00:01 / 23-10-2025
Qurban Qurbanov: "Futbolçularımız üçün bu, asan deyildi"
22:40 / 22-10-2025
"Qarabağ" uduzub, "Qalatasaray" qalib gəlib
22:14 / 22-10-2025
Məşhur vəkilin evi qarət olunub (Yenilənib)
20:31 / 22-10-2025
Əli İnsanov: "Burnunu tutsan, canı çıxar, həbsxanada dözməz"
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
19:23 / 22-10-2025
İsveç Ukraynaya 120 ədəd döyüş təyyarəsi satmaq istəyir
18:05 / 22-10-2025
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
12:00 / 21-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

13:12 / 21-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

19:39 / 22-10-2025

08:12 / 19-10-2025

Sabiq nazir: “Müharibə hər dəqiqə başlaya bilər” - Müsahibə
Tarix: 03-04-2019 09:02 | Bölmə: Müsahibə

Tofiq Zülfüqarov deyir ki, həmsədrlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşkil elədiyi görüş imitasiyasıdır
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan və Ermənistanın dövlət və hökumət başçılarınıın Vyana görüşünü şərh edib.
Reyting.az T. Zülfüqarovun "Amerikanın Səsi"nə müsahibəsini təqdim edir:
- ATƏT-in Minsk qrupu həmsədrlərinin, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatında iki ölkə rəhbərinin Vyana görüşü "müsbət və konstruktiv” adlandırılıb. Sizcə danlışıqlarda müsbət və konstruktiv məqamlar nədir?
- Gəlin açıq danışaq ki, burada ən azı vəziyyət ondan ibarətdir ki, hansısa mənfi hadisələr baş verməyib. Mənfi deyəndə ki, o, Paşinyan istədiyi kimi, yəni danışıqlar pozulmayıb, format dəyişməyib və s. Azərbaycan ictimaiyyəti çox yaşı başa düşür ki, bu danışıqlar vasitəsilə torpaqları azad etmək mümkün deyil. Amma müxtəlif sahələrdə olduğu kimi, biz Ermənistanla rəqabət aparırıq. Yəni diplomatik sahələrdə də onlarla müharibə davam edir. Təbii, insanlar tam doğru olaraq deyirlər ki, bəs niyə görə vəziyyət dəyişmir? Vəziyyətin dəyişməməsinin səbəbi Ermənistanın mövqeyidir. Mövqe ondan ibarətdir ki, onlar torpaqları azad eləmək istəmirlər. Nəinki Dağlıq Qarabağı, onun ətrafında olan və orada heç vaxt ermənilərin yaşamadığı yerləri də azad eləmək niyyətində deyillər. Bunu açıq bəyan ediblər. Bu şəraitdə danışıqların olması və fayda gətirməsi mümkün deyil.
- Birgə bəyanatda deyilir ki, İlham Əliyev və Nikol Paşinyan münaqişənin sülh yolu ilə həllinin tapılması üzrə danışıqlar prosesində "konkret və tutarlı addımların atılması”nın vacibliyini vurğulayıb. Bu addımlar nə ola bilər?
- Hər tərəf bu tutarlı addımları öz maraqlarına uyğun kimi görür və fikirləşir. Problem ondan ibarətdir ki, bu tutarlı addımlar təbii ki, Azərbaycan tərəfindən vacib mövzuların müzakirə eləyib qısa bir müddətdə həll olunmasıdır. Və həmsədrlər bu görüşdən əvvəl olan bəyanatları ilə bu məsələləri sadalayıb. Amma ermənilərin bu bəyanata münasibəti bəllidir və hesab eləyirəm ki, bu danışlıqlarda onların münasibəti, məsəl üçün, torpaqların azad olunması, - onlar öz mövqelərini gəlib deyiblər. Təbii, bu, Azərbaycanı qane eləmir, amma təzyiq altında həmsədrlər, görürsünüz bəyanat verirlər, bu görüşü təşkil ediblər. Sonra BMT-nin Baş katibi də deyir ki, salamlayır bu görüşü və s. Beynəlxalq təşkilatın da mövqeyi ondan ibarətdir ki, yaxşı, sülh yoxdur sizdə, torpaqlar azad olunmayıbsa, heç olmasa müharibə olmasın. Bax, mövqe bundan ibarətdir. Bu görüş bu və ya digər şəkildə təsdiq eləyib. Amma biz yaxşı başa düşməliyik ki, olan problemlər həll olunmayıbsa, müharibənin reallığı açıqdır və hər dəqiqə başlaya bilər.
- Görüşdə insanlar arasında əlaqələr çərçivəsində etimad tədbirlərinin möhkəmləndirilməsi ilə bağlı məsələlər də müzakirə edilib. Sizcə, tərəflər etimadın möhkəmləndirilməsi istiqamətində real işlər aparırmı?
- Təbii, həmsədrlər göstərmək istəyirlər ki, hansısa real addımları atırlar və humanitar sahələrdə hansısa məsələləri həll etmək niyyətindədirlər. Azərbaycanın burada marağı ondan ibarətdir ki, orada əsirlikdə olan insanlarımızı heş olmasa azad edək. Yəni, belə deyək, danışıqların ayrı müsbət yekunları olmaya-olmaya, heç olmasa buna nail olaq. Ona görə, biz, bu məsələləri dəstəkləyirik. O ki qaldı atəşkəs rejiminin güclənməsinə, Ermənistan tərəfi dəfələrlə bu məsələni qaldırır və həmsədrlər onları dəstəkləyir. Azərbaycan bu məsələdə bir o qədər maraqlı deyil. Hər halda, belə deyək, ehtimal var ki, ermənilər bu və ya digər şəkildə daxili mübarizə nəticəsində, yəni Paşinyan qruplaşması və Qarabağ qruplaşması arasındadır və onlar hansısa təxribatı ortaya ata bilərlər. Bu təxribatı qabaqlamaq üçün, biz, bəzi məqamlara razılıq veririk. Hesab edirəm ki, bu, düzgün siyasətdir.
Nə mənada? Əgər, biz, hansısa addımları atsaq, gərək o addımları o vaxt ataq ki, bizim maraqlarımıza uyğundur, ermənilərin maraqlarına yox. Baxın, görüşün nəticələrindən biri də ondan ibarətdir ki, həmin günü Ermənistanın müdafiə naziri ABŞ-da diaspora qarşısındakı çıxışında bəyan edib ki, biz artıq təzə ərazilərin işğalına hazırıq. Yəni, bunun leksikasına baxın və bunun bəyanatını Paşinyan da təsdiqləyib. Bu danışıqlarda yeganə nəticə ondan ibarətdir ki, heç bir nəticə əldə olunmayıb. Çünki heç bir məsələnin həll olunmasına Ermənistan razılıq vermir və hesab edirəm ki, indiki administrasiya da razılıq verə bilməz.
- Nikol Paşinyan bildirib ki, danışıqlara Dağlıq Qarabağ gündəliyi ilə gedib. Onun fikrincə, Dağlıq Qarabağın danışıqlarda iştirakı formatın dəyişdirilməsi və Azərbaycanın məğlubiyyəti deyil. Sizin münasibətiniz?
- Mənin münasibətim çox sadədir. Format məsələsi ikinci dərəcəlidir. Nikol Paşinyan öz bəyanatında bəyan edib ki, biz torpaqları sülhə dəyişən deyilik. Əgər onlar torpaqlarımızı azad etmək niyyətində deyillərsə, onda format məsələləri ikinci dərəcəlidir. Amma təbii vacibdir, yəni taktiki baxımdan biz öz mövqelərimizi müdafiə elədik və bu yaxşı nəticələrdən biridir. Amma format məsələsi ikinci məsələdir.
Nikol Paşinyan orada bəyan eləməli idi ki, biz işğal olunmuş torpaqları azad eləməliyik. Bu, Minsk qrupunun əsas vəzifələrindən biridir. Minsk qrupu yaranan gündən bu məsələni təmin eləməlidir. Onların mandatı bundan ibarətdir və Nikol Paşinyan bu mandatı öz bəyanatı ilə ləğv eləyib. Məhz ona görə, bu görüş təşkil olunub və danışıqların imitasiyasıdır. Danışıqları təzələmək üçün həmsədrlər bu qədər səylər ediblər. Bu görüşü təşkil ediblər.
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."