13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:06 / 30-01-2026
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
12:53 / 30-01-2026
Ukrayna ordusunda fərarilərin sayı artır
12:45 / 30-01-2026
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
12:42 / 30-01-2026
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
12:36 / 30-01-2026
Sabah hava necə olacaq? - Proqnoz
12:29 / 30-01-2026
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
12:20 / 30-01-2026
Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub
12:09 / 30-01-2026
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
11:34 / 30-01-2026
Azərbaycan UEFA reytinqində irəliləyib
11:21 / 30-01-2026
Sahibə Qafarovaya ağır itki üz verib
11:01 / 30-01-2026
Tanınmış iş adamı həbs olunub - Səbəb
10:57 / 30-01-2026
Ağ ev münaqişəni sona çatdırmağa tələsir
10:47 / 30-01-2026
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
10:37 / 30-01-2026
Bayden Ağ evdən cəmi iki hədiyyəsini aparıb
10:23 / 30-01-2026
Agentlik sədrinin müavini vəzifədən azad edilib
10:22 / 30-01-2026
İndoneziyada Semeru vulkanı püskürüb
10:13 / 30-01-2026
Tramp sülhün əldə olunacağına əmindir
10:12 / 30-01-2026
Abşeronun prokuroru vəzifəsindən azad olunub
10:05 / 30-01-2026
Vəzifəli şəxslər saxlanılıb - Foto
09:55 / 30-01-2026
Rusiya BMT-dən nəyi xahiş edir?
09:46 / 30-01-2026
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
07:31 / 30-01-2026
Kvant kompüterində "zaman kristalı" yaradılıb
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tahir Süleymanov: "Neftçi"də daxili çəkişmələr daha da sürətlənir” - Müsahibə
Tarix: 24-08-2019 15:50 | Bölmə: Müsahibə

“Neftçi”nin sabiq prezidenti: “Roberto Bordin "Neftçi"nin ruhuna, ənənəsinə, liderliyinə uyğun baş məşqçi deyil”
“Neftçi”nin sabiq prezidenti Tahir Süleymanov Azərbaycan futbolundakı problemlərə toxunub, bu sahədəki məğlubiyyətlərin səbəblərindən danışıb.
Reyting.az T. Süleymanovun “Yeni Sabah”a müsahibəsini təqdim edir:
- “Neftçi” “Bney Yehuda” ilə olan hər iki matçda da, “Sabah”la ilk oyunda da azarkeşlərini qane edəcək nəticə qazanmadı. Bu uğursuzluq seriyasının səbəbini nədə görürsünüz?
- Avrokubok oyunları ilə boş tribunalı "Bakı birinciliyi" görüşlərini müqayisə etmək doğru olmaz. İlk turda 4 qarşılaşmanı tribunalardan ümumilikdə 3200(!) azarkeş izləyib. Avropadakı son 2 ev oyunumuzu isə 40.000(!). Real fərq, oyunlara göstərilən maraq göz önündədir.
Elə "Neftçi"nin "Bney Yehuda" ilə ilk görüşünün nəticəsini böyük ölçüdə azarkeşlər komandaya möhtəşəm dəstək verməklə, israilliləri təzyiq altında saxlamaqla nəticəyə birbaşa təsir etdilər. Bunu oyundan sonra kapitan Emin Mahmudov da doğru olaraq vurğuladı. Uğursuz seriya deməzdim, "Neftçi" Avroliqaya çox yaxşı başlamışdı.
"Arsenal" mərhələsindən sonra tək komandada deyil, klub daxilində efyoriyadan tutmuş qarşılıqlı çəkişmələr başladı. İsraillilərlə oyunlarda açıq-aşkar sezilirdi. Təbii, bunun da təsiri "Sabah"la oyunda özünü göstərməli idi. Bəxt gətirdi, məğlubiyyət də ola bilərdi.
Dəfələrlə bildirmişəm, təkrarçılığa yol vermək istəmirəm, Roberto Bordin "Neftçi"nin ruhuna, ənənəsinə, liderliyinə uyğun baş məşqçi deyil. Futbol fəlsəfəsi ortabab klublar üçündür. Moldovada çempionluq yaşayıb, bu göstərici deyil, "Şerif" italyansız da uzun illərdi ölkəsində liderdir. Bordin "Şerif"i çempion etməyib, "Şerif" Robertonu çempion edib. Futbol tarixində belə hallar çox yaşanır... "Neftçi"nin rəhbərliyi futbolun incəliklərini bilmədiyi üçün italyanla böyük məbləğdə uzunmüddətli müqavilə bağlayıb. Bordin "Neftçi"yə yad olan ikinci rolda çıxış etməyi xoşlayır, başqa, əlahiddə məşqçilik bacarığı yoxdur. Zəif olmalarına baxmayaraq, ağıllı israillilər də daha güclü "Neftçi"ni analiz edərək mərhələ adladılar...
