23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:44 / 17-09-2025
"Azərpoçt"un adından saxta mesajlar yayılır
13:23 / 17-09-2025
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
13:18 / 17-09-2025
"Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb
13:03 / 17-09-2025
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
12:47 / 17-09-2025
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
12:44 / 17-09-2025
Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb
12:43 / 17-09-2025
Bir neçə qurum onlayn rejimə keçib - Siyahı
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

00:04 / 16-09-2025

Akademik: “İşğaldan azad olunmuş ərazilərdə radiasiya təhlükəsizliyinin araşdırılması prioritet istiqamətlərindədir”
Tarix: 25-11-2021 14:32 | Bölmə: Müsahibə

İslam Mustafayev: “Radiasiya xəritələrinin tərtib olunması, qonşu dövlətlərdən olan transsərhəd təsirlərin müəyyənləşdirilməsi həlli vacib olan məsələlərdir”
AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru, AMEA-nın müxbir üzvü, ömrünün 48 ilini elmə həsr etmiş professor İslam Mustafayev radiasiya tədqiqatları sahəsində çoxsaylı elmi araşdırmaların müəllifidir.
Nyu-York Elmlər Akademiyası və Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Akademiyanın üzvü İ. Mustafayevin fəaliyyətinin əsas istiqamətlərini ionlaşdırıcı şüalanma və ultrabənövşəyi şüalanmanın maddələrə təsiri nəticəsində, xüsusilə neft məhsullarında baş verən proseslərin, eləcə də ətraf mühit problemlərinin öyrənilməsi təşkil edir.
Noyabrın 22-də 70 yaşı tamam olan görkəmli alim İ. Mustafayev müasir dövrdə Azərbaycanın daxil olduğu konvensiyalarda icraçı qrupun üzvü olub, ölkənin iqlim dəyişiklikləri ilə bağlı hesabatların hazırlanmasında yaxından iştirak edib. O, bərk məişət tullantıları ilə bağlı layihənin və bir sıra digər layihələrin koordinatoru və eksperti də olub.
İ. Mustafayev İstanbul Texniki Universitetində fəaliyyət göstərdiyi müddətdə hidrogen energetikası sahəsində tədqiqatların müəllifi kimi kömürdən hidrogenin və sintez qazın alınması üzrə araşdırmalar aparıb, eləcə də neftin emalından alınan son məhsulların qazlaşdırılması yolu ilə hidrogenin alınması prosesinə dair doktorluq dissertasiyası müdafiə edib. İ. Mustafayev Azərbaycanda radiasiya kimyası sahəsində ilk elmlər namizədi olub.
BMT-nin ətraf mühit proqramının eksperti olan İ. Mustafayev ABŞ-ın Merilend Universitetində ekoloji siyasət məsələləri ilə məşğul olub.
İ. Mustafayev son zamanlar Azərbaycanda aktual məsələlərdən olan “yaşıl hidrogen”in alınması və tətbiqi, bu istiqamətdə RPİ-də aparılan tədqiqatlarla bağlı sualları cavablandırıb. Reyting.az həmin müsahibəni təqdim edir:
- İslam müəllim, son zamanlar Radiasiya Problemləri İnstitutunda rəhbərliyiniz altında həyata keçirilən layihələr, aparılan elmi tədqiqatlar barədə məlumat verməyinizi istərdik.
- Hazırda Radiasiya Problemləri İnstitutunda fiziklər, kimyaçılar, bioloqlar və digər mütəxəssislər ionlaşdırıcı şüaların təsiri altında baş verən prosesləri öyrənir, multidissiplinar tədqiqatlarla məşğul olurlar. Ümumiyyətlə, institutda radiasiya təhlükəsizliyi məsələləri üzrə tədqiqatlar prioritet istiqamətlərdən biri kimi qəbul olunub. RPİ ölkədə ekoloji siyasətlə bağlı sənədlərin hazırlanmasında birbaşa iştirak edir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin monitorinqi məqsədilə bu istiqamətdə tədqiqatların aparılmasına böyük əhəmiyyət verilir.
Azərbaycanda radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün elektron məlumat bazasının yaradılması da prioritetlərimizdəndir. Bu istiqamətdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə birgə mühüm işlər görülür, radiasiya təhlükəsizliyi sahəsində müasir texnologiyaların tətbiqi ilə multidissiplinar tədqiqatlar aparılır.
Onu da qeyd edim ki, radiasiya texnologiyalarının tətbiqi ilə yeni xassələrə malik materialların alınması, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və ətraf mühitə davamlılığının artırılması, azkarbonlu texnologiyalar tətbiq etməklə hidrogen energetikasının inkişafı, alternativ enerji mənbələrinin istifadəsi əsas tədqiqat istiqamətlərimizdir. Bu məqsədlə institutda radiasiya materiallarını tətbiq etməklə yeni yarımkeçirici materiallar, cihazlar alınır.
Yeni istiqamətlərdən biri də yaşıl artımla bağlıdır. Qeyd edim ki, iqlim dəyişikliklərinin mənfi təsirlərindən qorunmaq, karbon emissiyasını 35 faizədək azaltmaq üçün imzalanmış Paris anlaşmasına Azərbaycan da qoşulub və öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.
Hazırda karbon qazının atıldığı müəssisələrdə istiliyi əvəz edə bilən texnologiyaların tətbiqinin üstünlük təşkil etməsi istiqamətində işlərə başlanılıb.
Digər tərəfdən, aparılan tədqiqat istiqamətlərindən biri də Radiasiya Problemləri İnstitutunun Bərpa olunan enerji mənbələri laboratoriyası tərəfindən hazırda Zəngilan ərazisində Günəş və külək enerjisi potensialının müəyyənləşdirilməsidir. Bu texnologiyalar bölgədə salınacaq “ağıllı şəhər”lərin enerji təminatının həyata keçirilməsinə xidmət edəcək.
Bununla yanaşı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə pambıqçılıqda radiasiyanın tətbiqi ilə bağlı tədqiqatlar həyata keçirilməkdədir. Bu üsul vasitəsilə pambıq toxumlarının şüalandırılaraq əkilməsi nəticəsində onun məhsuldarlığı artır və ətraf mühitin zərərli təsirlərinə davamlı pambıq yetişdirilir.
- Radiasiya tədqiqatları üzrə zəngin təcrübəyə malik alimsiniz. Avropa İttifaqı, NATO, Dünya Bankı, BMT və digər nüfuzlu təşkilatların 50-dən çox beynəlxalq layihəsinin rəhbəri və eksperti olmusunuz. Azərbaycanda əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi, ekoloji vəziyyətin sağlamlaşdırılması üçün nə kimi tədbirlər həyata keçirilməlidir?
- Ölkə ərazisində radiasiya təhlükəsizliyinin təmin olunması üçün təbii radiasiya fonu dəqiqləşdirilməli, antropogen fəaliyyət nəticəsində ətraf mühitə atılmış radiasiya mənbələri aşkar olunaraq izolə edilməlidir. Radiasiya xəritələrinin tərtib olunması, qonşu dövlətlərdən olan transsərhəd təsirlərin (burada Metsamor AES xüsusi diqqət mərkəzindədir) müəyyənləşdirilməsi və s. həlli vacib olan məsələlərdir.

Hazırda informasiya texnologiyalarının nailiyyətləri ilə təchiz olunmuş radiasiya təhlükəsizliyi üzrə elektron məlumat bazasının yaradılması istiqamətində işlər görülməkdədir. AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin ideya müəllifi olduğu bu məlumat bazasında ölkə ərazisinin istənilən nöqtəsində radiasiya fonu qeyd olunacaq və insanlar asanlıqla bu məlumatlardan istifadə edə biləcək.
Ekoloji vəziyyətin sağlamlaşdırılması məsələsinə gəldikdə, bu sahədə ölkəmizdə genişmiqyaslı tədbirlər görülməkdədir. 2021-2025 illər üçün sosial-iqtisadi inkişafın əsas istiqamətləri arasında “Təmiz ətraf mühit və yaşıl artım” xüsusi müddəa kimi təqdim olunub. Bu sənədlərdən irəli gələrək, son zamanlar yaşıl artım probleminə xüsusilə diqqət yetirilir, bu istiqamətdə tədqiqatlar aparılır.
Avtomobil sektorundan atmosfer havasına atılan tullantıların azaldılması, quraq və tozlu ərazilərdə kütləvi ağacəkmə aksiyalarının təşkili, su resursları ilə bağlı son illər meydana çıxan böhran vəziyyətinin aradan qaldırılması, torpaqların deqradasiyasına qarşı mübarizə tədbirləri, tullantıların idarə olunmasının təkmilləşdirilməsi və digər sahələrdə hələ də həlli vacib olan problemlər qalmaqdadır. Qeyd etmək lazımdır ki, ayrı-ayrı ekoloji problemlərin həllinə milli fəaliyyət planları, strategiyalar çərçivəsində yanaşma məsələlərin effektiv həllinə dəstək verir.
- Bu günlərdə Azərbaycanda istilik təchizatının tədarükünün atmosferi çirkləndirmədən həyata keçirilməsini təmin edən “yaşıl hidrogen” istehsalı məsələsi gündəmdədir. Ölkəmizin “yaşıl hidrogen” istehsal etməsi nə kimi üstünlüklər və fayda vəd edir? “Yaşıl hidrogen”i digər növlərdən fərqləndirən xüsusiyyətlər nələrdir?
- Qlobal iqlim dəyişikliklərinin təzahürləri bütün dünyada olduğu kimi, Azərbaycanda da özünü göstərməkdədir. Əsas səbəblərdən biri atmosferə karbon qazı, metan və s. kimi istilik effekti yaradan qazların atılmasıdır. Bu qazların əsas mənbəyi üzvi yanacaqların yandırılması vasitəsilə istilik enerjisi istehsal edilməsidir. Üzvi yanacaqların tərkibində olan karbon yanma prosesində CO2-ə çevrilir və atmosferə atılır.
Hidrogen yanacağının yanması prosesində isə yalnız su alınır və atmosferə istilik effekti yaradan qazlar atılmır. Bu proses atom reaktorunun müxtəlif komponentlərindən istifadə etməklə həyata keçirilir. Bundan başqa, hidrogen yanacağının istiliktörətmə qabiliyyəti yüksəkdir, onun alınması və çevrilmə prosesləri kifayət qədər öyrənilmişdir.
- Azərbaycanda “yaşıl hidrogen” istehsal edən zavodların fəaliyyət göstərməsi üçün hansı tədbirlərin görülməsi tələb olunur?
- Hidrogenin alınmasının həm xammala, həm də tətbiq olunan texnologiyalara görə bir çox üsulları vardır. Lakin mükəmməl variant odur ki, üzvi yanacaq yandırılmadan sudan hidrogenin alınması alternativ enerjinin, o cümlədən atom enerjisinin tətbiqi ilə həyata keçirilsin. Bu zaman hidrogenin nə alınmasında, nə də istifadəsində atmosferə karbon emissiyaları baş vermir. Azərbaycanda da alternativ enerjinin tətbiqi ilə sudan hidrogenin alınması perspektivli istiqamət hesab oluna bilər.
- RPİ-də “yaşıl hidrogen”lə bağlı tədqiqatlar aparılırmı? İnstitutda bu istiqamətdə görülən işlər haqqında məlumat verməyinizi xahiş edirik.
- RPİ-də hidrogen energetikası ilə bağlı tədqiqatlar 1980-cı illərdən etibarən çox intensiv surətdə aparılır. Burada əsasən Günəş və nüvə enerjisinə ilkin enerji mənbəyi kimi baxılır, hidrogenin mənbəyi kimi su, metan, neft emalının ağır fraksiyaları və s. istifadə olunması nəzərdə tutulur. Aparılan tədqiqatlarda səmərəliliyi 60-70%-ə çatan proseslərin parametrləri müəyyən edilib. Radiasiya heterogen proseslərdə ionlaşdırıcı enerjinin səmərəli istifadəsi proseslərin effektivliyini daha da artıra bilər. Nüvə enerjisinin radiasiya və istilik komponentlərinin istifadəsi ilə sudan hidrogenin alınması prosesi daha perspektivli görünür.
- Rəhbərlik etdiyiniz institutda müasir dövrün çağırışlarına cavab verən daha hansı istiqamətlər üzrə tədqiqatların aparılması nəzərdə tutulur?
- Hazırda institutda mühüm islahatlar həyata keçirilir, həm tədqiqat mövzuları, həm də struktur vahidləri günün tələbi səviyyəsində yenidən nəzərdən keçirilir.

Məlumdur ki, 30 il nəzarətsiz qalmış və artıq erməni işğalından azad olunmuş ərazilərimizdə infrastrukturun yenidən qurulması təhlükə amillərinin, o cümlədən radiasiya risklərinin aradan qaldırılmasını daha da zəruri edir.
Bu səbəbdən işğaldan azad olunmuş ərazilərdə radiasiya təhlükəsizliyi məsələlərinin araşdırılması və Günəş/külək enerjisi potensialının qiymətləndilməsi, radiasiya texnologiyalarının kənd təsərrüfatında tətbiqi, azkarbonlu texnologiyaların işlənməsi və s. qarşıdakı illərdə institutun prioritet tədqiqat istiqamətləri olacaqdır.
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA,
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə