00:04 / 21-05-2025
Aİ “Azadlıq Radiosu”na 5,5 milyon avro ayırıb
22:36 / 20-05-2025
Sabirabaddakı qətl hadisəsi araşdırılır
19:07 / 20-05-2025
Milli Məclis daha 13 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq
18:45 / 20-05-2025
Yanacaqsız işləyən mühərrik kəşf ediblər
18:23 / 20-05-2025
Tramp Avropa liderlərini çıxılmaz vəziyyətlə üzləşdirir
18:14 / 20-05-2025
Tofiq Yaqublunun şikayəti rədd olunub
18:12 / 20-05-2025
Ukrayna nümayəndələri İstanbul görüşündə rus dilində danışıblar
18:02 / 20-05-2025
İlham Əliyevlə Viktor Orban görüşüb - Birgə bəyanat - (Yenilənib) - Fotolar+Video
17:54 / 20-05-2025
Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq
17:48 / 20-05-2025
Polis 75 kq narkotik maddəni dövriyyədən çıxarıb - 10 nəfər saxlanılıb
17:24 / 20-05-2025
10 kiloqram qızılı talayan dəstə tutulub - Video
17:12 / 20-05-2025
Prokuror "Abzas işi" ilə bağlı cəza istəyib
16:34 / 20-05-2025
Tanınmış musiqiçi xeyriyyəçilik edib - Fotolar
16:01 / 20-05-2025
Ər arvadını öldürərək Kür çayına atıb
15:55 / 20-05-2025
Tramp sülh danışıqlarından çıxa bilər: “Bu, mənim müharibəm deyil”
15:43 / 20-05-2025
Xamnəi ABŞ-la danışıqlardan müsbət nəticə gözləmir
14:50 / 20-05-2025
III Çarlz Azərbaycan prezidentinə məktub göndərib - Mətn
14:47 / 20-05-2025
Kral Salman İlham Əliyevə məktub ünvanlayıb
14:30 / 20-05-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
14:29 / 20-05-2025
Rusiyaya qarşı 17-ci sanksiya paketi təsdiqlənib
14:20 / 20-05-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
14:04 / 20-05-2025
İlham Əliyev Macarıstanda işgüzar səfərdədir - Fotolar
14:00 / 20-05-2025
İcra başçısı onları vəzifədən azad edib
13:33 / 20-05-2025
Hindistan Ermənistanın silah bazarında Rusiyanı əvəz edir
13:08 / 20-05-2025
Sumqayıtdakı zavodda partlayış olub - (Yenilənib)
13:02 / 20-05-2025
Limana və gəmilərə hücum ola bilər
12:59 / 20-05-2025
İki direktora şiddətli töhmət veriblər
12:51 / 20-05-2025
“Son zəng” iyunun 14-də çalınacaq
12:34 / 20-05-2025
Pakistan və Hindistan razılaşıb
12:22 / 20-05-2025
Ərdoğan vasitəçilikdən nə qazanır?
15:02 / 16-05-2025

08:45 / 16-05-2025

17:37 / 16-05-2025

09:51 / 16-05-2025

01:38 / 16-05-2025

14:21 / 16-05-2025

10:38 / 17-05-2025

16:30 / 19-05-2025

12:20 / 16-05-2025

11:12 / 16-05-2025

08:33 / 16-05-2025

09:20 / 16-05-2025

“Ramiz Mehdiyev dövlət və dövlətçilik üçün təhlükəlidir” - Müsahibə
Tarix: 26-08-2020 17:44 | Bölmə: Müsahibə

Köçəri Nağıbəyli deyir ki, Prezident Administrasiyasının rəhbəri 2003-cü ildə yüksək vəzifəli məmuru Eldar Namazovun yanında göndərərək prezident olmaq üçün danışıqlar aparmağa cəhd edib
Hələ 20 il bundan əvvəl mətbuatda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi kəskin tənqid edən Köçəri Nağıbəyli Administrasiyanın sabiq rəhbəri ilə bağlı indi baş verənlərə münasibət bildirib.
Milli Azadlıq Hərəkatının fəallarından olmuş, Deportasiya Qurbanları Cəmiyyətinin qurucularından biri, “İrəvan” qəzetinin baş redaktoru K. Nağıbəyli Reyting.az-a müsahibəsində deyib ki, 2000-ci ildən başlayaraq R. Mehdiyev ölkədə çaxnaşma yaratmaqla məşğul olurdu:
- İqtidarda və ya müxalifətdə təmsilçiliyindən asılı olmayaraq nə qədər milli, dövlətini, millətini və vətənini sevən, erməniyə güllə atan insan vardısa, Ramiz Mehdiyev onları ləkələməklə məşğul olurdu. O, müxalifətdəki milli adamları “vurdurdu”, iqtidarda olanları da başqa formada məhv edirdi. Məsələn, daima hakimiyyəti müdafiə edən biznesmen Zülfüqarlı qardaşları var idi. Bu adamları şəxsən tanımırdım, amma bildiyim qədər, başqa ölkələrdə yaşayıblar və qazandıqlarını Azərbaycana sərmayə qoyublar. Ramiz Mehdiyev bu adamların fabrik və zavodlarını, bütün əmlaklarını ələ keçirdi. Özlərini gah həbs etdirdi, gah da ölkədən qaçaq saldı. Bu, yüzlərlə faktdan biridir.
Ramiz Mehdiyev ölkədəki milli iş adamlarını, erməni faşizminə nifrəti və vətəninə sevgisi olan şəxsləri ləkələməklə məşğul olurdu.
Səlcuqlar zamanında sarayda Əmr Sədrəddin adlı vəzir olub. Ramiz Mehdiyev məhz belə şəxsdir və Fətulla Gülən bunun yanında qələt edir.
Ramiz Mehdiyev dövlət içində dövlət qurub, kim milli adamdırsa, onu məhv etməyə çalışıb.
- Ramiz Mehdiyevin Sizə qarşı ən böyük pisliyi nədən ibarət olub?
- Onun şəxsən mənə qarşı o qədər pisliyi olub ki, saymaqla bitməz. Məsələn, biz qaçqınıq. Ata-baba torpaqlarımız ermənilərin əlindədir. Baxmayaraq ki, İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz tarixi Azərbaycan torpaqlarıdır. Biz bir əsirdə 3 dəfə deportasiyaya məruz qalmışıq. Adət belədir ki, hər il Novruz bayramında insanlar ata-baba məzarlarını ziyarət edirlər. Biz belə bir imkandan məhrumuq. Razılaşdıq ki, əslən Qərbi Azərbaycandan olan alimlər, elm adamları, ictimai xadimlər ildə bir dəfə soyqırımı günlərini qeyd edək. Bu məqsədlə 2002-ci ildə toplaşıb Aşıq Ələsgər adına mədəniyyət evində tədbir təşkil etdik. Mən, həmin vaxt polis mayoru idim. Düşünmədim ki, bu məqsədlə tədbir keçirməyimizi Ramiz Mehdiyev siyasiləşdirilə bilər. Biz toplaşıb erməni faşizmindən söz açdıq, torpaqlarımızın işğalından, bunun unudulmamasından danışdıq. Tədbirin səhəri günü məni polis orqanlarından xaric etdilər. Üstəlik, Ramiz Mehdiyevin göstərişi ilə əmək kitabçama yazıldı ki, guya polisə yaraşmayan işlərlə məşğul olmuşam. Sözsüz ki, elə həmin günü ölkə mediasına geniş müsahibə verdim, Ramiz Mehdiyevə açıq dedim ki, sənin qohumların ermənidir, mənim yeddi dönəmində erməniyə qohumluq yoxdur, özüm də əlimdə silah erməniyə qarşı vuruşmuşam. Eyni zamanda Azərbaycan dövlətçiliyinin qurulmasında, bayrağının qaldırılmasında, Milli Azadlıq Hərəkatında fəal iştirak etmişəm.
İmperiyaya qarşı mübarizədə dəfələrlə Ramiz Mehdiyevin “qohumları” tərəfindən həbs olunub zindanlara atılmışam. Mən ömrümün sonuna qədər torpaqlarımız uğrunda mübarizə aparacağam, sözümü deyəcəyəm və müharibə başlasa, əlimə silah alıb vətəni müdafiə edəcəyəm.
Mən, Ramiz Mehdiyevə sual verirəm: mənim kimi gənc və milli kadrları ləkələyib işdən uzaqlaşdırmaqda məqsədin nə idi? Məqsədin Levon adlı şəxsi general etmək idi? Nə qədər milli kadrlar varsa, hamısını ləkələdin, inkişaf etmələrinə imkan vermədin. Mənim kimi millətini və dövlətini sevən yüzlərlə insanın karyerasının üzərindən qara xətt çəkdin. Bunu hansı məqsədlə etdiyin gün kimi aydındır.
Mən hələ 10 il əvvəl mətbuata demişdim ki, əsl Elçibəyçilər və Heydər Əliyevçilər Ramiz Mehdiyevin zülmü ilə üzləşiblər.
Yeri gəlmişkən, Ramiz Mehdiyev uzun illər təmsil olunduğu iqtidara da pisliklər edib, bəzi hallarda prezident kürsüsünə göz dikib.
Zamanında Türkiyədə FETÖ şəbəkəsi Ərdoğanı inandırıb əməliyyat quraraq milli qüvvələrə, PKK və ASALA-ya qarşı vuruşan insanları şərləyib həbs etdirirdi. Mehdiyev də Azərbaycanın Fətullah Gülənidir.
Sizə bir faktı açıqlaya bilərəm... Politoloq Eldar Namazovu (Azərbaycan Prezidentinin sabiq köməkçisini nəzərdə tutur-redak.) hər kəs tanıyır, ziyalı və intellektual şəxsdir. 2003-cü ildə yüksək vəzifədə çalışan məmurlardan biri Namazova zəng edərək bildirib ki, ağsaqqal sizinlə görüşməyimi tapşırıb. Eldar Namazov da zənn edib ki, bu şəxs ağsaqqal dedikdə mərhum prezident Heydər Əliyevi nəzərdə tutur. Buna görə də razılaşıb və həmin şəxslə görüşüb. Görüş zamanı həmin məmur Eldar Namazova deyib ki, ağsaqqal İlham Əliyevin gənc və təcrübəsiz olduğunu deyir, bildirir ki, ondan prezident olmaz. Elə mən özüm, yəni Ramiz Mehdiyev prezident olmaq istəyirəm. Eldar Namazov “ağsaqqal” deyilən şəxsin Ramiz Mehdiyev olduğunu bildikdən sonra onunla görüşə gələn məmuru qovub. Eldar müəllim canlı tarixdir, bu faktı onun özü ilə də dəqiqləşdirə bilərsiniz. Ramiz Mehdiyev budur. Uzun illər təmsil olunduğu hakimiyyətə qarşı da pisliklər etməyə çalışıb.
Mehdiyev barəsində faktlar çoxdur. Bu ölkənin təhsili üçün həyatını sərf edən şəxslər var. Məsələn, professor Firudin Cəlilov kimi təhsildə, ölkənin müstəqilliyində xidmətləri olan professorlar var ki, bu gün 150 manat təqaüd alırlar...
- Ramiz Mehdiyev onu tənqid edənləri nəzərdə tutaraq deyib ki, bu şəxslərin onu tənqid etməyə mənəvi haqları çatmır...
- Mən, Ramiz Mehdiyev haqqında indi danışmıram. Əslində heç danışmağı özümə sığışdırmıram da. Bəziləri düşünər ki, Ramiz Mehdiyev “yıxıldığı” üçün Köçəri Nağıbəyli onun əleyhinə danışır. Amma Ramiz Mehdiyev özü, elə Azərbaycan ictimaiyyəti də bilir ki, Ramiz Mehdiyev haqqında fikirlərimi onun ən güclü, vəzifədə olduğu dövrdə demişəm.
Ramiz Mehdiyev məni dəfələrlə qanunsuz həbs etdirib, çörəklə imtahana çəkib. Öz qılıncının altından keçirməyə çalışıb, amma buna nail ola bilməyib. Çünki mən onun kimi qeyri-milli adamlara nifrətlə yanaşıram.
Həm də, indi baş verənlər sadəcə bir toy məsələsi deyil. Necə olur ki, mənim kimi yüzminlərlə insanın bir qəzet köşkü yoxdur, bir yerdən 1 qəpik gəliri olmur, amma Ramiz Mehdiyevin minlərlə hektar torpağı, villaları, obyektləri, milyonları var? Çünki o, bu xalqın var-dövlətini talayıb. İndi mənim kimilər evində əyləşib, karantin rejimini pozmur, Ramiz Mehdiyev isə karantin qaydalarına tabe olmayıb saray kimi villasında toy məclisi qurdurur. Əgər, belə toy məclisini mən təşkil etsəydim indi 5 il cəza almışdım. Kürəkəninə 15 sutka cəza veriblər, özündən çıxıb. Amma Ramiz Mehdiyev mənim kimi yüzlərlə insanı şərlədərək cəza verdirib. Hesab edirəm ki, Mehdiyevin kürəkəninə verilən cəza çox azdır. Ramiz Mehdiyev kimi adamlar layiq olduğu cəzanı almayana qədər bu ölkədə qarışıqlıq davam edəcək, o, buna çalışacaq. Bu millətin bir araya gəlməsi, bir yerdə olmasını istəməyən qüvvələrin başında Ramiz Mehdiyev dayanır. Elə “Beşinci kolon”un da.
Bəli, mən müxalif mövqeli şəxs olmuşam, Mehdiyevə qarşı çıxış etmişəm. Mənim bir çıxışıma rast gələ bilməzdin ki, dövlətə və bayrağa əks fikrim olsun. Ramiz Mehdiyev iqtidarda olanda açıq çıxış edib demişəm ki, bunlar dövləti dağıdır. Özü də bunu 15-20 il əvvəl söyləmişəm.
2005-ci il oktyabrın 18-də deputatlığa namizəd kimi televiziyada çıxış edib Ramiz Mehdiyevin adını çəkəndə kanal əməkdaşları narahat olub çıxışımı sona çatdırmağa imkan vermədilər. Çünki Mehdiyevdən çəkinirdilər. Mən burada öz şəxsi məsələmi qaldırmırdım. Söhbət ondan gedir ki, Ramiz Mehdiyev nə qədər türk balası, milli kadrlar varsa hamısını ləkələyib, karyerasına son qoyub. Çox istərdim ki, bu illər ərzində Ramiz Mehdiyev kimləri incidibsə, mülklərini əlindən alıbsa, həmin şəxslər ortaya çıxıb danışsınlar. Çünki Ramiz Mehdiyev kimi şəxslər tam ifşa olunmalıdır. Hesab edirəm ki, belə adamlar həm millətə, həm də dövlətə təhlükədir.
- Amma səhv etmirəmsə, zamanında R. Mehdiyev sizin adınızı “Beşinci kolon”un nümayəndəsi kimi təqdim edirdi...
- Bəli, zamanında bir məqalə yazmışdı və iddia edirdi ki, guya mən, Eldar Namazov Amerikanın, Sorosun “adamıyıq”. Amma Ramiz Mehdiyevin diqqətinə çatdırıram ki, mən millətçiyəm və düşmənim də ermənidir, yəni sənin qohumların. Sən isə 2000-ci ildən sonra çalışmısan ki, dövlətin bütün imkanlarını əlində cəmləşdirəsən. Və buna müəyyən qədər də nail olmusan.
Ölkədə korrupsiya və rüşvət, qohumbazlıq sxemini də Ramiz Mehdiyev qurub. Hakimiyyətdə də öz qohumlarını, kadrlarını yerləşdirib. Hesab edirəm ki, bu gün də dövlətin içində, elə Ramiz Mehdiyevi söyənlərin arasında da öz adamları var. Ola bilsin, bəzi adamlarını toya çağırmayıb ki, adları bilinməsin.
Ramiz Mehdiyev minlərlə alimi, elm adamını da pis duruma salıb. Bu adam dövlət içində öz şəbəkəsini qurmuşdu. Bunların yüzlərlə cinayəti var. Onun əməlləri bir müsahibəyə sığmaz. O, ölkədə elə vəziyyət yaratmışdı ki, bizə salam verənlər də sorğu-sual olunurdu. Bu gün də ehtimal edirəm ki, bu şəxs ölkədə qarışıqlıq salmaq niyyətindədir. Mən təcrübəyə istinad edərək belə düşünürəm. Bu şəxsin keçmişi mütləq araşdırılmalı və layiqli cəzasını almalıdır. Bəlkə də Ramiz Mehdiyevin bu əməlləri olmasaydı ölkədə iqtidar-müxalifət düşmənçiliyi bu həddə olmazdı. Onun əsas işi hakimiyyətlə müxalifətin arasında intriqa yaratmaq, mərd adamları dövlətdən narazı salmaq olub.
Fərqli düşərgələrdə olmağmıza baxmayaraq bizim milli məsələlərimiz, Qarabağ kimi problemimiz var. Ramiz Mehdiyevin işi isə bu millətin bir araya gəlməsinə maneə yaratmaq olub.
- Ramiz Mehdiyev onu tənqid edənlərə hədə-qorxu gəlir, onları məhkəmə ilə hədələyir...
- Mən bir daha qeyd edirəm ki, onu güclü vaxtlarında, qılıncının dalı-qabağı kəsən dövrlərdə açıq tənqid etmişəm. Hesab edirəm ki, onun hədələri boş şeydir. Zamanında dövlətin resurslarından istifadə edərək üstümüzə gəlib, indi yaxşı ki, bu resurslardan mərhum edilib. Bəli, bu həqiqətdir ki, zamanında erməniyə qarşı mübarizə apardığımız üçün Mehdiyevin hücumlarına məruz qalmışıq.
Mən əslən Qərbi Azərbaycandan olan ziyalılara, tanınmış insanlara müraciət edirəm: bu adamla qətiyyən əlaqə saxlamayın. Mehdiyev dövlət və dövlətçilik üçün təhlükəli adamdır. Ona nə salam verin, nə də salamını alın!
Reyting.az
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə