19:42 / 21-04-2021
Britaniyada daha 2396 nəfərdə koronavirus aşkarlanıb
19:20 / 21-04-2021
Rüşvətxor həkim şəbəkəsinə qarşı xüsusi əməliyyat hazırlanır
19:14 / 21-04-2021
ABŞ-da daha 54672 nəfər koronavirusa yoluxub
19:04 / 21-04-2021
“İnklüziv teatr”ın iştirakçıları ilə ilk görüş keçirilib - Fotolar
18:52 / 21-04-2021
Mərkəzi Seçki Komissiyasının tərkibi yenidən formalaşdırılacaq
18:16 / 21-04-2021
"Gilan"a məxsus obyektdə epidemiya əleyhinə rejim pozulub
18:05 / 21-04-2021
Rusiya ABŞ-a nota verib
17:59 / 21-04-2021
Bakı Dövlət Sirki musiqiçi, gimnast, akrobat, pəhləvan, kəndirbaz, kloun, jonqlyor axtarır
17:46 / 21-04-2021
Tibbi arayışlara görə nə qədər pul alınır? - Açıqlama
17:38 / 21-04-2021
Əhalinin bank əmanətlərinin həcmi açıqlanıb
17:22 / 21-04-2021
Elçin Şıxlı: “Rusiya dünyanın diqqətini yayındırmağa çalışır”
17:21 / 21-04-2021
Ağdamın Baş Qərvənd kəndinin görüntüləri yayıldı - Video
17:12 / 21-04-2021
Azərbaycanda problemli kreditlər cüzi artıb
17:05 / 21-04-2021
Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb
16:58 / 21-04-2021
Türkiyənin Azərbaycandakı yeni səfiri faəliyyətə başlayıb
16:44 / 21-04-2021
Azərbaycanda daha 14680 nəfər peyvənd olunub
16:39 / 21-04-2021
Daha 23 obyektdə qaydalar pozulub - Siyahı
16:35 / 21-04-2021
Azərbaycanda daha 2075 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib
16:27 / 21-04-2021
Bəşər Əsəd prezidentliyə yenidən iddialıdır
16:17 / 21-04-2021
Ukraynada karantin rejiminin müddəti uzadılıb
16:06 / 21-04-2021
Nazirlik: "Summativ qiymətləndirmə hər bir fənn üzrə yarımilin sonunda aparılacaq"
15:59 / 21-04-2021
Baş epidemioloq: “Gürcüstanda epidemioloji vəziyyət pisləşib"
15:51 / 21-04-2021
Putin: "Epidemioloji vəziyyət imkan verən kimi “Nüvə beşliyi” ölkələri liderlərinin sammiti keçiriləcək"
15:45 / 21-04-2021
Alimlər koronavirusun beyinə necə təsir etdiyini müəyyənləşdirib
15:35 / 21-04-2021
"Milan" klubu Avropa Super Liqasından geri çəkilib
15:32 / 21-04-2021
Mariya Stadnik Avropa çempionatında yarımfinala yüksəlib
15:26 / 21-04-2021
Avropa Gənclər Qış Olimpiya Festivalı yenə təxirə salınıb
15:15 / 21-04-2021
“Rabitəbank”da yarım milyondan çox pul mənimsənilib
16:34 / 20-04-2021

10:45 / 19-04-2021

11:41 / 19-04-2021

11:15 / 17-04-2021

16:54 / 17-04-2021

13:42 / 19-04-2021

13:30 / 20-04-2021

11:50 / 20-04-2021

13:34 / 19-04-2021

Zərdüşt Əlizadə: “Vəziyyət gərgindir. Rusiya hərbi müdaxilə etsə...” - Müsahibə
Tarix: 02-04-2021 09:43 | Bölmə: Müsahibə

Politoloq deyir ki, Ukrayna Donbasda hərbi əməliyyatlara başlasa və Rusiya açıq hərbi müdaxilə etsə, ittihamlar daha kəskin xarakter alacaq, Rusiyanı təcavüzkar elan edəcəklər və şiddətli cəzalar tətbiq olunacaq
Ukrayna-Rusiya münasibətləri hər ötən gün daha da gərginləşir. Hətta bəzi ekspertlər müharibənin başlayacağını iddia edirlər. Artıq beynəlxalq diplomatiya da diqqətini bu gərginliyə yönəldib.
Politoloq Zərdüşt Əlizadə Reyting.az-a müsahibəsində Kiyev-Moskva münasibətlərinin doğura biləcəyi nəticələrdən, müharibə başlayacağı təqdirdə qərb ölkələrinin tutacağı mövqedən danışıb:
- Rusiya Donetski və Luqanskdə separatçıları dəstəkləyir, onlara silah-sursat ötürür, eləcədə Ukraynanın bir hissəsini işğal edərək öz ərazisi elan edib. Əlbəttə, mən Krımı nəzərdə tuturam. Belə bir şəraitdə Ukrayna və Rusiya arasında münasibətlər gərgin olaraq qalır.
Ukrayna öz torpaqlarını azad etmək haqqında düşünür. Hər bir hakimiyyətin vəzifəsidir ki, ölkəsinin ərazi bütövlüyünü bərpa etsin. Odur ki, indi vəziyyət gərgindir.
- Gərgin hərbi-siyasi vəziyyətin müharibəyə keçmə ehtimalını necə qiymətləndirirsiniz?
- Ukraynanın Baş Qərargah rəisi hərbi əməliyyatları istisna etmir. Ona görə ki, beynəlxalq təzyiqlər vasitəsilə işğalçını işğal etdiyi ərazidən çıxmağa məcbur etmək cəhdləri Azərbaycanın təcrübəsində uğurlu olmadı. Biz də 30 il ümid etdik ki, ATƏT-in Minsk qrupu, beynəlxalq ictimaiyyət, böyük dövlətlər, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa məcbur edəcək. Amma bu baş vermədi. Nəticədə Azərbaycan Ordusu işə salındı və işğal olunan ərazilərimizin əsas hissəsini geri qaytara bildi. Azərbaycanın bu hərbi uğuru əraziləri Rusiya və ya onun vassalları tərəfindən işğal edilən digər ölkələri də ruhlandırır. Onlar da hesab edirlər ki, müəyyən hazırlıq görəndən və ciddi müttəfiqlər qazandıqdan sonra öz ərazilərini qaytara bilərlər. O cümlədən Ukrayna da belə düşünür. Gürcüstan da belə düşünürdü. Bilmirəm, gürcülər nə səviyyədə tədbirlər görür, hərçənd Gürcüstanın imkanları azdır. Amma Ukrayna böyük dövlətdir, 45 milyon əhalisi var. Qərb də onun arxasında daha qətiyyətlə durub.
Mən demirəm ki, müharibə yüz faiz olacaq. Amma istisna edilmir ki, Ukrayna sonsuz davam edən məzhəkəyə son qoyacaq və öz torpaqlarının heç olmasa, bir hissəsini - Krımı demirəm, amma Donetski və Luqanski azad etməyə cəhd göstərəcək.
- Ukraynanın hazırda müttəfiqləri nə dərəcədə etibarlıdır?
- Hər halda qərb dövlətləri birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü müdafiə edirlər. Krımın qaytarılmasını da şərt kimi qoyurlar.
Üstəlik, Rusiyaya qarşı iqtisadi cəza tətbiq ediblər. Yəni həm sanksiyaları işə salıblar, həm də Rusiyaya dövlət xadimləri səviyyəsində qadağalar tətbiq olunur. Bu da göstərir ki, qərb dünyası bütövlükdə Ukraynanın yanındadır. Ancaq qərb dövlətləri bu dəstəyi hansı səviyyədə reallaşdıracaqlar? Artıq Ukraynaya silah da satırlar, müşavir də verirlər, təlim də keçirlər. Bu, ciddi dəstəkdir.
- Ukraynanın Rusiya qarşısında dayanmaq imkanı varmı? Ruslar deyirlər ki, əgər Ukrayna ordusu Donbasa hücum etsə qarşısında rus ordusunu görəcək...
- Rusiya hələlik deyir ki, mənim orada qoşunum yoxdur, hərçənd var. Üstəlik, elan edir ki, münaqişədə tərəf deyil. Bildirir ki, Rusiya bu prosesdə sadəcə, rusdilli əhalinin öz hüquqları uğrunda mübarizəsinə dəstək verir, vasitəçi olaraq çalışır ki, tərəfləri barışdırsın.
Donbasda da rus əhalisini hazırlayır, bu tərəfdən də deyir ki, Kiyev Donetski və Luqanksi ilə danışıqlar aparıb problemi sülh yolu ilə həll etsin.
Rusiya belə şəraitdə münaqişədə tərəf olmadığını, Krımı işğal etmədiyini, əhalinin azad referendum keçirərək Rusiyaya birləşməsi haqda qərar çıxardığını və Moskvanın da bu qərara hörmətlə yanaşdığını bildirir. Yəni Rusiya demir ki, işğalçıdır, təcavüzkardır. Əksinə, bildirir ki, Krımda referendum keçirən əhalinin hüquqlarına hörmətlə yanaşır və onlara dəstək verir.
İndi Ukrayna Donbasda hərbi əməliyyatlara başlasa və Rusiya açıq şəkildə müdaxilə etsə, Rusiya özünü daha da təcrid etməyəcəkmi? Bu halda Rusiyaya qarşı ittihamlar daha kəskin xarakter alacaq, Rusiyanı təcavüzkar elan edəcəklər və daha şiddətli cəzalar tətbiq olunacaq.
Rusiya mətbuatında müzakirələr gedir ki, ölkəni beynəlxalq pulköçürmə (SVİFT) sistemindən ayıra, borc məsələsinə baxa, ticarət münasibətlərinə daha sərt qadağalar tətbiq edə bilərlər və s. Yəni Rusiyanın belə davranışı bu ölkə üçün böyük imtiyazlar gətirmir.
Çox güman, Kiyevdə də fikirləşirlər ki, müharibə başlasa, nəyi itirib, nəyi qazanacaqlar.
Son 5 ildə Ukrayna ordusu xeyli hazırlaşıb. Bunu heç kəs inkar etmir. Hətta Rusiya tərəfi deyir ki, Ukrayna ordusu artıq Donetski və Luqanskdəki separatçı hərbi birləşmələrdən qat-qat güclüdür. Bu o deməkdir ki, Donbasdakı silahlı qrupları məğlubiyyətdən xilas etmək üçün rus ordusu Ukrayna ərazisinə keçməlidir. Bu isə açıq təcavüzdür. Açıq təcavüzün isə çox pis aqibəti olur.
- Rusiyanın Ukrayna ilə sərhəddə 10 minlərlə hərbçi, texnika, hərbi ləvazimatlar cəmləşdirməsinə səbəb nədir, ruslar nəyə hazırlaşırlar?
- Rusların hərbçi yığmağı öz yerində, amma könüllülər də yığdığı haqda məlumatlar var. Könüllülərin kimdən olduğu da bəllidir. Bu, rus hökumətinin siyasətidir. Ancaq sözsüz ki, onlar sərhəddən keçəndə, tankları, topları, texnikası gələndə bunların hamısı çəkilir. İndi dünyada çox az sirr var. Sadəcə, bəzən belə şeyləri deyir, bəzənsə demirlər. İndi deyəcəklər ki, Rusiyanın müstəqil Ukraynaya təcavüzü var.
- Yəni gərgin dövr gözlənilir?
- Hər halda Ukrayna tərəfindən ordu hissələrinin Luqanksi və Donetski qənşərində toplanması, hərbi texnikaların gətirilməsi Rusiyaya mesajdır ki, bu işlərdən əl çək, problemin hansısa həllinə nail olaq. Problemin həlli də ondan ibarətdir ki, biz, Ukrayna olaraq ərazi bütövlüyümüzü bərpa etməliyik! Yəni Donetski və Luqanski Kiyevə tabe olmalıdır!
- Qərb ölkələri və NATO-nun bu prosesdə Ukraynaya açıq şəkildə dəstək vermə ehtimalı nə dərəcədə realdır?
- Qərbin postsovet məkanında siyasəti bir qədər fərqlidir. Onlar nüvə-raket silahına malik Rusiya ilə müharibə etmək istəmirlər. Qərb daha çox Rusiya rəhbərliyinin tamahkarlığı, kütbeynliyindən istifadə edir, eləcədə postsovet məkanında müxtəlif vəzifə hərislərinin hakimiyyətə gəlmək üçün anti-rus kartından yararlanır.
Qərbin əsas məqsədi odur ki, Rusiya öz ətrafındakı bütün dövlətlərlə düşmən olsun. Rusiya onları məğlub etsin, ərazisini tutsun, işğal etsin və nəticə etibarı ilə bu xalqlar düşmənə çevrilsinlər. Məsələn, gürcülər Rusiya ilə düşməndir. Ukraynalıları rularla düşmən etdilər, belarusları, erməniləri tədricən Rusiya ilə düşmən edirlər, azərbaycanlılar rusları o qədər də sevmir. Yaxşı olardı ki, bütün Orta Asiya xalqları da ruslarla düşmən olsunlar. Bu, əla məqsəddir. Bunun üçün qərb pul, dəstək, lazım gəlsə, silah da verər. Amma özləri gəlib Rusiya ilə müharibə aparmaq istəmirlər. Qərb təlim keçə, silah verə, kəşfiyyat məlumatı ötürə bilər. Amma gəlib vuruşan deyillər.
Y. QACAR
Reyting.az
Bölməyə aid digər xəbərlər

9-03-2021, 08:58
Mehman Əliyev: “Zəngilan-Kəlbəcər tərəfə baxdıqda görürük ki, burada sərhədlər...” - Müsahibə
7-03-2021, 11:38
Professor: “Mümkündür ki, Bayden Türkiyə ilə daha yaxından əməkdaşlıq etsin” - Müsahibə
5-03-2021, 11:38
Məhərrəm Əliyev: “Cənab Ali Baş Komandanımız iki cəbhədə öz Dəmir Yumruğunu göstərdi” - Müsahibə
1-03-2021, 08:57
Deputat: “Ordu ciddi mülki nəzarət altında olmalıdır” - Müsahibə
6-02-2021, 17:40
Rusiyada inqilabi dəyişiklik ssenarisi işə salına bilər - Politoloq
9-01-2021, 17:58
Politoloq: “Zəngəzur dəhlizində Rusiyanın da marağı var” - Müsahibə
28-12-2020, 18:37
Hikmət Hacıyev: "UNESCO Ermənistanın qanunsuz əməllərinə adekvat reaksiya verməlidir" - Müsahibə
26-12-2020, 21:55
Deputat: “Qarabağda dünyanın nüfuzlu banklarının filiallarının açılmasına nail olmalıyıq” - Müsahibə
19-12-2020, 19:02
Rəşad Mahmudov: “Antiviral müalicələr xəstəxanalara müraciətləri 90 faiz azalda bilər” - Müsahibə
15-12-2020, 10:19
Sülhəddin Əkbər: “Bizi müharibə potensialı olan üç böyük problemli məsələ gözləyir” - Müsahibə
12-12-2020, 12:17
Aqil Abbas: “Ortada Zəngəzur söhbəti var...” - Müsahibə
2-12-2020, 13:51
Deputat: “Ermənistanın siyasi elitası barış barədə yox, revanş haqqında danışır” - Müsahibə
1-12-2020, 17:10
Sabiq komandir: “Türkiyə ordusu Laçın dəhlizindəki postlararası patrul xidmətinə cəlb edilməlidir” - Müsahibə
25-11-2020, 13:14
Tofiq Zülfüqarov: “Qarabağda hansısa mərhələdə ruslar, hansısa mərhələdə türklər aktiv görünəcək” - Müsahibə
20-11-2020, 11:25
Deputat: “Rusiya və digərlərində qıcıq doğuran odur ki, Türkiyə niyə böyük heyətlə gəlir” - Müsahibə
18-11-2020, 14:19
Ayaz Mütəllibov: “Türk ordusunun ölkəmizə gəlişini müsbət qiymətləndirirəm” - Müsahibə
11-11-2020, 20:14
Məhərrəm Əliyev: “Türkiyə Rusiya ilə birlikdə Qarabağda nəzarət funksiyasını həyata keçirəcəkdir” - Müsahibə
11-11-2020, 10:58
Deputat: “Prezidentin “Qarabağ bizimdir!” şüarına heç kim şübhə etməsin” - Müsahibə
7-11-2020, 17:53
Xocalının sabiq icra başçısı: “Xocalının azad olunan kəndləri Xocalıdan daha çox Şuşaya yaxındır” - Müsahibə
25-10-2020, 09:52
Yaqub Məmmədov: “Azərbaycan bayrağı Şuşada da, Xankəndində də dalğalanacaq” - Müsahibə
15-10-2020, 17:09
Hikmət Hacızadə: “Rusiyanın Qarabağa sülhməramlı qüvvə yerləşdirməsinə imkan verməməliyik” - Müsahibə
13-10-2020, 09:45
Politoloq: “Müharibə davam edəcək” - Müsahibə
12-10-2020, 12:38
Rusiyalı ekspert: “Gəncədə baş verənlər terror aktıdır”
11-10-2020, 12:21
Politoloq: “Türkiyə atəşkəsi uzatmağa razı olmayacaq” - Müsahibə
2-10-2020, 13:27
Metyu Brayza: “Makronun bəyanatı şokedici idi” - Müsahibə
25-09-2020, 14:34
Hərbi ekspert: “Ermənistan başa düşür ki, təkbaşına müharibəyə başlasa uduzacaq” - Müsahibə
22-09-2020, 19:00
Vahid Əhmədov: “İşğaldakı ərazilərimizi azad etmək üçün tarixi şans yaranıb” - Müsahibə
19-09-2020, 20:07
Keçmiş diplomat: “Azərbaycanda sabitliyi pozmaq istəyirlər” - Müsahibə
16-09-2020, 17:51
Qabil Hüseynli: “Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı olacaq” - Müsahibə
10-09-2020, 14:38
Mehman Əliyev: “Əli Həsənovun böyük siyasi iddiaları var idi” - Müsahibə
2-09-2020, 16:47
Rüstəm Behrudi: “Əgər deyilənlər həqiqətdirsə, onda Ramiz Mehdiyev bu xalqın düşmənlərindən biridir” - Müsahibə
2-09-2020, 13:32
Adil Əliyev: “Ramiz Mehdiyev Azərbaycanı ən azı 30 il geriyə sürükləmək istəyir” - Müsahibə
26-08-2020, 17:44
“Ramiz Mehdiyev dövlət və dövlətçilik üçün təhlükəlidir” - Müsahibə
23-08-2020, 18:04
Partiya sədri: “Azərbaycan Türkiyə ilə hərbi ittifaq sazişi bağlamalıdır” - Müsahibə
21-08-2020, 14:59
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
19-08-2020, 15:30
Deputat: “Xalq Lukaşenkonun kobud, kolxozsayağı davranışını qəbul etmək istəmir” - Müsahibə
18-08-2020, 12:56
Sərdar Cəlaloğlu: “Azərbaycan və Türkiyənin vahid orduya keçməsinin tərəfdarıyam” - Müsahibə
12-08-2020, 12:41
Deputat: “Türkiyə Qarabağın işğaldan azad olunması üçün Rusiya ilə danışıqlar aparmalıdır” - Müsahibə