23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Abid Şərifov: “Yaşımdan asılı olmayaraq...” - Müsahibə
Tarix: 06-01-2019 12:55 | Bölmə: Müsahibə
Abid Şərifov: “Yaşımdan asılı olmayaraq...”

Baş nazirin sabiq müavini: “Hansı hökumətdə, hansı dövlətdə 23 il eyni vəzifəni icra etmək olar?! Hansı tarixdə bunu oxumusuz?! 79 yaşımda təqaüdə çıxmışam”

Bu gün Baş nazirin sabiq müavini Abid Şərifovun 79 yaşı tamam olur. Abid Şərifov 1940-cı ilin 8 yanvarında Şəkidə anadan olub. 1995-ci ildən 2018-ci ilin 21 aprelinə kimi Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.

Reyting.az A. Şərifovun doğum günündə Modern.az-a verdiyi qısa müsahibəni təqdim edir:

- Abid müəllim, necəsiz?

- Şükürlər olsun ki, hər şey yaxşıdır. Səhhətim də qaydasındadır. Zənginizə görə xüsusi təşəkkür edirəm. Bu arada sizin Yeni ilinizi də təbrik edirəm. Xoşbəxtlik arzu edirəm.

- Qarşılıqlıdır, çox sağ olun! Bu gün Sizin doğum gününüzdü. 79 yaşınız tamam olur. Necə qarşılayırsız növbəti doğum gününüzü?

- Sadə. Dəbdəbəli doğum günləri keçirtməyi sevmirəm. İstisna hal yalnız 60 yaşda olub.

- Bir çox həmyaşıdlarınız yaş üstünə yaş gələndə qorxur. Siz də eyni halı yaşayırsız?

- Qətiyyən... Allahdan savayı heç vaxt heç nədən qorxmamışam. Bu da bir həyatdır.

- Vəzifədə olanda təbriklər də fərqli olur. İndi necə, təbrik edənlər varmı? Xüsusən də köhnə dostlarınızdan?

- Hər zaman xalqıma xidmət etmişəm. Ömrüm boyu da xidmət etməyə hazıram. Hər bir insan xalqına, torpağına bağlı olmalı və xidmət etməlidir. Bu, hamımızn borcudur. Qaldı ki, təbrik edənlərə, təbrik etmək istəyənlər zəng edir.

- Bir daha nəyə görə doğum günü keçirtməməyinizlə bağlı soruşmaq istərdim. Ola bilərmi ki, bu istəyin olmaması illərlə çalışdığınız işinizdən irəli gəlsin?

- Bunun gərgin işlərlə əlaqəsi yoxdur. Əvvəldən xasiyyətim belədir. Düşünürəm ki, sadəlik daha yaxşıdır. Heç vaxt “bu gün bunu qeyd edim, sabah başqa bir günü qeyd edim”,- kimi hallarım olmayıb. O yolun sahibi deyiləm.

- 1995-ci ildən 2018-ci ilə kimi Baş nazirin müavini vəzifəsində çalışmısız. O illərin xiffətini çəkirsizmi?

- Hansı hökumətdə, hansı dövlətdə 23 il eyni vəzifəni icra etmək olar?! Hansı tarixdə bunu oxumusuz?! 79 yaşımda təqaüdə çıxmışam. 23 il sizə kiçik görünməsin. Ona görə də hər zaman prezidentimə minnətdar olmuşam və indi də minnətdaram. Eyni zamanda, ulu öndərimizin də ruhu şad olsun. Ömrüm boyu ulu öndərimizə borcluyam. Yaşımdan asılı olmayaraq cənab prezidentimin, xalqımın əsgəriyəm. Həmçinin, ailəm də, övladlarım da dövlətçilik yolunda hər şeyə hazırdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}