00:04 / 21-05-2025
Aİ “Azadlıq Radiosu”na 5,5 milyon avro ayırıb
22:36 / 20-05-2025
Sabirabaddakı qətl hadisəsi araşdırılır
19:07 / 20-05-2025
Milli Məclis daha 13 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq
18:45 / 20-05-2025
Yanacaqsız işləyən mühərrik kəşf ediblər
18:23 / 20-05-2025
Tramp Avropa liderlərini çıxılmaz vəziyyətlə üzləşdirir
18:14 / 20-05-2025
Tofiq Yaqublunun şikayəti rədd olunub
18:12 / 20-05-2025
Ukrayna nümayəndələri İstanbul görüşündə rus dilində danışıblar
18:02 / 20-05-2025
İlham Əliyevlə Viktor Orban görüşüb - Birgə bəyanat - (Yenilənib) - Fotolar+Video
17:54 / 20-05-2025
Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq
17:48 / 20-05-2025
Polis 75 kq narkotik maddəni dövriyyədən çıxarıb - 10 nəfər saxlanılıb
17:24 / 20-05-2025
10 kiloqram qızılı talayan dəstə tutulub - Video
17:12 / 20-05-2025
Prokuror "Abzas işi" ilə bağlı cəza istəyib
16:34 / 20-05-2025
Tanınmış musiqiçi xeyriyyəçilik edib - Fotolar
16:01 / 20-05-2025
Ər arvadını öldürərək Kür çayına atıb
15:55 / 20-05-2025
Tramp sülh danışıqlarından çıxa bilər: “Bu, mənim müharibəm deyil”
15:43 / 20-05-2025
Xamnəi ABŞ-la danışıqlardan müsbət nəticə gözləmir
14:50 / 20-05-2025
III Çarlz Azərbaycan prezidentinə məktub göndərib - Mətn
14:47 / 20-05-2025
Kral Salman İlham Əliyevə məktub ünvanlayıb
14:30 / 20-05-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
14:29 / 20-05-2025
Rusiyaya qarşı 17-ci sanksiya paketi təsdiqlənib
14:20 / 20-05-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
14:04 / 20-05-2025
İlham Əliyev Macarıstanda işgüzar səfərdədir - Fotolar
14:00 / 20-05-2025
İcra başçısı onları vəzifədən azad edib
13:33 / 20-05-2025
Hindistan Ermənistanın silah bazarında Rusiyanı əvəz edir
13:08 / 20-05-2025
Sumqayıtdakı zavodda partlayış olub - (Yenilənib)
13:02 / 20-05-2025
Limana və gəmilərə hücum ola bilər
12:59 / 20-05-2025
İki direktora şiddətli töhmət veriblər
12:51 / 20-05-2025
“Son zəng” iyunun 14-də çalınacaq
12:34 / 20-05-2025
Pakistan və Hindistan razılaşıb
12:22 / 20-05-2025
Ərdoğan vasitəçilikdən nə qazanır?
15:02 / 16-05-2025

08:45 / 16-05-2025

17:37 / 16-05-2025

09:51 / 16-05-2025

01:38 / 16-05-2025

14:21 / 16-05-2025

10:38 / 17-05-2025

16:30 / 19-05-2025

12:20 / 16-05-2025

11:12 / 16-05-2025

08:33 / 16-05-2025

09:20 / 16-05-2025

Professor: “Xankəndi də daxil olmaqla digər ərazilərin məsələsi...” - Müsahibə
Tarix: 17-04-2021 10:04 | Bölmə: Müsahibə

Yaqub Məmmədov: “Paşinyan və Ermənistan yenidən Rusiyanın təsirinə düşüb və rəsmi Moskva bu ölkə ilə bağlı məsələni istədiyi şəkildə həll edəcək”
Separatçıların nəzarətində qalmış Qarabağdakı ərazilərin taleyi, Ermənistan-Türkiyə və Rusiya-Türkiyə münasibətlərinin perspektivləri Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan parlamentinin keçmiş sədri Yaqub Məmmədov Reyting.az-a müsahibəsində yaxın müddətdə Ermənistanda keçiriləcək seçkilərdən və bunun, separatçı rejimin nəzarətində qalmış Azərbaycanın əraziləri ilə bağlı problemin həllinə necə təsir edə biləcəyindən danışıb.
- Yaqub müəllim, indi bizim üçün diqqət mərkəzində olan məsələlərdən biri də iki aydan sonra Ermənistanda keçiriləcək parlament seçkiləridir. Seçki öncəsi Ermənistandakı vəziyyəti necə dəyərləndirirsiniz?
- Ermənistanda vəziyyət siyasi baxımından gərgindir. Bu ölkədə aylardır müşahidə olunan daxili siyasi gərginlik fornunda növbədənkənar parlament seçkilərinə qərar verilib və yeni hökumət formalaşdırmaq istəyirlər.
Mənim qənaətim belədir ki, indi hakimiyyətdə olan qüvvə seçkidə qalib gələrsə, 10 noyabrda imzalanan üçtərəfli bəyannamədə qoyulan məsələləri həll edəcəklər. Yox, əgər hakimiyyətə yeni komanda gələrsə, zənnimcə, onlar aranı qatmağa çalışa bilərlər.
- Baş nazir Nikol Paşinyanın komandasının seçkiləri udmaq imkanlarını necə qiymətləndirirsiniz?
- Biz Ermənistandakı vəziyyət haqqında əsasən mətbuat vasitəsi ilə məlumat alırıq. Bu məlumatları ümumiləşdirdikdə belə qənaətə gəlmək olar ki, indiki hakimiyyət başçısının nüfuzu digər siyasətçilərlə müqayisədə daha yüksəkdir. Xalq arasında onun dəstəyi var. Görünür, Paşinyan hakimiyyətdə olduğu 2-3 il ərzində sosial və digər sahələrdə müəyyən işlər görə bilib.
Müharibədən sonra İrəvanda onlarla mitinq keçirildi, tədbirlər görüldü, amma Paşinyanı hakimiyyətdən qova bilmədilər. Səbəb odur ki, Paşinyanın Ermənistan əhalisi arasında dəstəyi var. Məncə, onun seçki öncəsi kəskin bəyanatları daha çox daxili auditoriyaya hesablanır.
Aydındır ki, Paşinyan da daxil olmaqla, Ermənistan yenidən Rusiyanın təsirinə düşüb və rəsmi Moskva bu ölkə ilə bağlı məsələni istədiyi şəkildə həll edəcək.
- Professor, iddia edirlər ki, Paşinyan parlament seçkilərində qələbə çaldıqdan sonra Rusiyadan uzaqlaşmaq və Qərbə yaxınlaşmaq siyasətini davam etdirəcək. Bunu mümkün hesab edirsiniz?
- Bunun mümkün olacağı haqda fikirlərləri bölüşmək istəməzdim. Nikol Paşinyanı hakimiyyətə Qərb gətirmişdi, o da Qərbə doğru getdi və aqibətini görürsünüz. Ona görə də, inanmıram ki, Paşinyan ikinci dəfə belə kobud siyasi səhvə yol versin. Özü də Putinlə sonuncu görüşü zamanı elan etdi ki, Ermənistanın siyasi gələcəyi Rusiya ilə hərbi-siyasi müttəfiqlikdən keçir.
- Ermənistan-Türkiyə münasibətləri bundan sonra necə qurula bilər?
- Bu haqda indidən konkret fikirlər ifadə etmək doğru olmazdı. Bunu gələcək göstərəcək. Hər halda Rusiya ilə Türkiyənin münasibətləri daha da dərinləşsə, çox güman ki, Ermənistan-Türkiyə münasibətlərində də yumşalma müşahidə olunacaq. Türkiyə-Rusiya münasibətləri həm Azərbaycanın, həm də Ermənistanın Rusiya və Türkiyə ilə münasibətlərinə müsbət təsirlər göstərə bilər.
Ancaq burada incə bir məqam da var. Qərb istəmir ki, Türkiyə-Rusiya münasibətləri yaxşı olsun. ABŞ Ankara-Moskva əlaqələrinin yüksək səviyyədə olmasına qarşıdır və mümkün vasitələrlə iki ölkənin münasibətlərini korlamağa çalışırlar. Amma münasibətləri qoruyub saxlamaq Türkiyə və Rusiya rəhbərliyinin siyasi iradəsindən və dünyagörüşündən asılıdır.
- Hazırda 44 günlük müharibə zamanı Şuşaya atılan “İsgəndər M” raketi ətrafında Bakı ilə Moskva arasında qızğın müzakirələr gedir. Rəsmi Bakı raketin Şuşaya necə atıldığını bilmək istəyir, ruslar da araşdırma apardıqlarını iddia edirlər. Bu məsələ hansı formada həllini tapa bilər?
- Bu da olduqca mürəkkəb məsələdir. Bəli, insanlar bu barədə müəyyən fikirlər işlədirlər. Ancaq mən daha detallı infomasiyaya sahib olmadığımdan öz fikirlərimi açıqlamağa tərəddüd edirəm.
Hələlik açıq informasiya yoxdur. Jurnalistlər daha çox danışır, Mirşahin gedib çəkdi, danışdı... Amma bizim və Rusiyanın ali rəhbərliyi korrekt fikirlər işlədirlər. Düşünmürəm ki, bu məsələyə görə Azərbaycan və Rusiya münasibətləri pisləşsin. Münasibətlərin pisləşməsi arzuedilən də deyil.
Bir versiya budur ki, Rusiyada hansısa hərbçilər bu silahı Ermənistana ötürüblər. Bunu mümkün sayıram. Çünki Rusiyada elə qüvvələr var ki, gərginlikdə maraqlıdırlar.
Rusiyada Vladimir Putinin və indiki hökumətin əleyhdarları çoxdur. Rusiya daxilində hakimiyyət mübarizəsi gedir. Görmürsünüzmü, Aleksey Navalnı məsələsini necə şişirtdilər?
Versiyalardan biri də budur ki, hərbçilər arasında kimlərsə aranı qarışdırmaq üçün belə hərəkət edə bilərdi və s. Ancaq aydındır ki, bu istiqamətdə araşdırma aparılmalıdır.
- Qarabağ, xüsusilə nəzarətimizdən kənar bölgələrin yaxın dövrdə taleyi necə olacaq, biz bu ərazilərə nəzarəti əldə edə biləcəyikmi?
- Hələlik yox. Açığı, Ermənistanda olacaq seçkilərin taleyindən çox şey asılıdır. Seçkilər bitdikdən sonra onların özünü necə aparmaları göstərəcək ki, Xankəndi də daxil olmaqla digər ərazilərin məsələsi hansı formada həll olunacaq. Bu məsələdə bir qədər səbrli olmaq lazımdır.
- Yaxın müddət üçün Qarabağda lokal hərbi əməliyyatların keçirilməsini mümkün sayırsınızmı?
- İnanmıram. Bəli, belə söz-söhbət var, mətbuatda da yeni əməliyyatların keçirilməsinin mümkünlüyünə dair fikirlərə rast gəlinir. Ancaq inanmıram ki, hərbi əməliyyatlar başlasın. Həm də axı Ermənistan ordusu darmadağın edilib, kiminlə hərbi əməliyyat olacaq? Xankəndində olan silahlı dəstələrin nə gücü var ki, yenidən bizim ordumuzla üz-üzə gəlsin?
Məncə, müharibə üçün yenidən vaxt lazımdır. Belə məsələləri zaman həll edir. Ermənistan müharibə aparmaq üçün gərək yenidən ordu yarada, silah-sursat ala və s. Yaxın dövrdə Qarabağda hərbi əməliyyatların başlayacağına inanmıram. Azərbaycan Ordusu sözünü deyib, torpaqlarımızı işğaldan azad edib. İndi Ermənistanın Azərbaycanla qarşı-qarşıya gələcək gücü və imkanı yoxdur.
Reyting.az
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə