21:05 / 03-12-2024
Azərbaycan Kuboku: "Sabah" 1/4 finala çıxıb
21:04 / 03-12-2024
Yaşayış binasında yanğın olub, əhali köçürülüb - Video
18:14 / 03-12-2024
Tom Kruz qorxulu filmə çəkiləcək
18:08 / 03-12-2024
"TikTok bəlası": 13 yaşlı qıza təcavüz edən şəxs tutulub
17:59 / 03-12-2024
Cənubi Koreyada hərbi vəziyyət tətbiq edilib - Yenilənib
17:55 / 03-12-2024
Azərbaycan Kuboku: "Araz-Naxçıvan" 1/4 finala yüksəlib
17:48 / 03-12-2024
Rusiya donanması məhv olmaq üzrədir?
17:33 / 03-12-2024
Naxçıvan Şəhər Mədəniyyət İdarəsinə müdir təyin olunub
17:25 / 03-12-2024
Azərbaycan və İran XİN başçıları Məşhəddə görüşüb - (Yenilənib)
17:16 / 03-12-2024
Bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas yaradılıb
17:08 / 03-12-2024
Üç rayonun Təhsil Şöbəsinə müdir təyin olunub
16:59 / 03-12-2024
Sabiq deputat Sahil Babayevin müşaviri təyin edilib
16:42 / 03-12-2024
ABŞ-nın Gürcüstandakı səfirliyindən “Gürcü arzusu”na ittiham: "Başqalarını günahlandırmayın"
16:38 / 03-12-2024
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
16:10 / 03-12-2024
Zakir Həsənov Türkiyə ordusunun Kəşfiyyat Baş İdarəsinin rəisi ilə müzakirə aparıb
16:01 / 03-12-2024
Vüqar Həşimovun bacısı: “Valideynlərimin vəziyyəti ağırdır”
15:45 / 03-12-2024
Ağadadaş Ağayev məhkəmədə: "Bunu özümə yaraşdırmıram"
15:31 / 03-12-2024
AXCP üzvü Famil Xəlil ev dustaqlığına buraxılıb
15:20 / 03-12-2024
Prezident İlham Əliyev daha bir səfirin etimadnaməsini qəbul edib
15:12 / 03-12-2024
“Xidməti və mülki silah haqqında” qanun dəyişib
15:03 / 03-12-2024
Litva Zurabişviliyə sığınacaq verməyə hazırlaşır
14:36 / 03-12-2024
Tramp: “Kanada ABŞ-nın 51-ci ştatı ola bilər, Trüdo isə...”
14:13 / 03-12-2024
Naxçıvan Dövlət Universitetinə rektor təyinatı olub - Sərəncam
14:10 / 03-12-2024
Siqdi Şövkət: "Lalə Şövkət xroniki ürək xəstəliyindən əziyyət çəkir"
14:00 / 03-12-2024
Dövlət büdcəsi zərfi ikinci oxunuşda qəbul olunub
13:51 / 03-12-2024
Xalq artisti Ağadadaş Ağayevi döyən mühafizəçinin məhkəməsi başlayır
13:28 / 03-12-2024
Əsəd rejimi əsgər toplayır, əhaliyə silah paylayır
13:25 / 03-12-2024
AFFA "Neftçi"ni cərimələyib
13:14 / 03-12-2024
9 milyard dollar verməsə, edam olunacaq
13:14 / 03-12-2024
İlham Əliyev yeni səfirləri qəbul edib - (Yenilənib) - Fotolar
12:05 / 01-12-2024
SDU tələbələrinin məqaləsi ABŞ-da nəşr edilib - Fotolar
09:12 / 29-11-2024
Narkotiklə dolu avtomobili evakuatorla paytaxta gətirmək istəyən dəstə üzvləri saxlanılıblar - Fotolar
14:08 / 29-11-2024
DTX polkovnikin 70 kq qızılla İstanbulda saxlanılması barədə məlumat yayıb
13:30 / 30-11-2024
DAMMİB İH-yə yeni sədr və üzvlər seçilib
08:57 / 03-12-2024
Fazil Mustafa vətəndaş qəbulu keçirib - Fotolar
15:10 / 29-11-2024
Faiq Ağayev yeni klipini təqdim edib - Video
14:15 / 29-11-2024
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - (Yenilənib)
17:03 / 29-11-2024
Agentlikdə qanunsuzluq: tender keçirmədən 42 milyonluq müqavilə imzalanıb
13:11 / 02-12-2024
Cəbrayıla daha 34 ailə köçürülüb - (Yenilənib)
11:57 / 29-11-2024
Orta Dəhlizin ən böyük düşməni... - Xəzərin dayazlaşması mühüm tranzitə ciddi problem yaradır
12:58 / 02-12-2024
SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb
11:09 / 03-12-2024
Sumqayıtda yaşayış binasında partlayış olub - (Yenilənib)
Politoloq: “Müharibə davam edəcək” - Müsahibə
Tarix: 13-10-2020 09:45 | Bölmə: Müsahibə
Rasim Ağayev: “Danışdılar, atəşkəs əldə edildi. Amma atəşkəs ona görə elan edilməyib ki, ermənilər sülh istəyir. Atəşkəsə ona görə razılıq veriblər ki, onların silah-sursatı tükənib. Onlara silah, hərbi avadanlıq lazımdır. Bunu yığacaqlar və yenidən hücuma keçəcəklər”
Humanitar atəşkəs elan edilməsinə baxmayaraq düşmənin silahlı qüvvələri həm işğal altında olan ərazilərdən, həm də Ermənistan ərazisindən Azərbaycana qarşı raket hücumlarını davam etdirir. Bu hücumlar nəticəsində Gəncə və Mingəçevir şəhərləri ilə yanaşı digər yaşayış məntəqələrində də həm dinc insanlar həlak olur, həm də mülki infrastruktura ciddi ziyan dəyir.
Politoloq Rasim Ağayev Reyting.az-a müsahibəsində deyib ki, ermənilərlə atəşkəs rejiminə nail olmaq çətin məsələdir:
- Açığı, söhbət başqa regiondan və münaqişədən getsəydi, ümid etmək olardı ki, atəşkəsin saxlanılması sülh danışıqlarına format ola və 2-3 aydan sonra nəticə əldə edilə bilər. Amma ermənilərlə belə nəticə əldə etmək çox çətindir. Çünki ermənilər həqiqi mənada Azərbaycan və Türkiyəyə qarşı revanş siyasəti aparır. Erməni uşağı anadan olanda qulağına pıçıldayırlar ki, sənin düşmənin türk və azərbaycanlıdır. Bu təkcə siyasət deyil, erməni xalqının yaşayış motividir. Bunu necə düzəltmək, 2-3 ay ərzində yoluna qoymaq olar?
Ermənistanda məktəbə gedən, radio dinləyən, televizora baxan da eşidir ki, onun düşməni türkdür, azərbaycanlıdır. Nəsillərə bunu aşlayıblar. Amma demirlər ki, regionda bütün döyüşlərin, müharibələrin səbəbi ermənilərlə bağlıdır.
Ermənilər yeni dövlət qurmaq istəyirlər. İddia edirlər ki, orta əsirlərdən əvvəl guya mövcud olmuş hansısa dövlətin sərhədlərini bərpa etməyə çalışırlar. Dünya bu haqsızlığı niyə görmək istəmir? Mən dəfələrlə ruslarla bu barədə danışmışam. Onlar gülümsəyir və etiraf edirlər ki, belə meyl var. Amma bu meyl deyil, siyasətdir.
Ermənilər revanşist xalqdır. Bu, ermənilərdə milli xəstəlikdir. Danışıqlarda, yazılarda bu reallığı dünyaya çatdırmalıyıq.
İndi Rusiya göz yumur, ola bilsin, məqsəd odur ki, ermənilərin aqressiv meyllərinin Rusiya sərhədlərinə yaxınlaşmasına imkan verməsin. Amma Rusiyada ciddi siyasətçilər bilirlər ki, sabah eyni problem ruslarla-ermənilər arasında da yaranacaq.
Nəzərə alın ki, Moskvadan azərbaycanlıları, qazaxları, gürcüləri çıxarmaq olar, amma bu, ermənilərə qarşı mümkünsüzdür. Çünki ermənilər Rusiyanın yuxarı dairələrində oturublar. Onların tanışları, dəstəyi, hətta ermənipərəst partiyalar var.
Danışdılar, atəşkəs əldə edildi. Amma bu atəşkəs ona görə elan edilməyib ki, ermənilər sülh istəyir. Atəşkəsə ona görə razılıq veriblər ki, onların silah-sursatı tükənib. Qısa müddətə Rusiyadan Ermənistana zenit-raket kompleksləri, batareyalar, artilleriya sistemləri gətirib çıxarmaq asan deyil. İndi onlara silah, hərbi avadanlıq lazımdır. Bunu yığacaqlar və yenidən hücuma keçəcəklər.
Diqqət edin, əvvəlki illərdə Amerika ermənilərə kömək edirdi, amma indi kənardan baxır. Çünki ABŞ-ın Azərbaycanda maraqları var, bizimlə əməkdaşlıq edir, yüksək əlaqələr qurub. Erməni də deyir ki, Azərbaycanı yox edin, bundan sonra sizinlə işləyək. Kim buna gedər?
Artıq vəziyyət 1990-cı illərdəki kimi deyil. O zaman Kremldə əbləh Qorbaçov və içki düşkünü Yeltsin oturmuşdu, əhalinin də başı öz problemlərinə qarışmışdı. Ermənilər də istədiklərini edirdi. Artıq indi o dövr deyil, Azərbaycanın mövqeyini Rusiya da, ABŞ da gözəl bilir. Burada həm əməkdaşlıq maraqları, həm də əməkdaşlıq var. Yəni Azərbaycanın mövqeləri yaxşı mənada dəyişilib. Lakin Ermənistan necə var idisə, elə də qalıb. Səhər durub düşünür ki, Türkiyə və ya Azərbaycanı necə qıcıqlandırım.
- Bizim ordumuz cəbhədə irəliləyirdi. Ruslar bu prosesi niyə dayandırdı, nə üçün atəşkəs təklifi ilə çıxış etdi, bu işdə marağı nə ola bilər?
- Hərbi məsələlərdir, onlar erməni ilə müttəfiqdir. Ola bilsin, silah-sursatları qurtarır, bəlkə yaralıları çoxdur və cəsədlərinin sayı dəhşətlidir. Hər şey ola bilər.
Mümkündür ki, xaricdən də Azərbaycana təzyiqlər olub. Bir var, mən deyirəm ki, dayanın, bir də var, bunu Rusiya, ABŞ və ya Avropa deyir. Onlardan çox şey asılıdır.
Amma müharibəni dayandırmaq o demək deyil ki, sabah sülh bərqərar olacaq. İndiki atəşkəs ermənilərin xeyrinədir. Çünki onların mövqeləri dağıdılmışdı, başlarını itirmişdilər. Əgər atəşkəs onların xeyrinədirsə, deməli, Rusiya, Avropa və ABŞ-da bu işdə ermənilərin yanında olub.
Siz özünüzü Azərbaycan prezidenti postunda təsəvvür edin. Nə etmək olar? Gərək burada diplomatik çeviklik göstərəsən.
Ola bilsin, atəşkəs məsələsində biz bilmədiyimiz məqamlar da olub.
Bəli, hamı gördü ki, son 3-4 ayda ermənilər Azərbaycanın yeni ərazilərini zəbt etmək istəyir. Təəssüf ki, dünya birliyinin buna qarşı ciddi təzyiqi də yox idi. Nə Qərb, nə də Rusiya ermənilərə demirdi ki, dayanın, təxribatlar törətməyin. Üstəlik, onlara demirdilər ki, işğal etdiyiniz torpaqlardan çıxın. Məsələ bundadır.
Qərb və Rusiya diplomatik səviyyədə Azərbaycana təzyiq göstərə bilmirlər. Çünki beynəlxalq hüquq bizim tərəfimizdədir...
- Sizcə, müharibə yenidən başlayacaqmı?
- Sözsüz ki, başlayacaq. Mənə bir şey bəlli oldu. Moskvada ermənilərlə çox işləmişəm, xaricdə də işlədiyim səfirlikdə səfir erməni olub. Amma siyasət dünənki dostları bu gün düşmən edə bilir. Odur ki, müharibə davam edəcək.
Mən dəfələrlə Türkiyədə gedəndə qayıdanbaşı Ermənistana gəlmişəm, erməni tanışlarım gəlib məni qarşılayıblar. Məsələn, ruslar və gürcülərlə belə söhbətlər olmurdu. Amma ermənilərin spesifik söhbətləri olurdu. Tutaq ki, oturub çörək yeyirdin, hamısı bir əlini cibində saxlayırdı ki, birdən məni vurar, dava düşər.
İndi 30 ildir ki, Ermənistanda revanş siyasəti aparılır, yeni nəsl ortaya çıxıb və tam başqa şəraitdə böyüyüblər.
SSRİ zamanı Ermənistana gedib-gələndə dil tapmaq olurdu. Sovet vaxtında belə idi ki, erməni erməniliyində qalırdı. Hətta bəzən çalışırdılar ki, atmosferi pozmasınlar, amma elələri vardı, açıq-aşkar deyirdi ki, Qarabağ kimindir. Mən də deyirdim adam olun, sonda düşmən olacağıq. Belə düşüncə erməni cəmiyyətində aparıcı rola malik oldu və 30 ildir davam edir. Ziyanı da hamıdan çox özlərinədir.
Amma müharibəsiz mümkün deyil. Sadəcə, müharibəni də ağıllı aparmaq lazımdır. Məsələn, heç kim bizi qoymayacaq ki, gedib İrəvanı tutaq. Nəzərə almaq lazımdır ki, Ermənistan Rusiyanın, Avropanın və ABŞ-ın nökəridir. Onlar da Ermənistandan istifadə edirlər. Çünki bu ölkələrdə ticarətdən tutmuş kəşfiyyata qədər bütün pillələrdə ermənilər var. Onların da prosesə təsiri böyükdür.
- Söhbət Dağlıq Qarabağdan gedir...
- Nə fərqi var? Qarabağ da 25-30 ildir onlardadır. Elə Rusiya da, Fransa da, Amerika da düşünür ki, Qarabağda ermənilər yaşayır və onları orada saxlamaq lazımdır. Siyasətlərində düşüncələri onunla bağlıdır ki, elə edək, Azərbaycan bunu bilməsin və inciməsin, amma biz Qarabağda erməniləri möhkəmlədək. Biz də, onlara bu ideyanın yanlış olduğunu və erməniləri Qarabağdan çıxaracağımızı göstərməliyik. Həm də tarix bu gün belədir, sabah dəyişə bilər.
Əslində Azərbaycanın hansı siyasəti aparmasından asılı olmayaraq ermənilər hər zaman qılıncı başı üzərində görməlidir. Onlar başqa cür başa düşmürlər. Özü də görməlidirlər ki, 5-6 baş vuruldu, silah mexanizmi işləyir. Dil tapdıqdan sonra, bəy-ağa münasibətləri düzələ bilər. Amma Azərbaycan anlamalıdır ki, heç vaxt ermənidən dost olmayacaq. Erməni ilə Azərbaycan arasında rəsmi münasibət olmalıdır.
O vaxt konflikt yaranmazdan əvvəl deyirdilər ki, yazıqdır, kömək edək. Mən cavan idim, neçə dəfə olub belə hal. Məsələn, tursit kimi Moskvadan gəlirdilər, danışırdıq ki, Mingəçevirdə SES tikilib, bütün SSRİ bu barədə danışır və s. Təsəvvür edin, bu zaman erməni durub deyirdi ki, Mingəçeviri ermənilər tikib. İddia edirdi ki, filan mühəndis erməni olub. Bunlar çətin və xəstə millətdir. Ona görə də, onlarla səmimi ünsiyyətə girmək olmaz. Həm də nəzərə alın ki, Azərbaycanda heç vaxt millətçilər olmayıb, olubsa da, çox az sayda. Bizdə millətçiliyi ermənilər gücləndirdi. Əgər SSRİ dağılan zaman Xankəndində etiraza başlamasaydılar, Qarabağa iddia etməsəydilər, bu əraziləri tutmasaydılar, biz indi də onlarla birgə yaşayırdıq. Odur ki, artıq bunlar keçmişdir. Gələcəkdə başqa münasibət olmalıdır.
Biz 70 il dost olduq, sonda yenə müharibəyə başladılar. Odur ki, bizim xırda qonşularımızla xüsusi siyasətimiz formalaşdırılmalıdır. Torpaqlarımız işğaldan azad edildikdən sonra elə siyasət tətbiq etməliyik ki, qan tökülməsin, ticarət olsun, amma bizə ziyan vura bilməsinlər.
Reyting.az
Bölməyə aid digər xəbərlər

18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 21:27
Rahib Qərib: “Mən seçicilərimə vəd yox, kişi sözü verirəm” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə
9-10-2022, 14:22
Sülhəddin Əkbər: “İran yalnız Zəngəzur dəhlizinin açılacağından qorxmur” - Müsahibə