19:14 / 18-10-2025
Prezident İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:01 / 18-10-2025

23:49 / 15-10-2025

11:59 / 15-10-2025

16:37 / 14-10-2025

Niyazinin sehrli çubuğu - Firuz Mustafa yazır
Tarix: 04-05-2020 00:30 | Bölmə: Firuz MUSTAFA

Niyazi lap gənc ikən peşəkar idmanla məşğul olmuş, ştanq qaldırmış, hətta, bu sahədə ölkə çempionu olmuşdu. Sonralar idmandan uzaqlaşsa da, maestro özünü ömrünün sonunadək daim ağır “yük” altında hiss edirdi; o, Azərbaycan musiqisinin yükünü çəkirdi. Sanki onun üzərinə tarixi bir missiya, ağır bir yük qoyulmuşdu və o, musiqimizin şöhrətini dünyaya yaymalı idi. O, bu işin öhdəsindən vicdanla gəldi...
Maestro iki ölkənin səhnəsində eyni adlı iki operanın dirijoru olmuşdu: “Koroğlu” operasının. Türk bəstəkarı Sayğunun “Koroğlu” operası İstanbulda, Hacıbəyovun “Koroğlu”su isə Bakıda Niyazinin dirijorluğu ilə səhnəyə qoyulmuşdur. Bu, bəlkə də təsadüf yox, alın yazısı idi. İki “Koroğlu” bir qılıncla vuruşurdu. Bu “qılınc” həm də Niyazinin əlindəki sehrli dirijor çubuğu idi. Həmin çubuq misrı qılınca dönüb yağıların başına od ələyirdi... Nədənsə bəzən bizim mətbuatda Niyazinin İstanbul səhnəsində səhvən Ü. Hacıbəyovun “Koroğlu” opersına durijorluq etdiyi qeyd edilir. Əslində isə Türkiyədə hazırlanan eyni adlı operanın müəllifi Ahmed Adnan Sayğun (1907-1991) idi. Sayğun Türkiyədə ilk milli opreranın, ümumilikdə beş operanın müəllifi və Niyazinin yaxın dostu idi.
Niyazi fitri istedad sahibi idi. Onun rəsmi fəxri adlarının, çinlərinin sayı-hesabı yoxdu. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı və s. və i.a. Bu mükafatlar sırasında biri də vardı: Ermənistanın xalq artisti. Ona bu fəxri adı ermənilər 1962-ci ildə vermişdir – o vaxt Niyazinin 50 yaşı vardı. Həmin “diqqəti” xatırlamaqda məqsədim var. Məsələ burasındadır ki, bizim qonşular dünyada mövcud olan yaxşı nə varsa hamısına sahib olmaq şakərinə mübtəladırlar, o cümlədən, qiymətli incəsənət nümunələrinə. Ermənilərin bizim bir çox musiqi nümunələrini “özününküləşdirmək” cəhdi də sirr deyil. Bildiyimiz kimi, onlar bizim nəinki xalq mahnılarımıza, hətta, klassik və müasir musiqi nümunələrimizə belə “müəlliflik” iddiası irəli sürürlər. İş o yerə çatıb ki, bu xəstə təfəkkürlü qonşular Üzeyir bəyin “Arşın mal alan” əsərinə də erməni “yarlıkı” vurmaq istəyirlər. Hələ 50-ci illərdə mərhum Rəşid Behbudovun böyük populyarlıq qazandığı dövrdə qonşularım onun “erməni musiqisi platformasının” üzərində ucaldığı barədə şayiələr, sayıqlamalar yayırdılar. Niyaziyə göstərilən “diqqətin” əsasında da belə bir erməni hiyləsi, erməni məkri gizlənmişdi. Və qəribədir ki, sonralar bu hiylə öz “bəhrəsini” verdi.

Niyaziylə Sosialist Əməyi Qəhrəmanı adı verilən ərəfədə məlum oldu ki, böyük sənətkarın ali təhsil diplomu yoxdur. Maraqlı həm də burasıdır ki, Azərbaycan Dövlət Konservatoriyasının o vaxtkı rəhbərliyi Niyaziyə çoxdan layiq olduğu diplomu verməkdən imtina etdilər. Niyazi əsəbləşib Yerevan Konservatoriyasına üz tutmalı oldu. Dünya şöhrətli maestronun məhz Yerevan Konservatoriyasının yetişdirməsi olduğunu sübut edən faktdan gözəl nə ola bilərdi?.. Bu, Niyaziyə diplom verən məktəb üçün böyük şərəf idi. Bu, ermənilər üçün göydəndüşmə bir təsadüfdü. Bu, erməni musiqiçisinin, erməni xalqının imicinin formalaşmasında yeni bir pillə idi... Nə yazıqlar ki, biz çox vaxt öz istedadlarımızın hansısa ada layiq olduqlarını başqaları təsdiq edəndən sonra etiraf edirik...
Haşiyə. Yeri gəlmişkən, bəs nə üçün Niyazinin ali təhsili yox idi? Axı onun atası Zülfüqar bəy, əmisi Üzeyir bəy uzun illər bizim nusiqi mədəniyyətimizin beşiyi başında dayanmış adamlar idi. Versiyalar çoxdur. Amma fakt faktdır. Fakt isə budur ki, Niyazi 1929-1930-cu illərdə Leninqrad musiqi texnikumunda, 1933-1934-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Fikir verdinizsə, hər iki təhsilin natamam olduğu nəzərə çarpır. Burasını da demək lazımdır ki, diplom almaq Niyazi üçün “texniki” bir məsələ idi.
Qeyd. Niyazinin “diplom məsələsi” barədə vaxtilə istedadlı jurnalist D. Quliyevanın ətraflı araşdırması “Mədəniyyət” qəzeyində dərc edildiyinə görə bu məsələ üzərində geniş dayanmaq istəmirəm.
Bəs texnikumla konservatoriyadakı təhsil müddətinin arasında yaranan fasilə nə ilə bağlı idi? Niyazi həmin dövrdə Dağıstan Sovet Sosialist Muxtar Respublikasının təhsil komissarlığının elm, ədəbiyyat və incəsənət sektorunun müdiri olub.
Niyazinin ailə həyatının qurulması, həm birinci və həm ikinci evliliyi də məhz həmin dövrə təsadüf edir. Belə ki, Niyazi əvvəlcə məşhur kumık aktrisası, SSRİ xalq artisti Bariyat Muradova ilə evlənmiş, bir müddət sonra hansı səbəbdənsə bu ailə ocağı dağılmışdır.
Böyük bəstəkar ikinci həyat yoldaşı Həcər xanımla da Makaçqalada tanış olmuşdur. Əslən Cənubi Azərbaycandan olan Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. O vaxt Həcər xanım tələbə idi. Gənclər elə ilk tanışlıqdan bir-birlərinə vurulurlar. Lakin nə qızın, nə də oğlanın ailəsi bu izdivaca razılıq vermirlər. Belə olan təqdirdə cavanlar gizlicə evlənir, bir müddət Ağdaşda Niyazinin qohumlarından birinin evində yaşayırlar...
Mən Niyazinin özünü həyatda görməmişdən əvvəl onu ayrı cür təsəvvür edirdim. Şəkillərdə, ekranda o, olduqca nəhəng, əzəmətli, qədd-qamətli, ucaboy görünürdü. Amma sən demə, Niyazi bəstəboy, arıq, zəif vücudlu bir adammış. Böybuxunu haqda ilkin təsəvvürlər dəyişsə də hər kəs etiraf edə bilər ki, Niyazi doğrudan da əzəmətli bir insandır. O, dirijor pultu arxasında uçuşa hazırlaşan dağ qartalına bənzəyirdi...
Xatırmdadır, Sovet hökumətinin hökmlü vaxtı, 80-lərin əvvəllərində Qazax rayonuna sosioloji tədqiqat aparmağa getmişdik. Bu işin təşəbbüsçüsü Moskvadakı sosioliji araşdırmalar institutu və Mərkəzi Komitə idi. “Mərkəzdən” gələn qrupa Moskvadan gələn gənc bir “Elm məmuru” başçılıq edirdi. Bizim kiçik qrupun rəhbərliyi isə mənə həvalə olunmuşdu. Qazaxda bizi rayon partiya komitəsinin başçısı qəbul etdi. Niyazini də orada gördük. Deyəsən, konsert verməyə getmişdilər. O vaxt dəbdə olan “məhsul bayramı” ərəfəsi idi. (Səhv etmirəmsə, o vaxt Niyazi Filarmoniyanın direktoru idi). Axşam bizi “qonaq evində” yerləşdirməyə gətirdilər. Sən demə, artıq bizdən əvvəl Niyazi və dostları da həmin “evdə” məskunlaşıbmış. Yeni “qonaqların”, yəni bizim gəlişimizlə bağlı onun özünün və rəhbərlik etdiyi orkestrin üzvlərinin yeri dəyişdirilməli olmuşdu. Bütün bunlar Kremlə, Moskvaya yarınmaq üçün bir vəsilə idi. Doğrusu, bu qeyri-etik hərəkətə görə mən bizi müşayət edən raykom nümayəndəsinə iradımı, etirazımı bildirdim. Müşayətçimiz bildirdi ki, burada onluq bir iş yoxdur, bu, MK-dan gələn tapşırıqdır. Niyazi “yuxarıdan” – Moskvadan gələn qonaqları görüb hiddətləndi, əsəbləşdi. Maestro Moskvanı, MK-nı, bir sözlə “yuxarıları və aşağıları” Azərbaycan və rus dillərində bütün “çeşidli” sözlərlə söyüb bir-birinə qatdı. Rusların matı-qutu qurumuşdu: görəsən bu cəsarət sahibi kim idi? Biz “mərkəzdən gələnlərə” Niyazinin kim olduğunu izah edəndən sonra onlar “ittihamlara” sakitcə qulaq asmağa başladılar. Söhbətin dalğası geniş yayıldı. Raykomun nümayəndəsi tez-tələsik özünü “hadisə yerinə” çatdırıb maestronu sakitləşdirdi. Niyazi çıxıb getdi...
Niyazinin istedadi bir çox dahi bəstəkaları riqqətə gətirmişdi. Onun ifaçılıq sənətini Şostokoviç, Sekki, Tarcan, Rudolf, Ryazanov yüksək qiymətləndirirdilər.
Maestro bu gün yoxdur. Lakin onun musiqisi, onun sənəti, onun obrazı milyonların ürəyində yaşayır. Onun sehrli çubuğundan süzülən melodiyalar ürəklərə axır...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır