21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Avrointeqrasiyanın mənfi və müsbət tərəfləri hansılardır?
Tarix: 07-05-2019 00:05 | Bölmə: Xəqani CƏFƏRLİ

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təşəbbüsü ilə 18 aprel 2019-cu ildə keçirilən “Azərbaycanla Avropa Birliyi arasında gözlənilən sazişə dair” İctimai Dinləmə Bakı ilə Brüssel arasında imzalanması gözlənilən müqaviləyə həsr edilsə də, tədbirin uğurlu alınması daha böyük siyasi nəticəyə səbəb oldu. Uzun fasilədən sonra Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyası ilə bağlı müzakirələr yenidən aktuallaşdı.
İctimai dinləmədə iştirak edən siyasi təşkilatların ümumi mövqeyini əks etdirən qətnamənin qəbulu tədbirin cəmiyyətdə yaratdığı yeni siyasi dalğanın nəticələrindən hesab oluna bilər. Təəssüf ki, bütün bunlar Azərbaycanı Avropanın bir hissəsinə çevirmək üçün çox azdır.
YAP-ın sədr müavini – İcra katibi olan baş nazirin müavini Əli Əhmədov rəsmi Bakının Avropa Birliyi ilə münasibətlərindən bəhs edərkən Azərbaycanın müstəqilliyinin və milli maraqlarının qorunması çərçivəsində əməkdaşlıq edəcəklərini aydın ifadə edib. Bu açıqlamadan belə anlaşılır ki, Avropa Birliyinə inteqrasiya rəsmi Bakının hədəfində deyil.
İqtidarın “müstəqillik və milli maraqların qorunması” tezisi arxasında gizlənərək Avroatlantik məkana inteqrasiyadan yayınmasının səbəbləri siyasi proseslərlə maraqlanan hər kəsə aydın olsa da, özünü müxalifətçi kimi tədim edən bəzi şəxs və qurumların oxşar mövqeyi daha zərərlidir. Avropa Birliyinin xristian klubu kimi təqdim edilməsi, Türkiyənin birliyə qəbulunun ləngiməsinin nümunə kimi göstərilməsi və ən əsası, “Qarabağ kartı” arxasında gizlənərək Azərbaycanın Avroatlantik məkana inteqrasiyasına zərər verən istənilən yanaşma milli maraqlarımıza ziddir. Bu, mənim deyil, zamanın hökmüdür.
Avropa məkanı milli sərhədlərin müqəddəs olduğu dövrün sonuna qədəm qoyub. İndi Avropa məkanının tarixində yeni mərhələ başlayır. Bu mərhələ qlobalaşmanın nəticələrindən biridir və geri dönüşü yoxdur. Yüz il əvvəl milli dövlətlər yaranmağa başlayarkən ziddiyyətlər olduğu kimi, indi də milli sərhədlərin yoxa çımağa başladığı bir dövrdə müxtəlif ziddiyyətlər müşahidə olunur. Bu ziddiyyətlər Tarmp, Orban, Kaçinski kimi siyasətçilərə və yaxud da Breksit tərəfdarlarına ictimai rəyi bəzən çaşdırmağa, öz tərəflərinə çəkməyə imkan versə də, onların uğuru müvəqqətidir. Çünki onlar qloballaşmının doğurduğu problemlərin həlli yolunu deyil, təcridolunmanı təklif edirlər. Bu prosesdən təcrid olunmaq isə daha zərərlidir.
Qloballaşmanın qarşısının alına biləcəyini düşünərək, bu prosesdən kənarda qalan xalqlar özlərini uçuruma atanların aqibətini yaşamağa məhkumdur. Gürcüstan, Moldova və Ukraynanın böyük itkilərə baxmayaraq Avroatlantik məkana inteqrasiyada qərarlı olmaları da bu ölkələrin siyasi elitasının dünyada baş verən qlobal proseslərin istiqamətinin haraya yönəlməsinin fərqində olduğunu göstərir.
Azərbaycan xalqının, həm də yalnız Azərbaycan Respublikasının vətəndaşı olan soydaşlarımızın deyil, tarixi Azərbaycan torpaqlarında yaşayan bütün soydaşlarımızın maraqları ölkəmizin Avroatlantik məkana inteqrasiyasını həyati əhəmiyyətli məsələyə çevirib.
Bu gün Azərbaycan Respublikasının əsas problemlərindən biri də ölkəmizin strateji seçimini etməməsidir. Azərbaycan Respublikası yalnız Avroatlantik məkanın bir parçası olduqdan sonra Dərbəddən Təbrizə, Borçalıdan Kərkükə kimi geniş çoğrafiyada yayılmış soydaşlarımızın maraqlarını qoruya bilər.
Azərbaycan Respublikasının bir dövlət olaraq maraqları da ölkəmizin Avroatlantik məkana inteqrasiyasını həyati əhəmiyyətli məsələyə çevirib. Məlum olduğu kimi, Azərbaycan özünün enerji daşıyıcılarının əsas satış bazarı olaraq Avoatlantik məkanı hədəfləyib. Çox qısa zamandan sonra Avroatlantik strukturlara üzv olmayan ölkələrin Avropa bazarlarına enerji daşıyıcıları ixrac etməsi ciddi problemə çevriləcək. ABŞ yaxın illərdə neft və qaz ixracını kəskin artıracaq və buna görə də Vaşinqton Avropa bazarlarını “yad” ölkələrdən təcrid etmək siyasətini gücləndirəcək. Son məlumatlara görə, ABŞ gələn il Avropa bazarlarına 110 milyard kubmetr qaz ixrac etməyi nəzərdə tutur. Bununla bağlı ABŞ-ın energetika naziri Rik Perri mayın 2-də müvafiq ixrac sifarişi əmrləri də imzalayıb.
Müqayisə üçün qeyd edim ki, ötən il ABŞ Avropaya 10 milyard kubmetr qaz satıb. 2030-cu ilədək ABŞ qaz ixracını 500 milyard kubmetrə çatdırmağı hədəfləyir. Təxminən beş il sonra ABŞ Rusiya və Səudiyyə Ərəbistanının birgə ixracatından artıq neft ixrac etməyi planlaşdırır. Bu isə o deməkdir ki, ABŞ Avroatlantik məkana o qədər neft və qaz ixrac edəcək ki, həmin bazarlarda “yad” ölkələrin rəqabət aparması mümkünsüz olacaq.
Azərbaycanın iqtisadi inkişafı üçün enerji bazarları qədər vacib olan sərmayə və texnlogiyanı da Avroatlantik məkandan əldə etmək mümkündür. Bütün bunlar Azərbaycanın Avroatlantik məkana inteqrasiyasını zəruri edir. Aydın görünür ki, obyektiv səbəblər bu inteqrasiyanı həyati əhəmiyyətli edib.
Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin Qərb ilə Şərq arasında seçimin hansı istiqamətdə edilməsini çox aydın şəkildə göstərməsindən 150 il keçdikdən sonra bir xalq olaraq seçim etməməyimiz fəlakətli nəticələr doğura bilər. Ona görə də Azərbaycan xalqı yeni dünya düzəninin gətirdiyi təhlükələrdən yayınmaq, yeni çağırışlara cavab vermək üçün starteji seçimini etməlidir. Əks halda Azərbaycan yaxşı halda Türkmənistanın, pis halda Suriyanın aqibəti ilə üzləşə bilər.
Azərbaycan cəmiyyətini bu seçimi etməyə yönəltmək üçün toplumun aparıcı təbəqəsinin, siyasətçilərin, ictimai xadimlərin və xüsusilə də ziyalıların üzərinə böyük vəzifə düşür. Avroatlantik məkana inteqrasiya yolunda önəmli addımlar atmış Gürcüstan, Moldova və Ukraynanın tərübəsinin öyrənilməsi faydalı ola bilər. Bu respublikaların təcrübəsindən çıxan nəticə isə ondan ibarətdir ki, Azərbaycanı Avropanın bir parçası kimi görənlər cəmiyyətdə yeni bir hərəkat başlatmalıdırlar. 1988-ci ildə başlayan Azadlıq Hərəkatı Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələndiyi kimi, yeni hərəkat da Azərbaycanı Avropanın bir parçasına çevirməlidir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?