23:20 / 03-07-2025
Günay Qurbanova yenidən Avropa çempionu olub
22:38 / 03-07-2025
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - Foto
21:10 / 03-07-2025
Dövlət başçıları Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər - Fotolar
19:57 / 03-07-2025
"Sputnik-Azərbaycan" işi: beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib
19:05 / 03-07-2025
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kəndində olublar - (Yenilənib) - Fotolar
18:17 / 03-07-2025
Peşə tanınması: 179 namizəd keçid balını toplaya bilməyib
18:01 / 03-07-2025
Paşinyanın partiyası müxalifəti terrorçulara köməkdə ittiham edir
17:43 / 03-07-2025
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırıb
17:19 / 03-07-2025
Rusiya aktivlərinin müsadirəsi üçün layihə hazırlayıblar
16:47 / 03-07-2025
Azərbaycan dili üzrə test imtahanının nəticələri elan olunub
16:37 / 03-07-2025
Çempionlar Liqası: "Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşib
16:31 / 03-07-2025
Abituriyentlərin şikayətləri araşdırılıb
16:12 / 03-07-2025
Beyləqanda 16 yaşlı oğlan kanalda batıb
16:01 / 03-07-2025
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb
15:55 / 03-07-2025
Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidə fabrikin fəaliyyəti ilə tanış olublar
15:43 / 03-07-2025
Güclü külək əsəcək - Xəbərdarlıq
15:25 / 03-07-2025
Admiral ruslarla bağlı xəbərdarlıq edir
15:06 / 03-07-2025
Qırğızıstan prezidenti Azərbaycana işgüzar səfərə gəlib - Yenilənib
15:04 / 03-07-2025
İlham Əliyev Rəşid Meredovu qəbul edib - Fotolar
14:55 / 03-07-2025
ABŞ qoşunlarını Avropadan çıxaracaqlar
14:40 / 03-07-2025
İlham Əliyev Qarabağa səfər edib - (Yenilənib+) - Fotolar
14:34 / 03-07-2025
İki prezident Füzuli rayonuna səfər edib - Foto
14:29 / 03-07-2025
Ruslar sosial binaları vurub, ölən və yaralılar var
14:23 / 03-07-2025
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunacaq
13:52 / 03-07-2025
İsrail iki ölkə barədə Rusiya ilə gizli danışıqlar aparıb
13:43 / 03-07-2025
Məhkəmə Vüqar Səfərli ilə bağlı qərar verib
13:08 / 03-07-2025
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır
13:16 / 29-06-2025

17:57 / 30-06-2025

15:08 / 30-06-2025

21:03 / 30-06-2025

13:20 / 29-06-2025

13:01 / 01-07-2025

13:16 / 02-07-2025

00:40 / 29-06-2025

14:15 / 30-06-2025

23:57 / 28-06-2025

12:56 / 29-06-2025

11:03 / 30-06-2025

Oqtay Qasımov: “Türkiyə çox çətin problemlə üzləşib” - Müsahibə
Tarix: 06-10-2019 12:08 | Bölmə: Müsahibə

Siyasi təhlilçi deyir ki, Türkiyənin qarşısında yalnız YPG, onun 70-80 minlik ordusu və ABŞ dayanmayıb, başqa təhlükələr də var
Türkiyənin Fərat çayının şərqində təhlükəsiz bölgə yaradılması ilə bağlı ABŞ-la razılaşması mümkün olmayıb. Türkiyə prezidenti Ərdoğan bir neçə gün əvvəl təəssüflə bildirib ki, artıq ölkəsinin öz yolu ilə davam etməkdən başqa çarəsi qalmayıb.
Xatırladaq ki, Fərat çayının şərqini PKK/PYD silahlıları ABŞ-ın dəstəyi ilə zəbt edib. Türkiyə ABŞ-ın köməyi ilə onları həmin ərazidən savaşsız çıxarmaq istəsə də, bu, hələlik alınmır. Ərdoğanın son çıxışından belə anlaşılır ki, Türkiyə həmin ərazidə təkbaşına hərbi əməliyyatlar keçirmək məcburiyyətində qala bilər.
Reyting.az-ın bununla bağlı suallarını cavablandıran siyasi təhlilçi Oqtay Qasımov (O, mərhum prezident Əbüfəz Elçibəyin köməkçisi olub) deyir ki, Ərdoğan sentyabrın ortalarında ABŞ-a vaxt vermişdi ki, onlar tərəfindən irəli sürülən şərtlər yerinə yetirilməsə və terror təşkilatı YPG/PKK tələb edilən məsafədə ərazilərdən uzaqlaşdırılmasa Türkiyə qəti addımlar atmalı olacaq.
- İki həftəlik müddət başa çatdıqdan sonra Türkiyə Milli Təhlükəsizlik Şurasında məsələ müzakirə edildi və bir daha ABŞ-ın konkret mövqeyinin nədən ibarət olduğu istənildi. Bundan sonra prezident Ərdoğan parlamentdə çıxışı zamanı dedi ki, artıq ABŞ-ın “yolavermə” siyasətinə dözmək niyyətləri yoxdur.
- Oqtay bəy, söhbət Türkiyə-Suriya sərhəddində mövqe tutan YPG/PKK terror təşkilatlarının 30 kilometr geri çəkilməsindən gedirsə və Vaşinqton bu məsələdə Ankaranı yola verirsə, bu halda Türkiyə hansı addımları ata bilər?
- Fikrimcə, ABŞ bu məsələdə Türkiyəni aldatmaqda davam edəcək. Çünki ABŞ-ın uzun illərdir ki, Yaxın Şərqdə həyata keçirmək istədiyi planlar var. Görünən budur ki, Ağ Ev bu planları həyata keçirməkdə son dərəcə qərarlıdır. Əgər belə olmasaydı ABŞ nümayişkarənə şəkildə YPG/PKK terror təşkilatına 100 milyonlarla dəyərində silah yardımı etməz, təxminən 70 minlik YPG silahlısına təlim keçib onu nizami ordu halına gətirməzdi. Yəni görünən budur ki, Türkiyənin qarşısında çox çətin problem durub. Bu həm Türkiyənin dövlət təhlükəsizliyi, həm də sərhəd təhlükəsizliyi ilə bağlıdır. Mən terror təşkilatı tərəfindən yaradılacaq təhdidləri nəzərdə tuturam.
İkincisi, Türkiyənin nəzərdə tutduğu və bu günə qədər yaradılmayan təhlükəsizlik zona yaradılmasa, Suriya torpaqlarında gələcəkdə Şimali İraqda olduğu kimi, bir dövlətin yaranması baş verə bilər. Bu da bölgə dövləti olaraq Türkiyəyə ciddi təhlükələr yaradacaq. Odur ki, Türkiyə bu məsələlərdə qəti addımlar atmaq niyyətini bəyan edir, amma qarşısında ciddi maneə var.
- Hansı maneələr?
- Birincisi, Türkiyənin qarşısında yalnız YPG, onun 70-80 minlik ordusu və ABŞ dayanmayıb. Suriya rejimi də Tükiyənin qarşısındadır.
Suriya rejiminin xarici işlər naziri BMT Baş Assambleyasındakı çıxışı zamanı ABŞ və Türkiyəni işğalçı adlandırdı. Bəyan etdi ki, ABŞ və Türkiyəni Suriyaya qanuni hakimiyyət dəvət etməyib və onlar işğalçıdır. Fikrimcə, bu mövzuda Türkiyə Suriya hakimiyyəti ilə müəyyən danışıqlara gedəcək. Çünki belə əlaqələr olmasa özünə qarşı ikinci cəbhəni aça bilər. Üstəlik, İran və Rusiyanın bu məsələdə mövqeyi Suriya rejiminin mövqeyi ilə üst-üstə düşür.
Son Ankara zirvəsi zamanı Rusiya və İran dedi ki, Adana Anlaşmasına istinad etmək lazımdır. Xatırladım ki, Adana Anlaşması Suriya və Türkiyə arasında imzalanıb. Anlaşmaya görə, hər bir dövlət öz ərazisində olan terror təşkilatlarına qarşı tədbirlər görməli, onun digər ölkəyə qarşı fəaliyyətinin qarşısını almalıdır. İndiki halda Rusiya və İran Adana Anlaşmasına istinad etməklə, əslində, Türkiyəni Suriya rejimi ilə danışıqlara getməyə və bu problemi çözməyə səsləyirlər.
Yeri gəlmişkən, Ankarada Ərdoğan-Putin-Ruhani görüşündən bir gün əvvəl Suriya rejimi BMT-yə müraciət göndərmişdi. Həmin müraciətdə YPG və PYD terror təşkilatı kimi tanınmağa çağırılırdı. Məncə, bu, əslində Türkiyəyə müəyyən qədər şanslar yaradırdı. Sözsüz ki, Əsəd rejimi bu müraciətini Rusiya və İranın istəyi ilə hazırlamışdı. İstəkləri də budur ki, Türkiyə iqtidarı Suriya hakimiyyəti ilə masaya oturub YPG, PYD məsələsini müzakirə edib ortaq məxrəcə gəlsin. Yəni indi elə məqam yaranıb ki, Türkiyə hakimiyyəti öz təhlükəsizliyini təmin etmək üçün müəyyən addımlar atmalıdır. Nəzərə alın ki, Fəratın şərq sahillərindəki problemlə yanaşı İdlibdə də ciddi məsələlər var və həllini gözləyir.
- Əslində açıq görünür ki, İdlib məsələsində Suriya rejimi, Rusiya və İran Türkiyəyə qarşı ciddi dirəniş göstərirlər. Türkiyə İdlibi qurban verməklə YPG məsələsində Tehran və Moskvanın dəstəyini ala bilərmi?
- Tehran və Moskva Ərdoğan hökumətini Bəşər Əsəd iqtidarı ilə ortaq məxrəcə gəlməyə və İdlib problemini çözməyə vadar etmək istəyir. Əslində İdlibdə mürəkkəb vəziyyət mövcuddur. İdlib Suriyanın vilayətidir və orada yaşayanlar Suriya vətəndaşlarıdır. Amma İdlibdə Suriya vətəndaşları ilə yanaşı minlərlə terrorçu da var. Yəni terrorçular bura toplaşaraq həm Türkiyəyə, həm də Əsəd rejiminə təhlükə yaradırlar. Bu baxımdan İdlibdə terror yuvalarını məhv etmək və terrorçuları ölkədən çıxarmaq əslində dövlətlərin suverenliyi anlayışı baxımından Suriya rejiminin haqqı kimi qəbul oluna bilər. Məncə, bu mövzuda Türkiyə rassional davranmalıdır. Bu da Türkiyənin Əsəd rejimi ilə danışıqlara getməsini qaçılmaz edir. Bəşər Əsəd İdlibi birtərəfli qaydada nəzarətə götürməyə start versə və müharibə başlasa, bu halda Türkiyə üçün kifayət qədər ciddi problem yaranacaq. Hazırda həm də qaçqın problemi yaşayan Türkiyə əlavə olaraq daha bir milyon qaçqın axını ilə üzləşə bilər. Bu da Türkiyə dövləti üçün əlavə ciddi problem deməkdir.
- Amma İdlibdə həm də Ankara tərəfindən birmənalı dəstəklənən Azad Suriya Ordusu (ASO) var...
- İdlib ətrafında Türkiyənin patrul xidməti postları var və onlar müşahidə həyata keçirirlər. Müşahidəçilər arasında ASO da var. Sadəcə, ASO-dan savayı İdlibdə irili-xırdalı iyirmiyə qədər terror təşkilatları var və onların da minlərlə üzvləri mövcuddur. Ümumən İdlibdə aşağı-yuxarı 40-50 minlik silahlı terror təşkilatlarının olduğu bildirilir. Bu da ciddi problemdir. Yəni məsələ kifayət qədər mürəkkəbdir. Ehtimal edirəm ki, Türkiyə bu məsələni sonunda ABŞ-la deyil, həm də Rusiya, İran və Suriya rejimi ilə birgə çözməyə çalışacaq.
- Yaxın dövr üçün Türk ordusunun ABŞ tərəfindən silahlandırılan və hazırda Fəratın şərq sahillərində mövqe tutan YPG-yə qarşı hərbi əməliyyatlara başlaması gözlənilirmi?
- Bunu demək çətindir. YPG dediyiniz qurum əslində ABŞ-ın vəkalət ordusudur ki, o ərazidə dayanıb. Onun arxasında dayanan qüvvə ABŞ-dır. Üstəlik, YPG daxilində yüzlərlə, bəlkə də minlərlə həm ABŞ əsgərləri, həm də muzdlu döyüşçü hazırlayan şirkətlərin döyüşçüləri var. Bu mənada YPG-yə qarşı əməliyyata başlamaq eyni zamanda ABŞ vətəndaşları qarşı-qarşıya gəlmək mənasını daşıyır. Fikrimcə, Türkiyə sona qədər problemi həm də ABŞ-la danışıqlar yolu ilə həll etməyə cəhd göstərəcək. Amma bu nə qədər mümkün olacaq?
ABŞ-ın indiki tutumunda bu suala cavab vermək çətindir. Sonuncu dəfə bu mövzu ətrafında Türkiyə və ABŞ-ın müdafiə nazirləri arasında telefon danışığı olub. Həmin telefon danışığında Türkiyə müdafiə naziri Hulisi Akar təmsil etdiyi dövlətin bu məsələdə qərarlı olduğunu dilə gətirib. Danışıqlarda belə mövqenin sərgilənməsi bir addımdır, amma onun həyata keçirilməsi həm də risk tələb edir. Hər halda Türkiyə sona qədər ABŞ-la danışıqlar vasitəsilə YPG problemini həll etməyə çalışacaq. Amma bu alınmadıqda hərbi əməliyyatlar qaçılmaz olacaq.
Reyting.az
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə