18:01 / 21-12-2024
"Neftçi" "Turan Tovuz"la heç-heçə edib
16:12 / 21-12-2024
Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
15:50 / 21-12-2024
Növbəti köç karvanı Şuşaya çatıb - (Yenilənib)
14:17 / 21-12-2024
Azərbaycanda qış fəsli başlayıb
10:43 / 21-12-2024
Zaqatalada həmkəndlisi 25 yaşlı gənci bıçaqlayıb
10:37 / 21-12-2024
Azərbaycan prezidenti almaniyalı həmkarına başsağlığı verib
09:26 / 21-12-2024
Azərbaycan-Ermənistan sərhədində ard-arda zəlzələlər olub
20:32 / 20-12-2024
İnsan orqanizmi üçün xeyirli bitki tapılıb
20:27 / 20-12-2024
İlham Əliyev Ərdoğana məktub göndərib
20:23 / 20-12-2024
Prezident QSC sədrini vəzifədən azad edib - Yeni təyinat
20:15 / 20-12-2024
BP Kərkükün neft-qaz yataqlarını istismar edəcək
19:03 / 20-12-2024
Qoruqdakı timsahın 124 yaşı, 10 min balası var
18:26 / 20-12-2024
Əliqulu dünən evlənmədi - Foto
18:25 / 20-12-2024
Aktyora "Ən yaxşı atıcı" mükafatı verilib - Foto
18:01 / 20-12-2024
Rəqəmsal İnkişaf Agentliyində müşavir təyinatı olub
17:47 / 20-12-2024
Hərbçimiz sərhəddə minaya düşüb
17:41 / 20-12-2024
Dövlət Su Ehtiyatları Agentliyində maliyyə nöqsanları üzə çıxıb
17:30 / 20-12-2024
Təhsil Tələbə Krediti Fondunun fəaliyyətində nöqsanlar aşkarlanıb
17:12 / 20-12-2024
Bakıda iranlı narkotik tədarükçüsü ifşa olunub
16:54 / 20-12-2024
Məşhur aktrisa dodaq boyasının simasıdır
16:48 / 20-12-2024
Mixail Mişustin Azərbaycan prezidentinə məktub göndərib
16:43 / 20-12-2024
Çin lideri İlham Əliyevi təbrik edib
16:40 / 20-12-2024
Əhmədzadə Niderlanda səfir təyin olunub - Sərəncam
16:31 / 20-12-2024
Arnold Şvartseneqqer Santa Klaus olacaq - Fotolar
16:19 / 20-12-2024
Yaşar Əliyev Çexiyaya səfir təyin edilib
16:16 / 20-12-2024
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib
16:04 / 20-12-2024
İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiqləyib
15:58 / 20-12-2024
Valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinət məbləği artırılıb
15:41 / 20-12-2024
NATO Rusiyaya qarşı hərbi xərcləri artırmalıdır - Kəşfiyyat
15:27 / 20-12-2024
Qarabağda 602 nəfərin nəşinin qalıqları tapılıb
21:30 / 16-12-2024
Hollivud ulduzu "İfritə"ni canlandıracaq
10:51 / 18-12-2024
MMC sakinləri təhlükə ilə üzləşdirib - Müraciət
14:53 / 18-12-2024
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
13:03 / 18-12-2024
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
09:26 / 17-12-2024
Bir məşhur digərini görməmək üçün 60 milyon dollardan imtina edir
11:46 / 17-12-2024
"Avatar" filminin bir neçə bölümünü çəkəcəklər - Fotolar
09:55 / 17-12-2024
Müğənni Günel təhdid edilib
23:21 / 17-12-2024
"Neftçi" "Sabah"a qalib gəlib
20:32 / 20-12-2024
İnsan orqanizmi üçün xeyirli bitki tapılıb
18:02 / 17-12-2024
Ağadadaş Ağayevin məhkəməsi təxirə salınıb
13:33 / 19-12-2024
Yadplanetlilərlə görüş üçün beş nəfər seçilib - Siyahı
Soltan Məmmədov: “Ermənistanda müharibənin yeni reallığının nəticələrini anlamaqda çətinlik çəkirlər” - Müsahibə
Tarix: 07-06-2021 15:38 | Bölmə: Müsahibə
Minsk qrupunun fəaliyyət fəlsəfəsinin dəyişməsini vacib sayan Milli Məclis üzvü deyir ki, Ermənistanda üçtərəfli bəyanatın məğzini ya anlamır, ya da özlərinə sərfəli formada təfsir etməyə cəhd göstərirlər
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini dəstəkləyən ölkələrdən biri də Fransadır. Azərbaycan 44 günlük Vətən müharibəsində bu işğala son qoysa da, Fransa yenə ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov Reyting.az-a müsahibəsində deyib ki, adıçəkilən ölkə ilə müəyyən təmaslar davam etdirilir. Hətta Fransa parlamentinin üzvlərinin Azərbaycan səfərinin təşkili ilə bağlı məsləhətləşmələr aparılır.
- Soltan müəllim, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanat Ermənistan və Azərbaycan arasında 30 ilə yaxın davam edən silahlı münaqişəyə son qoysa da, Ermənistan üzərinə götürdüyü öhdəliyə əməl etmək istəmir. Ermənistan beynəlxalq hüquq normalarına uyğun olaraq sərhədlərin müəyyənləşdirilməsi prosesini əngəlləməyə və sərhədboyu əraziləri işğal altında saxlamağa çalışır. Necə düşünürsünüz, Azərbaycan ərazi bütövlüyünün bərpası üçün daha hansı vasitələrə əl atmalıdır?
- Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Lakin şübhəsiz ki, həllini gözləyən məsələlər də var. Sərhədlərin delimitasiya və demarkasiyası belə məsələlərdən biridir. Azərbaycan bu məsələdə də kifayət qədər konstruktiv mövqe nümayiş etdirir. Lakin Ermənistanda təəssüf ki, müharibənin yaratdığı yeni reallıqları düzgün qiymətləndirə bilməyən qüvvələr var. Onların bəziləri hakimiyyətdə, bəziləri müxalifətdə təmsil olunurlar.
Azərbaycan dəfələrlə bəyan edib ki, sülh müqaviləsini imzalamağa hazırdır. Eyni zamanda, dövlət sərhədinin delimitasiya və demarkasiya prosesinin başlanmasının tərəfdarıdır.
Azərbaycan öz torpaqlarını işğaldan azad etməzdən əvvəl sərhədlərinin bir qisminə nəzarət imkanını itirmişdi. İndi Ermənistanda bəziləri yeni reallığın doğurduğu nəticələri anlamaqda çətinlik çəkirlər. Hesab edirəm ki, bu məsələdə Azərbaycan dövləti öz mövqeyini kifayət qədər aydın və tam konstruktiv şəkildə ifadə edib.
- Ermənistanın əməl etmək istəmədiyi öhdəliklərdən biri də Zəngəzur dəhlizi ilə bağlı məsələdir. Baş nazir səlahiyyətlərini icra edən Paşinyan bu günlərdə bildirib ki, dəhliz məsələsini müzakirə etməyiblər. Doğrudur, belə çıxışların daha çox seçki öncəsi ölkə daxilinə hesablandığı güman edilsə də, bu öhdəliyə əməl olunmaması gələcəkdə yeni müharibə təhlükəsini qaçılmaz edə bilər. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
- Düşünürəm ki, bu, üçtərəfli bəyanatın məğzini ya anlamamaq, ya da sadəcə, Ermənistana sərf edən formada təfsir etmək cəhdidir. Bəyanatda kifayət qədər aydın şəkildə yazılıb ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin edilməlidir. Ermənistan hökumətinin məsələnin mahiyyətini təhrif olunmuş şəkildə təqdim etmək cəhdlərini, sizin də qeyd etdiyiniz kimi, bir tərəfdən qarşıdan gələn seçkilərlə əlaqədar siyasi gərginliyin yaratdığı isterika, digər tərəfdən isə məğlubiyyətin doğurduğu reflekslər kimi qiymətləndirmək olar. Lakin üçtərəfli bəyanatı imzalayan Ermənistan rəhbərliyi ölkəsinin üzərinə öhdəliklər götürüb və bu öhdəlikləri yerinə yetirməyə nəinki borcludur, həm də məcburdur.
- Ermənistanın işğalçılıq siyasətinə dəstək verən ölkələrdən biri də Fransadır. Siz isə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbərisiniz. Ermənistanın haqsız mövqeyi ilə bağlı fransalı parlamentarilərlə hansı işləri aparmısınız və nələri planlaşdırırsınız?
- Fransanın mövqeyi şübhəsiz ki, Azərbaycanı qane etmir. Lakin bizim narahatlığımızın əsasında siyasi amillərdən daha çox ön plana çıxan beynəlxalq hüquq, tarixi ədalət və obyektivlik prinsipləridir. Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi 44 günlük müharibə dövründə, eləcə də müharibədən sonra bu prinsiplərlə bir araya sığmayan mövqe nümayiş etdirib. Şübhəsiz ki, Azərbaycan cəmiyyətində etiraz doğuran məsələlər barədə fikirlərimizi müxtəlif vasitələrlə Fransa parlamentinin üzvlərinə bildirmişik. Rəsmi məktublar, telefon danışıqları, müxtəlif formatda müzakirələr təşkil edilib. Eyni zamanda, ötən ilin noyabrında və bu ilin fevral ayında Fransa parlamentinin üzvlərinin, ötən ay isə Fransadan bir qrup jurnalistin Azərbaycana səfərləri oldu. Onlar Ermənistanın raket hücumları nəticəsində Gəncə şəhərində baş vermiş dağıntılarla da tanış oldular, dövlət rəsmiləri ilə görüşdülər. Fransa-Azərbaycan münasibətlərinin inkişafını ilk növbədə Fransanın öz maraqları baxımından düzgün qiymətləndirən dostlarımızla da təmaslarımız davam edir.
- Fransa həm də ATƏT-in Minski qrupunun həmsədridir. Yəni həmsədr kimi əsas missiyası münaqişənin ədalətli həllinə çalışmaq olsa da, neçə illərdir, işğalçı Ermənistanın dəstəkçisi kimi çıxış edib, hazırda da ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir. Sizcə, Fransanın həmsədrliyinə, ümumiyyətlə, Minski qrupuna ehtiyac varmı?
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. Cənab Prezident də dəfərlərlə bəyan edib ki, indi bu münaqişə haqqında ancaq tarixi kontekstdə danışmaq olar. Bu baxımdan, ATƏT-in Minsk qrupunun fəaliyyət fəlsəfəsi də dəyişməlidir. Azərbaycan bu barədə dəfələrlə rəsmi səviyyədə öz mövqeyini ifadə edib.
- Ermənistanın Qarabağda törətdiyi vandalizmi aktını Fransa parlamentarilərinin əyani şəkildə görmələri üçün işğaldan azad edilmiş ərazilərə səfər təşkil etmək planı nəzərdə tutulurmu?
- Belə planlar var. Hazırda Fransa parlamentinin üzvlərindən bir qrupunun Azərbaycana səfərinin təşkili ilə bağlı məsləhətləşmələr aparılır. Düşünürəm ki, bu cür səfərlərin təşkili həqiqətlərin Fransa ictimaiyyətinə çatdırılması baxımından önəmlidir.
- Ermənistanın işğalı zamanı Azərbaycan ərazilərindəki tarixi-mədəni abidələr də daxil olmaqla bütün şəhər və kəndlər tamamilə dağıdılıb. Azərbaycan tərəfi bununla bağlı Beynəlxalq Məhkəməyə müraciət etməyi və işğalçı ölkəyə qarşı təzminat iddiası irəli sürməyə hazırlaşır. Bununla bağlı hansısa bilginiz varmı: konkret tələb (məbləğ) nə ola bilər? Ümumiyyətlə, belə bir məhkəmə prosesindən gözləntiləriniz nədir?
- İşğaldan azad olunmuş ərazilərdə qarşılaşdığımız bugünkü mənzərə insanda çox acı bir kədər hissi doğurur. Faktiki olaraq, Ermənistanın 30 ilə yaxın bir müddətdə nəzarətdə saxladığı, işğal etdiyi ərazilərdə həyat əlaməti yoxdur. Azərbaycana məxsus bütün tarixi, mədəni, dini abidələr məhv edilib. Minlərlə azərbaycanlı qətlə yetirilib. Dinc sakinlərə qarşı amansız soyqırımlar törədilib. Əsir və girov götürülmüş azərbaycanlılar dəhşətli işgəncələrə məruz qalıb. Azərbaycanın təbii sərvətləri talan edilib, özü də vəhşicəsinə, heç bir istismar normaları, çərçivələri gözlənilmədən. Bu işğal Azərbaycana milyardlarla dollar həcmində zərər vurub. Böyük bir xalqa qarşı ağır mənəvi-psixoloji zərbə vurulub. Hesab edirəm ki, bütün bu məsələlər hüquqi müstəvidə öz həllini tapmalıdır və tapacaq. Azərbaycan Prezidentinin kifayət qədər dəqiq, prinsipial və qəti mövqeyi var. Dövlət qurumları tərəfindən, xarici ekspertlər də cəlb olunmaqla müvafiq qiymətləndirmələr aparılacaq və Ermənistan törətdiyi cinayətlərə görə cavab verəcək. Buna heç bir şübhəm yoxdur.
Reyting.az
Bölməyə aid digər xəbərlər

18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 21:27
Rahib Qərib: “Mən seçicilərimə vəd yox, kişi sözü verirəm” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə
9-10-2022, 14:22
Sülhəddin Əkbər: “İran yalnız Zəngəzur dəhlizinin açılacağından qorxmur” - Müsahibə