00:04 / 21-05-2025
Aİ “Azadlıq Radiosu”na 5,5 milyon avro ayırıb
22:36 / 20-05-2025
Sabirabaddakı qətl hadisəsi araşdırılır
19:07 / 20-05-2025
Milli Məclis daha 13 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq
18:45 / 20-05-2025
Yanacaqsız işləyən mühərrik kəşf ediblər
18:23 / 20-05-2025
Tramp Avropa liderlərini çıxılmaz vəziyyətlə üzləşdirir
18:14 / 20-05-2025
Tofiq Yaqublunun şikayəti rədd olunub
18:12 / 20-05-2025
Ukrayna nümayəndələri İstanbul görüşündə rus dilində danışıblar
18:02 / 20-05-2025
İlham Əliyevlə Viktor Orban görüşüb - Birgə bəyanat - (Yenilənib) - Fotolar+Video
17:54 / 20-05-2025
Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq
17:48 / 20-05-2025
Polis 75 kq narkotik maddəni dövriyyədən çıxarıb - 10 nəfər saxlanılıb
17:24 / 20-05-2025
10 kiloqram qızılı talayan dəstə tutulub - Video
17:12 / 20-05-2025
Prokuror "Abzas işi" ilə bağlı cəza istəyib
16:34 / 20-05-2025
Tanınmış musiqiçi xeyriyyəçilik edib - Fotolar
16:01 / 20-05-2025
Ər arvadını öldürərək Kür çayına atıb
15:55 / 20-05-2025
Tramp sülh danışıqlarından çıxa bilər: “Bu, mənim müharibəm deyil”
15:43 / 20-05-2025
Xamnəi ABŞ-la danışıqlardan müsbət nəticə gözləmir
14:50 / 20-05-2025
III Çarlz Azərbaycan prezidentinə məktub göndərib - Mətn
14:47 / 20-05-2025
Kral Salman İlham Əliyevə məktub ünvanlayıb
14:30 / 20-05-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
14:29 / 20-05-2025
Rusiyaya qarşı 17-ci sanksiya paketi təsdiqlənib
14:20 / 20-05-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
14:04 / 20-05-2025
İlham Əliyev Macarıstanda işgüzar səfərdədir - Fotolar
14:00 / 20-05-2025
İcra başçısı onları vəzifədən azad edib
13:33 / 20-05-2025
Hindistan Ermənistanın silah bazarında Rusiyanı əvəz edir
13:08 / 20-05-2025
Sumqayıtdakı zavodda partlayış olub - (Yenilənib)
13:02 / 20-05-2025
Limana və gəmilərə hücum ola bilər
12:59 / 20-05-2025
İki direktora şiddətli töhmət veriblər
12:51 / 20-05-2025
“Son zəng” iyunun 14-də çalınacaq
12:34 / 20-05-2025
Pakistan və Hindistan razılaşıb
12:22 / 20-05-2025
Ərdoğan vasitəçilikdən nə qazanır?
15:02 / 16-05-2025

08:45 / 16-05-2025

17:37 / 16-05-2025

09:51 / 16-05-2025

01:38 / 16-05-2025

14:21 / 16-05-2025

10:38 / 17-05-2025

16:30 / 19-05-2025

12:20 / 16-05-2025

11:12 / 16-05-2025

08:33 / 16-05-2025

09:20 / 16-05-2025

Natiq Cəfərli: “Azərbaycanda büdcə korrupsiyası yüksək səviyyədədir” - Müsahibə
Tarix: 23-09-2017 16:58 | Bölmə: Müsahibə

Tanınmış iqtisadçı deyir ki, dövlət büdcəsindən milyonlarla vəsait mənimsənilsə də buna görə cavab verən olmur
Azərbaycan iqtisadiyyatının əsas problemlərindən biri də büdcə vasaitlərinin düzgün xərclənməməsidir. Böhranlı vəziyyətdə büdcə vəsaitlərinin səmərəsiz xərclənməsi və mənimsəmələr ölkənin iqtisadi həyatında daha ciddi problemlərə yol açır.
“Real” Hərəkatının icra katibi, tanınmış iqtisadçı Natiq Cəfərli “Reytinq”ə müsahibəsində büdcə xərcləmələri zamanı ciddi qanun pozuntularının olduğunu deyərək, bu sahəyə ictimai nəzarətin də gücləndirilməsini vacib sayır.
Reyting.az saytı N.Cəfərlinin müsahibəsini təqdim edir:
- Dünya təcrübəsi göstərir ki, büdcə xərcləmələrinə nəzarətdə dövlət qurumlarından başqa qeyri-hökumət təşkilatlarının və medianın da ciddi rolu olur. Avropa ölkələrinin, yaxud digər inkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda görürük ki, büdcə xərcləmələrinə çox ciddi vətəndaş nəzarəti var.
Azərbaycanda büdcə xərcləmələrinə vətəndaş nəzarəti demək olar ki, yoxdur. Amma ilboyu büdcə xərcləmələri ilə bağlı monitorinqlər aparan və parlamentə məlumat verən bir qurum var - Hesablama Palatası. İnsafən, bəzi hallarda ciddi araşdırmalar aparırlar. Təəssüf ki, bunun nəticələrini görmürük.
Xırda işlərdə, vətəndaş cəmiyyəti ilə bağlı məsələlərdə ciddi araşdırmalar aparılır, 15-20 min manatlıq vergidənyayınmalara görə cinayət işləri açılır, büdcəyə ziyan vurmaq adı altında böyük həbs cəzaları müəyyənləşir. Lakin, son illərdə Hesablama Palatasının apardığı yoxlamaların ciddi nəticəsi yoxdur.
Müəyyən faktlar açıqlanır, rəqəmlər sadalanır, hətta bəzən söhbət milyonlardan, on milyonlardan getsə də, bu iş sonda nəticəsiz qalır. Yəni, büdcənin milyonlarla vəsaiti mənimsənilir, buna görə cavab verən olmur. Çox təəssüf ki, bu cəzasızlıq mühiti növbəti qanundankənar fəaliyyətə - büdcə vəsaitlərinin göyə sovurulmasına şərait yaradır.
Fakt odur ki, bir çox dövlət qurumları büdcə vəsaitlərini normal xərcləmir, hətta korrupsiya faktları aşkar şəkildə önə çıxır. Əgər o qurumların cavabdeh şəxsləri, rəhbərləri ciddi cəzalar alsaydılar, hesab edirəm ki, bu cəzalar çəkindirici faktora çevrilərdi. Hələ ki, çəkindirici faktoru görmürük.
- Necə düşünürsünüz, radikal addımlar atılarsa, büdcə vəsaitlərinin xərclənməsindəki problemləri aradan qaldırmaq olar?
- Dünyada maraqlı örnəklər var. Sinqapur dünyada ən çox korrupsiyaya uğramış ölkələrdən biri idi. Li Kuan Yu hakimiyyətə gələndən sonra kompleks islahatlara başladı. Məhz, sərt cəzaların tətbiqi, qanunun aliliyinin təmini nəticəsində 15-20 ilin içində Sinqapurda sıçrayışlı inkişaf oldu. Bu gün dünyada ən şəffaf ölkələrdən biri Sinqapurdur, hətta ən az korrupsiya olan ölkələr reytinqində birinci yerdədir.
Yəni, sərt cəzaların olması labüddür. Korrupsiya, büdcə xərcləmələrinə nəzarətlə paralel, sərt cəzalar da olmalıdır. Dünya təcrübəsi də göstərir ki, cəzasızlıq mühitində növbəti qanunsuz addımlar atılır. Ona görə də, bu istiqamətdə qanunvericilikdə dəyişiklik etməkdə də, bu məsələlərdə vətəndaş cəmiyyətinin dövlətə kömək edən bir institut kimi görməkdə də yarar var.
Təəssüf ki, Azərbaycanda vətəndaş cəmiyyətinə ögey münasibət göstərilir. Hər dəfə vətəndaş cəmiyyəti ilə bağlı açıqlamalarda “5-ci kalon”, “digər qüvvələrə xidmət edən qruplar” - kimi sözlər eşidirk. Əslində isə normal ölkələrdə vətəndaş cəmiyyəti dövlətin pulsuz auditoru, köməkçisi rolunda çıxış edir, dövlət də bunu müsbət qarşılayır. Təəssüf ki, bizdə əksinədir. Halbuki belə olsa, büdcə xərcləmələrinə nəzarət asanlaşar, korrupsiya halları azalar.
- Büdcə ortadadır, xərclərin istiqamətləri, layihələr də bəllidir. Bilirəm, dəqiq demək çətindir. Təxmini hesablamalara görə il ərzində büdcə vəsaitlərinin nə qədəri mənimsənilə bilər?
- Doğurdan da çox çətin sualdır. Amma beynəlxalq araşdırmalar göstərir ki, Azərbaycanda “kölgə iqtisadiyyatı” təqribən 60-65 faiz civarındadır. Bu, artıq onu sübut edir və göstərir ki, “kölgə iqtisadiyyatı” yüksək olan ölkələrdə həm korrupsiyanın səviyyəsi, həm də büdcə vəsaitlərinin xərclənməsində yeyintilərin həcmi yüksək olur.
İndiyə qədər reallaşdırılmış layihələrdə mənimsəmələrin böyük olduğu ortaya çıxıb. Məsələn, Azərbaycanda bir km yolun çəkilməsinə xərclənən vəsait az qala, dünyada rekord səviyyədədir.
Artıq sübut olunmuş məqamlara əsasən demək olar ki, Azərbaycanda büdcə korrupsiyası yüksək səviyyədədir. Azərbaycan dövlətçiliyinə ən böyük zərbə vuran amillərdən biri də büdcə korrupsiyasıdır.
Dövlət məişət korrupsiyasının böyük bir hissəsini həll eləməyə nail oldu. “ASAN Xidmət”lərin yaradılması göstərdi ki, məişət korrupsiyasını ləğv etmək mümkündür. Bu, vətəndaşların “korrupsiyanın bizim qanımızda olması” ilə bağlı absurd fikirlərini də alt-üst elədi.
Amma büdcə korrupsiyası hələ də qalır. Onu da unutmayaq ki, büdcə korrupsiyası dövlətə zərər vuran ən böyük amillərdən biridir.
- Vətəndaşlar sadəcə, gündəlik həyatlarının, dolanışıqlarının yaxşı olmasını istəyir. Qeyd etdiyiniz büdcə korrupsiyası aradan qalxarsa, insanlara hansı formada təsir edə bilər?
- Gəlin sadə və obrazlı dillə deyək. Əgər bir tikinti layihəsinə bir milyon ayrılırsa və onun yarısı “yeyilirsə”, təbii ki, bu, keyfiyyətsiz işə səbəb olur. Əgər ayrılan vəsaitin tamamı xərclənsə, bu, əlavə iş yerləri yaradar və layihələrin keyfiyyətli həyata keçirilməsinə səbəb olar. Sonra da həmin keyfiyyətsiz işlərin bərpası üçün büdcədən pul ayrılmaz.
Azərbaycanda beton yollar çəkildi və elan olundu ki, 20-25 il təmirə ehtiyacı olmayacaq. Amma Bakı-Quba beton yolu dəfələrlə təmirə dayanıb. Bu da büdcəyə ziyan vurulmasına səbəb olur. Yəni ayrılan vəsaitin tamamı xərclənsə, növbəti illərdə büdcəyə əlavə yük düşməz.
- Hazırki hakim komanda 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Necə düşünürsünüz, bu komanda qeyd etdiyiniz dəyişiklikləri gerçəkləşdirə bilər?
- Əslində bu, siyasi iradədən asılıdır. Yəni, “ASAN Xidmət” nümunəsi də bunu göstərdi. Sadəcə, Azərbaycanda bir fəlsəfi məsələ də var. Ölkədə aşağıdan yuxarı ideoloji bağlılıq olmadığına görə belə bir vəziyyət yaranıb. Yəni, məmur təbəqəsi arasındakı bağlılıq maraqlar üzərində qurulub. Büdcə vəsaitlərinin mənimənilməsi, korrupsiya maraqları monolotlik görüntüsü yaradıb və hakimiyyətin müxtəlif qollarında təmsil olunan məmurların birləşdirici amilinə çevrilib. Bu ideoloji boşluğa korrupsiya daxil olub. İdeoloji bağlılıq olmadığı bir şəraitdə komandanın formalaşması ancaq maddi maraqlar üzərində qurulur. Mənə elə gəlir ki, ən çətin nöqtə də bu fəlsəfi məqamdır.
Bəlkə də hakimiyyət başındakılar müəyyən pozitiv addımlar atmaq istəyirlər. Amma məhz, komanda daxilində narazılığın yaranacağına, siyasi loyallığın ancaq korrupsiya yolu ilə təmin olunduğunu bildirərək radikal addımlar atmaqdan çəkinirlər. Ona görə də hələlik ciddi addımlar ata bilmirlər.
- Natiq bəy, əslində büdcə vəsaitlərinə şəxsi pul kimi yanaşmaq lazımdır, amma bizdə fərqli yanaşılır. Əksəriyyət büdcədən oğurlamağa çalışır. Təkcə məmurlar yox, cəmiyyətin əksər üzvləri fürsət axtarır ki, büdcədən nəsə qoparsın. Sizcə, əsas problemlərdən biri də bu deyilmi?
- Haqlısınız. Vətəndaş-dövlət münasibətlərində ən önəmli bağlardan biri vergi sistemidir. Vətəndaşın vergisi ilə büdcə formalaşır və formalaşan büdcəyə vətəndaş özününkü kimi baxır. O zaman artıq xərcləmələr vətəndaşların müəyyən etirazına səbəb olur.
Dünyanın inkişaf etmiş ölkələrində vətəndaş-dövlət münsibətləri iki bağ üzərində inkişaf edir. Onlardan biri seçki, digəri vergidir. Bizdə hər iki bağda ciddi problemlər var.
Belə ki, büdcənin formalaşmasında vətəndaşın iştirakı azdır. Yəni, fiziki şəxslərin büdcənin formalaşmasındakı rolu 7 faizdir. Büdcənin 50 faizindən çoxu Neft Fondundan tranfert olunur, digər hissəsi isə neft sahəsi və ona xidmət edən sektordan gələn vergilər hesabına formalaşır. Bu da vətəndaşı büdcənin onun özününkü olduğu fikrindən ayrı salır. Əslində, bu, çox ciddi psixoloji problemdir. Bunun təşviq olunmasına, izahat işlərinin aparılmasına, mediada vətəndaşın büdcəyə nəzarətinin vacib olduğunu vurğulamaqla nəticələr əldə etmək mümkündür. Burada medianın da rolu ciddi olmalıdır. Mediada büdcə xərcləmələri ilə bağlı gedən materialları dövlət orqanları ciddi araşdırmalıdır. Təəssüf ki, bunları da görmürük. Vətəndaş dövlət büdcəsinin özü tərəfindən formalaşdırıldığına inanmadığı üçün xərcləmələrin də hansı formada həyata keçirildiyinə biganə qalır. Bu da həm sosiolji, həm də psixoloji problemdir. Korrupsiyadan, sistemin ümumi problemlərindən əlavə, vətəndaş-dövlət münasibətlərinin bu sahəsində də ciddi axsamalar var.
Z.MƏMMƏDLİ
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə