Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Nazir Emin Əmrullayevə bir neçə sual
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
Anar Əsədlidən 4 şikayətçi var
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
"Neftçi" qələbə qazanıb
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
Tarix: 11-04-2017 15:35 | Bölmə: Dünya / Xəbərlər

G-7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə Rusiya və Suriyaya qarşı sanksiyalar barədə qərar qəbul edilməyib.
"RİA Novosti”nin məlumatına görə, bunu İtaliyanın Lukka şəhərində keçirilən toplantıdan sonra Fransa xarici işlər naziri Jan-Mark Eyro deyib.
Bildirilir ki, Moskvaya qarşı sanksiyaların genişləndirilməsinə dair müzakirələr ümumiyyətlə aparılmayıb.
J.Eyronun sözlərinə görə, G-7 ölkələri Bəşər Əsədə Suriyanın gələcəyində yer olmayacağını düşünür. Onun fikrincə, bu ölkədə münaqişənin tənzimlənməsi istiqamətində atılacaq ilk addım beynəlxalq ictimaiyyət tərəfindən nizamlanan atəşkəs olmalıdır.
Bir müddət əvvəl Böyük Britaniyanın xarici işlər naziri Boris Conson bəyan edib ki, görüşdə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb edəcək. Onun fikrincə, İdlibə edilən kimyəvi hücumdan sonra G-7 Rusiyanı Suriyadan qoşunlarını çıxarmağa və Bəşər Əsədi dəstəkləməyə son qoymağı tələb edən birgə bəyannamə qəbul etməlidir. Conson rəsmi Moskvanın rədd cavabı verəcəyi təqdirdə, Rusiyaya qarşı Ukrayna ilə bağlı sanksiyalara yenilərin əlavə ediləcəyi bildirilib.
Qeyd edək ki, aprelin 4-də Suriyanın İdlib şəhərinə aviazərbələrdən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb. Aprelin 7-ə keçən gecə ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Əsəd ordusunun nəzarətindən olan Şayrat aviabazasına 59 raket buraxılıb. Nəticədə aviabazanın uçuş-enmə zolağı, təyyarələrin dayanacağı və yanacaqdoldurma kompleksləri vurulub, bir neçə təyyarə sıradan çıxıb.(APA)
Bölməyə aid digər xəbərlər
















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək