23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:44 / 17-09-2025
"Azərpoçt"un adından saxta mesajlar yayılır
13:23 / 17-09-2025
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
13:18 / 17-09-2025
"Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb
13:03 / 17-09-2025
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
12:47 / 17-09-2025
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
12:44 / 17-09-2025
Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb
12:43 / 17-09-2025
Bir neçə qurum onlayn rejimə keçib - Siyahı
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

00:04 / 16-09-2025

Tofiq Zülfüqarov: “İki super güc arasında siyasi gərginliklər bir qədər də artacaq” - Müsahibə
Tarix: 04-05-2021 11:16 | Bölmə: Müsahibə

Keçmiş nazir: “Türkiyə prezidenti Ərdoğan iki slavyan ölkəsi arasında vasitəçilik edib. Hesab edirəm ki, gələcəkdə Ərdoğanın bu fəaliyyətindən çox danışacaqlar”
Ukrayna və Rusiya arasında gərgin münasibələr müharibə təhlükəsi həddinə çatsa da, sonda tərəflər ordularını geri çəkdilər. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Reyting.az-a müsahibəsində tərəflərin geri çəkilməsinin səbəblərindən, ümumiyyətlə, Ukrayna ətrafında baş verənlərdən daşıb:
- Qərb müxtəlif istiqamətlərdən Rusiyaya pressinqləri artırıb. Söhbət Rusiyaya qarşı sanksiyaların tətbiqindən, diplomatik addımlardan gedir.
Mən istisna etməzdim ki, Rusiyaya qarşı təzyiqi artırmaq üçün Ukrayna kartından da istifadə olunmalı idi.
Prosesi diqqətlə izlədikdə son məqamda gördük ki, sanki Türkiyə bu məsələdə bir növ vasitəçilik etdi. Əslində bu haqda çox az danışırlar.
Müşahidələrə əsasən deyə bilərəm ki, hadisələrin ən qızğın vaxtında Türkiyə prezidenti Ərdoğan həm Rusiya prezidenti Vladimir Putinlə telefonla müzakirələr apardı, həm də Ankaraya səfər edən Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə məsələni müzakirə etdi. Orada səslənənlərdən çıxan məntiq bundan ibarət idi ki, siz hərbi əməliyyatlara başlasanız, bunun sonu nə ilə qurtara bilər? Rusiya məğlub olacaq, Ukrayna tankları gəlib Moskvaya daxil olacaq və ya əksinə, rus tankları paytaxt Kiyevə daxil olacaq?
Əlbəttə, hansısa müddət döyüşlər və itkilər olacaqdı. Amma tərəflərin heç birində imkan yox idi ki, qarşısındakını tam məğlub etsin.
Digər tərəfdən, Ukrayna müharibə və döyüşlərə tam hazır deyildi. Əslində Ukraynanın hərbi hava qüvvələri demək olar ki, yoxdur.
Amerikalılar qeyd edirlər ki, onlar Ukraynaya hərbi dəstək verir, köməklik göstərirlər. Amma biz diqqətlə baxdıqda görürük ki, onlar heç köhnə qırıcılarını belə Ukraynaya vermirlər. Bu baxımdan hesab edirəm ki, indiki mərhələdə sadə insanlar üçün müharibə əsl faciə olacaqdı - həm o tərəfdən, həm də bu tərəfdən.
Çox maraqlıdır ki, Türkiyə prezidenti Ərdoğan iki slavyan ölkəsi arasında vasitəçilik edib. Hesab edirəm ki, gələcəkdə Ərdoğanın bu məsələdəki fəaliyyətindən çox danışacaqlar.
- Tərəflər hərbi addımlardan geri çəkildi, Ukrayna problemi həll olundumu, yoxsa bir aydan sonra eyni proses baş verə və hərbi əməliyyatlar başlaya bilər?
- Məntiq etibarı ilə eyni proses baş verə bilər, amma indi qüvvələr nisbəti imkan vermirdi ki, tərəflərdən biri addım atsın.
Əlbəttə, hərbi əməliyyatlar başadüşüləndir. Onun sonunda siyasət, diplomatiya olmalıdır. Yəni rus tankları Kiyevi götürsəydi nə olacaqdı? Bu yolla Ukrayna əhalisinin Qərbyönümlü istəkləri azalacaqdı? Yox. Tanklarla bir xalqın siyasətini həll etmək, onun arzuları qarşısında sədd çəkmək mümkün deyil. Və ya Ukrayna o qədər güclənəcəkdi ki, gedib Rusiyanı darmadağın etsin? Bu halda nə baş verəcəkdi, ruslar Ukrayna nəzarətinə keçəcəkdi? Əlbəttə, yox. Yəni bu baxımdan mən problemin həll edildiyini görmürəm. Bu münaqişə bir müddət davam edəcək.
- Qərbin bu prosesdə uduşu nədən ibarətdir?
- Məncə, biz bir şeyi dəqiq bilməliyik ki, həm Amerikanın, həm Rusiyanın, həm də fövqəldövlətlərin bəyanatları ilə real siyasəti arasında fərq çoxdur. Bunları görmək lazımdır. Əgər Qərb istəsəydi hərbi baxımdan Ukraynaya kömək edərdi. Amma bunu etməyib axı. Real olaraq Ukraynaya silah-sursat verməyib. O başqa məsələdir ki, real olaraq Ukraynada Türkiyə silah var. Məsələn, “Bayraqdar TB2” model pilotsuz uçuş aparatları. Bundan başqa Ukrayna ordusuna silah verilib? Məncə, yox.
Hesab edirəm ki, Qərbin bu proseslərdə diplomatik baxımından aktiv olmasının əsas səbəbi Rusiyaya təzyiqlər etmək üçün münasib şərait yaratmaqla bağlı idi.
- Rusiya bu prosesdən geri çəkildi?
- Mənim anladığıma görə, Ukrayna rəhbərliyi başa düşüb ki, bu addımların indiki mərhələdə faydası yoxdur. Üstəlik, aydın oldu ki, Rusiya geri çəkilən deyil. Hazırda Rusiyada daxili vəziyyət elə mərhələdədir ki, Vladimir Putin öz imici baxımından geri çəkilib, məğlubiyyəti qəbul etməyəcək. Təkcə Rusiyanın maraqlarına görə deyil, eyni zamanda özünün gələcəyi baxımından. Həm də hadisələr göstərir ki, bütün bu amillər Putinin sona qədər gedəcəyini deyir. Yəni itkilər və bu cür vəziyyət qaçılmaz idi. Problem son nəticə olaraq bir çox itkilərə gətirib çıxaracaqdı. Bu da sözsüz ki, heç bir tərəfin marağına uyğun deyildi, heç kimə fayda verməyəcəkdi.
- Rusiyaya qarşı yeni sanksiyaların gündəmə gəldiyini, artıq Avropa parlamentinin bu məsələlərə dair müzakirələrə başladığını nəzərə alsaq Rusiya-Qərb qarşıdurmasının perspektivini necə görürsünüz?
- Proseslər göstərir ki, hələ bu məsələlər uzun çəkəcək. Çünki Amerika və ya Qərb ilə Rusiya qarşıdurması yalnız xarici siyasət amili ilə bağlı deyil. Bu qarşıdurma həm də daxili siyasətin vacib elementlərindən birinə çevrilir. Məsələn, Rusiyanı idarə etmək üçün kənardan bir düşmən obrazı lazımdır deyəsən ki, bu ölkə bizi dağıtmaq, məhv etmək istəyir. Əslində eyni hal Amerikaya da lazımdır. Baxın, Tramp və Baydenin diskussiyası nədən ibarət olub? Bayden Trampı ittiham edirdi ki, sən gedib Rusiya ilə dostluq edirsən. Və ya deyilirdi ki, Rusiya Amerikanın daxili işlərinə qarışıb, seçkilərinə müdaxilə edib və s. Yəni biz başa düşməliyik ki, bu qarşıdurma həm də daxili siyasətin vacib elementi halına gəlib. Siyasi qüvvələr də bundan gen-bol yararlanır. Ancaq bu iki super güc arasında hərbi qarşıdurma görmürəm, ən azından nüvə silahına görə. Siyasi gərginliklər olacaq və bir qədər də artacaq. Çünki bu qarşıdurmada hər kəsin marağı var.
- Avropa Ukrayna məsələsində çox passiv davranır. Sizcə, niyə?
- Avropanın özü böhrandadır. “Breksit”dən sonra Avropa Birliyinin ən nəhəng oyunçularından olan Böyük Britaniya artıq bu birliyi tərk etdi. Maliyyə baxımından da müəyyən problemlər var. Üstəlik, Avropa Birliyi nəhəng qurum olsa da, orada indiyə qədər başa düşmürlər ki, onların siyasi lideri kimdir? Almaniya, yoxsa Fransa.
Almaniyada siyasət dəyişir. Ən azından siyasi lider - Merkel böyük siyasət səhnəsindən gedir. Onun yerini kim tutacaq, Fransa ilə rəqabəti hansı siyasi xadim aparacaq və digər suallar ortada olsa da, hələlik cavab yoxdur.
İqtisadiyyat, pandemiya... Avropa İttifaqının vaxtı yoxdur ki, ətrafındakı məsələlərə aktiv şəkildə müdaxilə etsin. Bu məqamda xüsusilə vurğulayım ki, əslində biz çox yaxşı bir zamanda müharibəni başladıq və yekunlaşdırdıq.
- ABŞ-ın sanksiyaları Rusiyanı nə dərəcədə zəiflədə biləcək?
- Əslində bu suala cavab vermək üçün iqtisadiyyatı bilmək, ən azından iqtisadçı olub rəqəmləri görmək lazımdır. Biz görürük ki, Rusiyanın güc verən faktoru iqtisadiyyat deyil. Yeganə faktor nüvə silahıdır ki, bu da Sovet İttifaqından müasir Rusiyaya miras qalıb.
Sanksiyalar ilk olaraq iqtisadiyyata zərbə vuran amildir. Ola bilsin ki, Rusiyanın payı dünya iqtisadiyyatında 1 və ya 2 faiz aşağı düşəcək. Amma bunun təsirinin olub-olmayacağını zaman göstərəcək.
Aydındır ki, adi insanlar daha çox problemlərlə rastlaşacaq. Hər halda bu, Rusiyanın seçimidir. Görək, bu vəziyyətdən necə çıxacaq?
Reyting.az
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə