14:48 / 14-03-2025
85 Nobel mükafatçısı Nərgiz Məhəmmədiyə azadlıq istəyir
14:27 / 14-03-2025
Ata oğlunun ölümündə şübhəli bilinir
14:22 / 14-03-2025
Putin Trampın xüsusi nümayəndəsini qəbul edib
13:35 / 14-03-2025
Ruslar Kurskda daha bir yaşayış məntəqəsini azad edib
13:14 / 14-03-2025
Xocalı rayonuna növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:12 / 14-03-2025
Əfv Məsələləri Komissiyasının iclaslarının vaxtı uzadılıb
13:01 / 14-03-2025
Sabahın hava proqnozu açıqlanıb
12:55 / 14-03-2025
Əliyevin Ermənistandan tələbləri beynəlxalq hüquq normalarına tam uyğundur - Professor
12:35 / 14-03-2025
Jurnalistlərin həbs müddəti uzadılıb - (Yenilənib)
12:14 / 14-03-2025
Nazir Pərviz Şahbazovun biznes planı "batıb"
12:11 / 14-03-2025
Humanitar təşkilatlar Qəzzaya yardımı azaldır
12:04 / 14-03-2025
Mirzoyan: "Sülh sazişi imzalandıqdan sonra ATƏT-ə ehtiyac qalmayacaq"
11:52 / 14-03-2025
İşğaldan azad edilən ərazilərdə ötən il 3 min km yol salınıb
11:46 / 14-03-2025
2024-cü ildə istehsalatla əlaqəli 87 nəfər həyatını itirib
11:28 / 14-03-2025
Moskva yenidən PUA hücumuna məruz qalıb
11:00 / 14-03-2025
Yevlaxda iki nəfər bıçaqlanıb
10:53 / 14-03-2025
Bakıdakı "Boranı" restoranında yanğın olub
10:52 / 14-03-2025
Ermənistan Qafqaz əhəmiyyətli referenduma hazırlaşır
10:34 / 14-03-2025
DİN və Penitensiar Xidmət əməliyyat keçirib
10:06 / 14-03-2025
BMT-nin Ali Komissarlığı Vardanyan işi üzrə yekun rəyini açıqlayıb
10:02 / 14-03-2025
Ukrayna ordusu Kursk bölgəsini tərk edir
09:49 / 14-03-2025
Gəncədə iki yeniyetmə itkin düşüb
09:45 / 14-03-2025
Abşeronda yaşlı qadın dəm qazından boğulub
09:43 / 14-03-2025
Britaniya Azərbaycana müdafiə attaşesi göndərib - Foto
09:19 / 14-03-2025
Oğurluqda şübhəli bilinən beş nəfər ələ keçib - Foto
08:54 / 14-03-2025
Okeanlarda daha sürətlə qabarma prosesi gedir
08:48 / 14-03-2025
Xarici İşlər Nazirliyi İşçi Qrupun Ruben Vardanyan işi ilə bağlı rəyini alqışlayır
08:40 / 14-03-2025
Hava limanında sərnişin təyyarəsi yanıb
14:48 / 10-03-2025

20:14 / 09-03-2025

21:05 / 10-03-2025

16:31 / 09-03-2025

22:52 / 10-03-2025

19:56 / 11-03-2025

13:26 / 10-03-2025

21:09 / 13-03-2025

15:56 / 10-03-2025

17:57 / 10-03-2025

11:09 / 11-03-2025

Politoloq: “Ənənəvi müxalifət sıradan çıxsa da, bunu qəbul etmək istəmirlər” - Müsahibə
Tarix: 23-02-2020 13:11 | Bölmə: Müsahibə

Zərdüşt Əlizadə: “Mehman Hüseynova istinad edən müxalifətin boyunu yerə soxum”
Növbədənkənar parlament seçkisi bir çox cəhətlərilə bərabər Azərbaycandakı ənənəvi müxalifətin potensialı və cəmiyyətdəki dayaqlarının da müzakirəsinə səbəb olub. Bir hissəsi seçkiyə qatılmayan, qatılan hissəsi isə çox sönük təsir bağışlayan həmin siyasi qüvvələri buna görə tənqid edənlər də az deyil.
9 fevral növbədənkənar parlament seçkisi və ənənəvi müxalifətin bu prosesdəki rolu mövzusunda politoloq Zərdüşt Əlizadə danışıb.
Reyting.az AzPolitika.info-ya istinadla Z. Əlizadənin müsahibəsini təqdim edir:
- Növbədənkənar parlament seçkisi başa çatdı, parlamentə düşən şəxslərin siyahısı prinsipcə bəllidir. Bu seçkiyə və onun nəticələrinə münasibətiniz necədir?
- Düşünürəm ki, bu seçki qeyri-adi deyil, sıradan bir seçki oldu. Seçkini hakimiyyət hazırlayıb, müxalifətin bu prosesə heç bir təsir imkanı olmayıb. Yayılan videolar da göstərir ki, seçkidə saxtakarlıq faktları kifayət qədərdir. Bu mənada sıravi və “nümunəvi” seçki olub.
Azərbaycanda 1989-cu ildən bu yana seçkilər belə keçirilir. Yeni bir şey yoxdur.
Parlamentin tərkibinə gəldikdə, bu tərkib hakim zümrə daxilindəki qüvvələr nisbətinin parlaq nümunəsidir. “Köhnə qvardiya” və “yeni qvardiya” var. “Köhnə qvardiya” təmsilçilərindən parlamentə daha çox şəxs düşüb. Yəni, yeni parlamentdə də üstünlük “köhnə qvardiyadadır”. İndiyə qədər necə olubsa, bundan sonra da elə olacaq. Bütün məsələlər Prezident Administarsiyasında və Nazirlər Kabinetində həll olunacaq.
- Bu seçkidə müxalifətin və müstəqil namizədlərin iştirakını necə qiymətləndirirsiniz?
- Bu dəfə də seçkidə müxalifət iştirak etdi. Müsavat Partiyası, ReAL, iki digər blok və ya hərəkat seçkiyə qatıldı. Yeganə real müxalifət olaraq, Erkin Qədirli halal şəkildə seçkini udub. Bununla bağlı məntəqə seçki komissiyalarından əldə etdiyi protokolları nümayiş etdirdi, hətta özünün şəxsən qələbə qazandığı, amma əlavə bülletenlərin atıldığı məntəqələrlə bağlı da şikayət verdiyini qeyd etdi. Bir sözlə, halal qələbə qazandı. Bu da göstərir ki, cəmiyyətdə ağıllı və savadlı müxalifətə ehtiyac var. Bunun nümunəsi Erkin Qədirlidir. Təəssüflər olsun ki, Natiq Cəfərlinin keçməsinə imkan verilmədi. Onun da parlamentə düşməsi xalqın və dövlətin xeyrinə olardı.
Yeri gəlmişkən, bu seçkidə hüquqşünas Fərhad Mehdiyevin seçki kampaniyası və mübarizəsi olduqca xoşuma gəldi. Bu göstərir ki, müstəqil və müxalif düşərgədə mübariz siyasətçilər var.
Bəxtiyar Hacıyevin inadcıl mübarizəsi də xoş təəssürat yaratdı, adam öz haqqını müdafiə etməyi bacarır. Düzdür, mən Bəxtiyarın seçki materialları ilə tanış oldum və deyim ki, deputatdan daha çox prezidentliyə namizədin materialları idi. Hər halda çalışır, iş görür, özünü və haqlarını müdafiə edir.
Kərim Kərimli də çox əla seçki kampaniyası apardı.
Başqa gənclərin də adını qeyd etmək olar. Bu adamlar mövcud olan imkanlardan istifadə etdilər. Amma hakimiyyət də qələbəni özünün istədiyi namizədlərə verdi.
- Bəs, 4 seçki dairəsində nəticələrin ləğv edilməsi nədən xəbər verir?
- Bəzi yerlərdə fırıldaqların dozası çox oldu və bu, biabırçı formada idi. Video-görüntülərdə bunlar açıq hiss edilirdi. Hökumət onların bir hissəsinə reaksiya verərək, həmin dairələrin nəticələrini ləğv etdi. Hesab edirəm ki, o dairələrdən irəli çıxan deputatlar həm də hakimiyyət üçün əhəmiyyətsiz idilər. Odur ki, belə qərarlar verildi. Ancaq bu o demək deyil ki, həmin dairələrdə keçiriləcək təkrar seçkilərdə müxalifət namizədləri keçə bilərlər.
- Fəal kampaniya aparan gəncləri sadalayarkən, nədənsə Mehman Hüseynovun adını çəkmədiniz...
- Mən Mehman Hüseynovu deputat görmək istəmirəm. Bu cür adama istinad edən müxalifətin boyunu yerə soxum. Çünki jurnalist kimi qeyri-peşəkardır. Baxmayaraq ki, özünü qəhrəman kimi təqdim edir, əsas istəyi yuxarıya dırmaşmaqdır. Adamlar var ki, yuxarıya dırmaşmaq istəyir və dırmaşandan sonra yerini rahatlayıb bəy balası kimi yaşamağa başlayır. Mən onları yaxşı tanıyıram. Qardaşına da, ona da bələdəm. Onlar öz rifahını düşünən insanlardır.
- Bəs seçkiyə qatılan İsa Qəmbər, Arif Hacılı, Sərdar Cəlaloğlu və digər ənənəvi müxalifət liderlərinin seçki kampaniyasına münasibətiniz necədir?
- Mən, yeri gəlmişkən, Cavad Cavadovu da qeyd etmək istərdim. Seçkidə iştirak etdi və sonra da mərdanə şəkildə uduzduğunu bildirdi. Yəni bu seçki xeyli gənci cəmiyyətə yaxşı mənada tanıtdı. Bu, öz-özlüyündə müsbət hadisə idi.
Konkret sualınıza gəldikdə deyim ki, ənənəvi müxalifətin ən böyük qüsuru və zəifliyi onların zəka potensialının yoxluğundadır. Zəka potensialı olmayanda xalqa söz deyə bilmirsən, başlayırsan “dalay-dalay” oxumağa. Xalq da bir dəfə “dalay-dalay”a qulaq asır və sonra da bundan iyrənir. Beləcə, ənənəvi müxalifətin istəkləri reallaşmır. Ənənəvi müxalifətin “onlar getsin, biz gələk”,- şüarı artıq işləmir. Nə ilə gələcəksən, hansı yeni siman var, cəmiyyətə hansı modelləri təklif edirsən? Bunların heç biri yoxdur.
İsa Qəmbər heç bir yeni söz demir, klassik məğlub fiqurdur.
Arif Hacılı heç nəyə nail olmayıb. Bütün bunları xalq bilir.
- Demək istəyirsiniz ki, ənənəvi müxalifətin kölgədə qalması gözlənilən sonluq idi?
- Onların vaxtı keçib. Əslində onlar çoxdan sıradan çıxıblar, sadəcə, bunu qəbul etmək, tanımaq istəmirlər. Deyirlər ki, biz də varıq. Camaat da deyir ki, özünüz üçün varsınız.
Bu seçkidə məntəqələrdən birində vətəndaş siyahıya baxıb deyir ki, filankəs ölüb, məntəqə sədri də bildirir ki, o, sizin üçün ölüb, bizim üçün yaşayır. İndi də xalq üçün artıq ənənəvi müxalifət yoxdur, bitdi bu məsələ. Hələ cəmiyyətdə onlara 500 nəfər səs verən varsa, bunun özü böyük rəqəmdir. Xalqı min dəfə aldadıblar. Niyə xalq onlara səs verməli idi? Bitdi, onların kitabları bağlandı.
- Axı onların yerini tutanlar da yoxdur...
- Yuxarıda qeyd etdik ki, yeni nəsil gəlir. Vacib deyil ki, onlar idealist siyasətçilər olsun, onlar praqmatik siyasətçilərdir. Elementar bir nümunə deyim. İqbal Ağazadə deputat olmaq istəyir. Burada nə pis şey var? Öz dairəsində yaxşı işləyib, onu tanıyırlar, səs verirlər.
Bu seçkidə daha fəal siyasi təşkilat Respublikaçı Alternativ Partiyası idi. Məsələn, parlamentdə iqtisadçı Natiq Cəfərlinin olması Azərbaycan dövlətinə və xalqına ziyanmı verərdi? Amma onun əvəzinə 26 yaşlı gənc xanımı gətirdilər.
Mənim üzdən tanıdığım, ağıllı saydığım siyasətçilərdən biri Erkin Qədirlidir. Özü də açıq elan etdi ki, hökumət ona qarşı inzibati resurslardan istifadə etməyib və imkan verib ki, bu dairədə təmiz seçki keçsin. Onun təmsil olunduğu partiyanın ağlı olsa, özünün yeganə təmsilçisi olan Erkin üçün zəka potensialını səfərbər edər. Və beləcə, Erkin parlamentdə gözəl təşəbbüslərlə çıxış edər. Hamı da görər ki, bu partiya ağıllıdır, imkanlardan istifadə edir.
- Sizcə, bu seçkidə ortaya çıxan yeni gənc nəslin partiya yaratmaq imkanı varmı?
- Fərhad Mehdiyev Respublikaçı Alternativ Partiyasından namizəd idi. Amma özü müstəqil siyasətçidir. Fərhad nədən Müsavat və ya YAP-dan namizəd olmadı? Deməli, fikirləri bu partiyaya daha yaxın olub. Belə adamlar var və bəlkə də sabah onlar bu partiyaya daxil olacaqlar.
Digər tərəfdən, ənənəvi partiyalar artıq çıxdaş olub. Onlar sübut etdilər ki, heç nəyə yaramırlar. Ortada qalır yalnız Respublikaçı Alternativ Partiyası. Və bir də ADR Hərəkatı. Bu qurumun da müəyyən qədər potensialı var. Mənə görə, ortada olan siyasi qüvvələr bunlardır.
Ancaq yeni partiya da ortaya çıxa bilər. Bunu Azərbaycan qanunları, konstitusiya qadağan etmir. Əgər seçkidə yaxşı mənada fəal iştirak edən müstəqil namizədlər belə niyyətə düşərlərsə, siyasi iştahları varsa, bunu mümkün sayıram. Əgər fərqli bir yol göstərmək istəyirlərsə, buyursunlar.
Reyting.az
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə