00:01 / 23-10-2025
Qurban Qurbanov: "Futbolçularımız üçün bu, asan deyildi"
22:40 / 22-10-2025
"Qarabağ" uduzub, "Qalatasaray" qalib gəlib
22:14 / 22-10-2025
Məşhur vəkilin evi qarət olunub (Yenilənib)
20:31 / 22-10-2025
Əli İnsanov: "Burnunu tutsan, canı çıxar, həbsxanada dözməz"
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
19:23 / 22-10-2025
İsveç Ukraynaya 120 ədəd döyüş təyyarəsi satmaq istəyir
18:05 / 22-10-2025
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
12:00 / 21-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

13:12 / 21-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

19:39 / 22-10-2025

08:12 / 19-10-2025

Sülhəddin Əkbər: “Vəzifədən kənarlaşdırılanlar potensial təhlükə ola bilərlər” - Müsahibə
Tarix: 22-11-2019 11:06 | Bölmə: Müsahibə

Sabiq nazir müavini deyir ki, ölkədə siyasi fəallıq artdıqca vəzifədən uzaqlaşdırılmış şəxslərin əvvəl gizli, sonra yarıaçıq fəaliyyətə keçməsi mümkündür
Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin fikrincə, Azərbaycanda Rusiyanın təsiri artır. Partiya sədrinin iddiasına görə, bu proses Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev vəzifədən kənarlaşdırıldıqdan sonra da davam edir.
Reyting.az S. Əkbərin “AzPolitika.info”ya müsahibəsini təqdim edir:
- Sülhəddin bəy, son aylar hakimiyyət daxilində baş verən prosesləri, xüsusən də kadr dəyişikliklərini necə qiymətləndirirsiniz?
- Ümumi yanaşsaq, ölkədə yaranan durum elədir ki, kadr dəyişikliyinin radikal və köklü dəyişikliklərə gətirib çıxaracağına inanmıram. Hesab edirəm ki, idarəçiliyin mahiyyəti dəyişməyəcəksə, hakimiyyət sistemində təmərküzləşmə artacaqsa, vəziyyət pisləşə bilər. Əvəllər müxtəlif və ya potensial güc mərkəzləri var idisə, indi gələcəkdə iddia ortaya qoya biləcək bu güc mərkəzlərinin hamısı bir-bir sıradan çıxarılır.
- Son kadr dəyişikliklərində ən əhəmiyyətli hadisə, sözsüz ki, PA rəhbəri Ramiz Mehdiyevin istefaya göndərilməsi oldu. Uzun illər belə hesab olunurdu ki, akademik Ramiz Mehdiyev hakimiyyət daxilində böyük imkanlara, təsirlərə, rıçaqlara və xarici dəstəyə malik ciddi fiqurdur. Sizcə, bu təsəvvürlər nə dərəcədə əsaslı idi?
- Birincisi onu qeyd edim ki, Rusiyanın Azərbaycanda mövqeyi əhəmiyyətli dərəcədə güclənib. Bu mövqenin güclənməsində Ramiz Mehdiyevin də böyük rolu olub. Amma bu o demək deyil ki, yalnız Ramiz Mehdiyev bu işi görüb. Bu posta kim gəlir-gəlsin, Azərbaycanda Rusiyanın təsiri güclüdür. Sözsüz ki, belə yüksək postda əyləşən şəxsin imkan və qabiliyyətindən, habelə Rusiyaya nə dərəcədə bağlılığından da çox şey asılıdır. Şəxsi fikrim budur ki, Azərbaycanda Rusiyanın təsiri artır və bu proses Ramiz Mehdiyevdən sonra da davam edəcək.
- Kadr dəyişiklikləri, xüsusən gənclərə yolun açılması həm də Azərbaycanda SSRİ-dən qalma idarəçilik prinsipindən imtina olunması deyilmi?
- Burada ilk olaraq təbii proses gedir. İqtidardan gedən məmurların böyük əksəriyyəti qocalıb, əmək qabiliyyətini itirib. Söhbət təbii şəkildə nəsil dəyişikliyindən gedir. Burada təbii bioloji-tibbi faktor var. O da təbiidir ki, gənc və yeni nəsil ya sovet dövrünü görməyiblər, ya da həmin dövrün son illərində yaşayıblar. Yəni əvvəlkilər qədər sovet dövrünə duyğusal bağları yoxdur. Bu faktor var. Amma bu o demək deyil ki, Rusiyanın Azərbaycana təsiri azalacaq. Məncə, bu o deməkdir ki, ölkədə vəziyyətin dəyişəcəyi atmosferdə onların Rusiyanın təsirindən çıxma ehtimalı artacaq. Bu həqiqətdir.
- Siz kadr dəyişikliyinin davamı olaraq daha dərin islahatların aparılmasını gözləyirsinizmi?
- Əgər söhbət demokratik ölkədən gedirsə, burada islahat anlayışının üç göstəricisinə əməl olunmalıdır.
Birincisi, islahatlar qanunvericilik əsasında baş verməli və köklü dəyişikliklərə gətirib çıxarmalıdır.
İkincisi, islahatlar dövlətin ali məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında yazılır ki, dövlətin ali məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının, həmçinin vətəndaşların ləyaqətli həyat səviyyəsinin təmin edilməsidir. Demək istəyirəm ki, islahatlar bu məqsədə xidmət etməlidir.
Üçüncüsü, islahatlar demokratik olmalıdır. Bu tələbə əməl edilməsə, atılan addımlar hakimiyyətin təmərküzləşməsinə xidmət edəcək.
- Uzun illər mətbuatda yazılırdı ki, oliqarxlar, böyük təsir gücü olan məmular dövlət içində problemə çevrilir. Doğrudanmı köhnə komanda təhlükə mənbəyi idi?
- Təbii ki, o komanda milli iradəni əks etdirmirdi. Milli iradəni ifadə etməyən də milli maraqlara xidmət etmir. Amma onu da nəzərə almaq lazımdır ki, bu insanlar potensial təhlükə olaraq qalacaq. Əvvəllər bu adamlar vəzifədə olduqları, hər cür şəraitə malik olduqları səbəbindən iqtidarı müdafiə edirdisə, indi vəzifəni itirdikləri səbəbindən potensial təhlükə ola bilərlər. Amma bu o demək deyil ki, onlar özlərində cəsarət tapıb mübarizəyə başlayacaqlar. Fikrimcə, siyasi fəallıq artdıqca həmin insanlar əvvəl gizli, sonra yarıaçıq fəaliyyətə keçə bilərlər. Yaşları ötsə də, nəvələri, övladları var. İdeyası, amalı olmayan insanlar qrupu vəzifəsini, səlahiyyətlərini itirəndə durumdan məmnun olmur. Bir daha qeyd edim ki, onların cəsarətləri yoxdur ki, etirazlarını bildirsinlər, təşkilatlansınlar və s. Onlar sadəcə, vəziyyəti izləyəcəklər və ictimai-siyasi proseslər aktivləşəndə, hamısı olmasa da, bir qismi fəallıq göstərə bilər.
- Özünüz qeyd etdiniz ki, onlar siyasi baxımdan iddialı deyillər...
- Mən ehtimallar üzərində danışır və daima potensial sözünü işlədirəm. Onlar müstəqil güc deyillər. Onlar o zaman real gücə çevrilə bilərlər ki, mənsub olduqları xarici mərkəzdən komanda verilsin. Hələlik, uzaqgedən nəticələr çıxarmağa dəyməz. Biz sadəcə, ehtimallar haqqında danışırıq.
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."