23:08 / 04-12-2024
Gəncədə taksi sürücüsü bıçaqlanıb
21:47 / 04-12-2024
Azərbaycan Kuboku: 1/4 final mərhələsinin cütləri müəyyənləşib
21:04 / 04-12-2024
Həsənquliyev: “Əli Kərimli müxalifətdəki kiçicik etimadı da itirmişdi”
19:19 / 04-12-2024
Məhkəmə Rüfət Səfərov barəsində həbs qərarı verib
19:13 / 04-12-2024
Paşinyan: "Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil"
18:47 / 04-12-2024
Müttəfiqlər Trampın andiçmə mərasimini gözləyir
18:34 / 04-12-2024
Bakı-Sumqayıt ekspres marşrutu istifadəyə verilir
18:01 / 04-12-2024
"Qarabağ" 1/4 finala vəsiqə qazanıb
17:53 / 04-12-2024
Gürcüstanda müxalifət koalisiyasının lideri saxlanılıb
17:38 / 04-12-2024
"Abzas Media" işi: ibtidai istintaq başa çatıb
17:32 / 04-12-2024
Atları ovlayan ilk insanların qalıqları tapılıb
17:23 / 04-12-2024
Bu qanunu pozanları ağır cərimələr gözləyir
17:11 / 04-12-2024
Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb
16:52 / 04-12-2024
Afət Telmanqızı yeni vəzifəyə təyin olunub
16:47 / 04-12-2024
DSX “Vətəndaş A”nın dronunu vurub? - Açıqlama
16:28 / 04-12-2024
Bir qrup sahibkar həbs olunub
16:24 / 04-12-2024
Bakıda və rayonlarda leysan olacaq - Xəbərdarlıq
16:11 / 04-12-2024
Bakıda məktəbdə şagird bıçaqlanıb
16:08 / 04-12-2024
Bayden afrikalılara 1 milyard dollar yardım ayırıb
15:59 / 04-12-2024
NATO Rusiya və Çini hədəfə çevirib
15:19 / 04-12-2024
Emoməli Rəhmon İlham Əliyevə zəng edib
15:04 / 04-12-2024
İstanbulda saxta spirtdən ölənlərin sayı 17-yə çatıb
14:56 / 04-12-2024
Trampın sülh planı… - Prezidentlər razılaşmasa nə baş verəcək?
14:53 / 04-12-2024
Portuqaliya çempionu Taylandda itkin düşüb
14:42 / 04-12-2024
Şuşaya növbəti köç karvanı gedib - (Yenilənib)
14:19 / 04-12-2024
Ədliyyə Nazirliyində təyinat olub
14:13 / 04-12-2024
“Ukrayna Rusiya ərazilərində doğru hədəfləri vurur” - General
13:40 / 04-12-2024
İsrail əsgərləri xaricə getsələr həbs olunacaqlar - Foto
13:32 / 04-12-2024
Kadırovun xüsusi təyinatlı alayına hücum olub - Foto
11:41 / 04-12-2024
Bir musiqiçi Gülyaz Məmmədovaya 47 dəfə elçi göndərib
12:05 / 01-12-2024
SDU tələbələrinin məqaləsi ABŞ-da nəşr edilib - Fotolar
19:19 / 04-12-2024
Məhkəmə Rüfət Səfərov barəsində həbs qərarı verib
08:57 / 03-12-2024
Fazil Mustafa vətəndaş qəbulu keçirib - Fotolar
13:30 / 30-11-2024
DAMMİB İH-yə yeni sədr və üzvlər seçilib
12:57 / 04-12-2024
Kollec direktoru vəzifədən azad edilib
12:58 / 02-12-2024
SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb
11:57 / 04-12-2024
Həm axtarışda olan terrorçu, həm də Əsədin yerinə namizəd - Colani kimdir?
14:13 / 03-12-2024
Naxçıvan Dövlət Universitetinə rektor təyinatı olub - Sərəncam
13:11 / 02-12-2024
Cəbrayıla daha 34 ailə köçürülüb - (Yenilənib)
11:09 / 03-12-2024
Sumqayıtda yaşayış binasında partlayış olub - (Yenilənib)
11:36 / 03-12-2024
İki ölkə Ukraynaya qoşun göndərmək istəyir
“Fəzail İbrahimli üçün kiminsə kölgəsinə sığınmaq adi bir şeydir” - Müsahibə
Tarix: 15-11-2017 11:36 | Bölmə: Müsahibə
Fəzail Ağamalı: “Həmkarım Fəzail İbrahimlinin cinayət törədən oğlunun adını övladımın adı ilə dəyişərək, düşünülmüş şəkildə oğlumu gündəmə gətirməsi böyük namərdlikdir”
Bu ilin aprelindən səhhətindəki problemlərlə əlaqədar tez-tez xaricə gedərək müalicə alan və mətbuata çıxmayan, yalnız üç ay öncə 70 illik yubileyi ilə bağlı müsahibə verən Fəzail Ağamalı artıq ölkəyə qayıdıb. F.Ağamalı son aylarda baş verən hadisələrlə bağlı Musavat.com-a verdiyi müsahibəsində deputat həmkarını sərt şəkildə ittiham etməkdən də çəkinməyib.
Reyting.az saytı həmin müsahibəni təqdim edir:
- Fəzail bəy, Allah şəfa versin, artıq səhhətiniz düzəlib. Mətbuata çıxmadığınız son 7 ayda barənizdə ən müxtəlif iddialar səsləndi...
- Keçən dəfə ad günümlə bağlı sizə verdiyim müsahibədə mətbuatda olmadığım 4-5 aya dair fikirlərimi dəyərli oxuculara çatdıra bildik. Son üç ayda isə bir proseduradan keçməli idim və ona görə də sentyabrın axırlarında xaricə getdim. Artıq vətəndəyəm, hər şey keçmişdə qaldı. Özümü indi yaxşı hiss edirəm. Gündəmdə olmadığım son 7 ayda başlıca niyyətim dincəlmək idi. Sonradan müalicəyə ehtiyac duydum. Hər şey müsbət sonuclandı. Bundan sonra siyasi proseslərdə əvvəlki kimi yenə də aktiv olacam. Bəzi mətbuat orqanları var ki, onlarla dostluğumu bundan sonra da qoruyacam.
- Ölkə daxilində gedən prosesləri izləyirdiniz?
- İmkan daxilində izləyirdim. Yanında telefonun varsa, dünyanın istənilən yeri ilə əlaqə qurmaq, xəbərləri izləmək imkanın var. Bu baxımdan ölkəmdə gedən prosesləri, baş verən hadisələri hər an izləməyə çalışırdım.
- Hazırda əsas gündəmdə olan məsələlərdən biri də gələn ilki prezident seçkiləridir. Artıq bəzi iddiaçıların adları məlumdur. Bu şəxslər və bir il öncədən başladılan seçkilərlə bağlı müzakirələr haqqında nə deyə bilərsiniz? Hakimiyyətə güclü alternativ yarana bilərmi?
- Əslində bu, Azərbaycanda demokratiyanın göstəricilərindən biridir. Hər bir ölkə vətəndaşı ona verilmiş hüquqdan istifadə edərək, iddiasını ortaya qoyur. Amma niyyət ifadə etmək başqa, reallıq isə tam başqadır.
Gedən proseslər göstərir ki, prezident seçkilərində özünü sınamaq istəyənlər yetərincə olacaq. Lakin bunların Azərbaycanda xoşagəlməz hadisələrə rəvac verməyəcəyinə ümid edirəm.
Qarşıdan gələn seçkilərdə yeganə şansı, seçilmək imkanı olan siyasətçi, dövlət xadimi kimi İlham Əliyevi görürəm. İlham Əliyev bu gün Azərbaycanda böyük nüfuza malikdir. Əhalinin mütləq əksəriyyəti İlham Əliyevi dəstəkləyir. Ölkə başçısı aparmış olduğu siyasətlə, ölkə daxili və xarici siyasətdə gördüyü işlər, bütövlükdə onun fəaliyyəti xalqımızın etimad bəslədiyini sübut edir. Xalqımızın Azərbaycanı necə görmək istəkləri İlham Əliyevin fəaliyyətində birbaşa görünür. Faktiki olaraq, cənab prezident xalqımızın görmək istədiklərini reallaşdıra bilir.
Bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi beynəlxalq nüfuza malikdir. Bütün bunlar 2003-cü ildən bu yana ölkə başçısının söykənmiş olduğu Heydər Əliyev siyasətinin təməl prinsipləri ilə birbaşa bağlıdır. Buna alternativ fikir daşıyıcısı, siyasətçi, seçkilərdə uğur qazanacaq bir şəxsi görmürəm.
- Fəzail Ağamalı bu dəfə də namizəd olmayacaq?
- Biz partiya olaraq, öz ənənələrimizə sadiq qalacağıq. Növbəti ildəki seçkilərdə də Azərbaycana rəhbərlik edəcək yeganə layiqli namizəd kimi İlham Əliyevi görürük. Partiya olaraq, onun namizədliyini müdafiə edəcəyik.
- Amma belə iddialar səslənir ki, seçkilərdə hakimiyyət daxilindən sürpriz bir namizəd çıxa bilər, xüsusilə, bu iddialar I vitse-prezident təyinatından sonra daha çox səslənir...
- Bu yanaşmalar yetərincə ciddi əsaslara malik deyil. Təbii ki, Mehriban Əliyeva artıq güclü siyasətçi və dövlət xadimi kimi böyük nüfuz qazanıb, istər ölkə daxilində, istərsə də xaricində. Lakin unutmaq olmaz ki, Azərbaycan Konstitusiyası İlham Əliyevə yenidən namizədliyini irəli sürmək və seçilmək hüququ verir. Bu baxımdan güman etmirəm ki, İlham Əliyev namizədliyindən imtina etsin. İlham Əliyev amilinin olduğu bir zaman kəsimində tamamilə əminəm ki, Mehriban xanım prezidentlik uğrunda marafona qoşulmayacaq. Burada Mehriban xanımın fəaliyyətini bəyənən xoşməramlı insanların olması ilə bərabər, təbii ki, heç də xoş olmayan niyyətləri olanlar da bunu qabarda bilərlər. Çünki bir komanda daxilində iki nəfərin qarşı-qarşıya qoyulması əlbəttə doğru deyil. Mehriban xanımın Azərbaycan xalqı içərisində böyük rəğbətə və nüfuza malik olduğunu hər kəs bilir.
- İddiasını irəli sürənlər sırasında 10 il öncə Milli Məclisdə sizinlə əlbəyaxa olan və bundan sonra həbs edilən, ardınca da, xaricə qaçan Hüseyn Abdullayev də var. Onun namizədliyi barədə nə deyə bilərsiniz?
- Əgər qanunlarımız imkan verirsə, o da iddiasını irəli sürə bilər. Eyni zamanda, onun hərəkətlərində və davranışlarında hər hansı bir cinayət tərkibi yoxdursa, bu proseslərə qoşula bilər. Onun bu niyyətini mən top-tüfənglə qarşılamaq niyyətində deyiləm. Amma əgər o, seçkilərə qoşulsa, öz namizədliyini irəli sürüb qeydə alınsa, namizəd kimi seçki prosesində iştirak etsə, ona xalqımız tərəfindən etimad göstərilmə ehtimalı sıfıra bərabərdir. Tam məsuliyyətlə deyirəm ki, Hüseyn Abdullayevin nə intellekti, nə təcrübəsi, nə də Azərbaycan xalqı içərisində olan nüfuzu imkan vermir ki, o, olduqca ciddi və məsuliyyətli bir vəzifəni özündə ehtiva edən prezidentlik kürsüsünə sahib ola bilsin. Əminəm ki, əgər Hüseyn Abdullayev qeydə alınsa, namizədlər sırasında ən az səs alan olacaq.
- Ayaması “Qusqa” olan H. Abdullayevdən başqa, digər bir mühacir - Milli Məclisin sabiq rəhbəri Rəsul Quliyev də iddialıdır...
- Rəsul Quliyev bundan əvvəlki seçkilərdə də öz iddiasını irəli sürüb, iştirak etmək niyyətini ortaya qoysa da, o, Amerikadan Azərbaycana gəlib çıxa bilmədi. Bir dəfə cəhd etdi, onda da Azərbaycanın hava məkanından geri qayıtdı. Hətta ölkəmizin hava limanına belə daxil ola bilmədi. Digər tərəfdən, Azərbaycan qanunlarına görə, ölkə prezidentliyinə namizəd o şəxslər ola bilər ki, son 10 ildə Azərbaycanda yaşasın. Rəsul Quliyev isə 20 ildən çoxdur ölkədə yaşamır. Azərbaycan qanunları Rəsul Quliyevin prezident seçkilərinə qatılmasına imkan vermir. Eyni zamanda, Rəsul Quliyev və Hüseyn Abdullayev haqqında müəyyən cinayət işi açılıb və onların Azərbaycana gəlişi barələrindəki cinayət işinə aydınlıq gətirilməsi ilə başlaya bilər. Ya bu cinayət işi üzrə istintaqın aparılması, ya da cinayət işinin ləğvi aktualdır. İndiki vəziyyətdə isə onlar barəsindəki cinayət işinin geri götürülməsi perspektivi görünmür.
Bir də iddiaçılar barəsində onu deməyi lazım bilirəm ki, iddiaçıların birinin digərinə qarşı etik normadan kənara çıxmasını qəbul etmirəm, buna münasibətim son dərəcə pisdir. İndiki iqtidara təhqir, söyüşlə fikir ifadə etmək prezident arzusunda olan şəxslər üçün qəbul edilən deyil. Namizəd özünün yüksək intellekti, milli-mənəvi dəyərlərə söykənərək özünün əxlaqı ilə seçilməlidir. Xalq da bu cür münasibəti pis qarşılayır. Belə şəxslərin iddiasını irəli sürmələri yersizdir. Bu cür təhqirlə, əxlaqsız fikirlərlə hakimiyyət uğrunda mübarizə aparmaq bütün normalara ziddir. Öz rəqiblərinə qarşı əxlaqı münasibətlərini yüksək səviyyədə sərgiləyən ölkə başçısı bu baxımdan nümunədir. Namizədlər bu nümunəni özləri üçün örnək götürməlidirlər.
- Ölkədə olmadığımız vaxt barənizdə ən müxtəlif iddialar yayıldı ki, onlardan biri daha ciddi idi. Noyabrın 3-də İstanbulda keçirilən əməliyyat zamanı həbs edilən Rövşən Lənkəranskinin qardaşı, sizin də qohumunuz olan Namiq Canıyev üçün Türkiyəyə getdiyiniz deyilir...
- Mən Rövşən Lənkəranskinin yas mərasimində iştirak etmişəm, fotolarım da var. Burada qəbahət heç nə görmürəm. Qohum kimi onun yasında iştirakı borc bildim. Amma onun qardaşı ilə bağlı Türkiyədə olmağım kökündən yanlışdır. Bunun heç bir əsası yoxdur. Mən Türkiyədə cəmi bir neçə gün qalıb, oradan başqa ölkəyə getmişəm. Sadəcə, fantaziyası geniş olan, məni istəməyən ayrı-ayrı qüvvələr bu cür yanlış fikirləri mətbuata ötürməklə haqqımda xoşagəlməz fikir formalaşdırmağa çalışırlar. Hətta bəzi saytlar ölüm xəbərimi belə aprel ayında ölkəyə yaydılar. Halbuki o zaman istirahətdə idim. Bu cür insanlara demək istəyirəm ki, 70 yaşlı bir kişinin xəstələnməsi qəbahətdirmi? Burada qeyri-adi nəsə ola bilərmi? Mən də insanam, səhhətimdə problemlər yarana bilərdi və yarandı da. Barəmdə yayılan xəbərləri, iddiaları birmənalı şəkildə təkzib edirəm.
- Ötən ay oğlunuzun avtomobili ilə adam vurduğu barədə xəbərlər də yayılmışdı...
- Bu xəbərlər məni daha çox narahat etdi, böyük təəssüf hissi yaratdı. Guya oğlum Yalçın maşınla kimisə vurub. Sonradan bəlli oldu ki, burada çox ciddi yanlışlığa yol verilib. Qəza törədənin yaşı və maşınla bağlı məlumatlar yanlış idi. Həmin vaxtı Yalçının oğlu, yəni nəvəm Türkiyədə universitetə qəbul olmuşdu və Yalçın da onun işləri ilə bağlı Türkiyədə idi. Bunu edən kim idi? Həmkarım Fəzail İbrahimlinin oğlu idi. Onun oğlu həqiqətən qəza törədib, adam vurub. Bunlar olan şeydir. Allah hər kəsdən uzaq eləsin. Kim indi bundan sığortalanıb? Yaxşı ki, həmkarımın oğlu vurduğu adamı xəstəxana aparıb, bədbəxt hadisə də baş verməyib. Oğlumun adını bu cür hallandırmaq məndə çox təəssüf hissi yaratdı. Araşdırmalarımız nəticəsində məlum oldu ki, bunu edən Fəzail İbrahimli olub. Oğlum Yalçın olduqca ciddi həyat tərzi keçirir. Siz bir jurnalist kimi ölkəmizdəki fəal, tanınan insanların mütləq əksəriyyətinin hətta ailə üzvləri haqqında belə məlumatınız var. Digər oğlum Elçin haqqında bəzi məlumat hər kəsdə ola bilər. Çünki mətbuata çıxıb, müsahibələr verib. Amma Yalçın qapalı həyat keçirir. Onu kim tanıya bilər? Bunu ancaq tarix fakültəsini bitirən, tarix üzrə elmlər namizədi olan həmkarım Fəzail İbrahimli tanıya bilər. Öz oğlunu Yalçının adı ilə dəyişdirərək, düşünülmüş şəkildə övladımı gündəmə gətirmək çox böyük namərdlikdir. Bu namərdlik məni narahat etdi. Mən heç bir halda belə etməzdim.
Baxın görün, millət vəkili öz övladını xilas etmək üçün başqa bir millət vəkilinin övladını nahaqdan gündəmə gətirirsə, onda ayrı-ayrı jurnalistlərin Fəzail Ağamalı haqqında demiş olduqları fikirlərə hansı qınağı edə bilərəm? Bu cəmiyyətin bir bəlasıdır. Çox yaxşı ki, bu cür hallar epizodikdir. Jurnalistlər içərisində də bu cür yanlış fikirləri gündəmə gətirmək halları olduqca məhduddur. Həmin portala məlumat klinikadan ötürülüb. Görünür, onların arasında əməkdaşlıq var. Portal da məsələni ən azından, dəqiqləşdirə bilərdi. Fəzail Ağamalı və onun ailəsi haqqında istənilən jurnalistlə məlumatı dəqiqləşdirmək çətin deyildi. Təəssüf ki, bu olmadı. Heç bir şəxs üçün belə halın yaşanmasını istəmirəm. Mətbuat unutmamalıdır ki, hər hansı bir yanlış fikir ailədə stress, problemlər, əsəbilik yaradır.
- Fəzail İbrahimli ilə üz-üzə gələndə ilk sözünüz nə olacaq?
- Onunla hələ üzləşməmişəm. Sadəcə, ona nə deyim? Görünür, bu onun həyat tərzidir. Fəzail İbrahimli üçün kiminsə kölgəsinə sığınmaq halları adi bir şeydir. Hər halda o iki gün ərzində təkzib edə bilərdi ki, gedən fikirlər yanlışdır. Amma bu cəsarəti özündə tapa bilmədi. Özlərinin dilindən dedikləri kimi, mətbuata da deyə bilərdi ki, həmin şəxs təsadüfən yıxılıb, oğlum da götürüb xəstəxanaya aparıb.
Bir söz deyim, düz yolda ayağı ilişib yıxılan adam xəstəxanalıq olar? Bu təkzibi də vermədi, sadəcə susdu. Vurulan şəxsin nə üçün şikayətçi olub-olmadığı məsələnin başqa tərəfidir. İstəməzdim ki, onun oğluna da hər hansı bir ciddi problemlər yaransın. Onunla üz-üzə gələndə düşünürəm ki, nə deyəcəm.
- İndiyə qədər onunla aranızda hər hansı bir soyuqluq olubmu?
- Xeyr. Onunla məsafəli münasibətdə olmuşuq. Vaxtı ilə eyni kafedrada fəaliyyət göstərmişik. Oradan bir-birimizi tanımışıq. Bu məsafəli münasibətin ciddi əsasları var, biz tamam fərqli insanlarıq.
Bölməyə aid digər xəbərlər

18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 21:27
Rahib Qərib: “Mən seçicilərimə vəd yox, kişi sözü verirəm” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə
9-10-2022, 14:22
Sülhəddin Əkbər: “İran yalnız Zəngəzur dəhlizinin açılacağından qorxmur” - Müsahibə