14:48 / 14-03-2025
85 Nobel mükafatçısı Nərgiz Məhəmmədiyə azadlıq istəyir
14:27 / 14-03-2025
Ata oğlunun ölümündə şübhəli bilinir
14:22 / 14-03-2025
Putin Trampın xüsusi nümayəndəsini qəbul edib
13:35 / 14-03-2025
Ruslar Kurskda daha bir yaşayış məntəqəsini azad edib
13:14 / 14-03-2025
Xocalı rayonuna növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:12 / 14-03-2025
Əfv Məsələləri Komissiyasının iclaslarının vaxtı uzadılıb
13:01 / 14-03-2025
Sabahın hava proqnozu açıqlanıb
12:55 / 14-03-2025
Əliyevin Ermənistandan tələbləri beynəlxalq hüquq normalarına tam uyğundur - Professor
12:35 / 14-03-2025
Jurnalistlərin həbs müddəti uzadılıb - (Yenilənib)
12:14 / 14-03-2025
Nazir Pərviz Şahbazovun biznes planı "batıb"
12:11 / 14-03-2025
Humanitar təşkilatlar Qəzzaya yardımı azaldır
12:04 / 14-03-2025
Mirzoyan: "Sülh sazişi imzalandıqdan sonra ATƏT-ə ehtiyac qalmayacaq"
11:52 / 14-03-2025
İşğaldan azad edilən ərazilərdə ötən il 3 min km yol salınıb
11:46 / 14-03-2025
2024-cü ildə istehsalatla əlaqəli 87 nəfər həyatını itirib
11:28 / 14-03-2025
Moskva yenidən PUA hücumuna məruz qalıb
11:00 / 14-03-2025
Yevlaxda iki nəfər bıçaqlanıb
10:53 / 14-03-2025
Bakıdakı "Boranı" restoranında yanğın olub
10:52 / 14-03-2025
Ermənistan Qafqaz əhəmiyyətli referenduma hazırlaşır
10:34 / 14-03-2025
DİN və Penitensiar Xidmət əməliyyat keçirib
10:06 / 14-03-2025
BMT-nin Ali Komissarlığı Vardanyan işi üzrə yekun rəyini açıqlayıb
10:02 / 14-03-2025
Ukrayna ordusu Kursk bölgəsini tərk edir
09:49 / 14-03-2025
Gəncədə iki yeniyetmə itkin düşüb
09:45 / 14-03-2025
Abşeronda yaşlı qadın dəm qazından boğulub
09:43 / 14-03-2025
Britaniya Azərbaycana müdafiə attaşesi göndərib - Foto
09:19 / 14-03-2025
Oğurluqda şübhəli bilinən beş nəfər ələ keçib - Foto
08:54 / 14-03-2025
Okeanlarda daha sürətlə qabarma prosesi gedir
08:48 / 14-03-2025
Xarici İşlər Nazirliyi İşçi Qrupun Ruben Vardanyan işi ilə bağlı rəyini alqışlayır
08:40 / 14-03-2025
Hava limanında sərnişin təyyarəsi yanıb
14:48 / 10-03-2025

20:14 / 09-03-2025

21:05 / 10-03-2025

16:31 / 09-03-2025

22:52 / 10-03-2025

19:56 / 11-03-2025

13:26 / 10-03-2025

21:09 / 13-03-2025

15:56 / 10-03-2025

17:57 / 10-03-2025

11:09 / 11-03-2025

Eldar Namazov: “Azərbaycana yeni Qarabağ strategiyası lazımdır” - Müsahibə
Tarix: 24-05-2020 14:21 | Bölmə: Müsahibə

Prezidentin sabiq köməkçisi deyir ki, əvvəlki yanaşma və üsullarla, belə diplomatiya ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq mümkün deyil
ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar müsbət nəticə vermir və işğalçı dövlətlə bu formatda müzakirələr aparmaq Azərbaycan üçün vaxt itkisidir. Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, rəsmi səviyyədə Dağlıq Qarabağdakı separatçı rejimlə bağlı son mövqeyi isə danışıqların əhəmiyyətsiz olduğunu bir daha göstərdi. Bu da, haqlı olaraq Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qaşılanır və işğaldakı ərazilərimizin azad olunması üçün müharibə çağırışları edilir.
Azərbaycan Prezidentinin sabiq köməkçisi, politoloq Eldar Namazov Reyting.az-a “Dağlıq Qarabağ münaqişəsi, problemin mövcud vəziyyəti, Azərbaycanın Qarabağ strategiyası və münaqişənin mümkün həlli yolları”ndan danışıb.
E. Namazov Reyting.az-a müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni təkliflərini də səsləndirib:
- Fikrimcə, qarşıda bizi riskli dövr gözləyir. Qarabağ məsələsini birmənalı olaraq həll etməyin vaxtı çatıb.
Ötən gün Şuşada baş verənlər və digər hadisələr göstərir ki, artıq danışıqlar yolu ilə bu konflikti həll etmək mümkün deyil. Bu, ümummilli məsələdir, problemin həllində iqtidarlı, müxalifətli - hamının imkanları səfərbər olunmalıdır.
Qonşumuz da İrandır. Fikrimcə, orada da ciddi gərginliklər gözlənilir. Bu, daxili səbəblərdən, sosial duruma görə ola bilər.
Pandemiyadan əvvəl İranda onsuz da sosial durum ağır idi, pandemiyadan sonra vəziyyət daha da gərginləşib.
Digər tərəfdən, İrana ciddi xarici təzyiqlər var. İsrail və ABŞ elan edib ki, İranın nüvə proqramının qarşısını almaq üçün hər bir addımı atmağa hazırdırlar. O cümlədən də hərbi zərbələr endirməyə qədər gedə bilərlər. İranda belə hadisələrin yaşanması Azərbaycana ciddi təsirlər edə bilər. Bu səbbdən də deyirəm ki, qarşıda bizi riskli dövr gözləyir. Qənaətimcə, iqtidar, müxalifət və vətəndaş cəmiyyətini səfərbər etmək lazımdır ki, bu sınaqdan uğurla çıxaq, ölkəmizi qoruyaq və itirilən torpaqlarımızı geri ala bilək. Yəni hamının səylərini birləşdirmək lazımdır. Şəxsən mən bu prosesdə daha fəal olmağı düşünürəm.
Sözsüz ki, partiyalar yaranır, yeni qüvvələr də ortaya çıxır, dialoq aparılır. Mən onlara da uğurlar arzu edirəm.
- Eldar müəllim, Siz necə düşünürsünüz, hakimiyyətin siyasi partiyalarla apardığı dialoqa ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyətinin təmsilçiləri də daxil edilməlidirmi?
- Əslində bu proses təzə başlamışdı ki, ortaya pandemiya problemi çıxdı, karantin rejiminin tətbiqi vacib məsələ kimi reallaşdırıldı. Nəticədə görüşlər, aparılan müzakirələr dayandırıldı. İndi karantin rejimi qismən götürülüb. Yəqin ki, bu proses canlanacaq və gələcəkdə bu istiqamətdə yeni addımlar atılacaq.
- Son dövrlər Qarabağ münaqişəsinə görə Azərbaycanın Xarici işlər naziri tənqid edilir, hətta onu istefa verməyə səsləyirlər. Sizin bu məsələdə fikriniz nədən ibarətdir?
- Bu istiqamətdə zamanında mən də öz təkliflərimi səsləndirmişəm. Hesab edirəm ki, artıq Azərbaycana yeni Qarabağ strategiyası lazımdır. Əvvəlki yanaşma və üsullarla heç nəyə nail ola bilməyəcəyik. Əslində son hadisələr, Şuşada baş verənlər də bunu açıq göstərdi. Fikrimcə, Qarabağ strategiyasına yenidən baxmaq və onun üzərində işləmək lazımdır. Bu, hücum strategiyası olmalıdır, hərbi gücümüz, diplomatiyamız və informasiya sahəsində görülən işlər bir-birini tamamlamalı, bir faktor digərinə köməklik etməldir. Təəssüflər olsun ki, biz 10 illərdir davam edən köhnə qaydalara üstünlük verir, görüşlər və danışıqlar aparırıq. Belə diplomatiya ilə heç nəyə nail ola bilməyəcəyik. Ona görə də mən məlum tənqidi fikirlərlə tam razıyam.
Bir daha xatırladıram ki, bizə Dağlıq Qarabağla bağlı yeni strategiya lazımdır. Biz torpaqlarımızın azadlığına nail olmaq istəyiriksə xarici siyasətimiz və informasiya siyasətimiz tamamilə başqa cür qurulmalıdır.
- Konkret olaraq nə təklif edirsiniz?
- Bu ciddi və əhatəli bir mövzudur və qısa fikirlərlə onun üzərindən keçmək doğru olmaz. Sadəcə, mən indi əsas prinsipləri deyə bilərəm:
Qarşıya konkret məqsədlər qoyulmalıdır. Bu məqsədlərə çatmaq üçün harada diplomatiya, harada hərbi gücdən istifadə edilməsinin mümkünlüyü müəyyən olunmalıdır.
Bəli, erməniləri bu prosesdə təkləmək strategiyası var. Həm də Rusiya ilə siyasətdə müəyyən dəyişikliklər etmək lazımdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tam olaraq zərərləşdirməliyik. İndi söhbət gedir ki, Dağlıq Qarabağda müharibə olsa, həmin təşkilat buna müdaxilə edə bilməz. Çünki Dağlıq Qarabağ Ermənistanın ərazisi deyil. Ancaq bu bizə kifayət etmir. Əsində müharibə Azərbaycanla Ermənistan sərhədlərində olsa belə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdaxilə etməməlidir və edə bilməz də. Çünki onların nizamnaməsində göstərilir ki, BMT Təhlükəsizlik Şurasının qərarlarını, beynəlxalq hüquq prinsiplərini əsas götürürlər. Bu təşkilatın bir üzvü olan Ermənistan Azərbaycan ərazilərini işğal edib və BMT-nin 4 qətnaməsini yerinə yetirməkdən imtina edir. Yəni ona nail olmalıyıq ki, Azərbaycan və Ermənistan sərhədlərində müharibə olsa belə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bitərəf qalsın. Və bunu öncədən elan etsin. Ermənilər bilməlidir ki, Azərbaycan təkcə Dağlıq Qarabağı deyil, Zəngəzur da daxil olmaqla bütün tarixi torpaqlarını azad edəndə onlara kömək gəlməyəcək.
Diplomatların qarşısında qoyulacaq başqa vacib məqsəd və vəzifələr də var. Mən bunların hamısını açıq şəkildə sadalamaq istəmirəm. Çünki bu fikirləri bizim dostlarımızla yanaşı dümənlərimiz də oxuyur. Ancaq bizim hücum diplomatiyamız olmalıdır. Ordumuzun apardığı işlər də nəzərə alınmalıdır. Lazım olanda hərbi, lazım olanda isə diplomatiyadan istifadə edərək öz məqsədlərimizə çatmalıyıq.
- Rusiyanın Dağlıq Qarabağ konfliktinə dair mövqe və baxışlarında dəyişikliklər varmı və bunu müşahidə edirsinizmi?
- Biz tarixdən müəyyən dərslər götürməliyik. Aydın məsələdir ki, Rusiya Cənubi Qafqaza gələndə erməniləri özünə dayaq seçib. Təsadüfi deyil ki, ruslar işğal olunan İrəvan xanlığının ərazisində əvvəlcə erməni vilayəti yaratdılar. Daha sonra erməniləri Türkiyədən və İrandan İrəvana və Qarabağa köçürməyə başladılar. Məqsəd regionda hərbi plasdarm yaratmaq idi. Bu siyasət 100 illərlə davam edib. Hər dəfə bu regionda geopolitik dəyişikliklər olanda ermənilər və onların havadarları çalışıblar ki, siyasətini daha da genişləndirsin.
Çar Rusiyası bu regiona gələndə Azərbaycan iki hissəyə parçalandı. Çar Rusiyası dağılanda bizim torpaqlarımızda Ermənistan Respublikası yaratdılar. SSRİ gələndə bəzi torpaqlarımız Erəminstanın nəzarətinə keçdi, SSRİ dağılıb regiondan çıxanda isə Qarabağ işğal olundu. Bu, rusların regiona gəlişi və gedişi sırasında baş verən hadisələrdir. Odur ki, biz geopolitik proseslərdən ciddi nəticələr çıxarmalıyıq. İndi artıq dünya düzəninin dəyişmək ərəfəsində olduğunu da nəzərə almalıyıq.
- Dünya nə mənada dəyişir?
- II Dünya müharibəsindən sonra qurulan beynəlxalq münasibətlər sistemi dağılmaq üzrədir, BMT öz funksiyasını yerinə yetirə bilmir. İndi yeni dünya düzəninin formalaşması uğrunda şiddətli mübarizə başlayıb. Keçmişi nəzərə alaraq dərk etməliyik ki, belə prosesə hazırlıqsız gedəndə uduzuruq. Odur ki, öz planlarımızı hazırlamaq üçün bütün gücümüzü səfərbər etməliyik. Hətta bu halda belə, biz yenə də uduzmuş tərəf ola bilərik. Fikir verin, ermənilər öz planlarını həyata keçirmək üçün hərdən 100 il, hərdən 70-80-il müddətində hazırlıq işləri görüblər. Məsələn, onlar Dağlıq Qarabağla bağlı 10 illərlə hazırlıq işləri gördülər, hər dəfə SSRİ-də Birinci katib seçiləndə ona müraciətlər edilirdi. Ən zəif rəhbər sayılacaq Qorbaçov Birinci katib olandan sonra isə öz istəklərinə nail oldular. Bu mənada bizim də düşünülmüş strategiyamız olmalıdır. Şəxsən mən düşünürəm ki, Azərbaycan xalqının davamlı təhlükəsizliyini təmin etməyin bircə yolu var.
- Hansı yol?
- Böyük Azərbaycanın yaranması. Bu, 50-60 milyonluq əhalisi olan Azərbaycanla 80 milyondan artıq əhalisi olan Türkiyə arasında hərbi-siyasi blok yaratmaqdan keçir. Biz bu məqsədə çata bilsək Azərbaycan türklərinin təhlükəsizliyi və davamlı inkişafı təmin edilər. Bu bölgədə 50 milyonluq Azərbaycan və 80 milyonluq Türkiyənin hərbi-siyasi-iqtisadi gücünə qarşı çıxacaq başqa bir güc yoxdur. Bu bizim uzunmüddətli strategiyamız olmalıdır, bunun üçün çalışmalıyıq. Eyni zamanda biz, sözsüz ki, Azərbaycanın işğal olunmuş bütün tarxi torpaqlarını - Dağlıq Qarabağı, Zəngəzuru, tarixi İrəvan xanlığını da işğaldan azad etməliyik. Yuxarıda qeyd etdim ki, daima buna qarşı çıxan Çar Rusiyası, Sovet Rusiyası olub. Müasir Rusiyada isə bu məsələlərdə iki güc bir-birilə mübarizə aparır.
Birincisi, Avrasiya ideologiyasının daşıyıcıları son vaxtlar çox gücləniblər və onların strategiyası belədir ki, türk-slavyan birliyi yaratmaq lazımdır. Avrasiyanın gələcəyi türk-slavyan birliyindən asılıdır. Rusiya ilə Türkiyə arasında bu mənada son dövrlər yaxınlaşma, çoxsaylı saziş və müqavilələrin imzalanması təsadüfi deyil. Düzdür, müxtəlif bölgələrdə bu iki ölkə arasında rəqabət də var. Məsələn, Suriya və Liviyada rəqabət mövcuddur. Ona görə ki, Rusiyada köhnə xəttin davamçıları da var. Onlar Avrasiyanın gələcəyini rus, fars və erməni birliyində görürlər. Belə yanaşmada türk dünyası artıq onlara təhlükəli düşmən kimi görünür. İndi Rusiyada bu iki xəttin hər biri mövcuddur. Hələlik rus, fars və erməni birliyi ideyasının tərəfdarları daha çoxdur. Çünki bu xətt uzun illərdir qurulub və hakim ideologiya olub. Amma Rusiyanın gələcəyinin türk dövlətləri ilə əməkdaşlıqdan asılı olduğunu, türk-slavyan əməkdaşlığının vacibliyini düşünən xətt yeni meydana çıxsa da, ildən-ilə güclənir. Rusiyanın kifayət qədər tanınan ictimai-siyasi xadimləri, o cümlədən Kremlə təsir edə bilən alim və ideoloqlar bu mövqedən çıxış edirlər. Fikrimcə, biz öz strategiyamızı müəyyən edərkən bu halları da nəzərə almalıyıq.
Qeyd edim ki, 15 il əvvəl Qərb mediasında sensasiyalı məqalələr çap olunmağa başlamışdı. ABŞ və müttəfiqlərinin yeni Yaxın Şərq strategiyası haqda kitablar ortaya çıxdı, NATO-nun beyin mərkəzlərində konfranslar keçirilir, bu haqda müxtəlif xəritələr də nəşr edilirdi. Həmin xəritələrdə Böyük Azərbaycan ideyası da dəstək tapmışdı. “Nyu-York Times” qəzeti yazırdı ki, Böyük Azərbaycan dünyada yeni yaranacaq dövlətlərdən biridir. Bu xəritəni verməklə yanaşı yazırdılar ki, bu yeni dövlət Türkiyədən də qüdrətli ola bilər. Bu haqda ABŞ konqresmenləri qanun layihəsi hazırlamışdılar və bildirirdilər ki, Azərbaycanın birləşməsi ideyasına ABŞ dəstək olmalıdır. Demək istədiyim odur ki, biz bu mövzudan qaçmalı deyilik.
Dünyada ikiyə parçalanan xalqlar o qədər də çox deyil. Zamanında almanlar bölünmüş xalq sayılırdı, indi onlar biləşib.
Şimali və Cənubi Koreya bölünmüş xalq sayılır və onların da birləşməsi açıq müzakirə edilir.
Üçüncü bölünən xalq bizik. Əgər bu ideyanı Avropada, Amerikada müzakirə edirlərsə, biz də bu haqda müzakirələr aparmalı, düşünməli və hazırlıq işləri görməliyik.
Reyting.az
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə