11:00 / 28-10-2025
Prezident İlham Əliyev Sabirabada gedib - Fotolar
10:47 / 28-10-2025
Şəhidlə vida mərasimi keçirilib - Fotolar
10:44 / 28-10-2025
Millimizin İslandiya və Fransa oyunları üçün biletlər satışa çıxarılıb
10:42 / 28-10-2025
Rusiyadan Türkiyəyə qaz tədarükü artıb
10:29 / 28-10-2025
13 universitet Türk Universitetlər Birliyinə üzv qəbul olunub
10:22 / 28-10-2025
Rumıniya Senatının sədri Azərbaycanda səfərdədir
10:18 / 28-10-2025
Aparıcı Nigar Fərhadın avtomobili oğurlanıb
10:13 / 28-10-2025
Deputat: Ukraynaya hərbi yardım 45 faiz azalıb
10:10 / 28-10-2025
Lisey və gimnaziyalara şagird qəbulu qaydası dəyişib
09:47 / 28-10-2025
Pakistan Senatının sədri Azərbaycana gəlib - Foto
09:41 / 28-10-2025
Yer kürəsində maqnit fırtınası başlayır
09:39 / 28-10-2025
Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyunlarına start verilir
09:17 / 28-10-2025
Azərbaycan BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını imzalayıb
08:58 / 28-10-2025
İtaliyada yoxsulluq ən yüksək həddə çatıb
08:50 / 28-10-2025
Pop-diva özünü alçaldılmış hiss edir
08:42 / 28-10-2025
Britaniya Türkiyəyə döyüş təyyarələri verəcək
08:33 / 28-10-2025
Qəzzada ölənlərin sayı 68 527 nəfərə çatıb
08:28 / 28-10-2025
Trampı Tokio səfərində sürpriz gözləyir
08:22 / 28-10-2025
Zelenskinin tələbinə Londondan cavab verilib
07:56 / 28-10-2025
Mehdiyevin məktubu Müsavatla AMİP arasında mübahisə yaradıb
07:36 / 28-10-2025
Türkiyədə 6,1 maqnitudalı zəlzələ olub - (Yenilənib)
07:23 / 28-10-2025
Qarabağın daha iki kəndinə köç karvanı gedir
00:03 / 28-10-2025
Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür
21:28 / 27-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olunub - Yenilənib
20:31 / 27-10-2025
"Bank Respublika"nın borcları artıb - Əmanətlər geri çəkilib
20:19 / 27-10-2025
Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır - Müraciət
19:59 / 27-10-2025
Rəşad Dağlı əməliyyat olunub
19:51 / 27-10-2025
Ciddə Qülləsi dünyanın ən hündür göydələni olacaq - Foto
18:08 / 27-10-2025
Ceyhun Bayramov Ayşe Berris Ekinci ilə görüşüb
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
20:19 / 27-10-2025
Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır - Müraciət
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
İqbal Ağazadə: “Parlamentdə çoxsaylı insanlar dəyişməliydi” - Müsahibə
Tarix: 14-03-2020 15:12 | Bölmə: Müsahibə

Ümid Partiyasının sədri deyir ki, xalqın seçmədiyi adamlar yenə də parlamentdə otururlarsa, deməli, budəfəki seçkidə də heç nə dəyişmədi
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri tarixə qovuşsa da, prosesdən narazılıqlar davam edir. Narazılardan biri də Ümid Partiyasının sədri, deputatlığa namizəd olmuş İqbal Ağazadədir.
Qeyd edək ki, İ. Ağazadənin mübarizə apardığı seçki dairəsi üzrə nəticələr onun şikayəti əsasında ləğv edilib.
Reyting.az İ. Ağazadənin bu və digər məsələlərlə bağlı “Unikal” qəzetinə verdiyi müsahibəni təqdim edir:
- Yeni parlament Azərbaycan xalqının iradəsini əks etdirən şəkildə formalaşmadı. Təəssüf ki, etirazla qarşılanan, seçicinin qarşısına çıxa bilməyən, kəndlərdə görüşlərdən qovulan namizədlər belə millət vəkili adını aldılar. Bu, çox təəssüf doğuran haldır. Bu parlament 2015-ci ildə formalaşan parlamentdən heç nə ilə fərqlənmədi. Bu da növbədənkənar parlament seçkilərinin keçirilməsi arqumentini zəiflətdi. Belə çıxdı ki, növbədənkənar parlament seçkilərini sanki parlament rəhbərliyini dəyişmək üçün elədilər. Çünki parlamentin tərkibində ciddi dəyişiklik olmadı.
- Axı parlamentə 40-dan çox yeni şəxs də düşüb. Müxalif fikir ondan ibarətdir ki, 40 nəfər yeni şəxsi ciddi dəyişiklik hesab etmək olmaz. Hakimiyyət təmsilçiləri isə 30 faizdən çox dəyişikliyi əsas gətirərək fərqli mövqedən çıxış edirlər və bildirirlər ki, yalnız inqilablar zamanı tərkib tamamilə dəyişir...
- Əsas məsələ başqadır. Xalqın seçmədiyi, görüşdən qovduğu namizədlərin yenidən parlamentə seçilməməsi seçici üçün əsas göstərici ola bilərdi. Amma bu adamlar yenidən parlametdə əyləşdilər. 40 nəfər yeni şəxsin təxminən 10 nəfəri bundan əvvəl də parlamentdə yox idi və onların yeri boş idi. Çünki həmin şəxslər bir müddət əvvəl səlahiyyətlərini icra strukturlarına dəyişmişdilər. Amma xalqın gözləntiləri başqa idi. Xalqın əsas narazı olduğu məqam odur ki, xalqın səsinə səs verməyən adamlar parlamentə düşdü. Lakin bu narazılığa məhəl qoyulmadı, həmin adamlar parlamentdə oturdular. Rəqəmlərin hər hansı bir əhəmiyyəti yoxdur. Əsas mahiyyətdir, o da xalqın iradəsinin əksinədir.
Geniş mənada dəyişikliyə gəlincə, parlamentdə çoxsaylı insanlar dəyişməliydi, çünki xalq onlara səs vermir. Ona görə yox ki, hakimiyyət dəyişməliydi, sadəcə, insanlar onlara səs vermirlər. Əgər onlar yenə də parlamentdə otururlarsa, xalqın da, siyasi müxalifətin də qənaəti budur ki, budəfəki seçkidə də heç nə dəyişmədi. O cümlədən, siyasi institutların tərkibinə baxanda demək olar ki, heç bir dəyişiklik yox idi.
- Parlamentə düşəcəyiniz təqdirdə də bu fikirləri səsləndirəcəkdiniz, yoxsa obrazlı desək, bir qədər “ütülü” danışacaqdınız?
- 2005-2010-cu illərdə parlamentdə təmsil olunmuşam. Eyni mövqeyi sərgiləmişəm. Partiyanın da mövqeyi bu şəkildə olub. Yəni, parlamentdə oturub-oturmamağımızdan asılı olmayaraq, hər zaman obyektiv mövqedən çıxış etməyə çalışmışam. Parlamentdə olsaydım, analoji fikirləri səsləndirəcəkdim.
- O zaman ortaya bir sual çıxır. Əgər parlament xalqın iradəsi ilə formalaşmayıbsa, o parlamentdə oturmaq nəyə xidmət edir?
- Bunlar fərqli şeylərdir. Seçicinin rəyini özündə əks etdirməyən, saxta yollarla parlamentə düşən adamlarla bir yerdə oturmağı doğru saymasaq, gərək bu yanaşma ilə heç kimə yaxın durmayaq. Biz cinayətkarla da, narkomanla da, alimlə də, fəhləylə də, iş adamı ilə də bir cəmiyyətdə yaşayırıq. Bu yanaşmanı əsas götürsək, öz qrupumuzu götürüb başqa yerdə yaşamalıyıq. Biz harda mümkündür, orda xalqa xidmət etməyi bacarmalıyıq.
Bu gün parlamentə Erkin Qədirli düşüb. Çoxsaylı adamlar deyir ki, niyə gedib parlamentdə oturub? Zaman tanımaq lazımdır ki, fəaliyyət göstərsin və fəaliyyətinə qiymət verilsin. Niyə orda oturub sualını verməyin. Oturubsa, deməli, xalq üçün nəsə edəcək. Biz bolşevik təfəkküründən əl çəkməliyik. “Məndə yoxdursa, heç kimdə olmasın”,- yanaşması yanlışdır. Biz istəyirik ki, parlamentdə fərqli fikirdə olan daha çox adam otursun. Bir Erkin olmasın, 20 olsun, 30 olsun, bəlkə də daha çox olsun. Olmadısa, real nəticə budursa, Erkinin üzərinə daha çox yük yığmaq lazımdır. Yaxud başqa birindən tələb etmək lazımdır ki, xalq üçün işləsin, xalqın mövqeyini ifadə eləsin.
- Seçkinin nəticələrindən narazılıq yarananda bir qisim hökuməti suçlayır, bir qisim namizədləri ittiham edir. Maraqlıdır, parlament xalqın iradəsi ilə formalaşmayanda cəmiyyətin məsuliyyəti nə qədərdir, xalq hansı formada etiraz etməlidir?
- Xalqın siyasi proseslərə yanaşması və siyasi proseslərin dinamikasında iştirakı olduqca aşağıdır. Bunu qəbul etmək lazımdır. Təbii ki, bunun bir neçə fundamental səbəbləri var:
Birincisi, iqtidarın yanaşması, siyasətlə məşğul olanlara münasibət, həbslər, işdənçıxarmalar və digər səbəblər.
İkincisi, nəticəsizlik sindromu. Burada təkcə iqtidarın deyil, müxalifətin də günahı böyükdür. Keçirilən bütün seçkilərdə vətəndaş nəticəsizlik sindromu yaşayıb, inamını itirib. Deyir ki, seçkidə iştirak edib-etməməyimin nə mənası var?
Bundan əlavə, müxalifətin o günahı var ki, mövcud situasiyada vəziyyəti doğru dəyərləndirib qələbə modelini tapa bilmir. Bu gün bizim seçiciyə xitabımız onların bizi eşitməyi formasındadır. Bu gün seçici bizi eşidir, amma dinləmir. Çünki dediyimiz sözlərin inandırıcılıq dərəcəsi azdır. Mən öz dairəmizdən deyirəm ki, seçici ayaqda idi. 120 saylı dairədə də aktivlik var idi. Görüşləriniz, seçici ilə təmasınız təqdir olunmalıdır. 12-ci, 29-cu, 31-ci, 83-cü, 44-cü və digər dairələrdə də dinamiklik var idi. Təsəvvür edin, 125 dairədə bu şəkildə işlənilsəydi, nə qədər effektli olardı. Təəssüf ki, çox az müstəqil namizəd, çox az partiyalı namizəd işlədi.
Adını çəkmək istəmirəm, partiyaların böyük əksəriyyəti seçki kampaniyası aparmadı. Açığını deyək, bu seçkinin üzünü ağ edənlər daha çox bitərəf namizədlər idi. Bəziləri etiraf etsə də, etməsə də, bizim dairədəki seçki kampaniyası göz qabağında idi. Mənim görüşlərim cəmiyyət üçün açıq və maraqlı idi. Amma bu, yetərli deyildi. Ümumən seçki aurasını bir və iki namizəd yaratmırdı ki.
Mənə görə, bu seçkinin qəhrəmanları vətənpərvər, demokratiya istəyən, azadfikirli yeni nəslin nümayəndələri idi. Əksər dairələrdə dinamikanı da, seçki ab-havasını da onlar yaratdı. Etirazlarda da öz mövqelərini qoya bildilər. Demək ki, siyasi institutlar prosesdə ləngiyir. Bax, müxalifətin günahı bundadır.
Bizim dairədən kənar heç bir siyasi partiyanın nümayəndəsi Zaur Əhməd qədər, Bəxtiyar Hacıyev qədər, Mehman Hüseynov qədər, yaxud başqa aktiv bitərəf namizəd kimi işləyə bilmədi. Hər gün seçicinin yanında olmaq, az olanda azla görüş, çox olanda çoxla görüş, verilən mesajlar, dinamika, bütün bunlar seçkiyə pozitivlik gətirmişdi.
Biz siyasi institutlarımızı yenidən şəkilləndirməyi bacarmalıyıq. Siyasi institutların hazırkı şəkli cəmiyyətə bədbinlik və hərəkətsizlik gətirir. Budəfəki seçki həm də bunda ötrü bir dərs idi.
- İqbal bəy, artıq parlament formalaşıb və fəaliyyətə başlayıb. Hazırda ölkədə kifayət qədər ciddi problemlər var. Yeni tərkibli parlament hansı problemləri qaldırmalı və həllinə çalışmalıdır?
- Millət vəkili gördüyü, seçicisini narahat edən hər bir məsələni gündəmə gətirməlidir. Əgər bu gün koronavirus ölkə vətəndaşını narahat edirsə, millət vəkili ondan danışmalıdır. Dolların kursu insanları narahat edirsə, onunla bağlı sözünü deməlidir. Neftin qiyməti, iqtisadiyyatın neftdən asılılığından mütləq mənada danışmalıdır. Əgər cəmiyyətin böyük bir kəsimini siyasi məhbuslar narahat edirsə, millət vəkili onlardan da danışmalıdır. İnsanları seçki saxtakarlığı narahat edirsə, bu qədər insan məhkəməyə müraciət edirsə, hökmən millət vəkili onların da mövqeyini ifadə etməyi bacarmalıdır. Millət vəkili seçicinin yanında olmalıdır, öz maraqlarını güdməməlidir. Ölkə vətəndaşını başqa nə narahat edir, qiymətlərin bahalaşması, ondan danışılmalıdır.
Yaxınlarda hökumətin hesabatı olacaq. Müzakirə zamanı deputat xalqın mövqeyindən çıxış etməlidir, sosial vəziyyətin ağırlığını, problemləri gündəmə gətirməlidir. Hər bir millət vəkili Qarabağ məsələsindən mütləq danışmalıdır. Atəşkəs dönəmindən bu yana bu qədər şəhid vermiş bir millət ya torpağını azad etməlidir, ya da normal çıxış yolu tapılmalıdır.
- Yeni tərkibdə qeyd elədiklərinizdən danışacaq millət vəkili varmı?
- (Fikirləşir) Çətin. Kimsə epizodik olaraq, hansısa problemləri qaldıra bilər, amma təəssüflər olsun ki, böyük mənada hazırkı tərkibdə heç bir deputat problemləri açıq şəkildə deyə bilməz.
- Koronavirus, neftin qiyməti, dollar və digər məsələlərlə bağlı hökumətin mövqeyi ortadadır. İndi deputatlar da hökumətin “hər şey qaydasındadır” musiqisinə qoşulacaqlar?
- Məncə, qoşulacaqlar. Çünki problem və proses ona gətirib çıxarıb ki, o insanların böyük əksəriyyəti bilavasitə hakimiyyətin dəstəyi ilə parlamentə düşüblər. Onlar da şükranlıq edib hakimiyyətin o dəstəyini unutmayacaqlar.
- Bəs bu proses nə zamana kimi davam edəcək?
- Biz siyasi institutları yenidən şəkilləndirənə qədər. Yeni düşüncəli insanlar seçki prosesinə girmək yox, siyasi proseslərə girənə qədər davam edəcək.
Çox sevindim ki, yeni nəsil seçki prosesində iştirak edir, amma seçkidən sonra hərə öz işi ilə məşğul olsun deyə, bir anlayış olmamalıdır. Seçkiyə girən namizədlər, seçkiyə dinamika gətirən namizədlər siyasətə də dinamika gətirməyi bacarmalıdırlar. Ya mövcud partiyalar çərçivəsində birləşməlidirlər, ya da yeni bir qrup yaradıb ölkə siyasətinə dinamika gətirməlidirlər. Bunun ayrı yolu yoxdur. Biz əksər müxalif təşkilatların öz vəzifələrini icra edə bilməmələrinin şahidiyik.
- Bəlkə özləri meydandan çəkilsinlər, yeni qüvvələr gəlsin...
- Heç kimə “Geri çəkil!”- demək lazım deyil. Hər kəs nə qədər bacarır, o qədər iş görsün. Siyasətə daha çox insan gəlsin ki, daha çox iş görülsün. Kimin yeri daralacaq, kimin proseslərə təsir etmək imkanları azalacaq, görəcəyik. Cəmiyyət də baş verənləri qiymətləndirəcək. Odur ki, olanları qovmaq yox, yeni insanların gəlməsinə çalışmaq lazımdır.
Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki