19:57 / 13-03-2025
Yevlaxda iki nəfər bıçaqlanıb
18:55 / 13-03-2025
İranda üç ölkənin səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
18:37 / 13-03-2025
Nəcməddin Sadıkovun adı yenə milyonluq mənimsəmələrdə hallanır
18:09 / 13-03-2025
XII Qlobal Bakı Forumu keçirilir - İlham Əliyev tədbirə qatılıb - (Yenilənib) - Fotolar
18:00 / 13-03-2025
Ukraynada iki Azərbaycan vətəndaşı itkin düşüb
17:50 / 13-03-2025
Ermənistan XİN: Azərbaycanla sülh sazişi imzalanmağa hazırdır
17:45 / 13-03-2025
Casusluqda ittiham olunan Fransa vətəndaşı Bakıda hakim qarşısına çıxarılıb
17:23 / 13-03-2025
Fərhad Mehdiyev Vəkillər Kollegiyayasının üzvlüyünə bərpa edilib
17:08 / 13-03-2025
İlham Əliyev Fatih Birolu qəbul edib - (Yenilənib) - Fotolar
16:56 / 13-03-2025
İcra Hakimiyyətinin şöbə müdiri həbs olunub
16:54 / 13-03-2025
Zelenski: Rusiya müharibəni dayandırmağa məcbur olacaq
16:45 / 13-03-2025
Nazirlər Kabineti sürücülərin hazırlanması ilə bağlı qanuna dəyişiklik edib
16:42 / 13-03-2025
Aviasiya sahəsinə dair daha bir qayda təsdiqlənib
16:27 / 13-03-2025
İlham Əliyev ÜST rəhbərini qəbul edib
16:21 / 13-03-2025
Neft Emalı Zavodunda yanğın: saxlanılan var - DTX açıqlama yayıb
16:02 / 13-03-2025
Orban həbsinə order verilmiş baş naziri qonaq çağırıb
15:56 / 13-03-2025
Azərbaycan və Albaniya prezidentləri görüşüb
15:31 / 13-03-2025
Ceyhun Bayramov: "Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb"
14:45 / 13-03-2025
Ali Məhkəmə icarə müqaviləsinin ləğvi məsələsi ilə bağlı qərar qəbul edib
14:13 / 13-03-2025
Həm Ukraynaya, həm də Rusiyaya ciddi təzyiqlər var - Deputat
13:55 / 13-03-2025
AFFA klubları cərimələyib - Siyahı
13:47 / 13-03-2025
Axtarışda olan daha bir nəfər Azərbaycana gətirilib
13:46 / 13-03-2025
“Atəşkəsə təminat yoxdur” - Hərbi ekspert
13:21 / 13-03-2025
Baharın “Ulduz”u işıq üzü görüb - Foto
13:15 / 13-03-2025
Binəqədi və Sabunçuda əməliyyat: 14 kq narkotik vasitə aşkarlanıb
13:05 / 13-03-2025
Prezident nazir müavinləri barədə sərəncam imzalayıb
12:53 / 13-03-2025
Tramp administrasiyası 450 min bayquşu öldürmək istəyir
12:42 / 13-03-2025
Sabahın hava proqnozu açıqlanıb
23:39 / 08-03-2025

14:48 / 10-03-2025

20:14 / 09-03-2025

23:18 / 08-03-2025

21:05 / 10-03-2025

16:31 / 09-03-2025

22:52 / 10-03-2025

19:56 / 11-03-2025

13:26 / 10-03-2025

15:56 / 10-03-2025

17:57 / 10-03-2025

Asim Mollazdə: "İslahatlar daha da dərinləşəcək..." - Müsahibə
Tarix: 25-10-2019 16:04 | Bölmə: Müsahibə

Deputat deyir ki, Prezidentin başladığı islahatların qarşısını almaq istəyənlər xalqın hesabına zənginləşmək məqsədi güdənlərdir
Prezident İlham Əliyevin son günlər həyata keçirdiyi kadr islahatları ölkə gündəminin əsas mövzusudur.
"Azpolitika.info” bu mövzu ilə bağlı Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadədən müsahibə götürüb.
Reyting.az həmin müsahibəni təqdim edir:
– Asim bəy, Prezidentin son struktur və kadr islahatlarını necə qiymətləndirirsiniz?
– Hesab edirəm ki, prezident islahatlarla bağlı öz qərarını elan edib. Nəsillərin dəyişməsi, yeni təfəkkürə malik olan məmurların işə cəlb edilməsi, onlara böyük sahələrin etibar edilməsi müsbət hadisədir. Düşünürəm ki, yaxın müddətdə bu proses daha da dərinləşəcək. Çünki islahatları həyata keçirmək üçün islahtları bacaran, yeni təfəkkürə malik bacarığı olan kadrlara ehtiyac var.
- Prezidentin Əli Həsənov və Hacıbala Abutalıbovla görüşlərində "70 yaşından yuxarı insanlar nümunə götürüb istefaya getməlidir” mesajları kimlərə ünvanlanıb?
– Mənə elə gəlir ki, prezident bu mesajla bildirir ki, uzun illər məmur kimi işləyən kadrların artıq istirahət vaxtı gəlib çatıb. Yəni yaşlı məmurların işləri yüksək qiymətləndirilir. Amma onlar istirahətə getməli və gənclərin yolunu açmalıdırlar.
- Sizcə, yaşlı insanlar istirahətə gedəcəkmi?
– Mən ümidvaram ki, ya xoşluqla gedəcəklər, ya da getməyə məcbur olacaqlar.
- Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin hörmətlə yola salınması gözlənilməz oldu. Bu addımı necə şərh etmək olar?
- Mənə elə gəlir ki, Azərbaycanın idarəetmə istiqamətində islahatlar davam edəcək. Ümidvaram ki, idarəetmənin bütün istiqamətlərində-siyasət, iqtisadiyyat, sosial və digər sahələrdə addımlar davamlı olacaq. Bu da ölkəmizin sürətlə dəyişilməsinə kömək edəcək.
- Ramiz Mehdiyevin yola salınması digər işini itirən məmurlarla müqayisədə daha böyük əks-səda yaratdı. Müxalifət partiyalarının sədrləri bununla bağlı xüsusi şərh verdilər, sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirildi. Niyə Mehdiyevin istefaya göndərilməsi belə rezonansa səbəb oldu?
- Burada əsas məqam yaşla bağlıdır. Bir daha qeyd edim ki, siyasi və iqtisadi istiqamətlərdə yüksək çinli məmurlar müəyyən yaş həddinə çatandan sonra təqaüdə getməli və ya daha yüngül işə keçərək gənc nəslin yollarını açmalıdırlar.
- Ramiz Mehdiyevlə bağlı qərarı prezidentin kadr islahatlarının kulminasiya nöqtəsi sayanlarla razılaşırsınız?
- Düşünürəm ki, islahatlar davam edəcək. Prezidentin islahatları daha da dərinləşəcək və bütün təbəqələri əhatə edəcək.
- Doğrudanmı Ramiz Mehdiyev hakimiyyətdə çox ciddi təsir imkanlarına malik siyasi fiqur idi?
-Əlbəttə, onun vəzifəsi əslində çox yüksək vəzifə idi. Bu, onu göstərir ki, islahatlar bütün təbəqələri əhatə edəcək.
- Hələ də hakimiyyətdə xeyli yaşlı insan təmsil olunur. Onlar vəzifədən getmək istəməsə necə olacaq?
– Azərbaycan dövləti kifayət qədər güclüdür və ona heç kimin müqavimət göstərmək imkanı yoxdur.
- Amma iddialar var ki, kimlərsə islahatlara və kadr dəyişikliklərinə müqavimət göstərir. Hətta müxalifətin son aksiyası buna misal kimi göstərilir…
– Hesab edirəm ki, Azərbaycan dövləti bu cür müqaviməti dəf edə bilməsi üçün kifayət qədər güclüdür. İslahatlar davam edəcək.
- Bəzən deyirlər ki, yaşlı insanları tam silmək olmaz. Gənc kadrlar nisbətən təcrübəsizdir və idarəetmədə nəsillərin tandemi saxlanılmalıdır. Bu yanaşma nə dərəcədə doğrudur?
– Əslində, yaşlı insanları heç kim silib atmır. Konkret olaraq yaşlı insanların ölkədə gedən müsbət proseslərə dəstək ola bilərlər. Amma bunun üçün onların böyük vəzifələr tutmasına ehtiyac yoxdur. Onlar başqa platformalarda bu işə töhvə verə bilərlər. Məsələn, ehtiyac olarsa onlar məsləhət və tövsiyələrini verə bilərlər.
- Konkret olaraq islahat və kadr dəyişikliklərinə maneə olmaq istəyən qüvvələrin məqsədi nədir?
– İslahatların qarşısı almaq istəyənlər əslində özlərində güc saxlamaq və xalqın hesabına zənginləşmək məqsədi güdənlərdir. Kadr dəyişiklikləri ilə belə məmurlardan tədricən xilas olunacaq.
- Siz 4 ay əvvəl ABŞ-da səfərdə olarkən bəyan etdiniz ki, sovet idarəetmə təfəkküründən xilas olmalıyıq. O zaman siz ölkədə ciddi kadr islahatları aparılacağından xəbərdar idiniz?
– Mən o zaman bu fikirləri ona görə dedim ki, Azərbaycan islahatlara başlayırdı. Yeni təfəkkürə sahib məmurlara ehtiyac olduğunu düşünür, bu istiqamətdə zəruri addımların atılmasının, yeni nəsil icraçılarını yetişdirməsini vacib sayırdım. Hesab edirdim ki, bunun üçün təhsil sistemi də dəyişməli, yeni kadrlar hazırlamalıyıq. Görürsünüz ki, ölkədə islahatlar inkişaf edir, dərinləşir. Kadr dəyişikliyi də yeni nəsl insanların yolunu açır. Mən düşünürəm ki, bu çox yüksək prosesidir. Konkret olaraq bir neçə ay bundan əvvəlki bəyanatıma gəldikdə isə deyim ki, həmin vaxt mən sadəcə zərurətdən danışmışdım. Yəni informasiyam yox idi, sadəcə bu addımların atılmasının zəruri olduğunu qeyd etdim. Gördüyünüz kimi, Prezident də real addımlar atdı. Bu proses dəstəklənməlidir.
- Bəzən kadr islahatlarını tərifləyən mütəxəssislər hesab edirlər ki, inkişaf üçün sistem dəyişikliyi də baş verməlidir…
– Əgər ehtiyac və iradə varsa, mütəmadi addımlarla sistem dəyişikliyi də həyata keçirilə bilər. Amma belə dəyişiklik bir neçə saniyə ərzində baş verə bilməz. Mənə elə gəlir ki, Azərbaycan xalqının belə bir islahatlara və dəyişikliklərə potensialı var. Azərbaycan xalqı istedadlı xalqdır və əminəm ki, Azərbaycan mütləq inkişaf yolunda davam edəcək.
- Kadr dəyişikliklərindən sonra sistem dəyişikliyi ortaya çıxa bilərmi?
– Mənə elə gəlir ki, tədricən hər şey ola bilər.
- Sosial şəbəkələrdə iddialar səslənir ki, bəzi ölkələr Azərbaycana kadr islahatlarında təsir etmək istəyir, burada beşinci kolonları var, təsirlərini saxlamağa çalışırlar və s. Sizcə, belə iddialar nə dərəcədə doğrudur?
– Hesab edirəm ki, belə cəhdlər ola bilər. Amma bununla yanaşı, Azərbaycan dövləti öz daxili işlərinə qarışmaq istəyən kənar qüvvələri dəf etməyə qadirdir.
- Milli Məclisin sonuncu toplantısı zamanı deputatlar çıxışlarında oktyabrın 19-da Bakıda Milli Şuranın keçirdiyi mitinq tənqid etdi. Bunun islahatların aparılması ilə eyni vaxtda düşməsi təsadüfi sayılmadı və bəziləri buna görə, xarici ölkələri tənqid etdi. Sizcə, qərb ölkələri və ABŞ indiki situasiyada Azərbaycanda sabitliyin pozulmasında maraqlıdır?
– Mən düşünmürəm ki, bu prosesdə həmin ölkələrin əli ola bilər. Əksinə, hesab edirəm ki, bu hadisələrdə daxildə qeyri sağlam olan məmur təbəqəsinin rolu ola bilərdi.
- Gültəkin Hacıbəylinin ABŞ səfirliyinin və Avropa Birliyinin Bakıdakı nümayəndəliyinin diplomatı ilə danışmasının qəfildən ortaya çıxması, bunun mətbuata sızdırılmasının arxasında kimlər dura bilər?
– Mənə elə gəlir ki, hansısa cılız oyunlar Azərbaycanın heç bir ölkə ilə münasibətinə mənfi təsir göstərə bilməz. Tam əminəm ki, Azərbaycan ABŞ, Avropa Birliyi və qonşu ölkələrlə öz problemlərini özü həll etmək gücündədir. Bu gün Azərbaycanın xarici siyasət prioriteti əməkdaşlıqdan və tərəfdaşlıqdan ibarətdir. Azərbaycan bu istiqamətdə işlərini davam etdirir. Ona görə də, kimlərsə öz fəaliyyəti ilə Azərbaycanın xarici münasibətlərinə zərər gətirmək, onu izolyasiya etmək niyyəti güdürsə, buna heç vaxt nail olmayacaq. Azərbaycan dünyaya açıqdır. Azərbaycanda sabitliyi poza bilməyənlər düşünə bilərdi ki, dövlətin xarici əlaqələrinə xələl gətirsinlər. Bu, mümkün olmayacaq. Azərbaycan öz strategiyasını davam etdirəcək.
Qeyd edim ki, Azərbaycanın tarixi bir missiyası var. Bu missiyada ondan ibarətdir ki, biz fərqli dinlərə, qrupların əməkdaşlığı ölkə daxilində necə qoruyub saxlayırıqsa, bunu beynəlxalq münasibətlərdə də davam etdirən dövlətik. Azərbaycanın bu yanaşması digər ölkələr tərəfindən olduğu kimi qəbul ediləcək.
- Azərbaycanda siyasi elitanın nisbətən gəncləşməsi ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərə bilərmi?
– Əslində, Azərbaycandakı islahatlar dünya tərəfindən dəstəklənəcək. Çünki peşəkarlar Azərbaycanın istədiyi əməkdaşlığı daha uğurla həyata keçirə biləcəklər.
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə