20:19 / 23-01-2021
Su qıtlığına görə bələdiyyə başçısını ağaca bağladılar - Foto
20:12 / 23-01-2021
Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada
18:45 / 23-01-2021
Rusiya XİN: “ABŞ daxili problemləri ilə məşğul olsun”
18:21 / 23-01-2021
Şahbuzda zəlzələ olub
18:08 / 23-01-2021
Salyanda 25 yaşlı kişi intihara cəhd edib
17:51 / 23-01-2021
MN Kəlbəcərdən yeni görüntülər yayıb - Video
17:42 / 23-01-2021
Deputat "Azəriqaz"da yoxlama aparılmasını tələb edir: “Sayğacları tez-tez niyə dəyişirlər ki?"
17:32 / 23-01-2021
Amerikalı məşhur aparıcı vəfat edib
17:26 / 23-01-2021
Azərbaycanda daha 162 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib
17:26 / 23-01-2021
Rus polisi Navalnının xanımını da saxlayıb
17:15 / 23-01-2021
Akar: “Türkiyə, Azərbaycan və Pakistan Qarabağ məsələsində bir ürək oldu”
17:09 / 23-01-2021
Ərdoğan: "Türkiyənin PUA-ları müharibə metodlarını dəyişdirib"
17:00 / 23-01-2021
Prezident İlham Əliyev Zelenskiyə başsağlığı məktubu göndərib
16:57 / 23-01-2021
Moskvadakı mitinqdə qarşıdurma olub
16:45 / 23-01-2021
Hikmət Hacıyev: "Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır"
16:38 / 23-01-2021
Azərbaycanın aparıcı broyler müəssisəsi iflas edib
16:25 / 23-01-2021
Mikayıl Cabbarova SOCAR-da mühüm vəzifə verilib - Sərəncam
16:14 / 23-01-2021
Prezidentdən SOCAR-la bağlı fərman: şirkət necə idarə olunacaq? - Detallar
16:02 / 23-01-2021
Şəhid əsgər Gəncədə dəfn olunub
15:52 / 23-01-2021
Pişiyin ad günündə 15 nəfər koronavirusa yoluxub
15:48 / 23-01-2021
Prezident İsmayıl Hacıyevi “Şöhrət” ordeni ilə təltif edib - Sərəncam
15:45 / 23-01-2021
“Taliban”çılara çoxarvadlılıq qadağası qoyulub
15:21 / 23-01-2021
Toyda bəyi və qardaşını qətlə yetiriblər - Fotolar
15:17 / 23-01-2021
İranda daha 6207 nəfər koronavirusa yoluxub
15:10 / 23-01-2021
Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat olub
15:00 / 23-01-2021
2783 şəhidin ailə üzvlərinə sosial ödənişlər təyin edilib
14:51 / 23-01-2021
"Neftçi"nin qapıçısı milliyə dəvət olunub
14:41 / 23-01-2021
Salyanda saxlanılan vəzifəli şəxsə iki maddə ilə cinayət işi açılıb
14:39 / 23-01-2021
Baydendən daha bir təyinat: müsəlman qadın iqtisadi müşavir olacaq - Foto
14:20 / 23-01-2021
Nazirlik Cəbrayıldan yeni görüntülər yayıb - Video
23:47 / 19-01-2021

17:09 / 22-01-2021

21:15 / 19-01-2021

17:29 / 20-01-2021

12:20 / 19-01-2021

12:07 / 22-01-2021

22:49 / 22-01-2021

15:06 / 22-01-2021

17:39 / 22-01-2021

15:29 / 19-01-2021

21:46 / 21-01-2021

13:31 / 20-01-2021

Millətin Mirzəsi - Firuz Mustafa yazır
Tarix: 12-05-2020 19:18 | Bölmə: Firuz MUSTAFA

Mirzə Cəlili kimlər və nə üçün sevmirlər?
“Usta Zeynal”ın qəhrəmanını ermənilər millətçi hesab edirdilər.
Mirzə Cəlilin yeni təftişçiləri, təzə tənqidçiləri, daha doğrusu sütül təhqirçiləri peyda olub.
Xeyir ola? Axı bu kişi nə oliqarx olub, nə mafioz, nə evyıxan, nə də rüşvətxor.
Sadəcə olaraq, öz xalqını ürəkdən sevib. Bilirəm, soruşanlar olacaq ki, bəs öz millətini sevən adam onu bu qədər tənqid edərmi?
Mən də cavab verirəm: əvvəla, Mirzə xalqını heç vaxt təhqir etməyib, onun halına ağlayıb, ikincisi də, bəyəm siz ən çox öz sevdiklərinizi, yaxınlarınızı, məsələn, öz uşaqlarınızı tənqid və ya tənbeh etmirsiniz?
Deyə bilərlər ki, bəyəm millət uşaqdır ki, onu tənqid edəsən? Unutmayın ki, millətlərin və xalqların da uşaqlıq dövrü olur. Hətta, tarixin də...
Mirzə Cəlili kimlər və nəyə görə tənqid edir?
Sualı hələlik qismən açıq qoyaraq (çünki bu tənqid məsələsinə yenə qayıdacam) deyirəm:
Fransanın satirik yazıçısı Fransua Rableni öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə,
Satirik çex yazıçısı Yaroslav Qaşeki öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə,
Rus satiriki Mixail Saltıkov-Şedrini öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə,
Amerikan satiriki Mark Tveni öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə,
Serbiyalı Branislav Nuşiçi öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə,
İngilis satiriki Coş Billinqsi öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə,
Türkiyənin satirik yazıçısı Əziz Nesini öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə,
Mirzə Cəlili də öz vətənində həmin kəslər tənqid və hələ üstəlik təhqir edirlər.
Avropa artıq tənqid və satira yazanların yaxasından əl çəkib. Şərq isə hələ də yağlı-ballı, güllü-bülbüllü ithaf əsərlərinin tamarzısındadır.
Mədhiyyə və tərif xəstələrinin sayı dəmadəm artmaqdadır.
Bəli, etiraf edək, bilərəkdən və ya bilməyərəkdən, məqsədli və ya məqsədsiz şəkildə Mirzəni sevməyənlər, onun yaradıcılığını gözdən salmaq istəyənlər var.
Deyirlər ki, məsələn, Mirzə Cəlil niyə bizi qonşu xalqlarla müqayisə edərək aşağılayıb?
Belələri bilmir ki, müqayisə və paralellik elə satiranın canıdır. İngilis satirikləri həmişə müsbət hadisə kimi almanları, alman satirikləri isə yaxşı nümunə kimi fransızları nümunə gətiriblər. Birisi də bu yandan banlayıb soruşur ki, əcaba, yaxşı, bəs o fransızlar örnək kimi, kimi (iki “kimi”yə görəsə heç kimi bağışlamaq olmaz) və ya nəyi nümunə gətiriblər? Deyim kimi- afinalıları, spartalıları, bir sözlə, antik adamları. Antik dünyanın adamları isə təbii ki, allahları ən böyük nümunə hesab edirdilər...
Deyirlər ki, Mirzə Cəlil xalqımızı ələ salır, aşağılayır, lağa qoyur. Yalandır. Ağ və qırmızı yalan. Mirzə Cəlil xalqımıza gülməyib, onun halına acıyıb, onun düçar olduğu vəziyyətə ağlayıb. Artıq mənə qədər deyildiyi kimi, Mirzənin tənqidi, əslində göz yaşları içində gülüş və qəhqəhədir.
Bilirəm, “millətimizi aşağılayan” əsər kimi “bəziləri” Mirzənin ən çox “Usta Zeynal” hekayəsini nəzərdə tuturlar. Yeri gəlmişkən, bəzi mənbələrdə “Usta Zeynal”ın 1902-ci ildə, bəzilərində isə 1905-ci ildə yazıldığını qeyd edirlər. Əsər ilk dəfə 1906-cı ildə Tiflisdə ayrıca kitabça şəklində çap olunub. Hekayənin məğzi, mahiyyəti və məzmunu məlumdur. Müəllif bu əsərdə müsəlman ətalətini tənqid edir və bu ətalətin bariz bir nümayəndəsi kimi Usta Zeynalın halına acıyır, həm də təkcə acımır, onun timsalında bu cür “ustalığa” ağlayır, hönkürür, nalə çəkir.
Bu hekayədə bir neçə nüans var ki, onlara diqqət etmək lazımdır. Usta Zeynal kimdir, haralıdır, nəçidir? Ritorik sual kimi səslənsə də demək lazımdır ki, Usta Zeynal natamam ustadır, əslən iranlıdır və padşahın zülmündən qaçıb Arazın o tayından bu tayına gəlmişdir. O, yenə “padşahlıq” dövranının xülyası ilə, şah rejimini öz ağlına uyğun qaydada “idealizə” etmək arzusu ilə yaşayan gəvəzə və üstəlik də naqqal bir adamdır. Amma o, o qədər də axmaq adam deyildir, zira evində təmir işləri apardığı Mugdisi Akopun və köməkçisi Qurbanın bütün suallarını necə lazımdırsa “cavablandırır”; təbii ki, öz bildiyi kimi.
Artıq dediyimiz kimi, Usta Zeynal Şərqin ətalət simvoludur, antidealektik bir tipdir. O, inkişafı, tərəqqini, təkamülü qəbul etmir və ya edə bilmir. Zənn edir ki, bütün müşkül işlərin açarı tanrının və padşahın əlindədir. Əsərdə bu günlə səsləşən motivlər, günümüzə ünvanlanan mesajlar da yox deyildir, ən azı Dağlıq Qarabağın azad olunacağı ilə bağlı müxtəlif qütblü düşüncələrin bir qanadını xatırlatmaq kifayətdir. Maləsəf, çoxları hələ də, işğal olunmuş torpaqlarımızın Usta Zeynal “politikası” və “projesi” üzrə qaytarılacağını zənn edir.
“Usta Zeynal” hekayəsi təkcə bu günün müzakirə obyekti deyildir. Bilənlər bilir, bilməyənlərin diqqqətinə çatdırmaq məqsədilə qocaman ədəbiyyatşünaslarımızdan birinin vaxtilə dediklərini xatırlayıram. Aldı görək nə deyir.

Məsələ burasındadır ki, Cəlil Məmmədquluzadənin 100 illiyi keçirilən ərəfədə, 1960-cı illərin ikinci yarısında ədibin “qəhrəmanlarından” birinin - Mugdisi Akopun yerliləri o vaxtkı ölkəmizin, yəni SSRİ-nin paytaxtı Moskvaya dalbadal şikayət məktubları yazaraq hay-küy qaldırdılar. Onların istəyi, amacı nə idi? Maraqlı burasıdır ki, indi bizim bəzi “Mirzəcəlilsevənlərin” əksinə olaraq, “onlar” çox qəribə bir iddia irəli sürürdülər. Qonşularımızın ədəbi-siyasi bəyanatı o vaxt “mərkəzdə” böyük təlatümə səbəb olub. İddia nədən ibarət idi: əcaba, bəs bilmirsiz ki, 100 illiyinə bütün Sovetlər birliyində ciddi hazırlıq işləri görülən ədibi-məşhur Cəlil Məmmədquluzadə ermənilərin bir nömrəli düşmənidir, çünki o, öz yazılarında sivil və qədim bir xalqı təhqir edib? Sübüt? Erməni tərəfin həmişə “ayaqda olan” başbilənləri ən əsaslı “sübut” kimi yazıçının “Usta Zeynal” hekayəsini göstəriblər.
Mərkəzin “əlaqədar şəxsləri” hekayəni oxuyub orada heç bir təhqir elementi görməyiblər. Ermənilər isə öz iddialarından geri çəkilmək istəmirdilər. Mugdisi Akopun həmvətənləri israrla deyirdilər ki, Mirzə Cəlilin hekayəsinin baş qəhrəmanı millətçidir, türkçüdür, antiermənidir və o, zahirən avam kimi təqdim edilsə də mahiyyətcə hiyləgərdir, xalqlar arasında nifaq toxumu əkir. “Əlavə sübut” kimi hekayədəki bir epizodu xüsusi olaraq qabardırlar: bəs görmürsüz ki, Mirzə öz qəhrəmanının düşüncəsi ilə bizim xalqı necə aşağılayır. Bunun “sübutu” isə finalda aşkarca görünür, zira müəllif açıq mətnlə yazır ki, Qurban adlı köməkçi Usta Zeynalgildәn gәtirilmiş lәyәni bir kәnara qoyub, bütün günü ermәninin sәhәngindә su daşımış vә bununla da nәinki tәkcә Usta Zeynalın üst-başını, hәtta bütün işi murdarlamışdır. Deməli, Mirzə Cəlil öz qəhrəmanının dili ilə erməniləri “murdar” adlandırmış, aşağılamışdır. Beləlikə, bizim “Mirzəcəlilsevənlərin” bu gün böyük yazıçı haqda dediklərini “Mirzəcəlilsevməyənlərə” hələ onillər bundan əvvəl “sübuta yetiriblər”. Arada “sadəcə” bir fərq vardır: “bizimkilər” Mirzənin bizi, “onlarınkılar” isə Mirzənin onları “aşağıladığını” iddia edirlər.
Və bu əhvalatdan sonra Cəlil Məmmədquluzadənin “daxili və xarici” tədqiqatçıları, linqivistika və politika adamları işə qarışır, onun bütün cümlələri zərrəbin altında nəzərdən keçirilir. Vaxtilə atası Qurbanəli və özü Mirzə ilə yaxın dostluq və yaradıcılıq təmasında olan, habelə böyük ədibin əksər əsərlərini ruscaya çevirmiş, Moskvada yaşayan, üstəlik arvadı “qonşu” xalqın nümayəndəsi olan məşhur ədəbiyyatşünas alim Əziz Şərif ekspert rəyi yazaraq bir daha sübut edir ki, adı çəkilən əsərdə erməniləri aşağılayan bir cümlə, bir söz, bir kəlmə belə yoxdur. Uzun sözün qısası, çox çək-çevirdən sonra Cəlil Məmmədquluzadənin 100 illiyi onun adına layıq şəkildə qeyd olundu...
Bəli, Mirzənin heç bir xalqla ədavəti, eləcə də heç bir milləti aşağılamaq niyyəti olmayıb. Hətta, deyilənə görə onun pərəstişkarları arasında həmin o “qonşu” xalqın zərif cinsindən olan nümayəndələr də var idi.
İndi gəlin yuxarıda qismən yarımçıq cavablandırılmış sualı bir daha yada salaq və görək millətimizin bu böyük Mirzəsini kimlər və nə üçün sevmirlər? Zənnimcə bu “Mirzəcəlilsevmyənlərin” özlərini də müxtəlif parametr və paradiqmalar üzrə qruplaşdırmaq olar. Məsələn, bu cür:
1. Xəstə təxəyüllül sahibləri.
2. Mirzənin hesabına gündəmə gəlmək istəyənlər.
3. Cəlil Məmmədquluzadəni anlayıb dərk etməyənlər.
4. Böyük ədibə ədəbi-estetik-genetik nifrət bəsləyənlər.
Yox, belə çıxmasın ki, mən Mirzəmizi büt və ehkam kimi təqdim etmək niyyətindəyəm. Qətiyyən. Buna heç Mirzənin də ehtiyacı yoxdur. Amma məsələ burasındadır ki, bir çoxları ədibin böyük adının kölgəsinə sığınaraq üskükdə fırtına yaratmaq istəyirlər.
Mən iddia edib deyə bilmərəm ki, Mizə Cəlili tənqid etmək olmaz. Əlbəttə, olar. Amma baxır kim və hansı niyyətlə? Niyyəti saf olanlar buyurub tənqiddən əvvəl onun yaradıcılığını tədqiq edib araşdırma aparsınlar.
Və nəhayət. Bu gün millətimizin Mirzəsini və onun yaradıcılığını müxtəlif “izm”lərə müncər edənlər var. Burada təəccüblü heç nə görmürük. Düzdür, vaxtilə Cəlil Məmmədquluzadəni geniş auditoriyaya əsasən “tənqidi realizm” nümayəndəsi kimi təqdim ediblər. Mən də o fikirlə razıyam ki, Cəlil Məmmədquluzadənin yaradıcılığında məsələn, klassizmdən postmodernizməcən bir şox ədəbi cərəyanların, “izm”lərin izini axtarıb üzə çıxarmaq olar. Hərçənd ki, dahi yazıçının özü əlinə qələm götürərkən heç bir ədəbi metod və metodologiya barədə düşünməyib. Onun ümdə vəzifəsi xalqına və millətinə sadəcə Mirzəlik etmək olub...
Satirikləri sevmək, təbii ki, çətindir.
Gerizəkalı kəslər satiriki niyə sevməlidir ki?
Talançılar, gəmiricilər, dağıdıcılar, yeyicilər, qamarlayıcılar, yerlipərəstlər, pulpərəstlər, vəzifəpərəstlər... Mirzə Cəlili sevə bilərmi? Mirzə Cəlilin bu gün aramızda yaşayan personaj və tipləri onu sevə bilməzlər və bu da təbiidir.
Ədəbiyyata sürtünənlər satirikləri həmişə daş-qalaq ediblər. Bu nifrət hələ də yol gəlməkdədir.
...Allah sənə rəhmət eləsin, Mirzə Cəlil.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır