23:09 / 07-11-2025
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib - Foto
21:17 / 07-11-2025
İlham Əliyevlə Pakistanın Baş naziri görüşb - Fotolar (Yenilənib)
20:50 / 07-11-2025
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
19:33 / 07-11-2025
Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə təqaüd təyin olunub
19:01 / 07-11-2025
General: Rusiya NATO-ya hücum edə bilər - Xəbərdarlıq
18:21 / 07-11-2025
Məşhur aktrisanın avtomobilinin qarşısını kəsiblər
18:10 / 07-11-2025
Dronlar Başqırdıstandakı əsas neft-kimya zavodunu vurub
18:06 / 07-11-2025
Hava limanında partlayış olub
18:00 / 07-11-2025
Rus ordusu Donetsk və Xarkovda irəliləyib
17:38 / 07-11-2025
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçəcək
17:19 / 07-11-2025
Şəhid Pəncəlinin anası: “10 ildir gözüm yolda idi..."
17:08 / 07-11-2025
Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə görüşüb
16:49 / 07-11-2025
Pəncəli Teymurova Milli Qəhrəman adı verilib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
16:34 / 07-11-2025
Prezident İlham Əliyev fərman imzalayıb
16:16 / 07-11-2025
İlham Əliyev bir qrup şəxsi təltif edib
16:05 / 07-11-2025
Prezident hərbçilərə ali rütbə verib - Siyahı
15:44 / 07-11-2025
Deputat nazirə mesaj verib: "Yekə kişisən, bunu keçən ildə demişəm, axı?"
15:39 / 07-11-2025
Tural Sadıqlı, Qurban Məmmədov və digərlərinin cinayət işi məhkəmə baxışına verilib
15:13 / 07-11-2025
"Gözümün nuru - Vətən" filmini təqdim ediblər - Fotolar
15:11 / 07-11-2025
Sahib Ələkbərov: “Vergi güzəştinin ləğvindən söhbət gedə bilməz”
14:55 / 07-11-2025
“Lukoil” Azərbaycandakı yataqları tərk edəcək - Səbəb
14:19 / 07-11-2025
Saxta rəy verən ekspertə cinayət işi açılıb
14:10 / 07-11-2025
DOST mərkəzləri bayram günlərində fəaliyyət göstərməyəcək
14:04 / 07-11-2025
Qumar oyunlarını reklam edən 17 nəfər saxlanılıb
14:49 / 03-11-2025
Ramiz Mehdiyevə bağlı QHT-lər, icra başçıları və özəl ali təhsil ocağı var - Professor
12:50 / 05-11-2025
“Oğru dünyası”na qarşı əməliyyat: Mirzə Əliyev öldürülüb - Foto
13:22 / 03-11-2025
Rus ordusu Ukraynanın daha bir şəhərinə daxil olub - Foto
16:49 / 06-11-2025
Deputat: Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir
14:01 / 04-11-2025
Şərti sərhəddə yenidən gərginlik ola bilər - Ekspert
11:49 / 03-11-2025
İcra hakimiyyətindəki həbslər - Baş Prokurorluq məlumat yayıb
15:24 / 05-11-2025
Ukraynanın iki şəhərində dəhşətli vəziyyət yaranıb
13:35 / 05-11-2025
Prezident 10 nəfəri təltif edib - Siyahı
08:27 / 03-11-2025
Rusiya İranla nüvə sazişinin həllini asanlaşdıra bilər
15:08 / 06-11-2025
Azərbaycan qonşu ölkəni problemdən xilas edir - Foto
13:05 / 06-11-2025
Mərkəzi Asiya liderləri Trampla görüşdə nəyə ümid edirlər?
09:52 / 03-11-2025
Ən böyük idxalçı ölkələrin adı açıqlanıb - Siyahı
Hərbi ekspert: “Ermənistan başa düşür ki, təkbaşına müharibəyə başlasa uduzacaq” - Müsahibə
Tarix: 25-09-2020 14:34 | Bölmə: Müsahibə / Slayd

Azad İsazadə: “Ermənilər Rusiyaya əvvəlki qədər arxalanmır. Məncə, Nikol Paşinyan hökuməti anlayır ki, Rusiya bir şərtlə Ermənistanın arxasında dayana bilər. Bunun üçün Ermənistan birmənalı olaraq Qərb və Avropadan üz döndərməlidir”
Həm Azərbaycan-Ermənistan sərhədində, həm də işğal olunmuş Qarabağ cəbhəsində hərbi vəziyyət getdikcə gərginləşir. Ermənistanın hərbi cinayətlərini intesivləşdirməsi tez-tez silahlı qarşıdurma ilə nəticələnir.
Hərbi ekspert Azad İsazadə Reyting.az-a müsahibəsində cəbhədəki mövcud durumdan, Ermənistanın məkrli məqsəd və planlarından da söz açıb:
- Atəşkəs razılığı olduqdan bu yana hər an müharibənin başlaması riski mövcud idi. Sadəcə, söhbət bu riskin faizindən gedirdi. Yəni, müharibə riski çoxdur, ya az? İndi bu riskin faizi həddən artıq yüksəkdir.
Ermənistan requlyar ordu ilə paralel olaraq yerli əhalidən özünümüdafiə dəstələri yaradır. Hətta qadınlara hərbi hazırlıq keçirlər. Sözsüz ki, ordu birlikləri də sərhəddə yaxın ərazilərdə təlimlər keçir.
Azərbaycanda ehtiyatda olan hərbçiləri müvəqqəti təlim toplantılarına dəvət edirlər. İstər Azərbaycan, istərsə də Ermənistan gücünün olduğunu nümayiş etdirir. Sözsüz ki, danışıqlar prosesi olmadıqda müharibənin başlama riski yüksək olur. Hazırda biz belə vəziyyəti müşahidə edirik.
Onu da qeyd edim ki, beynəlxalq qurumlar hər iki tərəfi nəzarətdə saxlayır və ya buna cəhd edirlər. Həmçinin tərəfləri sülhə çağırırlar. Ancaq Ermənistan danışıqlar aparmaq niyyətində olmadığı üçün biz də buna razılıq vermədik. Bu faktdır ki, rəsmi Yerevan danışıqlar prosesinə qatılmaq istəmir.
- Dediniz ki, əlamətlərə görə, hər iki tərəfin müharibəyə hazırlaşdığını demək olar. Bu halda tərəflərdən hansı hücuma, hansı müdafiə olunmağa hazırlaşır?
- Müharibəyə hazırlaşmaqdan daha çox müharibəyə hazırlıq nümayiş etdirilir. Ermənistan bunu daha çox nümayiş etdirir, amma özü müharibəyə başlamaq istəmir.
- Niyə?
- Ehtimal edirəm ki, Ermənistan çalışır Azərbaycana qarşı təxribatlar həyata keçirsin və sabah müharibəyə görə Azərbaycanı ittiham etsin. Ermənistanın gördüyü tədbirlər əslində real müharibə deyil, müharibəyə hazırlığın nümayişidir. Ermənistan başa düşür ki, təkbaşına müharibəyə başlasa uduzacaq. Belə nümayişlərlə öz müttəfiqlərini və beynəlxalq güc mərkəzlərini tərəfinə cəlb edərək özünü qurban kimi göstərməyə çalışır. Amma Ermənistanın özü təkbətək müharibəyə girməyəcək. Çünki Ermənistan belə bir müharibədən qorxur. İstər insan resursu, istər silah-sursat baxımından geri olduğunu anlayır, habelə Türkiyənin Azərbaycanın yanında dayanması istər-istəməz onları narahat edir. Görürlər ki, real hərbi əməkdaşlıq, birgə təlimlər var.
Digər məqam odur ki, ermənilər Rusiyaya əvvəlki qədər arxalanmır. Məncə, Nikol Paşinyan hökuməti anlayır ki, Rusiya bir şərtlə Ermənistanın arxasında dayana bilər. Bunun üçün Ermənistan birmənalı olaraq Qərb və Avropadan üz döndərməlidir. Ehtimal edirəm ki, indiki erməni hökuməti də buna getmək, Rusiyanın bu şərtini qəbul etmək istəmir. Amma sabah necə olacağı daha çox vəziyyətdən asılı ola bilər. Ermənistan məh bu səbəbdən də real müharibədən qorxur, amma nüfuzunu itirməmək üçün əhalinin fikrini də daxili problemlərdən yayındırır. Üsətlik, beynəlxalq səviyyədə özünə müttəfiq axtarır.
- Ermənistanda real daxili ictimai-siyasi vəziyyəti necə qiymətləndirmək olar, bu ölkədəki əhali və siyasi qruplar arasında münasibətlər sistemi ilə bağlı məlumatınız varmı?
- Bu, ciddi məsələdir və biz ancaq mətbuat vasitəsilə əldə etdiyimiz məlumatları açıqlaya bilərik. Ermənistanın müxalifət mətbuatı Nikol Paşinyanı tənqid edir, Paşinyanı müdafiə edən mətbuat isə köhnə hakimiyyəti korrupsiyada, ölkəni dağıtmaqda ittiham edir.
Aydındır ki, Ermənistanda əvvəlki hökumətdə təmsil olunanlar indi əsas müxalifəti təmsil edirlər və onlar maliyyə baxımından güclü hesab olunurlar. Bununla yanaşı bəllidir ki, indi Ermənistanda əsas problem koronavirus pandemiyası və iqtisadi vəziyyətdir. Birmənalı olaraq iqtisadi vəziyyət yaxşı deyil, koronavirusun cilovlanması ilə bağlı tədbirlər isə nəticə vermir. Ermənistanda real durum bundan ibarətdir.
- Cənubi Qafqazda böyük müharibənin başlaması üçün real beynəlxalq zəmin mövcuddurmu?
- Məncə, bu il real müharibənin başlanması real görünmür. Ancaq unutmayaq ki, proseslər sürətlə gedir. Yəni hər gün vəziyyət dəyişə bilər. Mənim qənaətim belədir ki, indi müharibə riski o qədər də yüksək deyil.
- İraq və Suriyada olan PKK terrorçularının Dağlıq Qarabağ ərazisinə keçdiyi haqda xəbərlər dolaşır, həmçinin Livandan erməni əsilli şəxslərin işğal altında olan ərazilərə köçürüldüyü bildirilir. Bu, Azərbaycan üçün hansı təhlükələr yaradır?
- Ermənistan tərəfi də məlumat yayıb ki, guya Türkiyə Suriyada olan döyüşçüləri Azərbaycana gətirib. Guya gətirilən döyüşçülərin sayı 500 ətrafındadır. Amma iş ondadır ki, Azərbaycanın vəziyyəti Ermənistanla müqayisədə daha yaxşıdır. Bu fonda 500 suriyalı döyüşçü on minlərdən ibarət olan Azərbaycan Ordusuna hansı yardım edə bilər? Bu, heç fərli bir batalyon da deyil. Ancaq nəzərə alın ki, bizdə cəbhə boyunca korpuslar dayanır. 500 nəfərin gəlməsi hətta real olsa belə, bunun ordumuza hər hansı yardımı dəyə bilməz. Hesab edirəm ki, Ermənistan tərəfindən belə məlumatların yayılması təbliğat və təxribat xarakterlidir.
Həmçinin hesab edirəm ki, o tərəfdən də Liviya, İraq və ya Suriyadan döyüşçü-terrorçuları gətirsələr, bu onların ordusuna hər hansı bir keyfiyyət qata bilməz. Məncə, belə terrorçuların onlar tərəfindən Qarabağa və ya Ermənistana gətirilməsi daha çox təxribat işlərinə yaraya bilər. Amma real döyüşlər olsa Qarabağa gətirilən bu terrorçular o qədər də ciddi qüvvə kimi qəbul edilməyəcək. Bizə həm də o aydındır ki, Ermənistana real köməklik edə biləcək yeganə qüvvə Rusiyadır.
Reyting.az
Bölməyə aid digər xəbərlər

29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
Bu gün, 16:16
İlham Əliyev bir qrup şəxsi təltif edib
Bu gün, 16:05
Prezident hərbçilərə ali rütbə verib - Siyahı
Bu gün, 14:55
“Lukoil” Azərbaycandakı yataqları tərk edəcək - Səbəb
Dünən, 15:08
Azərbaycan qonşu ölkəni problemdən xilas edir - Foto
Dünən, 13:56
“Tərtər işi”: həbsdəki generalla bağlı qərar verilib
Dünən, 10:03
Vəzifəli şəxslərə cinayət işi açılıb
Dünən, 09:17
Kosmosda yeni tip nəhəng obyekt kəşf edilib
5-11-2025, 18:17
Prezident elm adamların təltif edib - Sərəncam
5-11-2025, 15:24
Ukraynanın iki şəhərində dəhşətli vəziyyət yaranıb
5-11-2025, 13:28
Ukrayna daha təhlükəli vəziyyətlə üzləşir
5-11-2025, 12:50
“Oğru dünyası”na qarşı əməliyyat: Mirzə Əliyev öldürülüb - Foto
4-11-2025, 19:17
Mərkəzi Asiya Rusiyadan qurtula biləcəkmi?
4-11-2025, 14:01
Şərti sərhəddə yenidən gərginlik ola bilər - Ekspert
4-11-2025, 13:29
Dini konfessiyalar Zəfər Günü ilə əlaqədar birgə bəyanat yayıblar
4-11-2025, 10:58
Keçmiş vəzifəli şəxslərə hökm oxunub
4-11-2025, 09:27
2025-ci ilin ən böyük buğda istehsalçıları... - Siyahı
3-11-2025, 18:33
Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcək
3-11-2025, 14:49
Ramiz Mehdiyevə bağlı QHT-lər, icra başçıları və özəl ali təhsil ocağı var - Professor
3-11-2025, 13:36
İlham Əliyev AMEA-da - Çıxış (Yenilənib) - Fotolar
3-11-2025, 13:22
Rus ordusu Ukraynanın daha bir şəhərinə daxil olub - Foto
3-11-2025, 11:26
Kreml İranı Suriya ilə barışdırmaq istəyir?
3-11-2025, 09:52
Ən böyük idxalçı ölkələrin adı açıqlanıb - Siyahı
2-11-2025, 12:58
Üç vəzifəli şəxs həbs edilib - (Yenilənib) - Əməliyyat
2-11-2025, 12:07
Ruslar Ukrayna şəhərini tam ələ keçirmək üzrədir
31-10-2025, 19:59
Baş redaktor barəsində həbs qətimkan tədbiri seçilib
31-10-2025, 11:46
Ermənistan Hindistandan silahalmada yeni səhifə açır
31-10-2025, 11:16
İki itkin şəhidimiz Xocalıda dəfn edilib - Fotolar
31-10-2025, 10:54
Elm və Təhsil Nazirliyində yoxlamalar başlayıb
30-10-2025, 18:29
Hərbi ekspert: Nüvə eskalasiyası bəşəriyyəti qorxulu istiqamətə aparır
30-10-2025, 13:39
Dünyanın qızıl ehtiyatı azalıb - Foto
30-10-2025, 11:23
Məktəb direktorlarının işə qəbulu üçün qeydiyyat başlayıb
30-10-2025, 10:31
Dünyada doğum azalır - Professor səbəbini deyib
29-10-2025, 11:43
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
29-10-2025, 10:26
Kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq edilib - Video
29-10-2025, 09:48
Mənzillər güzəştli qiymətlərlə satışa çıxarılıb - Qiymətlər
28-10-2025, 14:18
Bir neçə ölkə risk altına düşüb
28-10-2025, 12:45
Şəhidlərlə vida mərasimi keçirilib - (Yenilənib) - Fotolar
28-10-2025, 11:42
Türk ordusu iki ölkədə hərbi əməliyyatların yeni formatını hazırlayır

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək