20:05 / 23-10-2025
Zelenski uzaqmənzilli raketlərin alınmasını müzakirə edib
19:54 / 23-10-2025
İcra başçısının oğlu aparat rəhbəri təyin edilib
18:30 / 23-10-2025
Din xadimi əməliyyat olunub - Foto
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
17:43 / 23-10-2025
Tramp Qəzza zolağını ziyarət etməyi planlaşdırır
17:30 / 23-10-2025
QHT işi: Asiman Qocayevin məhkəməsi başlayıb
17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
17:14 / 23-10-2025
Müğənni: "Qadın aparıcı pulu sürücümün üzünə çırpıb"
16:52 / 23-10-2025
Dörd min kosmik güzgünün yerləşdirilməsi etirazla qarşılanır
16:42 / 23-10-2025
Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
16:37 / 23-10-2025
Gələn il minimum maaş sabit qalacaq
16:14 / 23-10-2025
Filmin hüquqları 20 milyon dollara satılıb
16:10 / 23-10-2025
Media subyektləri üçün vergi güzəşti daha 3 il uzadılır
15:59 / 23-10-2025
İlon Mask robot ordusunu idarə etmək istəyir
15:59 / 23-10-2025
Kamran Əliyev “Belem Bəyannaməsi”ni imzalayıb
15:51 / 23-10-2025
Evlərini kirayə verənlərin gəlirlərindən 10 faiz vergi tutulacaq
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
15:09 / 23-10-2025
Bakının iki rayonundakı qəzalı binalar sökülür
15:05 / 23-10-2025
Noyabrda 12 gün qeyri-iş günü olacaq
14:48 / 23-10-2025
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
14:36 / 23-10-2025
QHT rəhbəri İrəvandan fotolar paylaşıb
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:21 / 23-10-2025
Suriyadan altı azərbaycanlı ölkəyə gətirilib
13:01 / 23-10-2025
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib
12:43 / 23-10-2025
QHT rəhbəri 148 min manat mənimsəmədə ittiham olunur
12:41 / 23-10-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:34 / 23-10-2025
Deputat: "2026-cı ildən media əməkdaşları da gəlir vergisinə cəlb olunacaq"
12:22 / 23-10-2025
Yarım milyonluq ofis qalmaqalı -“AMAY” rəhbərliyi məhkəmədə uduzub
12:00 / 21-10-2025

15:51 / 20-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

14:28 / 20-10-2025

13:12 / 21-10-2025

14:39 / 19-10-2025

19:39 / 22-10-2025

08:12 / 19-10-2025

13:40 / 23-10-2025

09:43 / 19-10-2025

10:54 / 19-10-2025

Həyat etüdləri...
Tarix: 13-09-2018 20:05 | Bölmə: Akif CABBARLI

Hətəmin dəyişməz marşrutu
N rayonundakı fermer təsərrüfatlarından birinin rəhbəri xeyli pullanandan sonra gözü qızır, fikirləşir ki, niyə də hallıca-dulluca gözəllərdən birini özünə sevgili eləməsin? Kənddə iki malikanəsi, rayon mərkəzində villası, paytaxtda üç mənzili, xeyli pulu, maşınları, daha nələr-nələr... Uşaqları da böyüyüb, ali məktəbdə oxuyurlar. Bir arvadla ömür-gün çürütmək Hətəm kimi kişiyə yaraşmazdı, axı...
Bəli, dırnağı ovcuna batmış bu adam yaxın ətrafını nəzərdən keçirir. Gəlir S. xanımın üstündə durur. Əvvəlcə ona süddən-qatıqdan, meyvədən-zaddan göndərir. Xanım qəbul edir. Sonra ad gününü öyrənib, bu tənha qadına əməlli-başlı sovqat, üzə çıxarılası pay da çatdırır. Günlərin birində bir bəhanə ilə özünü xanımın həyətinə də salır. İşsiz qadına yağlı vəzifə möhürü vurulmuş əmək kitabçası təqdim edir və bildirir ki, hər ayın başında maaşını köçürəcək, bank kartını da özü gətirib verəcək.
Xanım dinmir və hər şey yekdilliklə, qarşılıqlı anlaşma şəraitində həll olunur. Bu məsələ Hətəmin haqqı-halal arvadının qulağına çatır. O da kişini güdməyi, hadisə başında tutmağı qərara alır. Qonşudan on beş yaşlı Vüqarı yanına çağırır və ona üstüörtülü tapşırıq verir ki, sən Hətəmi evdən çıxan vaxtlar güdməli, hara getdiyini, kiminlə görüşdüyünü mənə xəbər verməlisən. Sonra çıxarıb ovcuna bir onluq da basır ki, bu da sənin şirinliyin.
Vüqar da bir bicbala uşaqmış. Hətəmi güdəndə qəsdən “quş buraxır” ki, kişi duyuq düşsün. Belə də olur. Sahibkar Vüqarın qabağını kəsib soruşur ki, niyə gecə-gündüz məni qarabaqara izləyirsən?
Yüngül çək-çevirdən sonra uşaq xanımın tapşırığını deşifrə edir, məsələni açıqlayır.
Kişi Vüqarın qulağını yüngülcə çəkib, cibinə iyirmi manatlıq əskinası basıb deyir:
- İndi sənə məlum oldumu ki, kimə işləyəcəksən? Hər həftənin axırı bu məbləği məndən alacaqsan. Gedib bizim xanıma da de ki, Hətəmin bircə marşrutu var; ev-idarə. Başa düşdün, adə?!
“Mənim işçim...”
Qonşuluqda bir oğlan yaşayır – adı Qismətdir. Baməzəliyi ilə ad-san qazanıb. Gopçuluğuna da ki, söz ola bilməz. Harada bir yenilikdən, abadlıq işlərindən söz düşür, deyir ki, bəs, mən tapşırmışam, mənə görə eləyirlər. Heç eşitməmişik harada işləyir, hansı imkanları var, amma elə düzüb-qoşur ki, az da olsa, inanmaya bilmirsən. Bir şakəri də var, kimin adını çəkirlər, dərhal deyir ki, o adam mənim işçim olub. Bir az cavanını, xüsusən qızları görəndə də bildirir ki, hazırda onun işçisidir. Tanıdığım vaxtdan, yalan olmasın, azından yüz adamı “işçisi” elan edib. Özünün isə hansı quruma rəhbərlik etdiyini soruşanda düz-əməlli cavab vermir, qatıb-qarışdırır, adamı çıxılmaz labirintə salır.
Bir dəfə qonşularımızdan biri onu başa salmağa çalışdı ki, bəs, kimisə “işçim” olub deyə aşağılamaq etik normalara uyğun deyil. Heç xanlıq, bəylik dövründə də kimisə “mənim nökərimdir” deyə nişan verməyiblər. Sadəcə, demək olar ki, filankəslə bir yerdə işləmişik, bərabər çalışmışıq. Belə də demək mümkündür ki, filankəs mənim rəhbərlik elədiyim təşkilatdandır və s. və ilaxır. Çünki adamlar hansısa fərdin, şəxsin deyil, müvafiq təşkilatın, qurumun işçisi sayıla bilər.
Bu cür yumşaq ifadələr Qismətin beyninə heç cür batmadı ki, batmadı. Günlərin birində isə zarafatcıl qonşulardan biri ortaya bir söz atdı ki, bəs, məni çox imkanlı, gəlirli vəzifəyə təyin edirlər. İstəyirəm sizi də cəlb edim, rahat çörək qazanın, mal-mülk sahibi olun.
Qismətin gözləri işıldadı.
- Məni də götürərsənmi, eloğlu?
- Niyə də yox? Sənin kimi sözəbaxan, üzüyola işçim olsa, başa düş ha, işçim olsa, özümü çox xoşbəxt hesab edərəm.
Qismətin rəngi avazıdı, dodaqları səyridi.
- İşçi deyəndə, yəni ki...
- Hə, elədir, səndən yaxşı işçi çıxar mənə, işçi deyirəm ha, sənə elə müdirlik edərəm ki, gecən gündüzə, gündüzün də gecəyə çevrilər.
O gündən sonra Qismət daha heç kimi göstərib qürrələnmirdi ki, bəs, filankəs mənim işçim olub. Bu sözü bir dəfəlik leksikonundan çıxarmışdı.
Badımcan əhvalatı
Bu yaxınlarda Ağdaşda mənə bir əhvalat danışdılar. Oxucular üçün də maraqlı olduğunu düşünüb, yazmağa qərar verdim.
Deməli, şərti olaraq Ağasəf adlandırdığım kişi günlərlə nahara badımcan bişirən xanımının menyusuna heç cür dəyişiklik etməyi bacarmırmış. Əti, çolpanı, balığı bir yana qoyub, elə hey badımcan bişirən ev sahibəsi Ağasəfin canını boğazına yığıbmış.
- A kişi, bilirsən bu badımcanda neçə cür vitmanin var? Uşaqlar internetdə oxuyub, mənə də göstəriblər. Nə görmüsən ey bu ətdə, canavar-zadsan?
Arvadının hər dəfə işlətdiyi bu ifadələr Ağasəfin xətrinə dəysə də, nəyinsə xatirinə üzə vurmazmış.
Axırı ki, kişi bir gün fikirləşib, bu məsələyə bir əncam çəkməli olur. Hamı yatandan sonra camışlarını, inəklərini buraxır tərəvəz sahəsinə. Deyir, qoy heyvanlar gecə səhərədək dirrikdə nə var, nuşcanlıqla yeyib kefə baxsınlar, arvadın da sözü kəsilsin. Daha dar macalda bazara gedib, badımcan alası deyildi ki...
Bəli, səhər açılır, ev sahibəsi başına-gözünə döyə-döyə Ağasəfi səsləyir:
- A kişi, mal-qara tərəvəzdə şinnik qoymayıb, dur gəl, özün də gözlərinlə gör. Dirriyin qapısını kim açıq qoyub görəsən?
Ər-arvad bir yerdə sahəni addım-addım gəzib, heyvanların vurduğu ziyanı hesablayırlar. Mal-qara tərəvəz yerində nə varsa, həzm-rabedən keçirmişdilər, bircə badımcandan savayı.
- Hə, arvad, necədir səninçün? Sənin bu badımcanlarını heç camışlar da bəyənib yeməyib, amma sən hər gün bunları zorla soxursan gözümə. İndi belə elə, günortaya yaxşı bir badımcan qızartması hazırla, özü də nazik dilimlərdən qarğıdalı yağı ilə qızart. Mən də bir araq alım, qaynatamı da çağırım, oturub nuş eləyək sənin sağlığına...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir
15-07-2020, 13:02
Akif CABBARLI - Şəhid general-mayor Polad Həşimova açıq məktub - Akif Cabbarlı yazır