18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İran Məsləhət Şurasının üzvü koronavirusdan ölüb
Tarix: 02-03-2020 13:30 | Bölmə: Dünya / Xəbərlər
İran Məsləhət Şurasının üzvü koronavirusdan ölüb

İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.

IRNA xəbər verir ki, 72 yaşlı siyasətçi ötən gün Tehranda müalicə aldığı Məsih Daneşvari xəstəxanasında dünyasını dəyişib.

M.Mirməhəmmədi İran parlamentinin altıncı və yeddinci çağırışlarında Qum şəhərinin deputatı olub, 2018-ci ildə isə İran Məsləhət Şurasının üzvü təyin edilib.

Qeyd edək ki, bundan əvvəl İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi da koronavirusdan ölüb.

Xatırladaq ki, İranda rəsmi məlumata görə koronavirusdan ölənlərin sayı 54 nəfərə çatıb. İnfeksiya daşıyıcılarının sayı isə 987 nəfərdir.

Ölkənin səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və 5 deputat, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də koronavirusa yoluxub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər