16:11 / 19-03-2024
Bu rayonlara qar yağır - Siyahı
15:45 / 19-03-2024
Cahit Bağçı Azərbaycan xalqını təbrik edib
15:39 / 19-03-2024
Tətildən sonra dərslər nə vaxt başlayır? - Açıqlama
15:05 / 19-03-2024
Peskov: "Kreml NATO-nun Cənubi Qafqazdakı fəaliyyətini izləyir"
14:59 / 19-03-2024
7 yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verilib
14:20 / 19-03-2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
14:14 / 19-03-2024
ABŞ-ın iki şirkəti Rusiyaya Ukrayna ilə bağlı gizli peyk görüntüləri ötürür
14:05 / 19-03-2024
Yeni idman kanalına lisenziya verilib
14:03 / 19-03-2024
Hikmət Hacıyev: "Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir"
13:34 / 19-03-2024
Lənkəran sakini 30 kq narkotiklə qandallanıb
13:15 / 19-03-2024
ABŞ Putini təbrik etməyəcək
13:08 / 19-03-2024
“Ulduz”un yanvar sayı çap olunub - Foto
12:56 / 19-03-2024
Qazaxıstan və Türkiyə Xəzər dənizi ilə bağlı mühüm müzakirə aparıb
12:50 / 19-03-2024
Türkiyə kəşfiyyatı İraqda daha bir PKK liderini zərərsizləşdirib
12:42 / 19-03-2024
Moldovada Avropa İttifaqına üzvlüklə bağlı referendum keçiriləcək
12:26 / 19-03-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:24 / 19-03-2024
İsrail və HƏMAS Dohada atəşkəsi müzakirə edir
12:14 / 19-03-2024
Avropada NATO-nun ən böyük hərbi bazası qurulur
12:14 / 19-03-2024
Jurnalistin anasının ölüm faktı araşdırılır
12:07 / 19-03-2024
Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb
11:43 / 19-03-2024
Rusiya Sumıdan yeni hücuma başlaya bilər
11:19 / 19-03-2024
Güclü maqnit qasırğası olacaq
11:13 / 19-03-2024
Pakistanda zəlzələ baş verib
11:08 / 19-03-2024
Mask yenə Baydeni tənqid edib
11:06 / 19-03-2024
Mehriban Əliyeva xalqı təbrik edib - Foto
11:04 / 19-03-2024
Tramp: “Ramasvamidən vitse-prezident də olmaz”
11:00 / 19-03-2024
"AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur"
10:59 / 19-03-2024
Hakan Fidan: “Lavrovla dialoq alınır”
10:54 / 19-03-2024
Ukrayna Krıma zərbələr endirsin!
16:40 / 14-03-2024
XI Qlobal Bakı Forumu işə başlayıb - İlham Əliyev tədbirdə çıxış edib (Tam mətn) - Fotolar (Yenilənib)
23:57 / 14-03-2024
Fransada ələ keçən 8659 əsər Türkiyəyə qaytarılacaq - Fotolar
23:47 / 14-03-2024
Dəhşətli statistika: dünyadakı narkomanların təxmini sayı açıqlanıb
18:01 / 16-03-2024
Xl Qlobal Bakı Forumu başa çatıb - (Yenilənib)
01:18 / 16-03-2024
Rusiyaya qarşı yeni koalisiya yaradılıb
16:47 / 16-03-2024
Xocalıda kütləvi məzarlıq: 8-nin şəxsiyyəti müəyyən edilib (Fotolar)
18:00 / 14-03-2024
Magistraturaya qəbul imtahanlarının yekun nəticələri açıqlanıb
19:32 / 14-03-2024
Baş nazir taksi sürücüləri ilə bağlı qərar verib
23:43 / 14-03-2024
Avropa Liqası: "Bayer 04" və "Qarabağ"ın start heyətləri müəyyənləşib
16:16 / 15-03-2024
Məhkəmə “Toplum TV”-nin həbsdəki əməkdaşları ilə bağlı qərar verib
“Müəyyən qlobal və regional qüvvələr Qarabağ münaqişəsinin həllində maraqlı deyillər” - Müsahibə
Tarix: 20-05-2019 10:09 | Bölmə: Müsahibə
Fərid Şəfiyev: “Rusiyada bəzi qüvvələr münaqişənin həllini istəsələr də, müəyyən qüvvələr münaqişənin uzanmasında maraqlıdırlar”
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin SOSİUM.az-a müsahibə verib.
Reyting.az həmin müsahibəni təqdim edir:
DOSYE: Fərid Şəfiyev 1969-cu ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Harvard Universitetinin Kennedi Dövlət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. Karlton Universitetində oxuyaraq, tarix üzrə elmlər doktoru dərəcəsini alıb. 1996-cı ildən Xarici İşlər Nazirliyi sistemində işləyib. Azərbaycanın BMT yanında nümayəndəliyində çalışıb. 2009-2014-cü illərdə Azərbaycanın Kanadada, 2014-2019-cu illərdə isə Çexiyada fövqəladə və səlahiyyətli səfiri olub. Eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında da Azərbaycan Respublikasının daimi nümayəndəsi olub. Bu ilin fevralından Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədridir.
– Fərid müəllim, bir neçə ay öncə Prezidentin sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradıldı. Hazırda qurumun fəaliyyəti nədən ibarətdir?
– Bu ilin fevral ayında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi təsis edilib və mən Cənab Prezident İlham Əliyevin sərəncamı ilə bu quruma rəhbər təyin olunmuşam. Hazırda bizə qeyri-rəsmi olaraq bir bina verilib. Bu yaxınlarda həmin binanın sənədləşmə prosesi bitəcək. Digər yandan Mərkəzin maliyyələşmə mexanizmi ilə bağlı təklifləri artıq Nazirlər Kabinetinə təqdim etmişik. Hazırda Nazirlər Kabineti və Maliyyə Nazirliyi bu təklifləri araşdırır. Heç şübhəsiz peşəkar fəaliyyəti təmin etmək üçün bizə büdcə lazımdır. Bundan sonra biz konkret fəaliyyət istiqamətləri ilə bağlı hərəkətə keçəcəyik. İlkin olaraq seminarlar, konfranslar, dəyirmi masalar və digər vasitələrlə ictimai dialoqa nail olacağıq. Yəqin ki, may ayının sonunda maliyyələşmə ilə bağlı yekun qərar veriləcək.
– Bəlkə bir az da konkretləşdirək. Rəhbəri olduğunuz qurum hökumət və ictimaiyyətin qarşısına hansı yeniliklərlə çıxacaq?
– Mərkəzin fəaliyyəti əsasən üç istiqamətdən ibarət olacaq. Öncə Prezidentin sərəncamına uyğun olaraq dövlət qurumları, ölkə rəhbərliyi üçün Azərbaycanın ətrafında olan, beynəlxalq aləmdə cərəyan edən hadisələr barədə müvafiq arayışlar və məruzələr təqdim edəcəyik.
İkinci istiqamət xarici düşüncə mərkəzləri ilə əməkdaşlıq etmək, Azərbaycan həqiqətlərini, o cümlədən Qarabağ həqiqətlərini dünya ictimaiyyətini çatdırmaq, Cənubi Qafqazla bağlı keyfiyyətli hesabatların hazırlanmasına nail olmaqdır.
Üçüncü istiqamət olaraq ölkə daxilində fəaliyyət göstərən KİV-lərlə, beyin mərkəzləri ilə, universitetlərlə, elmi-tədqiqat insitutları ilə əməkdaşlığı nəzərdə tuturuq. Bəzən görürük ki, beynəlxalq məsələlərlə bağlı qeyri-dəqiq fikirlər səslənir, bəzi baş verənlər ictimaiyyətə düzgün təqdim olunmur. Bu səbəbdən biz beynəlxalq aləmdə baş verənlərlə bağlı analiz aparıb, həmin məlumatları ictimaiyyətlə bölüşəcəyik. Qısaca təsnif etsək, Azərbaycan hökuməti, Azərbaycan ictimaiyyəti və beynəlxalq beyin mərkəzləri ilə əməkdaşlıq etmək niyyətindəyik.
– Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində hansı addımlar nəzərdə tutulub?
– Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq münaqişədir və bizim əsas fəaliyyətimiz məhz bu məsələyə yönələcək. Bu münaqişənin iqtisadi, siyasi, humanitar, hüquqi apsektlərinin öyrənilməsi, təhlili, beynəlxalq ictimaiyyətə çatdırılması əsas fəaliyyət istiqamətimiz olacaq. Belə bir fikrimiz var ki, Mərkəzin daxilində ermənişünaslıq şöbəsi yaradaq. Eyni zamanda Mərkəzin tərkibində erməni dili kursları açmağı nəzərdə tuturuq.
2016-cı ildən Ermənistan-Azərbaycan münaqişəsi yeni mərhələyə qədəm qoyub. Buna səbəb Azərbaycanın gücünü Ermənistanın anlaması oldu. Hesab edirəm ki, ölkəmizin əldə etdiyi üstünlük müəyyən dinamika yaratdı. Azərbaycan dövlətinin rəhbərliyi münaqişənin həll olunmasına çalışır. Bu istiqamətdə böyük səy göstərir. Təəssüflər olsun ki, müəyyən qlobal və regional qüvvələr var ki, onlardan bəziləri münaqişənin həllində maraqlı deyillər. Misal üçün Rusiyada bəzi qüvvələr münaqişənin həllini istəsələr də, müəyyən qüvvələr münaqişənin uzanmasında maraqlıdırlar. Onlar hesab edirlər ki, münaqişə həll olunsa, Rusiya Ermənistan və Azərbaycan üzərində öz təsir gücünü itirəcək. Lakin bu səhv və ziyanlı fikirdir. Çünki Azərbaycan öz siyasətini Qoşulmama Hərəkatı çərçivəsində aparır. Biz heç bir bloka üzv olmaq niyyətində deyilik. O səbəbdən münaqişə həll olundan sonra da biz Rusiya ilə münasibətlərimizi davam etdirəcəyik. Hətta bu münasibətlərin inkişafı yeni bir mərhələyə yüksələcək. Reallıq ondan ibarətdir ki, münaqişənin həlli tək Azərbaycanın iradəsindən asılı deyil.
– Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanması əsas müzakirə mövzularından biridir. Bu barədə nə deyə bilərsiniz?
– Avropa İttifaqı Azərbaycanla vacib tərəfdaşdır. Biz Avropanın müxtəlif dövlətləri ilə strateji əməkdaşlıq haqqında saziş imzalaşamışıq. Bizim hazırda Avropa Birliyi ilə ticarət mübadiləmiz 42 faiz təşkil edir. Heç şübhəsiz Avropa Birliyi dünyada güclü bir geosiyasi və geoiqtisadi qüvvədir. Bu səbəbdən Avropa Birliyi ilə əməkdaşlığı davam etdirmək və genişləndirmək Azərbaycan üçün vacibdir. Məndə olan məlumata görə, Azərbaycan hökuməti ilə Avropa Birliyi arasında danışıqlar davam etdiriləcək. Bizim məqsədimiz yeni çərçivə sazişi imzalamaqdır. Sonuncu saziş 1996-cı ildə imzalanıb, 1999-cu ildə isə ratifikasiya olunub. Artıq yeni sazişin imzalanmasına ehtiyac var. Bu saziş özlüyündə üç istiqaməti – siyasi, iqtisadi və humanitar məsələləri ehtiva edir. Bunların hamısı vacib olsa da, bizim üçün əsas vacib məsələ siyasi platforma ilə bağlıdır. Burada söhbət dövlətimizin ərazi bütövlüyünün təmin olunnmasından gedir. Məndə olan məlumata görə, bu məsələlər bu sazişdə öz əskini tapacaq. Lakin sazişdə bəzi texniki detallar var ki, onlar hələ müzakirə səviyyəsindədir.
– İddialar var ki, erməni lobbisi daha güclüdür və diasporumuz bu məsələdə onlara uduzur. Sizcə deyilənlər həqiqətdirmi?
– Etiraf etmək lazımdır ki, bəzi dövlətlərdə erməni lobbisi güclüdür. ABŞ, Fransa və Portuqaliyada erməni lobbisi güclüdür. Lakin ümumən demək olmaz ki, Avropa Birliyinin 28 dövlətində erməni lobbisi Azərbaycan icmasından daha güclüdür. Son işlədiyim dövlətdə – Çexiyada erməni lobbisi zəifdir və onların fəaliyyəti diqqət çəkmir. Hesab edirəm ki, bu ölkədən ölkəyə dəyişir və bununla bağlı iddiaların çoxu əsassızdır.
– Bəzi mühacirlərin Avropada ölkəmiz əleyhinə fəaliyyəti diqqətdən yayınmır. Necə düşünürsünüz, onları buna təhrik edən nədir?
– Bəli, müəyyən dövrlərdə məqsədli şəkildə mühacirətdə olan azərbaycanlılardan dövlətimiz əleyhinə istifadə olunmasına şahidlik edirik. Müəyyən zaman çərçivəsində müxtəlif kampaniyalar başlayır və adətən bu kampaniyalar 2-3 ay müddətində davam edir. Son dövrlər bu istiqamətdə yenidən müəyyən hərəkətlənmə hiss olunur. Çox təəssüf ki, bu beynəlxalq münasibətlərin reallığıdır və müxtəlif dövlətlər rəqiblərinə qarşı bu cür mübarizə üsullarından istifadə edirlər.
– Son təyinata qədər Azərbaycanı bir çox dövlətlərdə səfir olaraq təmsil etmisiniz. Müşahidələriniz nə deyir, diaspor siyasətimiz uğurludurmu?
– Nəzərə almaq lazımdır ki, Azərbaycan diasporu icma olaraq yeni yaranıb. Təxminən 25 ildir diaspor fəaliyyətinə başlamışıq. Ermənilər ənəvəvi olaraq Avropada məskunlaşıb və təşkilatlanıblar. Burada söhbət yüz ildən gedir. Bəzi ölkələrdə erməni icmaları hələ orta əsrlərdə yaranıb. Ona görə mən bu məsələdə müqayisənin tərəfdarı deyiləm. Hesab edirəm ki, bəzi dövlətlərdə təşkilatlanma prosesləri gedir və müəyyən nailiyyətlər əldə olunub. Lakin bununla kifayətlənmək olmaz və təşkilatlanma prosesi davam etməlidir. Azərbaycan hökuməti olaraq diaspor təşkilatlarına öz yardımlarımızı və tövsiyyələrimizi davam etdirməliyik. Lakin bu yardım daha çox mənəvi və təşkilatlanma səviyyəsində olmalıdır. Maddi yardımlar müəyyən narazılıqlara yol açır. Məncə, əsl diaspor təşkilatı özü-özünü maliyyələşdirməli və dövlətlə əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir.
– Azərbaycan «politoloq bolluğu» ilə seçilən ölkələrdəndir. Bəzən heç bir təhsili olmayan, texniki ixtisaslar üzrə təhsil almış şəxslər özlərini politoloq kimi cəmiyyətə təqdim edirlər…
– Hər kəs özünü politoloq adlandıra bilər. Bu məsələdə hər hansı məhdudiyyət yoxdur. Əgər beynəlxalq münasibətlərdən söhbət gedirsə, politoloq düzgün termin deyil. Politologiya siyasi elmdir və daha çox daxili siyasətə aid edilir. Beynəlxalq münasibətlər isə tamam ayrı bir elmdir. Bu səbəbdən beynəlxalq münasibətlərlə məşğul olan şəxsləri təqdim edəcək yeni terminə ehtiyac var. Bəzən görürük ki, Azərbaycanda kimsə özünü müstəqil politoloq adlandırır. Necə yəni müstəqil politoloq, qeyri-müstəqil politoloq da olur?! Hesab edirəm ki, ilk növbədə təhsildən başlamaq lazımdır. Belə olarsa biz bu sahədə ciddi inkişafa nail ola bilərik. Müvafiq təhsil almamış və bu istiqamətdə dərin biliklərə malik olmayan şəxsin beynəlxalq münasibətləri analiz etməsi, proqnozlar verməsi ciddi deyil. Mətbuat bu məsələdə xüsusilə diqqətli olmalıdır. Media kimisə politoloq olaraq təqdim edəndə, onun fikirlərinin ictimaiyyət üçün nə dərəcə önəm daşıdığını aydınlaşdırmalıdır. Biz beynəlxalq münasibətləri araşdıran şəxsləri bir araya toplamaq, onların şəbəkəsini yaratmaq niyyətindəyik. Burada Azərbaycan hökumətinin, Milli Məclisin, Universitetlərin, KİV təmsilçilərinin iştirakı nəzərdə tutulur.
– Bu günlərdə Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının üzvü seçildiniz. Maraqlıdır, bu Şura hansı işləri görəcək?
– (Saata baxır). Bu gün saat 15:00-da (müsahibə götürülən gün) BDU Himayəçilər Şurasının ilk iclası keçiriləcək. Birinci iclas olduğu üçün Himayəçilər Şurasının fəaliyyəti barədə danışmaz hələ tezdir.
– Bu gün minlərlə gəncin arzusudur ki, Harvard Universitetində təhsil alsın. Siz də Harvard məzunusunuz. «Harvard” gedən yol nədən başlayır?
– Harvard ABŞ-ın ən qədim universitetidir. Üstünlük odur ki, Harvard Universitetində tanınmış dünya alimləri tədris verir. Bundan başqa Harvard Universitetinin nəzdində tutarlı və əsaslı elmi tədqiqatlar aparılır. Fikrimcə, Azərbaycanda tədqiqatın təhsil ilə birləşməsinə ehtiyac var. ABŞ-da, Çində və digər ölkələrdə elmi tədqiqatlar adətən təhsil ocağı nəzdində aparılır. Harvard Universitetinin güclü tərəfi tədris və tədqiqat arasında sərhədlərin olmamasındadır. Orada təhsil almaq üçün orta məktəb qiymətlərin yüksək olmaqla yanaşı müvafiq testləri də uğurla verməlisən. Əsas vacib element isə abituriyentin müraciətdən öncə hansı istiqamət üzrə fəaliyyət göstərməsidir. İncəsənət, idman, bir sözlə ictimai əhəmiyyətli işlər bu qəbildəndir. Orada bakalavrı bitirəndən sonra 2-3 il fərq olmalıdır. Bu müddətdə bakalavrı bitirən məzun elmi və ictimai əhəmiyyətli işlərdə nailiyyət qazanıbsa, bu onun üçün böyük üstünlükdür.
Azər NİFTİYEV
Bölməyə aid digər xəbərlər

19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə
9-10-2022, 14:22
Sülhəddin Əkbər: “İran yalnız Zəngəzur dəhlizinin açılacağından qorxmur” - Müsahibə
29-09-2022, 20:29
Elxan Qarayev: “Rusiyada hərbi səfərbərliyə cəlb olunan azərbaycanlılar kontrakt tələb etməlidir” - Müsahibə
21-09-2022, 14:06
Sərdar Cəlaloğlu: “Hər dəqiqə Ermənistan-Azərbaycan müharibəsi başlaya bilər” - Müsahibə
3-07-2022, 13:50
Deputat: “Məmur sahibkarlığından qaynaqlanan inhisarçılıq əhaliyə böyük ziyan vurur” - Müsahibə
6-06-2022, 13:50
Politoloq: “Rusiyada etirazlar artacaq” - Müsahibə
27-05-2022, 13:03
Keçmiş səfir: “Zaman Ukraynanın dostu, Kremlin düşmənidir” - Müsahibə
26-05-2022, 20:43
Hərbi ekspert: “Rusiya texnokratları müharibəni uduzduqlarını başa düşürlər” - Müsahibə
25-05-2022, 16:16
Deputat: “Qərb Ukraynanı güzəştə məcbur edəcək” - Müsahibə
25-05-2022, 11:08
Zərdüşt Əlizadə: “Rusiyanı bu müharibədə məğlub edəcəklər” - Müsahibə
21-05-2022, 16:12
Sabiq müdafiə naziri: “Ruslar üçün ideal variant payız və qış döyüşünə hazırlaşmaqdır” - Müsahibə