21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
İran eskizləri - Firuz Mustafa yazır
Tarix: 23-04-2020 20:11 | Bölmə: Firuz MUSTAFA

Xəyyamın vətənində. Gənclər nə barədə söhbət edirdi?
Tehrandan Məşhədə gedən qatar Nişapur şəhərindəki dəmiryol vağzalına yan alıb dayandı. Axşam çoxdan düşmüşdü. Kupenin pəncərələrini açdıq. Öyrəndim ki, hələ təxminən yarım saat burada olacağıq. Əlbəttə, otuz-qırx dəqiqəlik qısa bir vaxt səfərə çıxan adamın vağzalda var-gəl etməsi, ötəri tələbatlarını ödəməsi üçün kifayət edə bilərdi. Amma mən kupeni tərk etmədim. Getməyə bir yer də yox idi. Daha doğrusu, baş çəkmək istədiyim bir yer vardı, amma oraya getmək üçün nəinki yarım saat, hətta bir saat belə, kifayət etməzdi. Məsələ burasındadır ki, Şərqin böyük alimi və şairi Ömər Xəyyamın məzarı məhz bu şəhərdə, İranın Nişapur şəhərində idi və mənim də ürəyimdən keçirdi ki, dahi sənətkarın məqbərəsinə baş çəkim. Amma, dediyim kimi, vaxt məhdud idi.
Kondinsioner işləsə də vaqonun pəncərəsini endirdik. Avqustun qorabişirən istisində sərin kupeyə təpilirdi. Amma pəncərəni qapamaq fikrimiz yox idi; hər necə olsa da süni soyuq havadansa təbii isti daha xoş idi. Bir də ki, bu yerlərdən sanki Xəyyam şeirinin xoş ətri gəlirdi...
Nə isə...
Cavan bir oğlan bizim kupenin pəncərəsinə dirsəklənib mobil telefonla farsca nə barədəsə danışmağa başladı. Sonra oğlan aralandı. Çox keçməmiş kupemizin pəncərəsinə gənc bir qız yaxınlaşdı, o da oğlansayaq çərçivəyə dirsəkləndi və kiminləsə nə barədəsə danişmağa başladı. Təbii ki, söhbət yenə fars dilində gedirdi. Bu “yerdəyişmə” bir neçə dəfə təkrar olundu. Hiss olunurdu ki, bu gənc oğlanla qız bizim kupenin pəncərəsinin açıq olduğunu ya bilmir, ya da buna çox əhəmiyyət vermirdilər.
Oğlanla qız bir müddət sonar boz qaranlıqda “əridilər”. Hərəsi bir səmtə üz tutdu. Və bu vaxt səfər dostlarım Həmid ilə Rza astadan, bığaltı gülməyə başladılar. Sonra bu xəfif gülüşü pıqqıltı əvəz etdi.
Həmid məndən soruşdu:
- Ağa, bilirsiz, bu qızla öğlan nə barədə danışırlar?
- Yox, - deyə, cavab verdim.
Rza gülüb dedi:
- Bayaqdan fikir verirsinizsə, bu qızla oğlan bir-biri ilə söhbət edir...
Mən dedim ki, qızın və oğlanın ayrı-ayrılıqda telefonla danışdıqlarını gördüm; amma söhbətin nədən getdiyini anlaya bilmədim.
Həmid söhbətə aydınlıq gətirdi:
- Danışıqlarından belə anlamaq olur ki, bu qızla oğlan bir-birini sevir. Amma onlar üzbəüz dayanıb söhbət etməyə cürət etmirlər. Bizdə rəsmi ər-arvad olmayan şəxslərin bir-biri ilə əl-ələ tutması, hətta üzbəüz söhbət etməsi yasaqdır. Ona görə də sevgiyə dair “gizli” söhbət telefonla gedir. Onlar hələlik yalnız telefonla bir-birinə sevgi ismarışları göndərə bilirlər...
Rza bunu da əlavə etməyi unutmadı:
- Əgər polislər bilsələr ki, bunlar gecənin bu vaxtı bu vağzalda bir-birinə sevgilərini izhar edir, özləri də Xəyyamdan sevgi şeiri deyirlər, bu işin sonu yaxşı olmaz.
Biz gülüşdük.
Qatar dərindən nəfəs aldı.
Mən həmin anlarda Xəyyamın bir rübaisini xatırladım:
Ey şəhər müftisi, səndən pərgarıq,
Bunca sərxoşluqla səndən huşyarıq.
Biz şərab içirik sən xalq qanını,
İnsaf et, hansımız daha qəddarıq?
...Bir azdan qatar yerindən tərpəndi. Nişapurun işıqları uzaqdan sayrışırdı.
Zəncan şəhərində və ya çılğın bir eşq etirafı
Zəncan şəhərində məni vətənpərvər, doğma türkcəmizdə yazıb-yaradan şairə xanım qarşıladı.
Zəncan çox qədim şəhərdir. Bu qədimlik hər addımda hiss olunur. Təəssüf ki, bu qədim şəhərdə cəmi bir gün qaldım. Çünki dostların dəvəti ilə Tehrana getməli idim.
Köhnə Zəncanda ən yaddaqalan iki yer var desəm, yəqin ki, yanılmaram. Bunlardan biri onbeş haktarlıq yeri zəbt etmiş nəhəng bazar, digəri isə muzey kimi fəaliyyət göstərən “Rahtşuyan” adlı yerdir ki, bunun da mənası “paltar yuyulan ərazi” deməkdir. Vaxtilə qadınlar burada - su ilə təchiz edilmiş yerdə paltar yuyurmuşlar. Muzeyin içərisində bir neçə səhəng, cürdək və qadın fiqurları -heykəlləri də var.
Amma mənim söhbətim bu sadaladıqlarımın heç biri haqda deyil.
Təbrizdən fərqli olaraq Zəncanda ucuz hotel tapmaq çətin idi. Burada bir gecə qalmaq haradasa ən yaxşı halda iyirmibeş-otuz manata başa gəlirdi. Təbrizdə isə bu qiymətlər beş manatdan başlayır.
Şairə xanım yoluna rəvan oldu. Mən axtarıb-arayıb nisbətən ucuz hotel tapdım. Bu, nisbətən yüksəklikdə yerləşən, altı-yeddi mərtəbəli, müasir, zövqlə tikilmiş bir bina idi. Yeri gəlmişkən, aradan illər keçəndən sonra indi birdən xatırladım ki, hotellə üzbəüz köhnə binanın az qala quzulayıb tökülən divarına bir barelyef vurulmuşdu. Səhv etmirəmsə (yox, indi onu da xatırladım ki, səhv etmirəm) bu barelyef Şihabəddin Yəhya Suhrəvərdiyə məxsus idi və həmin küçə də böyük filosofun, işraqilik təliminin banisinin adını daşıyırdı. Bu, o zəka sahibidir ki, müasirləri onu "Şihab əl-millə və-l-haqq və-d-din", yəni millətin, haqqın və dinin axan ulduzu adlandırıblar.
Hotelə daxil oldum. Foyedə görümlü yerdən asılmış zərli çərçivədəki bir kişi portreti diqqət çəkirdi. Az sonra məlum olacaqdı ki, həmin şəkildən boylanan yaraşıqlı, qəhvəyi bığlı, zövqlə avropasayağı kostyum geymiş və qalstuk bağlamış həmin kişi vaxtilə bu hoteli tikdirib, bir neçə il öncə rəhmətə gedib və indi buranın sahibi onun ailə üzvləridir.
Məni haradasa otuz yaşlarında cavan bir oğlan qarşıladı. Azərbaycan dilində ala-yarımçıq cümlələrlə danışa bilirdi. Bir az gözləməyimi tövsiyə etdi, bildirdi ki, indi bu işlərə baxan adam gələcək. Mənim haradan gəldiyimi biləndən sonra nəsə qaş-qabağını tökdü, hətta, təəssüf ifadə edəcək bir tərzdə başını yellətdi. Söhbət əsnasında onun incikliyinin səbəbi ilə maraqlandım. O, əvvəlcə bir söz deməsə də sonra aramızda belə bir dialoq oldu:
- Ağa, Bakı mənim baba vətənimdir...
- Bakı, yoxsa Azərbaycan?
- Burada da Azərbaycan var, ona görə biz oraya Bakı deyirik. Hə, onu deyirəm, bir dəfə bir dostumla Bakıya getmək qərarına gəldik. Televizorda baxırıq, çox gözəl şəhərdir. Amma sizin gömrükdə bizi o qədər “yoxlamaya” tutdular ki, axırda bezib elə sərhəddən geri qayıtdıq... İndi hər il Yerevana gedirik. Orada bizə dəyib-dolaşan yoxdur.
Təbii ki, mən bunun bir təsadüf olduğunu bildirdim. Qonaqpərvərliyimizi vurğuladım.
Bu əsnada gözlədiyimiz adam, yəni oğlanın anası gəldi. Bu işvə-nazlı, yar-yaraşıqlı, şıq geyimli, başına açıq-yüngül çarşab atmış bir xanımdı. Onun iri-qara gözlərindən həyat eşqi çağlayırdı. Şirəli üzüm giləsini xatırladan qalın dodaqlarına yüngül boya çəkilmişdi. Təxminən əlli yaşı ola biləcək bu xanım sən demə elə şəkli divardan asılmış mərhumun dul arvadı, mənimlə söhbət edən gəncin anası imiş.
Oğlan bizimlə xudahafizləşib getdi. Qadın kiməsə göstəriş verdi ki, mənimçün boş və münasib qiymətə bir oda tapsınlar.
Bu naz-qəmzəli xanım əslən elə Bakıdan imiş. Onun ulu babası inqilabdan əvvəl İrana təşrif gətirmiş və daimi məskunlaşmışdır. Qadın çay sifariş verdi. O, arada üzünü, bəyaz boyun-boğazını əlindəki zərif yelpiklə havalandıraraq mənə oradan-buradan suallar verirdi.
- Sən də Bakıda yaşayırsan? Hə? Bakı gözəl şəhərdir.
- Bəli, gözəldir. Yəqin ki, televizorda görmüsüz?
O, şaqqanaq çəkib güldü:
- Nə televizor, canım? Biz üç-dörd il əvvəl Bakıda olmuşuq.
- Həyat yoldaşınızla?
O, bir qədər tutulub dedi:
- Yox, ərim çoxdan ölüb...- Səsini bir az da yavaşıdıb əlavə etdi: - Mən oraya öz sevgilimlə getmişdim. Siz də sevgilimi deyirsiz?
- Yəni məşuqunuzla?
Xanımın rəngi açıldı:
- Ay sağ ol.
Foyedə təkcə ikimiz idik. Eşikdə avqust istisi tüğyan etsə də, içəridə xoş bir sərinlik hökm sürürdü. Arada tutqun çadralı bir qadın bizə çay gətirirdi. Belə anlarda Bakıya səfəri barədə danışan hotel sahibəsi söhbəti ya başqa istiqamətə yönəldir, ya da susurdu.
- Hə, mən Bakıya öz məşuğumla getmişdim. O, məndən çox cavandır. Əsl pəhləvandır. Boy-buxunlu, enli çiyinli, uzun qollu... Söz vermişdi ki, daim bir yerdə olacağıq. Bütün Avropanı gəzmişdik onunla... Bütün xərcləri də mən çəkirdim. Burnundan gəlsin... Onun bircə vəzifəsi vardı - məni sevmək. Ondan ayrı bir şey ummurdum... Qızım Almaniyada Universitetdə oxuyur, indi tətilə gəlib, indi gəlib məni evə aparacaq. Ürəyimdən keçir ki, o da bir türklə ailə qursun... Hə, onu deyirəm, ağa, o alçaqla getmişdim Bakıya. Bilirsən harada qalırdıq? Ortasında böyük hovuz olan bağa yaxın yerdə. Şəhərin ən yaxşı¸ ən bahalı bir ərazisində. Yaxınlıqda bir kilsə də vardı...
- Yəqin ki, Fəvvarələr bağının yaxınlığı olub...
- Doğrudur. Dəniz də yaxınlıqda idi. Bir az aralıda bir Nizaminin və bir şairə xanımın heykəli, kitab dükanı...
- Doğrudur. O şairə də Natəvan xanımdır...
- Orada cəmi bir xanımın adı yadımda qalıb... İndi də tez-tez onun mahnılarına qulaq asıram. Özü də oxuyur ey: “Yandım, elə yandım”... Zeynəb...
- Zeynəb Xanlarova.
- Ay sağ ol. Bax o sanki mənim dilimdən deyir: “Yandım, elə yandım”... Bəli, mənim sinəmə dağ çəkdi o pədər süxtə...
- İt oğlu...
Gülüşdük.
- Ağa, deyəsən bir az farsi bilirsən.
- Yox... Deməzdim.
- Hə, bax o it oğlu ilə belə günlər yaşadıq. Sonrası nə olsa yaxşıdır? Deyim sonrasını?
- Özünüz bilən məsləhətdir.
- O, gedib özündən çox-çox cavan, həm də zəngin bir qızla evləndi. Mənə dağ çəkdi. İndi mən də fürsət gəzirəm onun bağrına dağ çəkməyə...
Bayaqdan deyib-gülən bu şad, nikbin xanımın səsi birdən-birə titrədi. İri-qara gözlərində sanki qəzəbli pələnglər oynadı. O, doluxsunmuş halda soruşdu:
- Ağa, sən nə işin sahibisən?
- Yazı-pozu adamıyam...
- Kitab yazansan?
- Bəli, təxminən elə bir iş...
Xanım gözlərinin yaşını silərək dedi:
- Artıq sənin otağın hazırdır. Get dincəl. Sabah sənə bu mübtəla olduğum bu acı eşqin mənim başıma açdığı oyunlardan yenə danışaram, istəyin olsa onları bir kitaba yazarsan...
Mən sübh tezdən Tehrana yola düşdüm...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək