Gənc tədqiqatçılara qrant veriləcək
Tarix: 01-04-2020 17:40 | Bölmə: İqtisadiyyat / Xəbərlər
Gənc tədqiqatçılara qrant veriləcək

Elmin İnkişafı Fondu gənc tədqiqatçıların iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə də müsabiqələr təşkil edəcək.

Reyting.az
-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan gəncliyi 2017‒2021-ci illərdə” Dövlət Proqramı”nda edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, indiyə qədər yalnız gənc alim və mütəxəssislərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələr təşkil edilirdi.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}