15:28 / 25-03-2017
Futbolçunun ayağı sınıb
16:43 / 24-03-2017
Bizim Venesiya
Əsas hədəf
Tarix: 14-03-2017 12:59 | Bölmə: Mətanət ƏLİYEVA


Yaradıcı adama stimul lazımdır. Stimul olmayanda daxili boşluq, laqeydlik yaranır və yazıb yaratmaq olmur.

Hazırda ölkəmizdə yazanlar çoxdur. Biri sifariş yerinə yetirir, biri kimdənsə pul qoparmaq üçün şantajla məşğul olur, biri dilənçilik etmək üçün mədhiyyə yazır, biri qonorar almaq üçün səhifə doldurur, biri özünü reklamla məşğuldur, digəri büdcə pullarından yemək üçün yazır və s. Mənə isə yazmaq üçün ən çox haqsızlığa, mənəviyyatsızlığa, yalana nifrət stimul verir. Oxucularımın az olması məni narahat etmir.

Təvəzökarlıqdan uzaq da olsa, bir misal gətirmək istəyirəm. Məsələn, dahi italyan rejissoru Federiko Fellininin filmlərinə Azərbaycanda ən çoxu min adam baxa bilər. Amma türk seriallarına baxanların sayı milyonlarladır. Əlbəttə ki, mən azsaylı tamaşaçını seçib Fellini olmaq istərdim. Felinini başa düşmək üçün, Nəsimi demişkən, kamil insan, mənəviyyat sahibi olmaq lazımdır. Dahi Nizaminin əsərləri də bu ruhda yazılıb. Dahilərin yaratdıqları əsərlər şüurları dəyişib, illər keçdikçə insanların mədəni səviyyəsi yüksəlib, 200 il bundan əvvəl insanların kütləvi şəkildə törətdikləri zorakılıqlar indi, demək olar ki, minimum səviyyəyə enib. Təəssüf ki, hələ də tamahına yiyəlik edə bilməyənlər, gözü doymayanlar var - həm ölkəmizdə, həm də dünyada...

Mən insanları milliyətinə görə qiymətləndirməyin əleyhinəyəm. İnsanı insanlığına görə qiymətləndirmək lazımdır. Təəssüf ki, 5-10 nəfərin etdiyi ləyaqətsiz hərəkət bəzən bütün millətin adına yazılır. Məsələn, Hitler alman xalqına ağır zərbə vurdu. Dünyanın ən zəhmətkeş, ən intizamlı millətlərindən olan almanlar hələ də özlərinə gələ bilməyiblər.

Hitleri ən çox yəhudilərin kütləvi məhvinə görə ittiham edirlər. Yəhudilər bu faciəni əbədiləşdirmək üçün dayanmadan işləyirlər. Hətta bu mövzuda saysız-hesabsız filmlər çəkiblər. Amma yəhudilər heç vaxt demirlər ki, Hitler niyə onlara qarşı belə qəddarlıq edib. Bu faktı açıqlamamaq yəhudiləri bir daha ağır duruma sala bilər.

Hazırda dünyada baş verən bütün dağıntılar, müharibələr, günahsız insanların ölümü yəhudilərin adına yazılır. Homoseksualların, terrorçuların, hər cür əxlaqsızların yəhudilər tərəfindən idarə olunduğu da iddia edilir. Maraqlıdır ki, dünyanın ən zəngin adamlarının əksəriyyəti yəhudilərdir. SSRİ dağılandan sonra onun sərvətlərinin əsasən yəhudilərin əlinə keçməsi göstərir ki, onlar pulu halal yolla qazanmırlar.

Bir dəfə ABŞ səfiri En Dörs məni evinə ziyafətə dəvət edərkən orada gənc qız və oğlan mənə yaxınlaşaraq dost olmaq istədiklərini bildirdilər və yəhudilər haqqında mənə sual verdilər. Təbii, mən fikrimi açıq bildirdim, dedim ki, yəhudilərin öz təqsiri ucbatından növbəti dəfə onlara qarşı kütləvi qırğın törədilə bilər. Mən bunları deyərkən özümün analitik təfəkkürümə, qeyri-adi informasiyalara malik olmağıma əsaslanmırdım. Mən ilahi ədalət qanununa əsaslanırdım. Yüz faiz əminəm ki, insanın etdiyi yaxşı əməl də, pis əməl də mütləq özünə qayıdır. Bu baxımdan vicdanlı yəhudi ziyalıları uzaqgörənlik etməli, yəhudi xalqını növbəti bəladan xilas etməlidirlər.

Əsas fikrimdən çox uzaqlaşdım. Son vaxtlar nədənsə laqeydəm. Haqsızlıqları nə görmək, nə də o haqda yazmaq istəmirəm. Yəqin baharın gəlişilə əlaqədardır.

Novruz bayramı mənim üçün şəkərbura, plov bişirib yemək deyil. Mənim üçün bayram yaz günəşinin altında torpaqda işləmək, gül, ağac əkmək, həyət-bacanı təmizləmək, təbiətin oyanmasına tamaşa etməkdir. Torpaqda işləmək mənə yazmaqdan da böyük xoşbəxtlik bəxş edir.

Laqeydliyimin digər səbəbi də, yəqin Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ilə əlaqədardır. Bu yenilik çoxlarına ümid verir. Mehriban xanımın xalq üçün çox mühüm işlər görəcəyini çoxları gözləyir. Xalq üçün görəcəyi bütün işlərdə ona uğurlar arzulayıram.

Bir kiçik iş də var ki, onun həyata keçməsi məhz Mehriban Əliyevadan asılıdır. Hazırda ən ağır vəziyyət ölkənin Aran zonasındadır. Yayda istidən ilan mələyən bu torpaqlarda susuzluq üzündən nə heyvandarlıq, nə də əkinçiliklə məşğul olmaq mümkün deyil. Əhalinin başqa məşğuliyyəti olmadığından yoxsulluq və işsizlikdən doğan ruh düşkünlüyü əhalini yaşamaqdan bezdirib. Nəhayət ki, məndə olan məlumata əsasən, Hacıqabula Kürdən suvarma kanalı çəkilir. (Digər Aran rayonlarından xəbərim yoxdur) Deyilənlərə görə, Hacıqabul torpaqlarından 35 min hektarı "Gilan holdinq”ə verilib. Bu istiqamətdəki torpaqları sulamaq üçün dövlət 7 milyon manat ayırıb.

Digər istiqamətlərdəki torpaqlar - Ağsuya kimi "Paşa holdinq”ə verilib. (Bu haqda rəsmi məlumat olmadığı üçün əhali arasında gedən söhbətlərə istinad edirəm.) Deyilənə görə, bu torpaqların su problemini "Paşa holdinq” həll edəcək.

Əhalinin ciddi narazılığı yoxdur. Tarixən dəfələrlə torpaqları kəndlilərə paylayıblar, sonradan məlum olub ki, kiçik torpaqları əkib-becərməklə məhsuldarlıq əldə etmək mümkün deyil. Ona görə də torpaqlar yenidən müxtəlif formalarda birləşdirilib. Məntiqlə yanaşsaq, hər adamda idarəçilik, təşkilatçılq qabiliyyəti yoxdur, onlara kiminsə torpağında işləyib əməkhaqqı almaq daha rahatdır.

Məsələ ondadır ki, Hacıqabul rayonunda 10-20 hektar və daha artıq əkin sahəsiolan yerli sakinlər də var. Onlardan biri dəbizim ailədir. İllərlə oturub su gözləmişik ki, təsərrüfatımızı bir tərəfə çıxaraq. Torpaq sahəsi olan yerli sakinlər fikirləşirlər ki, görəsən, o sudan bizə verəcəklər, ya yox? Verməsələr nə edə bilərik?

Əlbəttə ki, heç nə. Yerli əhaliyə su verilməsə, torpaqlar da inhisarçıların əlində olacaq. Qiymətləri onlar diqtə edəcəklər, bahalaşma davam edəcək. Bizim millətin bir bəlası, həm də əsas bəlası odur ki, hərə öz problemini özü, ayrılıqda həll etmək istəyir. Mən deyəndə ki, dövlətin köməyi olmadan hər adam ayrılıqda öz problemini həll edə bilməyəcək, problem dövlət səviyyəsində həll edilməlidir, məni qınayırlar.

Jurnalistlərimiz də eynilə belədir. Hərə bir məqsədlə yazır. Eyni məqsədlə hədəfə vurmaq yoxdur.

Bu ilin isə əvvəlki illərdən gərgin keçəcəyi gözlənilir. Novruz bayramına az qalıb, Aran zonasında bir dəfə də olsun möhkəm yağış yağmayıb. Keçən il bu vaxt yamyaşıl olan çöllər indi bombozdur. Bayrama qədər yağmasa ümidini yağışa bağlayan əhalini aclıq gözləyir. Mal-qara, əkin sahələri susuzluqdan məhv olacaq.

Bəs gələn il bizi nə gözləyir? Yerli əhaliyə su veriləcəkmi?

Sualın cavabı rayon əhalisinin gələcəyini müəyyən edəcək.




193 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər