19:04 / 24-04-2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib
17:55 / 24-04-2024
Milli Məclis 3150 manatlıq kompüteri niyə 6 minə alır? - 830 minlik tenderlə bağlı qalmaqal
17:46 / 24-04-2024
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
17:29 / 24-04-2024
24 Aprel - Erməni Yalanı Günüdür
17:16 / 24-04-2024
Şadlıq saraylarında şişirdilmiş qiymətlər... - Ekspertdən şərh
17:04 / 24-04-2024
Keçmiş nazirin meyiti tapılıb
16:56 / 24-04-2024
Rus ordusu daha bir yaşayış məntəqəsini ələ keçirib
16:44 / 24-04-2024
Məhkəmə saxlanılan nazir müavini ilə bağlı qərar verib
16:35 / 24-04-2024
Lukaşenko: "Anlamaq olmur, onlar bununla kimin qarşısını almaq istəyirlər?"
16:30 / 24-04-2024
Avropa qeyri-adi vəziyyətlə üzləşib
16:26 / 24-04-2024
Sabiq icra başçısının növbəti məhkəməsi keçirilib
16:08 / 24-04-2024
Yeni robotlar satışa çıxarılıb - Video
15:57 / 24-04-2024
Ərdoğan Almaniya prezidentini qəbul edib
15:26 / 24-04-2024
Borrell: "İranla diplomatik münasibətləri kəsmək olmaz"
15:12 / 24-04-2024
Ələsgər Məmmədlinin sağlıq durumu pisləşir
14:30 / 24-04-2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
14:30 / 24-04-2024
İlham Əliyevlə Sadır Japarov görüşüb, yeni sənədlər imzalanıb - (Yenilənib)
14:17 / 24-04-2024
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
13:40 / 24-04-2024
İnfoqrafiya heyvanların ömrü haqqında nə deyir?
13:21 / 24-04-2024
Azərbaycanda Rusiya əleyhinə ikinci cəbhə olmayacaq
13:12 / 24-04-2024
Xəzər dənizində birgə təlimlər başlayıb
13:00 / 24-04-2024
Prezident generalı təltif edib - Sərəncam
12:48 / 24-04-2024
MMA döyüşçülərinin həbs müddəti uzadılıb - Biri azadlığa buraxılıb
12:18 / 24-04-2024
YAP-çı deputat Rəsul Quliyevin müdafiəsinə qalxıb
12:00 / 24-04-2024
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatı başlayıb
11:56 / 24-04-2024
AMEA-da yeni şöbələr yaradılıb
11:42 / 24-04-2024
Müsavat Partiyası növbəti qurultaya hazırlaşır
19:13 / 20-04-2024
Bakıda taxta bazarında yanğın olub - Fotolar (Yenilənib)
22:20 / 20-04-2024
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
21:22 / 19-04-2024
Buraxılış imtahanının nəticələri elan olunub
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
23:26 / 19-04-2024
Aİ-dən 4 kəndin qaytarılmasına reaksiya: "Davamlı nizamlanmanı tam dəstəkləyirik"
00:37 / 20-04-2024
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
13:13 / 20-04-2024
Müğənni Cavanşir Məmmədov vəfat edib
Prosesin Rusiya, Qafqaz və Yaxın Şərq təhlükəsi
Tarix: 06-01-2018 15:15 | Bölmə: Xəqani CƏFƏRLİ
Dekbarın 28-də İranda başlayan xalq etirazları dünyanın siyasi gündəminə çevrilib. Cənub qonşumuzda baş verənlər siyasi mərkəzlərdə həssaslıqla izlənsə də, bizim bu prosesləri daha dərindən izləməmiz lazımdır.
Azərbaycanı İranla 765 km-lik sərhəd və min illik tarix birləşdirir. Eyni zamanda, müxtəlif məlumatlara görə, bu ölkədə 30-35 milyon Azərbaycan türkü yaşayır. Azərbaycan Respublikası Azərbaycan türklərinin ən böyük çoxluğunun yaşadığı bir ölkədə baş verənləri bütün dünya dövlətlərindən daha diqqətlə izləməlidir.
Ancaq belə görünür ki, İranda baş verən xalq etirazları bütün dünya ictimaiyyəti üçün gözlənilməz olduğu kimi, bizim üçün də “sürpriz”dir. Amma İranda baş verənlər bizim üçün “sürpriz” hadisə olmamalıdır.
İran dünyada yeganə ölkədir ki, ötən əsrdə bu ölkədə mütləqiyyət əleyhinə dörd inqilab olub. Azərbaycan xalqının böyük oğlu Səttərxanın başçılıq etdiyi Məşrutə Hərəkatı kimi, ondan sonrakı üç inqilab da mütləqiyyət əleyhinə idi. Hətta 1979-cu ildə şiə ruhanilərinin hakimiyyətə gəlməsi ilə nəticələnən 1978-1979 inqilabı da mütləqiyyət əleyhinə yönəlmişdi. Bir əsrdə dörd dəfə inqilab edən ölkə monarxiya mütləqiyyətinə son qoysa da, azadlıq qazana bilmədi. İslam inqilabı monarxiya mütləqiyyətinə son qoysa da, şah hakimiyyətini şiə ruhanilərin bütün azadlıqları boğan mütləqiyyəti ilə əvəz etdi. Bu gün baş verənlərin təməli də məhz o zaman qoyuldu.
2009-cu ildə prezident seçkilərinin saxtalaşdırılmasına qarşı keçirilən Yaşıl Hərəkat da əslində şiə ruhanilərin mütləqiyyətinin əleyhinə keçirilmiş güclü xalq hərəkatı idi. Bütün bunlara görə İranda baş verənləri “Ərəb baharı” zamanı bəzi ərəb ölkələrində baş verənlərlə eyniləşdirmək olmaz.
Dekabrın 28-də başlayan etirazları doğuran ikinci əsas səbəb heç şübhəsiz, neftin qiymətinin ucuzlaşmasıdır. İqtisadiyyatı əsasən xam neftin ixracından asılı digər ölkələr kimi İran da “qara qızıl”ın ucuzlaşmasından ciddi zərər çəkir. Neftin ucuzlaşması İranda həyat şəraitinin kəskin aşağı düşməsinə səbəb olub ki, bu da sosial narazılığı daha da artırıb.
İranda başlayan etirazların üçüncü səbəbi müasir texnologiyaların cəmiyyətə təsiridir. Müasir informasiya texnologiyaları, xüsusilə də sosial şəbəkələrin cəmiyyətlərə təsiri bizim təsəvvür etdiyimizdən daha çoxdur. Çox ciddi sosial hadisə olan sosial şəbəkələr bütün cəmiyyətləri dəyişməyə başlayıb. Bunun ən çox təsiri isə totalitar və avtoritar cəmiyyətlərdə hiss olunur. İranda da totalitar rejim olduğu üçün sosial şəbəkələr cəmiyyətə daha çox təsir edir. İranda “facebook”, “twitter”lə yanaşı Pavel Durovun “Vkontakte” və “Telegram”ı da şox yayılıb. Bu sosial şəbəkələr İran vətəndaşlarının 40 il öncə ilə müqayisədə informasiya almaq imkanlarını kəskin şəkildə artırıb. İran hökuməti sosial şəbəkələrə girişi məhdudlaşdırsa da, bu, əks-effekt verir.
İranda son günlər baş verən proseslərin əsas səbəbini məhz yuxarıda qeyd etdiyimiz üç faktorla - İran cəmiyyətinin mütləqiyyətə dözümsüzlüyü, neftin ucuzlaşmasının doğurduğu iqtisadi böhran və sosial şəbəkələrin cəmiyyətə geniş təsiri ilə izah olunmalıdır.
Əlbəttə, hər bir inqilabda olduğu kimi İranda son günlər baş verən hadisələrə də subyektiv amillər öz təsirini göstərib. Əslində, obyektiv səbəblərin yaratdığı fonun qəfil işıqlanması üçün bütün inqilablar zamanı olduğu kimi, İranda dekabrın 28-də başlayan xalq etirazlarında subyektiv amil qığılcım rolunu oynayıb. Bu subyektiv amillərin sırasına rejimdaxili mübarizəni, bəzi ərzaqların qiymətinin kəskin artmasını, dövlət büdcəsindəki gizli xərclərin müəmmalı şəkildə ictimailəşməsini daxil etmək olar. Bu olayda ABŞ-ın “barmağı”nı görməyə adət edənlər subyektiv amillərin sırasına Mərkəzi Kəşfiyyat İdarəsinin İran massasının rəhbərliyinə bu gün dünyada ən təcrübəli xəfiyyələrdən biri və hətta birincisi hesab olunan Maykl D’Andreanın təyin edilməsindən sonra bu qurumun Tehrandakı rejimi devirmək üçün öz fəaliyyətini gücləndirməsini də əlavə edə bilərlər. “Ayətulla Mayk” ləqəbli Maykl D’Andrea Şərqdəki bir çox səs-küylü əməliyyatların, o cümlədən Vaşinqtonun bir nömrəli terrorcu elan etdiyi Üsamə bin-Ladenin məhv edilmə əməliyyatının təşkilatçısı hesab olunur.
Eyni zamanda böyük hadisələrdə yəhudi izi axtarmağa həvəsli olanlar İranda baş verənlərdə də İsrailin xüsusi xidmət orqanı MOSSAD-ın da “izini” tapa bilərlər. Eyni həvəslə xalq etirazlarının arxasında Suriyadan İrana uduzan Səudiyyə Ərəbistanının maliyyəsini də görmək mümkündür. Zatən, İran rəsmiləri də etirazların arxasında ABŞ, İsrail və Səudiyyə Ərəbistanının dayandığını bəyan ediblər. Ancaq ruhani bürokratiyası unudur ki, onların özlərini hakimiyyətə gətirən 1979-cu il inqilabı da mütləqiyyətə qarşı yönəlmişdi. İran vətəndaşları böyük qurbanlar hesabına şah mütləqiyyətinə son qoysalar da, azadlıq əldə etmədiklərinin fərqindədirlər. İslam inqilabından daha çox zaman ötdükcə bu həqiqət aydın görünməyə başlayır. Bu isə əvvəl-axır yeni inqilaba gətirib çıxarmalıdır. Neftin ucuzlaşması və yeni texnologiyaların sürətlə yayılması isə bu aydınlaşmanı daha da sürətləndirir. Bu zaman böyük yanğına səbəb olan qığılcımın haradan və kimdən gəlməsinin heç bir önəmi yoxdur.
İrandakı etirazların çoğrafiyası genişləndikcə hər kəsi bu prosesin hara gedəcəyi maraqlandırır. Qərbdə bir çoxları Tehrandakı rejimin güclü olmasını əsas götürərək inqilabın nəticəsiz başa çatacağını qeyd edirlər. Müşahidəçilərdə bədbinliyi artıran əsas amil ölkədə inqilabı yönəldəcək müxalifət təşkilatının olmamasıdır. Ölkə xaricindəki müxalifət təşkilatlarının isə inqilabi prosesi idarə etmək üçün resursları yoxdur. Bununla belə, İranda proseslərin nə ilə nəticələnəcəyini birmənalı söyləmək mümkün deyil. Proseslərin məntiqi sonluqla nəticələnməsi üçün bir sıra çatışazlıqlar olsa da, İran əhalisinin uzun zaman ərzində inqilabi prosesləri aparmaq təcrübəsi var. Üstəlik, dünya ictimaiyyəti də İran hakimiyyətinə təzyiq edərək, onu, vətəndaşların etiraz etmək hüququna hörmətlə yanaşmağa çağırır. ABŞ-ın kəmağıl prezidenti Donald Tramp isə inqilabçılara ciddi dəstək vəd edir.
İranda başlayan inqilabi proseslərin nə ilə nəticələnəcəyini birmənalı söyləmək mümkün olmasa da, Cənub qonşumuzun siyasi və iqtisadi böhran içərisində olduğu gün kimi aydındır. Etirazların qarşısı alınsa belə, bu, İranın siyasi və iqtisadi problemlərinin həlli demək olmayacaq. Əksinə, bu etirazlar İranda siyasi və iqtisadi böhranı daha da dərinləşdirəcək. Bu isə yeni inqilabi vəziyyət yaradacaq. Beləliklə, əgər bugünki proses rejim dəyişikliyinə səbəb olmasa belə, İrandakı dəyişiklik zərurətini daha da dərinləşdirəcək.
Ancaq indiki etirazlar rejim dəyişikliyinə səbəb olsa, bunun bütün dünyadakı, xüsusilə də Yaxın Şərq və Qafqazdakı siyasi proseslərə ciddi təsir edəcəyini əminliklə söyləmək olar. Çünki İranda əsas şüarlardan biri “Rusiyaya ölüm!”dür. Bu isə mümkün dəyişiklikdən sonra İranın xarici siyasətində ciddi dəyişikliyin baş verəcəyinin anonsu hesab edilə bilər. Ona görə də Rusiyanın hakim dairələri İranda baş verənləri ciddi narahatlıqla izləyirlər. Moskvanın narahatlığı əbəs deyil. Əgər Tehran Moskva ilə əməkdaşlığını kəssə, Rusiya Suriyada ən yaxşı halda bir neçə ay qala bilər və qazandığı bütün mövqeləri itirər. Bu isə Rusiyanın daxilində siyasi böhrana səbəb ola bilər.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?