19:57 / 13-03-2025
Yevlaxda iki nəfər bıçaqlanıb
18:55 / 13-03-2025
İranda üç ölkənin səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
18:37 / 13-03-2025
Nəcməddin Sadıkovun adı yenə milyonluq mənimsəmələrdə hallanır
18:09 / 13-03-2025
XII Qlobal Bakı Forumu keçirilir - İlham Əliyev tədbirə qatılıb - (Yenilənib) - Fotolar
18:00 / 13-03-2025
Ukraynada iki Azərbaycan vətəndaşı itkin düşüb
17:50 / 13-03-2025
Ermənistan XİN: Azərbaycanla sülh sazişi imzalanmağa hazırdır
17:45 / 13-03-2025
Casusluqda ittiham olunan Fransa vətəndaşı Bakıda hakim qarşısına çıxarılıb
17:23 / 13-03-2025
Fərhad Mehdiyev Vəkillər Kollegiyayasının üzvlüyünə bərpa edilib
17:08 / 13-03-2025
İlham Əliyev Fatih Birolu qəbul edib - (Yenilənib) - Fotolar
16:56 / 13-03-2025
İcra Hakimiyyətinin şöbə müdiri həbs olunub
16:54 / 13-03-2025
Zelenski: Rusiya müharibəni dayandırmağa məcbur olacaq
16:45 / 13-03-2025
Nazirlər Kabineti sürücülərin hazırlanması ilə bağlı qanuna dəyişiklik edib
16:42 / 13-03-2025
Aviasiya sahəsinə dair daha bir qayda təsdiqlənib
16:27 / 13-03-2025
İlham Əliyev ÜST rəhbərini qəbul edib
16:21 / 13-03-2025
Neft Emalı Zavodunda yanğın: saxlanılan var - DTX açıqlama yayıb
16:02 / 13-03-2025
Orban həbsinə order verilmiş baş naziri qonaq çağırıb
15:56 / 13-03-2025
Azərbaycan və Albaniya prezidentləri görüşüb
15:31 / 13-03-2025
Ceyhun Bayramov: "Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb"
14:45 / 13-03-2025
Ali Məhkəmə icarə müqaviləsinin ləğvi məsələsi ilə bağlı qərar qəbul edib
14:13 / 13-03-2025
Həm Ukraynaya, həm də Rusiyaya ciddi təzyiqlər var - Deputat
13:55 / 13-03-2025
AFFA klubları cərimələyib - Siyahı
13:47 / 13-03-2025
Axtarışda olan daha bir nəfər Azərbaycana gətirilib
13:46 / 13-03-2025
“Atəşkəsə təminat yoxdur” - Hərbi ekspert
13:21 / 13-03-2025
Baharın “Ulduz”u işıq üzü görüb - Foto
13:15 / 13-03-2025
Binəqədi və Sabunçuda əməliyyat: 14 kq narkotik vasitə aşkarlanıb
13:05 / 13-03-2025
Prezident nazir müavinləri barədə sərəncam imzalayıb
12:53 / 13-03-2025
Tramp administrasiyası 450 min bayquşu öldürmək istəyir
12:42 / 13-03-2025
Sabahın hava proqnozu açıqlanıb
23:39 / 08-03-2025

14:48 / 10-03-2025

20:14 / 09-03-2025

23:18 / 08-03-2025

21:05 / 10-03-2025

16:31 / 09-03-2025

22:52 / 10-03-2025

19:56 / 11-03-2025

13:26 / 10-03-2025

15:56 / 10-03-2025

17:57 / 10-03-2025

Sabiq deputat: “İndiki Parlament ölkə üçün ləkədir, üz qarasıdır” - Müsahibə
Tarix: 20-11-2019 23:05 | Bölmə: Müsahibə

Cümşüd Nuriyev: “125 deputatdan 100-ü heç bir işə yaramır, onları seçmiş iqtidarı belə, müdafiə etmirlər, ancaq bizneslə məşğuldurlar”
Tanınmış politoloq, istiqlalçı deputat, professor Cümşüd Nuriyev AYNA-ya müsahibəsində ölkədə aparılan kadr islahatlarından, medianın problemlərindən və bir sıra digər məsələlərdən danışıb.
Reyting.az C. Nuriyevin həmin müsahibəsini təqdim edir:
- Cümşüd müəllim, son dövrdə ölkədə bir sıra kadr dəyişiklikləri oldu. Hətta gözləmədiyimiz şəxslər belə, öz postundan getdi və ya göndərildi. Bu islahatları necə qiymətləndirirsiniz?
- Kadr islahatlarını müsbət qiymətləndirirəm, dünyanın hər yerində kadr islhatları ilə bağlı rotasiya deyilən bir qanunauyğunluq var. Bizdə isə elə məmurlar - nazirlər, icra başçıları var ki, 10, hətta 20-25 ildir vəzifə başında oturublar. Ounlar artıq iş yerlərinə o qədər alışıblar ki, Azərbaycanla bağlı fikirləri də yoxdur. Oturduqları kürsüdən beşəlli yapışmaqla şəxsi problemlərini həll etməklə məşğuldurlar.
- Gənc kadrların vəzifələrə, xüsusilə nazirliklərə gətirilməsini necə dəyələndirirsiniz?
- Nazirliklərin, tamamilə gənclərdən ibarət olması Azərbaycan üçün problem yaradır. Məsələn, İngiltərədə siyasi hakimiyyət dəyişilsə belə, kiminsə nazirin birinci müavinini dəyişməyə ixtiyarı yoxdur. Bizdə isə çox axmaq bir tendensiya yaranıb, nazir hansı bölgədəndirsə, sanki ziyafət məclisi verirmiş kimi, həmin bölgədən olan dostlarını, tanışlarını, qohumlarını yığır ətrafına. Prezident bunlara etimad göstərir, ancaq təəssüf ki, onlar bu məsuliyyəti dərk etmirlər. Yaxşı olar ki, gənclər formaşana qədər, hətta nazir gənc olsa belə, müavinlərindən biri mütləq təcrübəli şəxs olsun. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində köhnədən heç kim qalmayıb, təzə gələnlər də o sahəni yaxşı bilmirlər. Buna görə də il yarımdır, sanki tədris kombinatı kimi fəaliyyət göstərirlər, işi öyrənməyə çalışırlar. Yaxşı olar ki, cənab Prezident bu məsələlərə də xüsusi diqqət yetirsin.
- Sizcə, kadr islahatları davam edəcək, yoxsa elə bununla da bitdi?
- Əlbəttə ki, davam etməlidir. Bununla bitsə, çox təhlükəli tendensiya yaranar.
Birincisi, cənab Prezident islahatlara getdiyini özü bəyan edib, əgər dayandırılsa, inamsızlıq yaranar.
İkincisi, uzun müddət vəzifədə oturanlar özlərini daha da harınlamış şəkildə apararlar, onlarda fikir yaranar ki, “mənə gücü çatmadı, mən əvəzolunmazam”.
Üçüncüsü, müxalifətin əlinə dəstəvuz vermiş olar, düşünərlər ki, “ancaq kosmetik dəyişiklik idi, davamı yoxdursa, heç bir effekti olmayacaq”. İnanmıram ki, Prezident belə bir məsələyə yol versin.
- İcra hakimiyyəti başçılarının dəyişdirilməsi barədə nə deyərdiniz?
- İcra hakimiyyəti başçıları çox az tərkibdə dəyişdirilir. Halbuki 5 ildən çox işləmiş bütün icra başçıları dəyişdirilməlidir. Yerdəyişmə yox, yola salınmalıdır. Azərbaycanda da kifayət qədər belə icra başçıları var. Həmçinin təcrübəsi olmayan gənclərin icra hakimiyyətlərinə təyin edilməsinin də heç bir nəticəsi olmayacaq. Ölkədə kənd təsərrüfatını bilən kifayət qədər mütəxəssislər var, təsərrüfat rayonlarına onlar təyin olunsa, daha yaxşı olardı.
- İslahatlara start veriləndən vətəndaşlar tərəfindən sosial şəbəkələrdə müxtəlif məmurların adları çəkilir. Siz konkret olaraq hansı məmurların tutduqları postdan yola salınmasını istərdiniz? Həmçinin gedənlərin yerinə kimlər gətirilsə, daha məqsədəuyğun olar?
- Konstitusiyamıza görə, heç kəs Prezidentə göstəriş verə bilməz ki, “filankəsi işdən çıxart, yerinə filankəsi qoy”. Amma 5 ildən yuxarı vəzifədə olan bütün məmurların, əsasən də icra strukturunda olanların dəyişdirilməsi ilə bağlı prinsip olmalıdır. Bu, təkcə hüquq-mühafizə orqanlarına aid deyil. Necə olur ki, parlament 5 ildən bir dəyişdirilir, ancaq 93-dən, 95-dən bəri vəzifədə olan nazirlər qalır? Birmənalı şəkildə, ən azı ötən əsrdən qalanlar dəyişdirilməlidir. Vəzifələr yeni düşüncəli gənclərlə, o sahəni bilən peşəkarlara həvalə olunmalıdır.
- Parlamenti xatırlatmışkən, orada da kifayət qədər yaşlı deputatlarımız var. Necə düşünürsünüz, növbəti parlament seçkilərində yenilənmə olacaqmı?
- Məncə, birincisi, Parlamentdə yaş senzini qaldırmaq düzgün deyil. Dünya praktikasında belədir ki, adətən təcrübəli şəxslərdən daha çox istifadə edirlər. Çünki onlar uzun müddət işin içində olduqlarına görə, dövlət işini, dövlət siyasətini aparmağı yaxşı bilirlər.
Azərbaycan Parlamentinə seçilmiş gənclərin birini də tanımıram. Təcrübəsiz gəncləri kiminsə adamıdır deyə Parlamentə salmaq nəticə verməyəcək. Parlamentdə təcrübəli, işi bilən şəxslər oturmalıdır ki, Azərbaycanda kifayət qədər belə insanlar var. Məsələn, Azərbaycanı uzun müddət layiqli şəkildə təmsil etmiş, hazırda isə işsiz olan səfirlərimiz var. Azərbaycanın qızıl fondu olan həmin diplomatlarımıza yer verilməlidir. Bu günkü Parlamentimizin isə hörməti qalmayıb.
- Nədən bu fikirdəsiniz?
- Çünki oradakıların çoxu Parlamentə özü seçilməyib. 125 deputatdan 100-ü heç bir işə yaramır, onları seçmiş iqtidarı belə, müdafiə etmirlər, ancaq bizneslə məşğuldurlar. İndiki Parlament ölkə üçün bir ləkədir, üz qarasıdır, biabırçılıq hökm sürür. Pezidentə bu qədər hücum olduğu dövrdə deputatlar niyə susurlar, nəylə məşğuldurlar?
Telekanallara baxırsan, ancaq eyni deputatlar danışır. Bəs digərləri nəyə lazımdır? Araşdıranda isə məlum olur ki, bizneslərinin hayındadırlar. Azərbaycanda hazırda biznesmen deputatlarla biznesmen icra başçılarının yarışı gedir, biabırçılıqdır.
- Prezident son müşavirəsində ölkə mediasının vəziyyətindən də danışdı. Bildirdi ki, ölkə mediası bəzi məmurların əlində şantaj alətinə çevrilib. Sizi necə, medamızın indiki durumu qane edirmi?
- Yox, etmir. Açığı, ev alandan sonra jurnalistlərimizin 70 faizinin milli hissləri itib. Üstümə hücuma keçsələr də, deməliyəm bunu. Ən dəhşətli məqam odur ki, bizdə sevgi hissi, başqalarına rəhm etmək hissi itib, hər şeyi bazara çıxartmışıq, medianı da, mənəviyyatımızı da, özümüzü də. Neçəyə alıb-satmaq işini isə dəllallar görür. Cənab Prezidentin dediyi kimi, məmurlar mediada firounluq edirlər. Saytları, qəzetləri var ki, adamları şərləməklə məşğuldurlar, xaricdə oturaraq bəzi şəxsləri şərləyən əldəqayırma gədələrdən heç də geri qalmırlar. Əksinə, həmin gədələr də şərləməyi bunlardan öyrəniblər.
Azərbaycan mediası faciəvi haldadır. Media qurumlarının ən çoxu 30 faizi bu millət, dövlət üçün çalışır, Qarabağla bağlı nələrsə edir, amma qalanları “sarı mediadır”. Kim kimdən boşandı, kim kimi saxlayır, kim kimə ərə getdi mövzuları tüğyan edir. Mənəviyyatımız itib, şərəfimiz itib, ölkəni yaman günə qoyublar, fahişəliyi, homoseksualizmi təbliğ edirlər. Ailə strukturunu dağıdırlar, gəncləri məhv edirlər, İslamı kökündən qazıyırlar, millətin mənəviyyatını batırırlar, insanlıq, kişilik ölüb.
Görün, telekanallarımız kimlərin əlindədir. Səhər tezdən efiri yeməklə açırlar, ardınca həkim məsləhəti, sonra da mütrüflər efiri zəbt edir. Heç bir telekanalda analitik proqram yoxdur, millətin dərdinin, elmi araşdırmaların müzakirəsi getmir. Bir-iki kanalı çıxmaqla, digərlərində hərəsi sevgilisinə bir veriliş açıb. Hara gedirik axı? Yaman günə qalmışıq, bizimçün ağlayan lazımdır.
- Elə öz sualınızı yenidən özünüzə ünvanlayıram, hara gedirik bu gedişlə? Olmaya artıq axirətin əlamətləri ilə üz-üzəyik?
- İşsiz qaldığım bu müddətdə "Quran"ı oxumuşam, bozbaş mollalarından fərqli olaraq İslamı elmi şəkildə araşdırıram. Bəli, yavaş-yavaş axirətin əlamətləri başlayır. Amma bir dəqiqəmiz Allahın yanında 60 ilə bərabərdir. Orta insan ömrü də o qədərdir, yəni biz Allahın yanında bir dəqiqə yaşayırıq. Əgər Allahın səbri günlərlə, aylarla ölçüləcəksə, axirəti gözləmək axmaqlıqdır, cahillikdir. Biz mənəviyyatı tapdanan millətimizi, ərazisi işğal altında olan dövlətimizi qaldırmalıyıq.
Prezidentimiz özü də deyir ki, icra başçıları zəli kimi çöküb, sahibkarlar çökdürülüb. Bütün dünyanı ayaqda saxlayan qızıl təbəqə, yəni orta təqəbə bizdə itib. Əvvəllər, heç olmazsa, 50 faiz kasıb, 30 faiz orta, 20 faiz harınlaşmış təbəqə var idi. İndi əhalinin 30 faizə qədəri harınlayıb, bilmir ki, pulu hara xərcləsinlər, itinə də toy edir, amma 70 faizi özünə toy edə bilmir.
- Bəzi ziyalılarımız həqiqəti danışanda həm bəzi məmurlar, həm də onların himayə etdiyi media qurumları tərəfindən hücumla üzləşirlər. Bu müsahibəmizdən sonra sizə qarşı da hücum, hətta təhqir kampaniyası başladıla bilər. Bunlar sizi qorxutmur ki?
- Vallahi, mən istiqlalçı deputat, Qarabağ müharibəsi veteranı olaraq bu dövləti onlardan çox istəyirəm. Bunları görürəm, deməyəndə özümü yandırır, deyəndə isə pis adam oluram. Azərbaycanda mənim kimi adamlar danışanda qaralayırlar ki, müxalifətdir. Mən 15 ildir YAP üzvüyəm, əgər bu dövlətin siyasətini qəbul etmirdimsə, niyə YAP-a üzv olurdum?
Mən Prezidentimi də çox istəyirəm, vəzifədə olanlardan fərqli olaraq, onun da, ailəsinin də təhqir olunmasına qarşı çıxıram. Çünki onu biz seçmişik və ona görə məsuliyyət daşıyırıq. Baxmayaraq ki, insanlar verdikləri səsi də alverə qoyublar, bu dövlət, millət üçün nələrsə etmək istəyən ziyalı təbəqəni küsdürüblər, dilindən asıblar, beş manata möhtac ediblər. Danışanı da söyürlər, o qədər hücumlar edirlər ki, ailəmizin yanında gözükölgəli duruma düşürük, mənliyimizi sındırırlar.
Peyğəmbərimiz deyirdi ki, “alim öldü, aləm öldü”, Azərbaycanda da alimlər ölmək üzrədir. Artıq böyük uçurum qarşısındayıq, mənlik yox, mədəniyyət yox, şücaət yox, müəllimi şərəfsizləşdiriblər, alimi ələbaxan ediblər. Şəxsən öz adıma deyirəm ki, bu cəmiyyətdə biz reanimasiyaya düşmüşük, ölmək üzrəyik. Cənab Prezidentə müraciət edirəm, Azərbaycan ziyalıları reanimasiyaya düşəndən sonra bu dövlət də, bu hakimiyyət də reanimasiyaya düşəcək, bizi başqaları idarə edəcək.
- Necə ki, bəzi xarici təşkilatlar buna cəhd edir...
- Bəli, ölkə daxilində təxribat törədənlər, xaricdən pul alıb Azərbaycana hürənlər bütün məsələni bu istiqamətə aparırlar. Qanmırlar ki, onlardan istifadə edərək qloballaşma, demokratiya, multikulturalizm, tolerantlıq adıyla bu milləti məhv etməyə çalışırlar. Ona görə də millətin bir hissəsi qudurub hamını qapır, qalanları da qorxduğuna görə səsini çıxartmır. Onlardan biri də mənəm. Bu millət, dövlət üçün nəsə etmiş bir şəxs olaraq mənə hörmət qoyulmursa, görün başqaları nə haldadır, danışmağa da əzab çəkirik. Hanı mənim 30 il bundan əvvəlki millətim? Yoxdur.
- Qorxub danışmamaq daha pisdir axı, həqiqətləri deyən olmasa, daha da batarıq ki...
- Batırıq da, bundan artıq nə olacaq ki? Torpağımız işğalda, mənəviyyatımız işğalda, gənclərimiz yaman gündə, şəhərin mərkəzinə çıxmaq olmur, biabırçılıqdır. Şəhərdə elə biədəb qadınlar formalaşdırırlar ki, adam xəcalət çəkir. Kişilərə baxanda bilinmir ki, kişdir, yoxsa qadın. Getdikcə ana xaqanlıq geri qayıdır, gender adı ilə milləti məhv etdilər.
Danışmaqla bunlar düzəlmir. Mən danışdım, siz yazdınız, oxuyanlar da söyəcək. Neçə ildir də bunun əzabını çəkirəm, 40 yaşımdan, düz 24 ildir iş axtarıram. O vaxt deyirdilər ki, “hələ cavansan”, indi də deyirlər, “qocalmısan”. Ona görə də danışmaq istəmirəm, öz dərdimi çəkirəm.
- Normal media qurumu, özünə hörmət edən jurnalist söymür axı, əksinə, hər təbəqədən olan ziyalıları danışdırır ki, oxucular hər kəsin fikri ilə tanış olsun.
- Vaxtilə Azərbaycanın öndə olan media qurumları indi yaltaqlıqla məşğuldur, ancaq şəxsi problemlərini həll edirlər, orden-medallar üçün hər vasitəyə əl atırlar. Adamı dəhşət bürüyür ki, 10-15 ilə media 180 dərəcə dəyişirsə, deməli bunlar əvvəldən şərəfsiz olublar. Yaxşı, bu qədər dəyişəcəkdinizsə, niyə bu millləti ümidləndirirdiniz, hanı millətə verdiyiniz sözlər? Kişi sözünü tutmalıdır.
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə