19:18 / 18-07-2025
Ali Məhkəmə “Meydan” TV ilə bağlı qərarı qüvvədə saxlayıb
19:10 / 18-07-2025
Ukraynada daha bir azərbaycanlı hərbçi həlak olub
18:00 / 18-07-2025
Oleq Bakinski: "Mənə bəraət verin"
17:55 / 18-07-2025
Ramiz Məmmədov "Şamaxı"dan ayrılıb
17:51 / 18-07-2025
Alimlər yeni planet kəşf ediblər
17:42 / 18-07-2025
Bakı və rayonlarda ağaclar qanunsuz kəsilib
17:21 / 18-07-2025
İyulun 23-dək isti hava davam edəcək
17:17 / 18-07-2025
"Qarabağ" hücumçu ilə vidalaşıb
17:08 / 18-07-2025
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
16:48 / 18-07-2025
Prezident Xocalıda sakinlərlə görüşüb - Maraqlı dialoq
16:40 / 18-07-2025
Professor: Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər
16:20 / 18-07-2025
XİN: "Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir"
16:14 / 18-07-2025
Maştağada xüsusi əməliyyat: istixanada 881 kq narkotik vasitə aşkarlanıb
16:10 / 18-07-2025
Azad İsazadə: Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər
16:10 / 18-07-2025
Həbsdəki oğluna narkotik gətirən ata tutulub
16:06 / 18-07-2025
“Xəzər TV”-yə xəbərdarlıq edilib
15:57 / 18-07-2025
Premyer Liqa: 2025/2026 mövsümünün püşkatması olub
15:38 / 18-07-2025
Ermənistanın rəhbər şəxsləri terrorçuların hədəfindədir
15:34 / 18-07-2025
Səbailin bir hissəsində işıq olmayacaq
15:23 / 18-07-2025
“AzSığorta” ASC-yə icrası məcburi sərəncam verilib
14:49 / 18-07-2025
Vaxtilə Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib
14:35 / 18-07-2025
Prezident Xocalı kərpic zavodunun açılışını edib - Fotolar
13:41 / 18-07-2025
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bərpa olunur
13:33 / 18-07-2025
Əcnəbilərin çimərliyə getməsinə qadağa qoyulub
13:21 / 18-07-2025
İlham Əliyev tarixi məscid binasının bərpadan sonra açılışında iştirak edib - Fotolar
13:18 / 18-07-2025
Dron hücumları dünya bazarında nefti bahalaşdırır
13:07 / 18-07-2025
ABŞ öz vətəndaşlarını Suriyanı tərk etməyə çağırır
12:58 / 18-07-2025
81 cinayətkar xüsusi reyslə Əfqanıstana uçur
12:51 / 18-07-2025
Sabahın hava proqnozu açıqlanıb
14:26 / 14-07-2025

14:30 / 14-07-2025

11:18 / 14-07-2025

07:40 / 16-07-2025

09:15 / 14-07-2025

10:54 / 16-07-2025

17:53 / 14-07-2025

14:56 / 16-07-2025

11:19 / 17-07-2025

12:18 / 16-07-2025

11:57 / 16-07-2025

10:50 / 14-07-2025

Ömürlük məhbusların cəzası yüngülləşə bilər - Müsahibə
Tarix: 26-09-2017 12:56 | Bölmə: Müsahibə

Əli Hüseynli: “Layihədə cəzanı yüngülləşdirən halların dairəsi genişləndirilib və təkmilləşdirilib, cinayət məsuliyyətindən azad etmə ilə bağlı qüvvədə olan normalar liberallaşdırılıb”
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli APA-ya müsahibə verib.
Reyting.az saytı həmin müsahibəni təqdim edir:
- Cinayət Məcəlləsinə təklif edilən son dəyişikliklər kifayət qədər mühüm maddələri əhatə edir, cəza mexanizmində ciddi dəyişiklikləri özündə əks etdirir. Bu barədə rəyinizi öyrənmək istərdik.
- Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ölkə qarşısında duran mühüm vəzifə dövlətçiliyin daha da möhkəmləndirilməsindən, həm hüquq, həm də qanunvericilik sisteminin təkmilləşdirilməsindən və bütün bunların əsasında hüquqi dövlət qurmaq yollarını müəyyən etməkdən ibarət olub. Sosial həyatın bütün sahələrində olduğu kimi, qanunvericiliyin yeniləşdirilməsi və hüquq-mühafizə orqanları infrastrukturunun yenidən qurulması sahəsində aparılan islahatlar, məhkəmə islahatı son dövrün mühüm nailiyyətləridir. 2000-ci ildə qüvvəyə minən yeni Cinayət və Cinayət-Prosessual məcəllələri şəxsiyyətin hüquq və azadlıqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi, ölkənin cinayət və cinayət-prosessual qanunvericiliyinin demokratikləşdirilməsi sahəsində irəliyə atılan böyük addım olub. Qanunvericiliyin təyinatı insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, cinayətkar qəsdlərdən qorumaqdan, cinayətlərin qarşısını almaqdan, habelə Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməkdən ibarət olub. Lakin aparılmış təhlillər göstərir ki, cinayət təqibi gedişində cinayət prosesini həyata keçirən orqanlar tərəfindən zərurət və qanunvericilikdə nəzərdə tutulan konkret əsaslar olmadan həbs qətimkan tədbirinin seçilməsinə və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə üstünlük verilir, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların və xüsusilə ictimai işlər cəzasının icrasına formal yanaşılır. Cinayətkarlıqla mübarizə hər bir demokratik cəmiyyətdə dövlətin qarşısında duran, həmin dövlətin ümumi siyasətinin, o cümlədən hüquq siyasətinin əsas istiqamətlərindən birini təşkil edən prioritet məsələlərdən biridir. Belə mühüm mübarizənin ciddi qanun çərçivəsində aparılması, təqsirkarların vaxtında aşkar edilib ifşa olunması və təqsiri olmayan hər bir kəsin əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsi, şəxslərin azadlıq hüququnun ön plana çıxarılması, cəzanın tətbiqi prosesində ədalət və humanizm prinsiplərinə əməl edilməsi prezident İlham Əliyevin həyata keçirdiyi humanist siyasətinin tərkib hissəsidir.
Layihədə cəzanı yüngülləşdirən halların dairəsi də genişləndirilib və təkmilləşdirilib, eləcə də cinayət məsuliyyətindən azad etmə ilə bağlı qüvvədə olan normalar liberallaşdırılıb. Həmçinin mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə və narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə ilə bağlı yeni maddələr də əlavə edilib.
- Bununla bağlı Azərbaycan prezidenti bu ilin əvvəlində müvafiq sərəncam da imzaladı. Ümumiyyətlə, qanunvericilikdə bundan irəli gələn hansı yeni layihələrin müzakirəsi nəzərdə tutulur?
- Bildiyimiz kimi, cənab prezident tərəfindən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncam imzalanıb. Bu sərəncam prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquq islahatlarının, onun həyata keçirdiyi ədalətli, humanist siyasətinin davamı olmaqla, cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması və şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilmələrinə şərait yaradılması məqsədi daşıyır. Sərəncamda cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə bir neçə istiqamət üzrə tədbirlərin görülməsi müəyyən edilib. Bu istiqamətlərə uyğun olaraq prezident tərəfindən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklərin edilməsi haqqında qanun layihələri Milli Məclisə daxil olub. Cinayət Məcəlləsinin həm ümumi, həm də xüsusi hissələrinə təklif edilən dəyişikliklər cəza tətbiq etmə və ümumilikdə cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı liberallaşdırmanı, həmçinin iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasını, müvafiq maddələrin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması cəzasının əlavə edilməsini nəzərdə tutur. Bununla bağlı bir neçə dəyişikliyi xüsusi qeyd etmək istəyirəm. Residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan məhkumluqların sırasına azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqların da əlavə edilməsi təklif edilir. Belə ki, əvvəllər hansı cinayətin törədilməsindən asılı olmayaraq, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməklə məhkum olunmuş şəxs tərəfindən yenidən hər hansı bir cinayət törədildikdə bu artıq residiv yaratmayacaq. Həmçinin, əvvəllər qəsdən ağırlıq dərəcəsindən asılı olmayaraq hər hansı bir cinayəti törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən böyük ictimai təhlükə törətməyən cinayəti törətməsi də residivin yaranmasını istisna edəcək.
- Son vaxtlar cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də ömürlük cəzalarla da bağlıdır. Bununla bağlı nə nəzərdə tutulur?
- Ömürlük azadlıqdan məhrum etmə cəzası ilə bağlı qeyd etmək istəyirəm ki, təklif olunan dəyişikliyə görə məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növü on ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər. Cinayət Məcəlləsinin qüvvədə olan 57.4-cü maddəsinə əsasən bu müddət on beş ildir. Ümumiyyətlə, layihədə cəzanı yüngülləşdirən halların dairəsi də genişləndirilib və təkmilləşdirilib, eləcə də cinayət məsuliyyətindən azad etmə ilə bağlı qüvvədə olan normalar liberallaşdırılıb.
Həmçinin mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə və narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə ilə bağlı yeni maddələr də əlavə edilib.
Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər ictimai işlər növündə cəzanın formal icrası təcrübəsinin qarşısının alınması, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi məqsədilə təklif olunub. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər ictimai işlər növündə cəzanın və inzibati tənbehin icra edildiyi yerin işəgötürəni tərəfindən məhkum üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edilməməsinə, yaxud işlədiyi saatların uçotunun aparılmamasına və ya düzgün aparılmamasına, habelə ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədə icra məmuruna məlumat verilməməsinə görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edir.
- Bu dəyişikliklə bağlı ictimaiyyətin məlumatlandırılması, ictimai rəyin öyrənilməsi ilə bağlı hansı addımlar atılır?
- Bununla bağlı kütləvi informasiya vasitələrində çıxışlar olub, müzakirələr aparılıb. Hazırda da bu davam edir. Bundan başqa, sentyabrın 29-da biz bu dəyişikliklərlə bağlı geniş ictimai dinləmələr təşkil edəcəyik ki, orada bu məsələ geniş müzakirə olunacaq.
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə