21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Gürcü “qonaqlığı” - Firuz Mustafa yazır
Tarix: 05-05-2020 10:50 | Bölmə: Firuz MUSTAFA

Bu, maraqlı hekayəyə bənzər bir əhvalatdır.
Aspiranturada oxuyan zaman gənclik dostlarımdan biri ilə Kislovodsk şəhərinə istirahətə getmişdik.
Turbazada dincəlirdik. O il istirahətə gələnlərin sayı çox olduğundan biz qalan otağa yaşlı bir adam da yerləşdirdilər. Adətən, cavanlar qocaları o qədər də sevmir. Amma biz tezliklə bu yaşlı, sadə, mehriban, zarafatcıl, müdrik otaq yoldaşımızla elə dostlaşdıq ki, sonralar onu qonşuluqda boşalan otağa köçürmək istəyənlərə “müqavimət” göstərməli olduq. Şair demiş, “belə qocalasan qocalanda da...” Çünki həyatda elə qocalar da görmüşəm ki, (yəqin ki, elə siz də belələrini görmüsüz), yaşadıqları illərdə yalnız məkr, hiylə, fırıldaq yığmaqla məşğul olublar.
Bizim bu istəkli dostumuz istefada olan polkovnik idi. Vaxtilə Tiflisdə Zaqafqaziya sərhəd qoşunları komandanlığında qulluq edibmiş.
Bu ucaboy, ağsaç, mavi gözlü, güləş sifətli, ələlxüsus yumoru sevən qocanın familiyası Çekmaryov idi.
Dostumuz Çekmaryov bizə hərdən başına gələn maraqlı əhvalatlardan danışırdı. Onun danışdığı diqqətiçəkən hadisələrdən biri mənim bu gün də xatırımdadır.
- Hə, uşaqlar, çoxdan başıma gələn bir əhvalatı indi sizə də danışmaq istəyirəm. Gərək ki, səkkiz mart günü idi. Zastavada birgə xidmət etdiyimiz ukraynalı dostumla qərara aldıq ki, həmin gün arvadlarımızla birgə restorana gedək, qadınlar bayramını birlikdə qeyd edək. Amma tərs kimi bu ərəfədə bizi təcili olaraq zastavaya çağırdılar. Xidməti işlərdə belə axmaq hadisələr tez-tez olur. Biz xanımlarımıza dedik ki, axşam saat filanda Tiflisin “Araqva” restoranında görüşərik. Onlar da bizimlə razılaşdılar. Zastavada bir xeyli ləngiməli olduq. Xülasə, işimizi bir təhər yoluna qoyandan sonra gec də olsa vədələşdiyimiz restorana getdik.
Artıq qaranlıq düşmüşdü.
Restorana girəndə gözümüzə inanmadıq: hər ikimizin xanımımız restoranda stol arxasında rahatca əyləşib nahar edirdilər. Yox, məsələ bunda deyil. Əsas məsələ burasındadır ki, arvadlarımız iki nəfər lopa bığlı gürcü ilə birgə deyə-gülə yeyib-içirdilər. Bizim gəlməyimiz sanki burada heç hiss olunmadı. Çaşıb qalmışdıq. Bu əsnada xanımım mənə altdan-altdan “kontrolnı” bir göz vurdu. Bu, o demək idi ki, hələ üstünü vurma, burada iş var. Mən öz arvadımı yaxşı tanıyıram. O da mənim kimi yumoru sevən bir adamdır.
Ukraynalı dostumla keçib qonşu stolda əyləşdik. Yemək sifariş verdik. Dostum bərk pərt idi. Mən ona dedim ki, narahat olma, mənim xanımım gözlənilməz sürprizlər etməkdə mahirdir. Bir də ki, burada nə var axı, Allaha şükür, sevimli xanımlarımız gözümüzün qabağında, qonşu stolda əyləşib yeyib-içirlər. Əlbəttə, bu sözlər təskinlik üçün idi. Heç özüm də bilmirdim ki, bu həngamə niyə və nə üçündür.
Arada arvadımla onun rəfiqəsi, yəni dostumun arvadı, “bığlı qonaqların” stolunu tərk edib hansısa bir bəhanə ilə eşiyə çıxdılar. Mən tez özümü onlara çatdırdım. Arvadımdan soruşdum ki, bu, nə məsələdir belə?
Xanımlar tez-tələsik vəziyyəti izah etdilər. “Biz burada bir xeyli sizi gözləməli olduq. Stol arxasında əyləşib kofe sifarişi verdik. Bir qədər sonra isə bu iki bığıburma gürcü bizə yaxınlaşdı. Bizimlə tanış olmaq istədiklərini bəyan etdilər. Biz onlara dedik ki, burada öz ərlərimizi gözləyirik. Onlar buna inanmaq istəmirdilər. Elə hesab edirdilər ki, biz “ova” çıxmışıq. Nə illah etdiksə bir nəticə hasil olmadı, bunlar qır-saqqız olub yaxamızdan əl çəkmək istəmirdilər. Hətta, israrla onu da dedilər ki, ərləriniz gəlib çıxsa bizi onlarla tanış edərsiz, biz onlarla dost olarıq... İndi siz gəlmisiz, bir deyin görək innən sonra biz nə edək?”
Mən xanımlara dedim ki, işinizdə olun. Yəni öz “rolunuzu” oynamaqda davam edin.
Salona qayıtdım. Gürcülər bizim xanımları rəqsə dəvət etdilər.
Xanımlar könülsüz də olsa öz “kavalerləri” ilə rəqs etməli oldular...
Hər şeyin əvvəli olduğu kimi, bir sonu da olur.
Yemək-içmək başa çatdı. Gürcü oğlanlar stolun xərcini ödəyib təzədən stola yaxınlaşdılar. Onlar arxayın-arxayın əllərini centelmensayağı arvadlarımıza uzatdılar. Arvadlarımız yenə altdan-altdan bizə baxırdılar. Mən gülümsədim, başımla işarə etdim ki, hələ sakit olun, yəni heç nə deməyin, biz də sizinlə çıxacağıq.
“Lopabığlılar” qadınların qoluna girib qapıya yaxınlaşdılar.
Ukraynalı dostum pencəyinin altındakı silahı qurdalayanda mən ona göz basıb sakit olmağını astadan rica etdim.
Gürcülərlə bizim xanımlarımız qol-qola restorandan çıxdılar. Mən tez-tələsik öz stolumuzun hesabını ödəyib dostuma dedim ki, tez arxamca gəl.
Bəli, cəld çıxdıq eşiyə. Gürcülər qapının ağzında xanımlarla nə barədəsə danışaraq ucadan gülüşürdülər. Mən başımla dostuma təcili hərəkətə keçmək haqda göstəriş verdim. Hər ikimiz eyni vaxtda irəli şütüdük. Gürcüləri dirsəyimizlə kənara itələdik. Hərə öz xanımının qoluna girdi. Bütün bunlar bir andaca baş berdi. “Lopabığlılar” çaşıb qalmışdılar. Onlar əvvəlcə bizimlə dava etmək istəyirdilər. Xanımlar vəziyyəti izah etməli oldular. Arvadım öz “bığlısına” dedi ki, qatso, bəyəm bayaq biz sizə demədik ki, burada öz ərlərimizi gözləyirik, bəyəm siz də cavabında demədiniz ki, ərləriniz gəlib çıxsa bizi onlarla tanış edərsiz, biz onlarla dost olarıq?.. İndi bax budur ərlərimiz gəlib çıxıblar, buyurun tanış və dost olun”.
Onlar çox pərt olmuşdular. Əsəbdən hər ikisinin bığları titrəyirdi. Onlar elə düşünürdülər ki, bu “səhnəni” biz özümüz qəsdən düzəltmişik. Biz vəziyyəti ətraflı izah etdik. Onlar hər şeyi anladılar. Bir azdan kefləri açıldı və qəhqəhə çəkib güldülər.
Hətta gürcülərdən biri zarafatla dedi ki, yaxşı, qatso, biz sizin bu xanımlara bir xeyli xərc çəkib diqqət göstərmişik, bəs bunun əvəzində indi nə edək?
Mən də gülüb onlara belə dedim: “Siz pul xərcləyib qonaqlıq vermisiz, amma bundan sonra nə etməyin lazım olduğunu biz özümüz müəyyən edəcəyik”.
Hərə öz xanımının qoluna girib öz evinə getdi.
Bax belə.
Dostumuz Çekmaryov söhbəti bitirib astadan güldü:
- Hə, necədir, maraqlı əhvalatdırmı, uşaqlar?
Doğrudan da çox maraqlı əhvalat idi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək