21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Rəsul Həmzətovdan götürmədiyim müsahibə - Firuz Mustafa yazır
Tarix: 09-06-2020 11:10 | Bölmə: Firuz MUSTAFA

Yəqin ki, Sovet dönəminin ən məşhur simaları kosmonovtlar idi. Şübhəsiz ki, həmin pleyadada birinci yerin sahibi Yuri Qaqarin idi. Bu, bəlkə həm də onunla əlaqədar idi ki, kosmonavtların sorağı çox yüksəkdən, göylərdən gəlirdi.
Söz yox ki, söz adamları da haqqında söhbət gedən həmin dövrün məşhurları sırasında idi. Bu sırada ön yerlərdən birini şair Rəsul Həmzətov tuturdu desək, səhv etmərik. Bu, bəlkə onunla bağlı idi ki, şairlərin də sorağı yüksəkdən gəlirdi. Düzdür, onlar kosmonavtlar kimi göyə uça bilmirdilər. Amma yazı-pozuları ilə göylə əlləşirdilər.
Mən Rəsul Həmzətovu Bakıda bir neçə dəfə görmüşdüm. Təbii ki, onunla heç bir salam-kəlamım yox idi. Amma iş elə gətirdi ki, məşhur şairlə Moskvada tanış oldum.
Xatırlayıram, yağışlı payız günlərindən biri idi. O vaxtkı nüfuzlu qəzetlərin birində çalışan köhnə jurnalist dostumla keçmiş “Kommunist” (indiki “Azərbaycan”) nəşriyyatında rastlaşdıq. Hal-əhval tutandan sonra bir-iki günə Moskvaya elmi ezamiyyətə gedəcəyimi bildirdim. Dostum sevincək dedi ki, nə yaxşı oldu, səndən bir xahişim var. O vaxtlar yaxın-uzaq şəhərlərə gedən adamdan adətən qıt məişət şeyləri almağı xahiş edirdilər. Düşündüm ki, dostumun da belə bir istəyi olacaq. Amma onun xahişi elə öz iş-gücünə, qəzetçiliyə uyğun imiş:
- Səndən bir yazı xahişim var. Rəsul Həmzətovdan müsahibə götürərsən. Məncə çətin olmaz. Onun Azərbaycan xalqı və ədəbiyyatı ilə bağlı təəssüratını öyrənərsən. Bilirsən ki, burada çoxlu dostları var. Öyrən gör bizim ədəbiyyat barədə nə deyir. Bu, elə-belə qəfil ağla gələn, ekspromt təklif deyil ha. Redaksiyamızın planında çoxdan belə bir yazının hazırlanması nəzərdə tutulmuşdu. Sənin Moskva səfərin lap yerinə düşdü. Həmzətovun Moskvadakı ünvanını da öyrənib deyərəm sənə. Mütləq onunla görüşərsən.
Mən qısaca “çalışaram” dedim. Çünki o zamanlar məşhur şairin sorağı gündə bir ölkədən gəlirdi. Onu tapmaq asan olmaya bilərdi.
Moskvanın havası çən-çisəkli idi. Az qala hər gün yağış yağırdı. “Perestroyka” dövrü idi. Mərkəzi qəzetlər sovet hökumətini yıxıb-sürüyür, tarixçilər nadir faktlar üzə çıxarırdılar. Yazıçıların onillər uzunu “sandıqda” yatıb qalmış əsərləri işıq üzü görürdü. 30-cu illər faciəsinin, 60-cı illər “yumşalmasının” mahiyyəti barədə palaz-palaz yazılar dərc olunurdu. Bir sözlə, maraqlı dövr idi.
Keçmişin faciələri haqda ara-sıra yazanlardan biri də Rəsul Həmzətov idi. Əslində məşhur şairin yaşadığı zəmanədən və dövrdən şikayət etməyə elə də haqqı yox idi. SSRİ Ali Sovetinin deputatı, Lenin və Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstanın xalq şairi... Titulları, fəxri adları saysız-hesabsız idi. Orden-medallarının hamısını sinəsinə düzsəydi yəqin ki, yaxasında yer qalmazdı.
Xatırlayıram, əvvəlcə şairin telefon nömrəsini öyrəndim, danışdıq. Görüşmək üçün vaxt təyin etdik. Dünya şöhrətli şairin yaşadığı mənzili tapmaq elə də çətin olmadı. Maksim Qorki küçəsində (indiki Tverskoy Bulvarda), Mayakovskinin heykəlinin yaxınlığında əzəmətli “stalinkada” yaşayırdı. Çox qəribədir ki, Rəsul Həmzətovla elə qapının ağzında qarşılaşdıq. Özümü təqdim etdim. Ayaqüstü hal-əhval tutub dedi:
- İçəri keç. Patimat evdədir. Bir çay iç, mən də indi gəlirəm.
Patimat Həmzətova məni nəzakətlə, xoş üzlə qarşıladı. Evdə arıq, sarışın, alagöz bir gənc xanım da vardı. Bu, Həmzətovların qızı imiş. Səhv etmirəmsə, bu qız elə anasının adını daşıyırdı, yəni onun da adı Patimat idi. Ortaya çay gəldi. Patimat xanım Bakıdakı dost-tanışlarını soruşdu. Təbii ki, onunla ərinin ümumi dostları əsasən ədəbiyyat, sənət adamları idi. Nəbi Xəzri ilə Rəsul Həmzətovun dostluğundan danışdı.
Bir xeyli gözlədik. Şair gəlib çıxmadı. Evin xanımı xəfifcə gülümsəyib:
- Olsun ki, mühüm işi çıxıb. Yoxsa vaxtında gələrdi, Rəsul dəqiqliyi xoşlayır,- dedi.
Mən xudahafizləşib çıxdım.
Bir neçə gündən sonra vaxt tapıb yenidən məlum nömrəyə zəng vurdum. Dəstəyi şairin arvadı götürdü. Mən özümü təqdim etmək istəyəndə dəstəyin o başında Rəsul Həmzətovun gur səsini eşitdim:
- Gəl, Firuz, elə indi gəl.
Mən “Nauka” hotelində qalırdım. Metroya minib şairin evinə tələsdim. Qəribədir, bu dəfə də Rəsul Həmzətovla ümumi giriş (blok) qapısının ağzında üz-üzə gəldik. Onun yanında ortayaşlı bir adam vardı. Mən hər ehtimala qarşı kimliyimi nişan verdim. Rəsul Həmzətov əlimi möhkəmcə sıxıb:
- Əlbəttə, tanıdım. Bağışla, ötən dəfə iş çıxdı, gec gəldim evə. Mən gələndə sən çıxıb getmişdin.
Sonra məni yanındakı adama təqdim etdi: - Bu cavan oğlan mənim dostumdur. Bakıdan gəlib. Məndən müsahibə götürmək istəyir.
Yanındakı adamı da mənə təqdim etdi; bu, şairin tərcüməçisi idi.
Blokun qapısı ilə üzbəüz binanın böyründə iri, açıq bir qapı da vardı. Nədənsə mənə elə gəldi ki, bura hansısa idarənin təmir sexi, ya da ərzaq dükanının anbarıdır. Çünki açıq qapıdan baxanda içərinin tör-töküntülü olduğu nəzərə çarpırdı. Həmin qapıdan bir cavan adam çıxdı; onun əlində iri bağlama vardı. Belə məlum oldu ki, bu gələn adam heykəltaraşdır. Qoltuğundakı bağlama isə Rəsul Həmzətovun büstünün foto-reproduksiyası imiş.
Şair gülə-gülə heykəltaraşa dedi:
- Bura bax, öz əsərini bizə elə buradaca göstər. Qoy görüm mənim iradımı bunlar necə qəbul edir.
İnsafən, şəkildən hiss olunurdu ki, heykəl peşəkar sənətkar əlindən çıxıb.
Tərcüməçi ilə mən əsər haqqında bir-iki xoş söz dedik.
Rəsul Həmzətov dörd barmağını bir yerdə cütləyib əvvəlcə öz alnına, sonra isə şəkildəki heykəlin “alnına” qoyub emosional halda dedi:
- Siz nə deyirsiz? Dodaq, burun, qulaq haqqında bir söz deyə bilmərəm. Amma bu, mənim alnım deyil axı. Bir ölçülərə fikir verin, mənim alnım hara, bunun alnı hara? Alın ensiz alınıb məncə...
Heykəltaraş şairin qoluna girib nəzakətlə dedi:
- Rəsul Həzətoviç, bu, heykəlin özü deyil axı, kənardan çəkilmiş şəkildir. Gərək öz “orijinalınıza” baxasız. Orada hər şey qaydasındadır.
Şair başını bulayıb dedi:
- Mən elə öz “orijinalımı” da görmüşəm. Orada da elə bu cürdür, alın ensizdir.
Heykəltaraş israr etdi:
- Onda gedək bir də baxaq.
Rəsul Həmzətov gülümsədi:
- Görmürsən, mənim qonağım var? Səninlə çıxıb getsəm Firuz mənə nə deyər?
Heykətaraş qonaqpərvər adam imiş:
- Qoy dostlarınızın hər ikisi bizimlə getsin. Emalatxanada bu görüşü qeyd etmək imkanım da var.
Rəsul Həmzətov gülüb dedi:
- Yox, “qeyd etmək” uzun çəkər. Hələlik vaxt azdır. - Üzünü mənə sarı tutub dedi: - Gəl belə edək. Sən qalx evə. Allaha şükür, mənzili tanıyırsan. Patimatla qızım evdədir. Bir çay iç, mən tez qayıdıb gələcəm.
Mən dinməz-söyləməz mənzilə qalxdım.
Evin xanımı və onların qızı məni köhnə tanış kimi qarşıladılar.

Şairi gözləyə-gözləyə ordan-burdan söhbət etməyə başladıq. Öyrəndim ki, Patimat Həmzətova müzey direktorudur. Bu ailənin qızları Zarima, Salihət və Patimat da incəsənət sahəsində çalışırlar. Rəsulun iki qardaşı müharibədə həlak olmuşdu. Mən şairin şeirlərinə bəstələnən mahnıların bizim müğənnilər - Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu tərəfindən gözəl və təsirli ifa olunduğunu xatırlatdım. Patimat ərinin Azərbaycanı xüsusi bir məhəbbətlə sevdiyini bildirdi.
Mən Rəsul Həmzətovun həyatı, yaradıcılığı ilə bağlı müəyyən suallar verir, ətraflı cavablar alırdım. Bütün bunları hər ehtimala qarşı edirdim: birdən şair yenə gec gələr, mənsə əliboş çıxıb getmək istəmirdim.
Elə düşündüyüm kimi də oldu. Hava qaralırdı. Rəsul Həmzətovdansa hələlik bir xəbər-ətər yoxdu. Şairin arvadı və qızı ilə xudahafizləşib küçəyə çıxdım. Mayakovskinin yaxınlıqdakı heykəli işıq və yağış selində yuyunurdu.
Mən bundan sonra bir neçə dəfə şairin evinə zəng vurdum. Telefonu arvadı qaldırır və şairin evdə olmadığını deyirdi.
Mən artıq hoteli tərk edib kirayədə qalırdım. Telefon nömrəmi bərayi-ehtiyat Patimat xanıma vermişdim.
Həmin payız günlərindən birində evində qaldığım rus qadını məni telefona çağırdı:
- Bura baxın, sizi Rəsul Həmzətov telefona çağırır. Bu, həmin Rəsul Həmzətovdur?
Mən suala atüstü cavab verib çəld dəstəyi qapdim.
Rəsul Həmzətov görüşə bilmədiyimizə təəssüf etdiyini bildirdi. Mən ona bildirdim ki, onsuz da sizin barənizdə Patimat xanımdan kifayət qədər məlumat almışam. Nəinki müsahibə, hətta çox geniş bir məqalə yaza bilərəm.
O, məni yenə evinə qonaq dəvət etdi. Mən işimin çox olduğunu bəhanə gətirdim. Hiss edirdim ki, bu məşhur və qonaqpərvər insanın vaxtı məhduddur.
Şair Bakıdakı dostlarına, xüsusən Nəbi Xəzri və Bəxtiyar Vahabzadəyə salamlarını yetirməyi xahiş etdi.
Xatırlayıram, bu söhbətdən sonra kirayədə qaldığım evin sahibəsi məndən soruşdu:
- Həmzətovu necə tanıyırsan?
Təbii ki, şairi təriflədim.
Qadın bir xeyli susub başını yellədi:
- Mən onu tanıyıram. Arvadbazdır.
Hər ikimiz güldük.
Mən qeydlərimi sahmana salıb bir məqalə yazmağa başladım.
Amma elə bu ərəfədə aləm bir-birinə qarışdı. Sovetlər birliyinin “dostluq sütunu və qardaşlıq bünövrəsi” sikələnməyə başladı. Millətlərarası münaqişələr qızışıb alovlandı. Rəsul Həmzətovun Kremldə erməni separatçılarına ehtiyatla olsa belə bəraət verən fikirləri ölkəmizdə narazılıqla qarşılandı. Oxucularının böyük bir qismi məhz bu məşhur çıxışına görə onun kitablarından imtina etdilər, ünvanına etiraz dolu teleqramlar göndərdilər. Onun öz həmvətənləri haqda dediyi bir fikir də “özününkülər” tərəfindən birmənalı qarşılanmadı: “Dağıstan Rusiyaya könüllü girməyib ki, oradan da könüllü çıxsın”.
Mən Rəsul Həmzətovu sonuncu dəfə Bakıda Səməd Vurğunun doxsan illiyində gördüm. Rəyasət heyətində idi. Ətrafa göz gəzdirdim. Nəbi Xəzri və Bəxtiyar Vahabzadə məndən bir az irəlidə əyləşmişdilər. Sonralar eşidib bildim ki, onlar öz keçmiş dostları ilə bir stolun arxasında əyləşməkdən imtina ediblər.
Bax, bu da mənim məşhur şairdən götürə bilmədiyim bir müsahibənin tarixi.
Tarixi bəzən yazılmamış kitablardan da oxuyub öyrənmək olur.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək