00:00 / 20-05-2022
Müharibə nəticəsində Ukraynada ölənlərin sayı açıqlanıb
23:23 / 19-05-2022
İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan növbəti dəfə görüşəcək
23:23 / 19-05-2022
Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalara cavab verməlidir”
22:17 / 19-05-2022
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq yayıb
20:54 / 19-05-2022
ABŞ Ukraynaya əlavə 100 milyon dollar yardım ayırıb
20:18 / 19-05-2022
14 ölkədən Azərbaycana uçuşlar bərpa olunur – Siyahı
19:56 / 19-05-2022
Rusiyaya qarşı hərbi tribunal yaradılır
19:41 / 19-05-2022
İran prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib
18:55 / 19-05-2022
Xalq artisti vəfat edib - Foto
18:45 / 19-05-2022
Müəllimlərin sertifikatlaşdırılması üçün yeni sənəd hazırlanır
18:38 / 19-05-2022
Ordumuzun mövqeləri yenidən atəşə tutulub
18:27 / 19-05-2022
ICESCO-nun Baş direktoru Şuşada: “Bura mədəniyyətin paytaxtıdır”
18:21 / 19-05-2022
Özəlləşdirmədən əldə edilən vəsaitdən istifadə qaydası dəyişib
18:16 / 19-05-2022
Üzüm tingləri ilə bağlı yeni dövlət standartı təsdiqlənib
18:05 / 19-05-2022
Şahin Mustafayev İran prezidenti ilə görüşüb
18:04 / 19-05-2022
Azərbaycan əleyhinə növbəti kampaniya başlayır
18:00 / 19-05-2022
Əfv Komissiyası daha 100-dən çox müraciətə baxıb
17:51 / 19-05-2022
Bakıda ICESCO-nun regional ofisi açılacaq
17:43 / 19-05-2022
Milli Məclisin daha bir komitəsinin iclasında 13 məsələ müzakirə olunub
17:35 / 19-05-2022
71 yaşlı sabiq baş həkimə ağır cəza verilib
17:23 / 19-05-2022
Sabiq icra başçısı barədə həbs müddəti uzadılıb
17:20 / 19-05-2022
Azərbaycan səfirliyi Türkiyəni millli bayramı münasibətilə təbrik edib
17:09 / 19-05-2022
Mərkəzi Bank dolların sabaha olan rəsmi məzənnəsini açıqlayıb
17:01 / 19-05-2022
Daha bir partiyaya ofis verilib
16:57 / 19-05-2022
Bakıda multikultural perspektivlərlə bağlı beynəlxalq konfrans keçirilib
16:42 / 19-05-2022
DÇ-2022: hakimlərin adları açıqlanıb
16:36 / 19-05-2022
Ölkəmizdə koronavirusa yoluxma sayı açıqlanıb
16:32 / 19-05-2022
Gender komissiyalarının yaradıldığı bələdiyyələr məlum olub
11:34 / 19-05-2022

08:56 / 17-05-2022

17:53 / 16-05-2022

11:02 / 19-05-2022

12:57 / 17-05-2022

15:49 / 16-05-2022

16:21 / 17-05-2022

12:50 / 17-05-2022

13:49 / 19-05-2022

12:53 / 19-05-2022

11:32 / 17-05-2022

Ad gününü qeyd edən şair: “Ədəbiyyat və sənət insanları təkləyib məğlub etmək sənətidir” - Müsahibə
Tarix: 20-04-2022 11:22 | Bölmə: Müsahibə

Hava haqqında proqnozu buluddan öyrənən, şəhidi davadan gələn xəbər sayan, ulduzları əkinçinin havaya atdığı bir ovuc toxum bilən, şair, “Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəsin bu gün doğum günüdür.
Hər gözünü sıxanda şəhid anası
əri dişini sıxar:
“Olmadı,
bu ki olmadı!”
... Dörd şəhid atasının
dişlərini saydım
otuz iki olmadı...
Təkcə elə bu şeiri “Vətən savaşındandakı qələbəmiz niyə ədəbiyyatda layiqincə təbliğ olunmur”,- deyib təftiş aparanlara tutarlı cavabdır məncə.
- Müsahibənin əvvəli bir az siyasi mövzuda olacaq. Ukraynada baş verənləri izləyirsən yəqin. Söhbətə bu mövzu ilə başlamağım təsadüfi deyil, Ukrayna sənə də doğma ölkədir, şeirlərin Kiyevdə tərcümə və çap edilib, orda dostların var. Son hadisələrdə həlak olan, ev-eşiyini itirənlər arasında yəqin ki, sənin oxucuların da var...
- 2003-cü ildə Kiyevdə səfərdə olanda M.Bulqakovun ev muzeyinə baş çəkdim. Qəribədir ki, muzeyin əməkdaşı məni içəri buraxmaq istəmirdi. Səbəbi haqqında uzun danışmağa ehtiyac görümrəm, çünki “Nabran novellası” kitabımda bu barədə yazmışam. Çox çətinlikdən sonra ev muzeyinə daxil olanda orda bir şey mənim diqqətimi cəlb elədi. “Ustad və Marqarita”nın müəllifinin yazı masası olan otağa daxil olduq, orda işıqları söndürmüşdülər. Hansısa qaranlıq otaqda işıq effektinin hesabına divarda birdən-birə üç hərf həkk olundu. İnanılmaz bir mənzərə idi. Hərflərin biri “A”, biri “İ” üçüncü də “D” idi. Muzeyin əməkdaşı ən aşağı səs tonu ilə pıçıldadı: – Baxın, “a”, “i”, “d”. Bulqakov burda əslində “ad” yəni cəhənnəm demək istəyib... Təxminən iyirmi ilə yaxın vaxt keçməsinə baxmayaraq nədənsə Bulqakovun mistik xəbərdarlığı daim yadımda qalıb.
Ukraynada bu hadisələr başlayanda bəlkə də ilk yadıma düşən ev muzeyində rastlaşdığım o mistik görüntü oldu. “A”, “İ” “D”. Tanrı Ukraynanı Bulqakovun xəbərdarlığı ilə qorusun. AİD-dən - addan, yəni cəhənnəmdən.
- Poeziyanın da dua olduğuna inansaq, Ukrayna üçün hansısa bir dua yazmaq fikrin varmı?
- Bayaq dediyim cümləni Ukrayna üçün duam hesab edə bilərəsən - Tanrı Ukraynanı Bulqakovun xəbərdarlığıından -cəhənnəmdən qorusun.
Dünyada ilk dava iki qardaş arasında baş verib. Habillə Qabilin adları arasında bircə hərf fərqi var. Qabil Habili heyvan çənəsinin sümüyündən düzəltdiyi silahla vurub öldürüb. Bu gün dünyada savaş iki qardaş - Vladimirlə Volodimir arasında gedir. Onların da arasında cəmi bircə hərf fərqi var. Ardını yazmıram. Əgər insanlar öz çənələrini işə salırsa, dünyada sülh yaranır, heyvan çənəsini işə salırlarsa, onda dünyada qırğın düşür.
- Xalqımız ulduzlarla, onların sənəti, özəl həyatı ilə çox maraqlanır. Sənin baş redaktoru olduğun “Ulduz”a münasibət bəs necədir?
- Dediyin kimi, xalqın həmişə ulduza, onların sənətinə, həyatına marağı böyük olub, amma mənim çalışdığım “Ulduz” o ulduz deyil hazırda. Düzdür, nə vaxtsa “Ulduz” ulduzları ilə maraqlı olub. Söhbət bu il əlli beş yaşı olan tarixi jurnaldan gedir. Vaxtilə onun tirajı on milərlə idi. Bütün Azərbaycan Sovet Sosialist Respublikası dediyimiz ərazidə əlində “Ulduz” jurnalı olmayan demək olar ki, az ziyalı görmək olardı. Amma “Ulduz” nəinki ziyalıların əlində, kitabxanalarda, məktəblərdə idi. “Ulduz” həm də pambıq tarlalarında, üzüm plantasiyalında, tütün sahələrində idi. İndi “Ulduz”a maraq artıq o kütləvi maraq deyil, sırf sənət, ədəbiyyat marağıdır. Ədəbiyyat insanları kütləvi məhv etmək silahı deyil ki, hamını birdən-birə məhv eləsin, yaxud bütün bəşəriyyəti qorxu içində saxlasın. Ədəbiyyat və sənət insanları təkləyib məğlub eləmək sənətidir. “Ulduz” da məhz bu amala qulluq edir. Adamları təkləyib və məğlub eləməyə çalışır. Buna da bu günə qədər də nail olub, indi də nail olur, inanıram ki, “Ulduz” jurnalı indən sonra da öz missiyasını layiqincə yerinə yetirəcək.
2022-ci ilə gəlincə, biz dekabr ayından elan verdik ki, ötən ilin sonunda tələbə gənclərin xahişini nəzərə alıb “Ulduz”un abunə haqqını 2 azn-dən 1 azn-ə endirdik. Sonra qarışıqlıq olmasın deyə bunu bütövlükdə hər kəsə şamil elədik. Yeni ilin sonunda yalançı vədlər olur ee, yüz faiz endirim, əlli faiz endirim və s. biz elə yalançı endirim yox, real bir endirm elədik. Hazırda jurnalın böyük bir hissəsi abunəyə gedir, yerdə qalan hissəsi demək olar ki, dərhal satılır, belə deyim də son üç ayın nəticələrindən çox razıyam. Yanvar, fevral, mart nömrələrimiz demək olar ki, köşklərdə qalmayıb. Satışdan xeyir güdmürük, əsas işimiz “Ulduz”un oxunmağı, yayılmağıdır, ona da, şükür Allaha, nail oluruq.
Jurnalda işlərimiz yaxşıdır. “Ulduz”a maraq böyükdür. “Ulduz”un da öz maraqları var. Bu maraqlar da çox sadədir. Çox sadə – ədəbiyyata sənətə xidmət eləmək. Bəlkə də şablon səslənir, amma həqiqətdir.
- Hər birimizin həyatında mühüm hadisə baş verdi - torpaqlarımız erməni işğalından azad olundu. Ağdamda aparılan quruculuq işləri ilə maraqlanırsan yəqin...
- Bax, bu cümlə var e “hamımızın həyatında mühüm hadisə baş verdi”, xətrinə dəyməsin, torpaqlarımızın işğaldan azad olunmağının o qədər də yaxşı ifadəsi deyil. O masştabda, o böyüklükdə ifadə edə bilmir. Elə bir söz yoxdur ki, Qarabağın işğaldan azad olunmağını bizimçün ifadə eləsin. Qarabağ işğaldan azad olunanda mətbuata ilk açıqlamamda belə demişdim: otuz ildir, oxucularıma deyirəm, Qarabağ işğaldan azad olunacaq. Çox sevinirəm ki, mən öz oxucumu aldatmadım. Fərqi yoxdu, oxucunun neçə sayı var; bir sayı var, bir milyon sayı var, on milyon sayı var, yoxsa oxucu təkcə mən özüməm. O da ola bilər, amma fakt faktlığında qalır ki, mən öz oxucumu aldatmadım və özümü aldatmadım. İnanırdım ki, torpaqlar işğaldan azad olunacaq. Və olundu da.
Təkcə Ağdamda yox, Qarabağda gedən işlərlə də maraqlanıram. Bir şey də demək istəyirəm, Qarabağda gedən bərpa işləri, tikinti işləri kimi, dünyada tikinti-bərpa işləri çox olub və onun bənzəri var, amma Qarabağda aparılan dağıdıcılıq işlərinin yer üzündə analoqu olmayıb. Düşmənlər, o cür ki Zəngilanı, o cür ki Ağdamı, o cür ki Cəbrayılı, Füzulini, Qubadlını, Laçını, o cür ki Kəlbəcəri dağıdıblar, belə bir dağıntı, belə bir vəhşilik dünyada rast gəlinməyib. Çox istərdim, necə ki, onlar analoqu olmayan şəkildə Qarabağı darmadağın ediblər, arzulayıram ki, Qarabağ yenidən bərpa olunsun, özü də dünyada analoqu olmayan şəkildə. Yəni elə bir bərpa-tikinti işləri getsin ki, indi necə ki, ürəkağrısı ilə deyirik belə bir dağıntı işləri yer üzündə olmayıb, yaxın beş ildə, on ildə deyək, belə bir gözəllik, belə bir bərpa, belə bir tikinti də dünyanın heç harasında yoxdur. İnanıram ki, yaxın gələcəkdə Qarabağ, nəinki Azərbaycanın, nəinki Türk dünyasının, bütün dünyanın gözü olacaq. Dünyanın bir ayağı bu torpaqlarda olacaq. Qarabağ turizmin mərkəzinə çevriləcək. Qarabağ bunu haqq edir; öz keçmişiynən, dünəniynən, öz gələcəyiynən və həm də öz ağrılı taleyiynən.
- Yazıçılar Birliyi növbəti qurultaya hazırlaşır, deyilənlərdən belə başa düşdüm ki, qurultay Şuşada keçiriləcək...
- Yazıçılar Birliyinin qurultayı əslində pandemiyadan qabaq olmalı idi. Hər iş də görülmüşdü. Yəqin bilirsən ki, qurultay qabağı məruzələr hazırlanır. Məruzələr də hazır idi, təşkilat işləri də başa çatmışdı. Bununla bağlı hər bir iş görülmüşdü. Artıq qurultay keçirilməli idi. Amma birdən-birə bütün dünyanı başına götürmüş COVID-19 adlı bu xəstəlik bütün planları alt-üst elədi. Təkcə Yazıçılar Birliyinin planlarını yox, dünyanın əksər təşkilatlarının planlarını alt- üst elədi. Deyəsən, elə maliyyə baxımından ən az itki verən Yazıçılar Birliyi oldu. Çünki bununla bağlı, xüsusilə idman təşkilatları, turizm təşkilatları böyük pullar itirdilər, özü də çox böyük. Təbii ki, Yazıçılar Birliyinin planları pozuldu.

Dünyada bu COVID pandemiyası hökm sürərkən, bu azmış kimi düşmənlər növbəti dəfə cızıqlarından çıxdılar. Azərbaycan torpağından Azərbaycan torpağına hücuma keçdilər və bu dəfə Azərbaycan ordusu, Azərbaycan xalqı, Azərbaycan prezidenti artıq onların cavabını birdəfəlik vermək qərarına gəldi. Biz bu pandemiya vaxtı həm də sevincli günlər yaşadıq. Qırx dörd günlük həyəcan, həm də sevinc dolu günlər yaşadıq, çünki ilk gündən inanırdıq ki, bunun sonu qələbəylə bitəcək. Və sonda da biz Azərbaycanın baş tacı olan Şuşanı işğaldan azad elədik və qurultayın da Şuşada keçirilmək planı arzusu təsadüfi deyil. İnşallah, yay aylarında qurultay məhz Şuşada keçiriləcək. Öz qaydası, axarı üzrə. Bu, Yazıçılar Birliyinin heç bir qurultayına bənzəməyəcək. Təşkilatı baxımdan, struktur baxımından demirəm, məhz keçirildiyi yerə görə. Yəni, məhz Şuşada keçirildiyinə görə AYB-nin ən gözəl qurultayı olacaq.
- Son günlər mətbuatda, televiziyalarda, sosial şəbəkədə müzakirə olunan məsələlərdən biri də Qarabağ Zəfərimizin ədəbiyyatda, incəsənətin ayrı-ayrı sahələrində əks edilməsidir. Ədəbiyyat adamı kimi belə müzakirələrə münasibətin necədir?
- Aparılan müzakirələrdən xəbərim var. Mənim fikrimi öyrənmək istəyirsənsə, mən ədəbiyyat haqqında danışmaq istəyirəm. Bu şəkkaklara bildirmək istəyirəm ki, ədəbiyyat başqa sənətlərdən fərqli olaraq, ümumiyyətlə, Qarabağı işğal olunmağa qoymadı. Qarabağla bağlı essem var, orda yazmışdım ki, ermənilər yuxarıdan kəndə soxulmaq istədilər, amma mən burda yazını dayandırıram. Bir halda ki, Qarabağ mənimdir, qələm mənimdir, esse mənimdir, axı düşmənin nə həddi var ki, onlar kəndə hücum eləsinlər... Azərbaycanın müstəqilliyini də, Qarabağın azadlığını da həmişə tətikdə saxlayan Azərbaycan ədəbiyyatı olub, xüsusilə poeziyası. Heç kəsin Azərbaycan ədəbiyyatını, Azərbaycan poeziyasını, Azərbaycan nəsrini ittiham etməyə ixtiyarı yoxdur. Sadəcə yoxdur. Bu bir, ikinci kiminsə sifariş verməyi absurd məsələdir. Nəyi yazmaq, nəyi yazmamaq. Çox yaxşı olar ki, yazılanları oxusunlar, yəni müharibə başa çatandan sonra Qarabağın işğaldan azad olunmasıyla bağlı, böyük qələbəylə bağlı kifayət qədər ədəbiyyat nümunələri yaranıb. Hələ müharibə gedən dövrdə, yeni başlayanda mən “Saat altını gözləyirəm” adında esse yazmışdım. Orda qeyd etmişdim ki, ən böyük yüksəklik ruh yüksəkliyidir. Azərbaycan ordusu birinci məhz bu yüksəkliyi-ruh yüksəkliyini fəth elədi. Qələbəmizin birilliyi münasibətilə yazdığım “4+4: rəqəmsal namə” adlı essemdə də yazmışdım: heç bilirsiniz, sıldırımlı qaya ilə Şuşaya göyə qalxan əsgərlərimizə kim kömək elədi? Onların əlindən Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımız tutdu. O qəhrəmanlar ki, onlar Şuşada həlak olmuşdular. Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində Şuşaya dırmaşan bizim oğlanların əlindən tutdular, onların Şuşaya qalxmaqlarına kömək etdilər və Şuşa uğrunda davada təkcə torpağın üstündəki igidlərimiz döyüşmədi, torpağın altındakı şəhidlərimiz də qalxıb döyüşdülər. Bunlarla yanaşı mənim “Adam, Ağam, Ağdam” şeirim, o cümlədən, “Xoş gördük, Şuşam”, “Qarabağın qəzası”, “Nə gördün Qarabağda?” şeirlərim yazılıb, həm də çap olunub. Bunlar təkcə yazılı mətbuatda yox, həm də Azərbaycanın müxtəlif televiziyalarında - “Mədəniyyət”, AzTV, “Xəzər”, İctimai TV-də müxtəlif aparıcıların, müxtəlif qələm dostlarımın, şairlərin, o cümlədən, aktyorların, bədii qiraət ustalarının dilindən səslənib, klipləri çəkilib. Əgər insanlar bunu görməyiblər, görməzdən gəliblərsə, onda ədəbiyyat haqqında danışmaqdansa sussunlar. Və bir də Saltıkov-Şedrinin bir sözü var, bu günlərdə rastıma çıxdı, çox xoşuma gəldi, bu suala istəyirəm o sözlə nöqtə qoyam. Deyir ki, bəzi adamlar vətənpərvərlikdən danışırlar, demək, nəsə oğurlayıblar.
- İnformasiya texnologiyaları çox sürətlə inkişaf edir, bu templə ayaqlaşmamaq da mümkün deyil. Belə bir dövrdə Qulu Ağsəsin feysbuk sosial şəbəkəsindən kənarda qalması mənə bir qəribə gəlir...
- Bir neçə il fəaliyyət göstərdim feysbukda, belə demək mümkünsə, sonra nəsə birdən-birə feysbukdan yoruldum və çıxdım ordan. İndi sosial şəbəkələrdən istifadə eləmirəm, sözün açığı, “Ulduz”un özünün sosial şəbəkə hesabları var, onu admin işlədir, jurnal var, özüm yoxam. Dostlarım instaqramda hesab açıblar, orda videopoeziya paylaşıram. Hekayə bölümündə statuslarımı paylaşır, nələrəsə münasibət bildirirəm. Hələ ki feysbuka gəlmək fikrim yoxdur. Lağ-lağıdan, zarafatdan, yersiz şeylərdən təmizlənsə qayıdacam.
- Şair, bu gün doğum günündür. Bu münasibətlə tort hazırlatmaq fikrim var, amma bilmirəm tortun üstünə sənin hansı misranı yazdırım...
- Mənim fikrimi bilmək istəyirsənsə onda deyim:
Bu dünyada heç kəsə demədim,
o dünyada soruşsalar “sən kimsən?”
gözümü yumub, ağzımı açacam.
Deyəcəm ki,
altındakı skamyada
bir yol özü oturmayan
yorğun ağacam.
İstəsən tortun üstünə bunu yazarsan.
- Belə görürəm ki, çox böyük tort sifariş verəsi olacam...
Etibar Cəbrayıloğlu
Bölməyə aid digər xəbərlər

17-05-2022, 08:56
Etibar Məmmədov: “Yaxın zamanlarda Rusiyanın dağılma prosesi başlayacaq” - Müsahibə
4-05-2022, 10:42
Professor: “Türkiyənin hərbi bazalarının bir hissəsi Azərbaycanda yerləşdiriləcək” - Müsahibə
26-04-2022, 12:30
Qətlə yetirilmiş prezidentin oğlu: “Ruslara inanmayın!” - Müsahibə
20-04-2022, 15:33
Podolyak: “Kütləvi şəkildə qadınları zorlayan, uşaqları öldürən vəhşi sivilizasiya ilə müharibədəyik” - Müsahibə
20-04-2022, 11:22
Ad gününü qeyd edən şair: “Ədəbiyyat və sənət insanları təkləyib məğlub etmək sənətidir” - Müsahibə
18-04-2022, 16:52
İqor Jovkva: “Üçüncü variant son əsgərə və son ukraynalıya qədər döyüşməkdir” - Müsahibə
9-04-2022, 14:39
Xarkovun rəhbəri: “Düşmən nə Xarkov şəhəri, nə də bölgə ilə bağlı istəyindən əl çəkməyib” - Müsahibə
17-03-2022, 12:34
Ukrayna Təhlükəsizlik Şurasının katibi: “Biz dözəcəyik və mütləq qalib gələcəyik” - Müsahibə
31-12-2021, 08:53
Rauf Rəcəbov: “İctimai Televiziya etnik mədəniyyətlərin carçısı olmalıdır” - Müsahibə
25-11-2021, 14:32
Akademik: “İşğaldan azad olunmuş ərazilərdə radiasiya təhlükəsizliyinin araşdırılması prioritet istiqamətlərindədir”
21-09-2021, 18:00
Türkiyə səfiri: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı və..."
15-09-2021, 09:33
Professor: “Yeni dünya düzəni yaranacaq” - Müsahibə
13-09-2021, 20:40
Ramin Bayramlının atası: "Dedim, nəyə görə istefa verdin?"
30-08-2021, 17:07
Vahid Əhmədov: “Koronavirus uzun müddət davam etsə dövlətlər sıradan çıxa bilər” - Müsahibə
23-08-2021, 16:57
Əli Əliyev: “Azərbaycanda vaksinasiya düzgün aparılmır” - Müsahibə
9-07-2021, 17:23
Deputat: “Qarabağ və Zəngəzur iqtisadi rayonları həm də siyasi əhəmiyyət daşıyır” - Müsahibə
21-06-2021, 11:32
İqbal Ağazadə: “Zəngəzur dəhlizinin açılacağına inanmıram” - Müsahibə
7-06-2021, 15:38
Soltan Məmmədov: “Ermənistanda müharibənin yeni reallığının nəticələrini anlamaqda çətinlik çəkirlər” - Müsahibə
5-06-2021, 19:46
Deputat: “Qərb Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında maraqlı deyil” - Müsahibə
25-05-2021, 10:04
Yaqub Məmmədov: “Ermənistandakı seçkilərdən çox şey asılıdır” - Müsahibə
22-05-2021, 14:48
Əli Məsimli: “...bunun nəticələri 44 günlük müharibədən daha dəhşətli olacaq” - Müsahibə
15-05-2021, 13:23
Professor: “Ermənistan bəzi yerlərdə Azərbaycanın 3-5, hətta 10 kilometr ərazisini qəsb edib”
4-05-2021, 11:16
Tofiq Zülfüqarov: “İki super güc arasında siyasi gərginliklər bir qədər də artacaq” - Müsahibə
9-03-2021, 08:58
Mehman Əliyev: “Zəngilan-Kəlbəcər tərəfə baxdıqda görürük ki, burada sərhədlər...” - Müsahibə
7-03-2021, 11:38
Professor: “Mümkündür ki, Bayden Türkiyə ilə daha yaxından əməkdaşlıq etsin” - Müsahibə
5-03-2021, 11:38
Məhərrəm Əliyev: “Cənab Ali Baş Komandanımız iki cəbhədə öz Dəmir Yumruğunu göstərdi” - Müsahibə
1-03-2021, 08:57
Deputat: “Ordu ciddi mülki nəzarət altında olmalıdır” - Müsahibə
6-02-2021, 17:40
Rusiyada inqilabi dəyişiklik ssenarisi işə salına bilər - Politoloq
9-01-2021, 17:58
Politoloq: “Zəngəzur dəhlizində Rusiyanın da marağı var” - Müsahibə