Vaxtilə İsraildə biz də məğlub olmuşuq. Fərq bilirsiniz nədədir? Məğlubiyyətdən dərhal sonra ciddi qərarlar qəbul edərək Ç.L.-1/4 çıxmış etmiş qat-qat güclü APOEL-i yenməklə, tarixi qruplara vəsiqə qazanaraq uğursuzluğun təsadüf olduğunu sübuta yetirmiş olduq. İndi isə "Neftçi" daha güclü rusiyalıları keçərək zəif "Bney Yehuda" qarşısında dayanaraq təəssüf ki, əksini etdi.
"Arsenal"la oyunların təsadüf və rəqibin ciddi yanaşmadığını əyani göstərmiş oldu. Bu da komandanın stabil, möhkəm olmamasının, klubda ehtiyac duyulduqda qəti qərarlar verə bilməməklərinin göstəricisidir. Ölkə futbolunda təhlillərdən çox şayiələrə yer verilir.
Acınacaqlısı odur ki, "Neftçi" də bu baxımdan ön sıralardadır. Son hadisələr bir daha göstərir ki, daxili çəkişmələr nəinki davam edir, daha da sürətlənir...
- Bu tip məğlubiyyətlər mövsüm sonunda çempionluq üçün yarışan “Neftçi”yə mane ola biləmi?
- Çempionluqlar 1-2 oyuna həll edilmir. 8 komandalı rəqabətsiz çempionat olsa da, gələn ilə hələ çox var. Problemin kökü 1-2 uğursuz çıxış deyil, bu gün çempionluq adına "Neftçi" ruhunun itirilməsidir. Artıq 4-5 ildir davam edir, "Neftçi"nin yükünü çəkə bilməyənlər kluba rəhbərlik edirlər. Bir dəstə gedir, digərləri gəlir. Qocaman, tarixi klubu isə ancaq özləri ilə, son biabırçı nəticələrlə müqayisə edirlər.
İmkanları olsa komandanın adını dəyişib yeni klubların cərgəsinə qatarlar. Belə yanaşma bu gün klubu dağıdanlara sərf edir. Təsəvvür edin, 5 ildir rəzalət içinə salınan "Neftçi" anti-rekordları, "Qarabağ"ın çempionluqları fonunda yenə də ümumi çempionluqda liderdir. Belə müqayisələr "Neftçi"nin əvvəlki və indiki rəhbərliyinə sərf etmir, 2-3-cü yerlərin medallarını fəxrlə boyunlarından asırlar, həvəskar "Sperantsa" keçidinə mükafatlar paylayırlar, "Neftçi" hədəflərini kiçildib sıradan bir klub/komandaya çevirmək istəyirlər.
Bu yöndə də "təbliğat maşını" gecə-gündüz çalışır. Belə münasibəti nə "Neftçi"nin adı, nə də ruhən liderliyini qoruyan fanat və azarkeşlər qəbul etməz. Ümumiyyətlə, heç birimiz qəbul etmərik və "Neftçi" adına belə düşüncə tərzi yolverilməzdir. Çempionluqların, uğurların qazanılması üçün "Neftçi" adı kimi liderlik psixologiyasına, ruhuna sahib olmalısan. "Neftçi" çempionluqlarına maneələr kluba rəhbərlik edənlərin beyin dərinliklərindədir.
Digər tərəfdən, çempionluq "Neftçi" üçün minimum hədəf olmalıdır. Liderliklə yanaşı əsas Avropadakı nəticələrdir.
- Azərbaycan klublarının xaricdə uğurlu olmadığını düşünürlər. Bu klubların yaxşı futbolçu transfer etməməsi ilə bağlıdır, yoxsa bizim futbol sistemimizlə?
- Sual ümumi Azərbaycan futbolunun durumuna aiddir. Üç klubumuz, "Qarabağ", “Neftçi”, "Qəbələ" qruplarda çıxış edib və "Qarabağ" hələ ki, təkbaşına bu yolu davam etdirir. Son illər milyonların xərclənməsi qarşılığında "Neftçi"nin vəziyyəti bəllidir, "Qəbələ"nin də artıq kölgəsi qalıb.
İllərdi bildirirdik, klublar çökdürüləcək. Öncədən də yarıtmaz futbol siyasətilə klublar dağılırdı. Əsas isə klubların qrup yolunu açdığı anda son zərbənin təməli 6 il öncə məlum şuralaşma qərarı ilə verilib. Nonsensdir, xəyal görünən qruplar qazanandan sonra dəstək vermək əvəzinə futbolda inhisarın yaradılması, müstəqil klubların çöküşünə start verildi. Burada klubların da günahları az olmadı.
Birlik nümayiş etdirmək əvəzinə, 3-5 il sonranı görmədən hərə özü üçün çalışdı. O vaxta kimi ki, "qara buludlar" başlarının üstünü aldı. Futboldakı üzdənyanaşmalar, dərin təhlillərə, məsləhətlərə məhəl qoymamaq "plan" sahiblərinin işinə yaradı. Klubların Avropadakı uğurları ümumi futbol sisteminin yararlığı yox, klublarda çalışanların fərdi əməyi, bacarığı, peşəkarlığı sayəsində qazanılıb.
Baxmayaraq ki, zamanında dəfələrlə bildirirdik ki, Azərbaycan çempionatında hər tur minimum 3-4 pley-off, qrup oyunları səviyyəsində qarşılaşmalar keçirilir. "Xəzər Lənkəran", "Bakı", "İnter", "MKT Araz", "Turan", "Kəpəz", "Karvan", "Simurq", AZAL.... Dünənki "Linfild"-"Qarabağ" pley-off oyununun səviyyəsi dediklərimə əyani sübutdur. Təəssüf ki, 100 milyonlar fonunda futbola axışan təsadüflər böyük futbolun nə olduğunu dərk etmirdilər, gözlər tutulmuşdu.
Ümumi futbol sistemi yerində, işlək mexanizm kimi olsaydı, yuxarıda adlarını qeyd etdiyim klublar indi tarixin yaddaşında yox, hər mövsüm qruplarda çıxış edərdilər. Reytinq xallarımızı yığa-yığa ilk 15-liyə də düşə bilərdik. Bu da Avropada reytinqlə, imtiyazlarla yanaşı əlavə bir komandamızın artımı demək idi. Bunun əvəzinə isə indi Azərbaycan futbolu boş tribunalar önündə 8 komandalı "Bakı birinciliyi"nə möhtac edilib.
Futbolda vəsait mütləqdir, əsas isə beyinlərdir. Düşüncənin yerində olmaması son 15 ildə ölkə futboluna yatırılan milyardlarla dollar vəsaitin havaya, ciblərə axınını təmin etdi. Bu gün də can verən futbolumuzda təsadüflərin hegemonluğu davam etməkdədir...
- “Neftçi” rəhbərliyi, futbolçuları ilə azarkeşlər arasındakı soyuqluq hökm sürür. Sizcə, rəhbərlik azarkeşlərin sözü ilə razılaşıb istefa verməlidirmi?
- Möhkəm idarəçilik sistemi olmadan istənilən narazılıq, başıpozuqluq yaranır. Bir var fərdi olaraq futbolçu və ya digəri intizamı pozur, bir də var proses kütləvi hal alır. Baş məşqçi Bordindən tutmuş Petrova kimi fanat, azarkeş günahlandırıldı. Ardınca Dabonun başından böyük hərəkəti baş verdi. Bu, onu göstərir ki, bunlar vahid mərkəzdən idarə olunurlar və ardıcıllıqla "Neftçi"yə canını verən azarkeşlərə qarşı addımlar atılır.
Son mənasız bəyanat da bunu birbaşa təsdiq edir. Klubun rəhbər - sifarişçiləri daxildə qəti, "Neftçi" adına yaraşan qərarlar qəbul etmək əvəzinə, dolayısı ilə azarkeşləri günahlandırdılar. Dabonun etdiyi hərəkət, formasını geydiyi "Neftçi"yə və ümumilikdə xalqa qarşıdır.
Fanat, azarkeş xalqın bir parçasıdır. Bu tərbiyəsizlik birmənalı olaraq bağışlanmazdır. Reallıqda isə rəhbərlik malalanması mümkün olmayan "malalamaqla" məşğuldur. "Neftçi" cavabdehləri məşhur tikinti materialları firmaları ilə əməkdaşlıq, tərəfdaşlıq müqavilələri bağlayıb ən möhkəm sement, "şpaklyovka"larla da Dabo hərəkətini malalaya bilməzlər. Mümkünsüzdür.
Bu azmış kimi "Neftçi" prezidenti Kamran Quliyev fanat, azarkeşləri dövlət orqanları ilə üz-üzə qoyur. Futbolda təsadüfi adamlardı, bunların heç "Neftçi" kimi böyük klubda, bu yüksəklikdə vəzifələri daşımaqla yanaşı siyasi savadları da ciddi “axsayırmış”.
Azarkeş xalq deməkdir və onları polislə üz-üzə qoymaq yolverilməzdir. Fanat, azarkeş bütün dünyada çılğınlığı ilə seçilir. Bu cür məsuliyyətsiz açıqlamalarla növbəti oyunlarda tribunada fanat-polis qarşıdurmasına zəmin yaradılır, toxum səpilir. Nə yaxşı ki, müvafiq orqanlar dərhal bu avantürist açıqlamaya reaksiya verərək fanatların stadiondan çıxarılmasına aydınlıq gətirdi.
Ümumiyyətlə, indiki rəhbərlik klubu şaiyələrlə, araqatmalarla, dezinformasiyalarla idarə edir.
Necə ola bilər ki, 1-2 həftə öncə dolu tribunalar "Neftçi"yə möhtəşəm dəstək verirdilər, onda yaxşı idilər, indi isə "öyrədilmiş" olurlar?! Uğursuz nəticələrə don dəyişdirilməsi üçün hər yola əl atırlar.
Fanat azad ruhludur, onlar üçün kimlərin "Neftçi"də olması önəmli deyil, önəmli olan "Neftçi" adına qazanılan uğurlardır.
Hər kəs dərk etməlidir, fanat, azarkeş psixologiyasının bir dönməz yolu var: nəticə olanda dəstək, olmayanda "İstefa!".
Azarkeşlərin tribunalardan çəkilməsi məsələsi tək "Neftçi"yə aid deyil. Ölkə futbolunda boş tribunaları hər kəs görür. Bu, hazırda futbolda olanlara sərfəlidir. Elə "Neftçi"ni də buna uyğun xüsusi göndərilmiş adamlar "idarə" edir. Dolu tribunalar təzyiq, möhtəşəmlik, futbolun inkişafına, oyunların səviyyəsinə birbaşa təsir deməkdir. Təsadüflərə isə xalqın, dövlətin ayırdığı vəsaiti rahat, boş tribunalar önündə mənimsəmək lazımdır.
Menecmentlikdən çox danışılır. Fanat, azarkeş olmadan hansı marketinq fəaliyyətindən, futbolda gəlirlərdən söhbət gedə bilər? Avropada dolu tribunalara görə milyardlıq tv, sponsorluq müqavilələri bağlanılır. Tribunalar dolmasa, azarkeş marağı olmasa, heç kim futbola maraq göstərməz, yatırım etməz.
Avroliqa finalı öncəsi Bakıya gələcək fanat, azarkeşlər önə çəkilir, nə qədər gəlir olacağından söhbət açılırdı. Çempionatda isə tribunalardan fanat, azarkeşlər çıxarılır, üzlərinə qapılar bağlanır. Bu da müasir, analoqu olmayan futbol menecmentliyi. Amma "Neftçi" ilə isə zarafat etmək olmaz. "Neftçi"nin böyüklüyü, ruhu ruhsuzları, araqatanları qəbul etmir.
- Azarkeşlərin bəzilərinin rəyindən belə anlamaq olur ki, sizi yenidən “Neftçi”də görmək istəyirlər…
- Futbol fanat, azarkeşlər üçün oynanılır. "Neftçi" kimi klub isə adına layiq davamlı nəticələr qazanmalıdır. Bunun üçün "Neftçi"nin Azərbaycan şərtlərinə uyğun istənilən şəraiti var. Futbolda 5 il 25 ilə bərabərdir. Uzun müddət keçməsinə baxmayaraq, biz unudulmamışıqsa, həyatda ən böyük qələbə budur.
Fanat, azarkeşlər çox həssas olurlar və "Neftçi" adına qazanılan uğurlara, rəğbətə yenidən klubda görmək istəməklərinə görə hər birinə təşəkkürümü bildirirəm. "Neftçi"nin qələbələri onların qələbələridir!
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər