21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Şərqşünas-politoloq: “İranda etirazlar çevrilişlə nəticələnsəydi...” - Müsahibə
Tarix: 07-01-2018 14:59 | Bölmə: Müsahibə

Vüsal Hətəmov: “Qərb düşünür ki, Cənubi Azərbaycan Şimali Azərbaycanla birləşsə, balkanlardan – Türkiyədən tutmuş, Orta Asiya da daxil olmaqla, Altaya qədər türk siyasi zolağı yarana bilər. Bu isə dünyanın idarə olunması zəminində Qərb üçün yeni əngəl deməkdir”
İranda son kütləvi etirazlarla bağlı ictimaiyyətdə müzakirələr səngimək bilmir. Qeyd edək ki, bu etirazlar 2009-cu il etirazlarından üzü bu yana miqyasına görə ən böyük etiraz dalğasıdır.
Dekabr hadisələri ölkənin daxili problemlərindən qaynaqlansa da, bunu xarici qüvvələrin işi hesab edənlər də var. Ən mühüm məqamlardan biri də odur ki, etirazlar qarşıdurmalarla müşayiət olundu. 20-dən artıq ölən və xeyli sayda yaralı oldu.
Hazırda etirazlar səngisə də, yenidən körüklənmə ehtimalı gündəmdədir.
Mövzu ilə bağlı fikirlərini “Reytinq”lə bölüşən şərqşünas-politoloq Vüsal Hətəmovla müsahibə zamanı baş verənləri müxtəlif aspektlərdən analiz etdik:
– Vüsal bəy, yəqin ki, İranda baş verən hadisələri yaxından izlədiniz. İlk olaraq cəmiyyətin böyük əksəriyyətini maraqlandıran sual budur ki, etirazçılar haqlı idimi?
– Ümumiyyətlə, xalq həmişə haqlıdır. Bu, bütün ölkələrin xalqlarına verdiyi dəyər olmalıdır. Etiraz varsa, hakimiyyət xalqın yanında olmalıdır. Hakimiyyətlər etirazdan qorxmalı deyil, etirazın səbəblərini təhlil etməli, problemləri çözməlidir. İranda olan narazılıqlar mövcud sosial problemlərdən qaynaqlanırdı. İran rəhbərliyi də, müntəzəm olmasa da, mütəmadi olaraq sosial problemləri dilə gətirir, ölkədə yüksək çinli vəzifəlilər arasında korrupsiya hallarının olduğunu deyirdi.
– Bir məqam da var ki, etirazçılar ilk olaraq sosial problemləri səsləndirsələr də, sonradan İranın xarici siyasətini də pislədilər...
– Bəli, etirazçılar İranın Yaxın Şərqdə apardığı siyasətə narazılıq bildirdilər. Bildiyimiz kimi, İran Suriya və İraqda hökumət qüvvələrinə siyasi-hərbi dəstək verirdi və indi də verir. Təbii ki, bu dəstək virtual, nəzəri olmadığı üçün özü ilə insan qurbanları, maddi xərclər meydana gətirir. Bu isə onsuz da embarqolar şəraitində olan İran dövləti üçün daxildə bir sıra iqtisadi-sosial problemlərə yol açır.
– Belə çıxır ki, rəsmi Tehranın xarici siyasəti dəyişməyəcək və nəticədə İran xalqının narazılıqları davam edəcək?
– Əslində, İranın xarici siyasəti onun dövlətçiliyinə qarşı olan mövcud təhdidlər müqabilində qurulub. İran yaxşı anlayır ki, Yaxın Şərqdə baş verən hadisələr onun mövcud siyasi quruluşu ilə bağlıdır. İranda dini siyasi quruluş davam etdikcə özünə qarşı təhdidi həmişə hiss edəcək. Çünki Qərb İranı dünyəvi dövlət qismində görmək istəyir. Qərb də bu istəyinə nail olmaq üçün Yaxın Şərqdə İranın müttəfiqi olan dövlətləri sıradan çıxarmalı, sonra isə İranın üzərində işləməlidir. Əvvəlcə Suriya, Livan, sonra isə İran Qərbin planındadır.
– İran dini siyasi quruluşdan əl çəkə bilməzmi? Bu zaman Qərbin təzyiqindən də uzaq olar, embarqolar da götürülər...
– Əslində, dünyəvilik, demokratiklik Qərb üçün bir siyasi alətdir. Nümunə üçün Türkiyə dövlətini götürək. Dünyəvi dövlətdir, Avropa istiqaməti götürüb, NATO üzvüdür, Avropa Birliyinə can atır, lakin daxilində Qərbin dəstəklədiyi separatçı qüvvələr Türkiyə dövlətçiliyini həmişə təhdid edir. Və yaxud əksinə olaraq, Səudiyyə Ərəbistanını götürək, heç demokratik dövlət də deyil. Monarxiya üsuli-idarəsi ilə idarə olunur. Lakin ABŞ-ın müttəfiqi olduğu üçün Qərb tərəfindən həm siyasi, həm də hərbi dəstək alır. Deməli, siyasi idarəetmə quruluşu bəhanədir.
– Həm belə deyirsiniz, həm də başqa cür. Bəs onda Qərbin İrandan istədiyi nədir?
– Bu gün dünyanı siyasi cəhətdən birqütblü etmək istəyən Qərb özünün yanında olana dəstək, yanında olmayana isə şər qüvvəsi kimi baxır. İkinci hərbi-siyasi qütb olmaq istəyən Rusiya faktoru isə Qərb üçün əngəldir. İran, Suriya, Şimali Koreya və Çin də Rusiya ilə eyni cəbhədə olduğuna görə Qərb üçün düşmən hesab edilir. Diqqət edin, Bəşər Əsəd diktatordur. Amma dövlət demokratik üsul-idarə ilə idarə olunurdu. İran dini qanunlarla idarə olunur. Amma respublika quruluşlu, parlament və prezident üsuli-idarəsi ilə idarə olunur. Düzdür, İranda prezident postundan da üstün qurum var - Ali dini rəhbərlik postu. Lakin bu post prezident və parlament seçkilərində xalqın seçimini əsas götürür. Hətta Avropa özü belə, İranda keçirilən seçkilərin şəffaf olmasını vurğulayır. Qərbin narazılığı seçkilərə qədər olan prosedurdur. Yəni namizədlərin müəyyənləşməsi proseduru. Lakin namizədlər müəyyənləşdikdən sonra baş verən seçkiləri Qərb həmişə şəffaf adlandırıb. Bütün bunlara rəğmən, həm Suriya, həm də İran monarxiya dövləti olan Səudiyyədən fərqli olaraq Qərb üçün arzuolunmaz dövlətlərdir. Çünki Rusiya ilə eyni cəbhədədir. Qərbin müttəfiqi olan Səudiyyə dövləti rəsmi qanunlarla sülalə hakimiyyəti tərəfindən idarə olunsa da, Qərb üçün arzuolunan dövlətdir.
– Bir qədər yayındıq. Keçək əsas mövzuya. İranda etirazların xarici dəstəkdən təsirləndiyini də deyənlər var.
– Hətta İran prezidenti özü belə, etirazçılar arasında agentlərin olduğunu, ölənlərin də onlar tərəfindən öldürüldüyünü vurğuladı. Bundan başqa, İranı özünə düşmən bilən İsrail və ABŞ dövlətlərinin başçıları da çıxış edərək bildirdilər ki, biz etirazçıların tərəfindəyik. Bunun müqabilində isə Türkiyə və Rusiya rəsmiləri çıxış edərək bildirdilər ki, etirazlar İranın daxili işidir, istənilən xarici müdaxilə ölkəni uçuruma aparacaq.
– Qonşu dövlətə Azərbaycan rəsmilərinin mövqeyi necə oldu?
– İran bizimlə qonşu dövlət olduğu, azərbaycanlıların böyük qismi həmin dövlətdə yaşadığı üçün təbii ki, rəsmilərimiz İranda hər hansı bir xaosa sevinməyəcək. Lakin təəssüf ki, ölkənin ictimai rəyi radikalcasına iki yerə bölündü: Etirazları pisləyən və etirazların bizə xeyirli olmasını vurğulayanlar.
Etirazları pisləyənlər düşünür ki, etirazlar qonşu İranı sarsıdacaq. Yanlış fikirdir. Əgər etirazlar dövləti sarsıdırsa, deməli, həmin dövlət kökündən çürüyüb, elə dövlət dağılsa, yaxşıdır. Əslində, etirazların olması dövlət üçün bir şansdır ki, problemləri görsün, həlli istiqamətində daha da cəsarətlənsin. Necə ki, Həsən Ruhani də çıxış edərək bildirdi ki, bu etirazlar ölkəmiz üçün təhdid deyil, problemlərin həlli üçün bir fürsətdir.
Lakin daha maraqlı tərəf etirazların güclənməsini, İranın xaosa bürünməsini, dağılmasını və sonda Cənubi Azərbaycanın ayrılaraq bizə qoşulmasını istəyənlər idi. Onlar elə düşünür ki, Qərb İranın dağılmasından ötrü etirazçılara dəstək verəcək və Cənubi Azərbaycanı bizə hədiyyə edəcək. Bunun hamısı tarixi bilgisizlikdən irəli gəlir. Qərb İranı dağıtmaq istəsəydi, Şahın dövründə dağıdar, Cənubi Azərbaycanı ayırardı. Yetərincə münbit şərait var idi. Həmçinin, Şah Qərbin dediyindən çıxan deyildi, çünki fars əsilli pəhləvilər 20-ci əsrin əvvəllərində türk əsilli qacarları devirərək Avropanın dəstəyi ilə hakimiyyətə yiyələnmişdilər. Bildiyimiz kimi, Pəhləvi rejimi sırf fars şovinizm siyasəti yürüdür, ölkə türklərini etnik zəmində incidirdi. Bəs niyə İranı Pəhləvi dönəmində bölmədilər? Çünki Qərb üçün Böyük Azərbaycan arzuolunan deyil. Qərb üçün idarə olunan İran dövləti lazımdır. Qərb düşünür ki, Cənubi Azərbaycan Şimali Azərbaycanla birləşsə, balkanlardan –Türkiyədən tutmuş, Orta Asiya da daxil olmaqla, Altaya qədər türk siyasi zolağı yarana bilər. Bu isə dünyanın idarə olunması zəminində Qərb üçün yeni əngəl deməkdir.
– İranda etirazlar çevrilişlə nəticələnsə idi, bunun regiona hansı təsiri olacaqdı?
– Düşünmürəm ki, bu, xoş nəticələr bəxş edəcəkdi. Liviya, Misir, İraq hansı gündə yaşayır? Bildiyimiz kimi, İranın Suriya, İraq və Livnda da yetərincə hərbi qüvvələri var. Təsəvvür edin ki, hazırkı İran hakmiyyəti tərəfindən idarə olunan həmin qüvvələrin özü Qərb üçün yeni bir problemə çevriləcəkdi. Bir tərəfdən də Rusiya buna razılıq verməyəcək və özünün hərbi qüvvələrini İrana yeridəcəkdi. Bir sözlə, İranda etirazlar çevrilişlə nəticələnsəydi, Yaxın Şərqdəki “qan çanağı” daha da böyüyəcəkdi.
Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə