şəraiti nəzarətdən çıxarsa, orada hər hansı demokratik seçki keçirmək heç mümkün deyil. Bir ölkəyə, bir hakimiyyətə təzyiq göstərməyin ən populyar üsullarından biri, yuxarıda dediyim kimi, sabit şəraiti pozmaqdır. Ona görə də bu təyinatlara müxalifətin iddia etdiyindən daha fərqli konteksdə “qalaqurma” kimi baxmaq lazımdır. Prezidentin mərhum Heydər Əliyevə sədaqətlə xidmət etmiş, onun siyasət akademiyasından məzun olmuş kadrlara etimadını davam etdirməsini kompleks şəkildə dəyərləndirmək lazımdır. Bu yanaşma Azərbaycanda islahatların dərinləşməsi, dəyişən geopolitik şərtlər müqavilində, mərkəzi hakimiyyətin güclənməsi, o cümlədən Qarabağ münaqişəsinin həlli baxımından son dərəcədə əhəmiyyətlidir.
- Bu yaxınlarda İlham Əliyev yeni sosial paket təqdim etdi, minimum əmək haqqı, maaşlar kəskin şəkildə artırıldı. Müxalifət təmsilçiləri bunu erkən parlament seçkilərinə hazırlıq kimi dəyərləndirdilər. Razılaşırsınızmı?
- Razılaşıram ki, bəli, prezident təqdim etdiyi son paketlə əsl sosial inqilab etdi. Müxalifət cənab prezidentin bu addımı qarşısında deməyə, sadəcə, söz tapmadı. Bilirsiniz ki, bundan əvvəl də bənzər addımlar atılmışdı və o zaman müxalifət iddia edirdi ki, bəs bu qərarların verilməsi 19 yanvarda keçirdikləri etiraz mitinqinin nəticəsidir. Ona görə də müxalifətə sual ünvanlandı ki, son aylarda heç bir aksiya keçirməmisinizsə, əcaba, hakimiyyət indi nədən çəkinib əhalinin rifahını gücləndirən qərarlar verir? Bu səbəbdən də cəhd etdilər ki, bu paketi də erkən seçkilərlə əlaqələndirsinlər. Ancaq İlham Əliyev hər zaman, bütün fəaliyyəti ilə sübut edib ki, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının azadlığı, təhlükəsizliyi və rifahı dayanır. Son paket məhz bu siyasətə əsaslanan vətəndaşa xidmət layihəsi idi.
- Siyasi dairələrdə müzakirə olunan suallardan biri də parlamentlə bağlıdır. Necə güman edirsiniz, parlament seçkiləri bu il keçirilə bilərmi?
- Parlament seçkilərinin bu il, gələn il, yaxud öz vaxtında keçirilib-keçirilməməsi qanunlar çərçivəsində prezidentin və onun sədri olduğu hakim partiyanın qərarından asılıdır. Belə bir qərarın verilməsinə zərurət varmı, yoxmu, onu qəti şəkildə söyləmək mümkün deyil. Müzakirələri, proqnozları mən də izləyirəm. Ekpert dairələrində bir qrup bu suala müsbət, digərləri isə mənfi cavab verir. Açığı, iç siyasət baxımından, sırf ölkədaxili siyasi şərtlər nöqteyi-nəzərindən parlamentin tərkibinin bu il yenilənməsi elə bir xüsusi əhəmiyyət kəsb etmir. İslahatlar konteksində dəyərləndirsək, Milli Məclisin prezidentdən gələn hər hansı layihəyə etiraz etməsi inandırıcı deyil. Ancaq biz onu bilmirik ki, parlament seçkilərinin tam vaxtında keçirilməsi, ölkənin az qala 12 ay boyunca seçki gündəmi ilə hərəkət etməsi qarşıdakı il bölgəmizdə sürətlənəcək geopolitik mücadilədə bir dövlət olaraq bizim lehimizədir, ya əksinə? Proseslər elə cərəyan edə bilər ki, biz bir dövlət olaraq, məsələn, ABŞ-a, İrana, Rusiyaya deyə bilərik ki, xətanızı bizdən uzaq edin, başımız seçkiyə qarışıb. Ancaq elə proseslər də baş verə bilər ki, başımızın seçkiyə qarışması milli maraqlarımıza xələl gətirər. Odur ki, bu hesablamanı, ən dəqiq, yanılmaz şəkildə ancaq Prezident İlham Əliyev apara bilər.
E. KAMAL
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə