00:04 / 21-05-2025
Aİ “Azadlıq Radiosu”na 5,5 milyon avro ayırıb
22:36 / 20-05-2025
Sabirabaddakı qətl hadisəsi araşdırılır
19:07 / 20-05-2025
Milli Məclis daha 13 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq
18:45 / 20-05-2025
Yanacaqsız işləyən mühərrik kəşf ediblər
18:23 / 20-05-2025
Tramp Avropa liderlərini çıxılmaz vəziyyətlə üzləşdirir
18:14 / 20-05-2025
Tofiq Yaqublunun şikayəti rədd olunub
18:12 / 20-05-2025
Ukrayna nümayəndələri İstanbul görüşündə rus dilində danışıblar
18:02 / 20-05-2025
İlham Əliyevlə Viktor Orban görüşüb - Birgə bəyanat - (Yenilənib) - Fotolar+Video
17:54 / 20-05-2025
Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq
17:48 / 20-05-2025
Polis 75 kq narkotik maddəni dövriyyədən çıxarıb - 10 nəfər saxlanılıb
17:24 / 20-05-2025
10 kiloqram qızılı talayan dəstə tutulub - Video
17:12 / 20-05-2025
Prokuror "Abzas işi" ilə bağlı cəza istəyib
16:34 / 20-05-2025
Tanınmış musiqiçi xeyriyyəçilik edib - Fotolar
16:01 / 20-05-2025
Ər arvadını öldürərək Kür çayına atıb
15:55 / 20-05-2025
Tramp sülh danışıqlarından çıxa bilər: “Bu, mənim müharibəm deyil”
15:43 / 20-05-2025
Xamnəi ABŞ-la danışıqlardan müsbət nəticə gözləmir
14:50 / 20-05-2025
III Çarlz Azərbaycan prezidentinə məktub göndərib - Mətn
14:47 / 20-05-2025
Kral Salman İlham Əliyevə məktub ünvanlayıb
14:30 / 20-05-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
14:29 / 20-05-2025
Rusiyaya qarşı 17-ci sanksiya paketi təsdiqlənib
14:20 / 20-05-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
14:04 / 20-05-2025
İlham Əliyev Macarıstanda işgüzar səfərdədir - Fotolar
14:00 / 20-05-2025
İcra başçısı onları vəzifədən azad edib
13:33 / 20-05-2025
Hindistan Ermənistanın silah bazarında Rusiyanı əvəz edir
13:08 / 20-05-2025
Sumqayıtdakı zavodda partlayış olub - (Yenilənib)
13:02 / 20-05-2025
Limana və gəmilərə hücum ola bilər
12:59 / 20-05-2025
İki direktora şiddətli töhmət veriblər
12:51 / 20-05-2025
“Son zəng” iyunun 14-də çalınacaq
12:34 / 20-05-2025
Pakistan və Hindistan razılaşıb
12:22 / 20-05-2025
Ərdoğan vasitəçilikdən nə qazanır?
15:02 / 16-05-2025

08:45 / 16-05-2025

17:37 / 16-05-2025

09:51 / 16-05-2025

01:38 / 16-05-2025

14:21 / 16-05-2025

10:38 / 17-05-2025

16:30 / 19-05-2025

12:20 / 16-05-2025

11:12 / 16-05-2025

08:33 / 16-05-2025

09:20 / 16-05-2025

“ATƏT-ə, matətə bel bağlamaq olmaz” - Deputat
Tarix: 03-10-2017 11:39 | Bölmə: Müsahibə

Yevda Abramov: “Onlar ikili standart yox e, çoxlu standart yürüdürlər. Ona görə də bu təşkilatların heç birinə bel bağlamaq olmaz”
Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov Modern.az saytının suallarını cavablandırıb.
Reyting.az saytı Y.Abramovun müsahibəsini təqdim edir:
- Yevda müəllim, sentyabrın 25-də İraq Kürdüstanında “müstəqillik referendumu” keçirildi. Bu “referendum”la bağlı sizin mövqeyiniz necədir? İsrail tərəfinin məsələyə isti münasibəti nə ilə izah oluna bilər?
- Dünyanın müxtəlif yerlərində baş verən hadisələrə müxtəlif aspektlərdən qiymət verilir. “Referendumu” bəyənib-bəyənməmək İsrailin öz işidir. Yəqin ki, Yaxın Şərq siyasətində “Müstəqil Kürdüstan” dövlətinin yaranması İsrailin xarici siyasəti ilə düz gəlir. Amma Azərbaycan o mövqeni sərgiləyə bilməz axı. Çünki bu, birbaşa Türkiyəni təhdid etməkdir. Biz də Türkiyə ilə qardaş dövlətik. Türkiyənin barmağına toxunan tikan, Azərbyacanın barmağına toxunan tikandır.
Separatizm çox qorxulu bir tendensiyadır. İl yarımdan çoxdur ki, bu tendensiya daha da güclənir. Elə bil ki, dünya ölkələri səhər-səhər yuxudan duran kimi separatizm haqqında fikirləşirlər. Xırda-xırda vilayətlərin dövlətə çevrilməsi dünyanı idarə etmək üçün də çətindir. Ona görə də belə vilayətlərin dövlətə çevrilməsini kim bəyənir və dəstəkləyirsə, düz siyasət yeritmir. Bu dövlətlər xarici siyasətlərinə bir də baxmalıdırlar. Düzdür, bu “referendumu” dəstəkləmək onların öz işidir. Biz o dövlətlərin işinə qarışa bilmərik. Hətta Azərbaycan vətəndaşları da var ki, İraq Kürdüstanında keçirilən “müstəqillik referendumu”nu dəstəkləyir. Mən belə şeyləri dəstəkləmirəm.
Dövlətlərin sərhədləri dünya müharibələrindən sonra bağlanmış müqavilələrlə həll olunub. Buna yenidən baxmaq dünyanı müharibəyə sürükləmək, dünyanın nizamını pozmaqdır.
İndi deyirik ki, Gülüstan, Türkmənçay müqavilələri düzgün deyil. Bunu o vaxtı demək lazımıydı. İraq Kürdüstanının müstəqil dövlətə çevrilməsi bir sıra ölkələr və xalqlar üçün təhlükə yarada bilər.
- Azərbaycanda bəzi insanlar və məmurlar var ki, İraq Kürdüstanının “müstəqilliyini” dəstəkləyir. Parlamentdə də bununla bağlı məsələ qaldırıldı...
- Kim ki, İraq Kürdüstanının “müstəqilliyini” Azərbaycanda dəstəkləyir, onların azərbaycanlı olmağına mənim şübhəm var. Xahiş edirəm ki, onlar gedib qonşu ölkənin poliklinikasında qanlarından analiz versinlər...
Bildiniz də mən hansı ölkəni deyirəm. Hansı ağıllı adam İraq Kürdüstanının “müstəqilliyini” dəstəkləyə bilər? Mən bayaq da dedim, balaca vilayətlərdən dövlət düzətmək dünyanı dağıtmaq deməkdir. Bu kimə lazımdır axı?!
İraq Kürdüstanının “müstəqilliyi” Azərbaycan üçün də qorxuludur. Separatçılıq meyili Qarabağa da gəlib çata bilər. Bunu dəstəkləyən məmur da azərbaycanlı deyil. O, islama xidmət etmir. Onlar qanlarını yoxlatsınlar.
- Bu yaxınlarda Azərbaycanın müdafiə naziri Zakir Həsənov İsrailə səfər etdi. Səfər zamanı İsrailin yüksək vəzifəli şəxsləri, o cümlədən müdafiə naziri ilə görüşlər keçirdi. Bəzi politoloqlar bildirirlər ki, səfərin əsas mahiyyəti Azərbaycanın İsraildən müasir silahlar almaq istəməsidir. Siz necə düşünürsünüz?
- Azərbaycan İsraillə tərəfləri qane edə bilən siyasət yürüdür. BMT-nin 72-ci sessiyasında bunun canlı şahidi olduq. Azərbaycan prezidenti İlham Əliyevin gözəl çıxışı və İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana olan münasibətini hər kəs gördü. Hətta Benyamin Netanyahu çıxış edəndə Ermənistan prezidenti Serj Sarkisyan yalandan özünü yuxuya vermişdi. Guya eşitmirdi, amma hər şeyi yaxşı eşidib. Bununla da İsrail dünyaya göstərdi ki, Azərbaycanla və Qazaxıstanla güclü münasibətlər qurub və bundan sonra da quracaq. Bütün sahələrdə münasibətləri daha da gücləndirəcək. Ona görə də müdafiə nazirinin İsrailə səfəri təbiidir. Dövlətlər arasında hansı silahların alınması nəzərədə tutulubsa, İsrail həmin silahları vaxtında verib. Azərbaycan dövləti də həmin silahların pullarını vaxtında ödəyib. Bu silahlar hansılardı, mən onu deyə bilmərəm. Hansını bilirəmsə, deyirəm. Amma bunları bilmirəm. Onlar elə silahlardır ki, dünyanın əksər ölkələrində yoxdur. Həmin müasir silahları da İsrail Azərbaycana verib və verəcək. Bir sıra silahlar isə Azərbaycanda şərikli istehsal ediləcək.
- Yevda müəllim, sentyabrın 23-də müxalifətin mitinqi oldu. Növbəti minitinqin keçirilməsi isə oktyabrın 7-nə təyin edilib. Müxalifətin mitinqlərini necə qiymətləndirirsiniz?
- Müxalifətin mitinqləri təzəcə ayaq açan uşağın yeriməsinə bənzəyir. Onlarınkı mitinq deyil. Onlar xalqa göstərirlər ki, biz ölməmişik, qəbirə hələ tam qoyulmamışıq, hələ bir az canımız var və özümüz üçün yavaş-yavaş gəzirik. Bunlar nə mitinqdi? Onlar bu mitinqləri hər gün keçirsələr belə, heç nəyə nail olmayacaqlar. Çünki xalq onları yaxşı tanıyır. Həmin mitinqlərə gələnlər 5-10 manata bayrağı, plakatı tutan adamlardır. Əksəriyyətini yoxlasan, vəzifədən qovulmuş şəxslərdir. Guya incidilmiş insanlardır. Onların mitinqi elə mənim yaşadığım evin qabağında keçirilir. Pəncərədən baxıram. Mitinq 50-100 minlik olar. Bir saat orada fırlanırlar, siqaret çəkirlər, laqqırtı vururlar, qeybət edib, gedirlər. Bununla da mitinq qutarır. O mitinqlərdən iqtidarın tükü belə, tərpənməyəcək. İqtidarın bir nəfərində olan ağıl, düşüncə, intellekt o mitinqdə iştirak edən 100 adamda yoxdur.
- 2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkiyə 1 il qalıb, amma siyasiət meydanında canlanma hiss olunmur, partiyalar hazırlığa başlamayıblar...
- Seçki böyük siyasi prosesdir. Seçkilərə sadə gözlə baxmaq düzgün deyil. Qabaqcadan sehirbazlıq etmək olmaz. Seçki prosesi qüvvələrin gücünün bilinməsi dövrüdür. Siyasət meydanına siyasəti bilməyən adamlar da düşə bilib. Onların içərisində radikal düşüncəli insan da ola bilər. Bu baxımdan ayıq-sayıq olmaq lazımdır.
Prezident seçkiləri zamanı digər ölkələrdən dostu-düşməni tanıyırsan. Mən demirəm ki, seçki rəvan keçəcək. Bu gün Azərbaycan dövlətinin prezident seçkilərini aparmaq üçün çox böyük təcrübəsi var. Nazirliklər, inzibati orqanlar yerindədir. Xalq da əvvəlki xalq deyil. Xalqın siyasi dünyagörüşü dəyişib. Seçkiyə gedib layiqli insanı seçmək üçün Azərbaycan xalqı səfərbər olmalıdır.
- Parlamentin son iclasında ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin fəaliyyəti sərt tənqid olundu. Bununla bağlı sizin münasibətiniz necədir?
- Mən neçə illərdir ki, parlamentin tribunasında çıxış edirəm ki, ATƏT-ə, matətə bel bağlamaq olmaz. Bunlar buz parçasıdır. Götürüsən əlinə, əriyib gedir. Bunlara etibar yoxdur. Onlar ikili standart yox e, çoxlu standart yürüdürlər. Bu gün xristian aləmi müsəlmanlara qarşı durur. Burda deyirlər ki, erməni düşməndi. Orada deyirlər ki, erməni əmimoğludur. Onlar xristiandır. Ona görə də o təşkilatların heç birinə bel bağlamaq olmaz. Öz problemlərimizi özümüz həll etməliyik. ATƏT-ə, Minsk qrupuna güvənmək olmaz. Minsk qrupunun bütün üzvləri İrəvana gedəndə qondarma soyqrımı abidəsinə əklil qoyurlar. Mən Minsk qrupunun heç bir üzvünün Xocalı abidəsi önündə, Şəhidlər Xiyabanında görməmişəm. Qarabağı özümüz geri almalıyıq.
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə