17:39 / 26-04-2024
"Beşiktaş" daha bir futbolçu ilə müqaviləni yeniləyib
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
17:23 / 26-04-2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
17:15 / 26-04-2024
Quba-Xaçmaz Regional filialına müdir təyinatı olub
16:58 / 26-04-2024
“Krokus”dakı terror aktına görə daha bir şübhəli saxlanılıb
16:56 / 26-04-2024
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - Foto
16:11 / 26-04-2024
Azərbaycanda partiya rəhbəri həbs edilib
16:05 / 26-04-2024
Əli Əsədov daha bir qərar imzalayıb
15:52 / 26-04-2024
Qəzzada daha 51 dinc sakin həlak olub
15:46 / 26-04-2024
Avtomobil şirkəti daha bir yeniliyə imza atıb - Fotolar
15:33 / 26-04-2024
Keçmiş rektor son söz üçün məhkəmədən yenə vaxt istəyib
15:14 / 26-04-2024
Azərbaycan prezidenti Almaniya kansleri ilə görüşüb - (Yenilənib) - Fotolar
14:43 / 26-04-2024
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndiyə gəliblər
14:06 / 26-04-2024
Rusiyanın yeni silahı ABŞ-a məxsus peykləri vura biləcək
13:54 / 26-04-2024
"Qarabağ" klubu cərimələnib
13:28 / 26-04-2024
Naxçıvan Nazirlər Kabinetinə Aparat rəhbəri təyin edilib
13:21 / 26-04-2024
Tehran-Tel-Əviv qarşıdurmasının növbəti dayanacağı haradadır?
13:07 / 26-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı gedib - (Yenilənib)
13:01 / 26-04-2024
Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"
12:48 / 26-04-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:43 / 26-04-2024
Əliyevin tarixi gedişi: Berlinə aparılan “qovluq”da nələr var?
12:34 / 26-04-2024
XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:29 / 26-04-2024
Kosmik Stansiyada tapılan təhlükəli bakteriyalar insanlar üçün əhəmiyyətli ola bilər
12:14 / 26-04-2024
İlham Əliyev: "Bizim Avropa bazarlarına nəql ediləcək resurslarımız var"
11:46 / 26-04-2024
Ukraynaya qarşı savaş Kremldəki kabinetlərə keçir - Politoloq
11:44 / 26-04-2024
Şirvanda əməliyyat: saxlanılanlar var
11:21 / 26-04-2024
“Neftçi”nin şikayəti təmin olunmayıb
11:21 / 26-04-2024
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb - Fotolar
11:05 / 26-04-2024
Ən yaşlı albatros "aktiv görüş" rejiminə keçib
10:49 / 26-04-2024
İki elm adamı Ali Attestasiya Komissiyasını məhkəməyə verib
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
00:05 / 23-04-2024
Abramoviç yeni futbol klubunu Avropanın ən yaxşısı edəcək
00:02 / 23-04-2024
Məşhur boksçu Mayk Tayson şirkətin səfiri olub
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
Azərbaycan əqli məhsul istehsalı dövrünə hazırdırmı?
Tarix: 24-04-2019 10:15 | Bölmə: Xəqani CƏFƏRLİ
Yeni minilliyin ilk yüzilliyi tarixə bəşər cəmiyyətinin əmtəə məhsul istehsalından əqli məhsul istehsalına keçid dövrü kimi düşəcək. Əmtəə məhsul istehsalından əqli məhsul istehsalına keçid şüurlu insanın (Homo sapiens) tarixin səhnəsinə çıxdığı zamandan günümüzə qədərki bir dövrün bitməsi və yeni dövrün başlanması deməkdir.
Tarixçilər şüurlu insanın tarixin səhnəsinə çıxdığı gündən məruz qaldığı təkamül dövrlərini mərhələlərə bölürlər. Ancaq istehsalın dəyərləndirilməsi baxımından həmin dövrü bütövlükdə əmtəə məhsul istehsalı dövrü adlandırmaq olar.
Artıq bəşər tarixinin yeni mərhələsi başlayır. Bu dövr özünün sürətlə dəyişməsi ilə əmtəə məhsul istehsalı dövründən fantastik dərəcədə sürətli olması ilə fərqlənir. Bu gün bəşər övladının inanılmaz uğuru sayılan kəşflər çox qısa zamandan sonra yenisi ilə müqayisədə ibtidai məhsul kimi görünür. Bəşəriyyət icad olunanı tam qavramamış gündəmə yenisi gəlir. Əqli məhsul istehsalı prosesində yaşanan kosmik sürətli yeniləşməni Azərbaycandan və ümumiyyətlə postsovet məkanından izləmək çox çətin, hətta bəzən mümkünsüz olur.
Rusiyanın ən bahalı şirkətinin - “Sberbank”ın prezidenti German Qref 2016-cı ildə Moskvadakı elitar “Skolkovo” biznes məktəbindəki çıxışında dünyada baş verən dəyişikliklərdən danışıb. O, ABŞ-a səfəri çərçivəsində “Netflix” şirkətində gördüklərindən heyrətə gəldiyini deyib:
“Yaxşı olardı ki, mən heç oraya getməyim. Çünki, orada özümü mamont (Buzlaq dövrünün başa çatması ilə nəsli kəsilmiş canlı) kimi hiss etdim”.
“Sberbank”ı Rusiyanın ən bahalı şirkətinə və modern bankına çevirməyi bacarmış, rəhbərlik etdiyi şirkətdə müasir texnologiyaları uğurla tətbiq etmiş sabiq nazir German Qrefi dediklərində haqlı saymamaq olmaz.
Azərbayanda isə nə yeni yüzilliyin, nə də yeni minilliyin siyasi-iqtisadi münasibətlər sisteminin işartırlarını görmək mümkün deyil. Neft istehsalı üzərində qurulmuş iqtisadiyyatdan pambıq və barama istehsalı üzərində qurulacaq istehsal prosesinə keçid edirik. Yeni iqtisadi modellər və dünyada baş verən texnoloji inqilab barədə, əmtəə məhsul istehsalından əqli məhsul istehsalına keçid haqqında akademik Rafiq Əliyev, sabiq millət vəkili Gültəkin Hacıbəyli və Ratqers Universitetinin azərbaycanlı professoru Qubad İbadoğlu tərəfindən Azərbaycan cəmiyyətinə ünvanlanmış mesajların isə toplum tərəfindən dərk edildiyini söyləmək mümkünsüzdür. Ancaq bu mesajların tam təsirsiz qaldığını da düşünmək olmaz.
Qubad İbadoğlunun gəncləri seçdikləri ixtisası dərindən mənimsəmək, ali təhsilin növbəti pilləsini xaricdə oxumaq və əcnəbi dillərdən birini mükəmməl öyrənməyin zəruri olması ilə bağlı tövsiyəsi isə artıq Azərbaycan cəmiyyətində yeni bir mərhələ başlatmaq ərəfəsindədir. “Qubad İbadoğlunun tövsiyələrinə sözardı” başlıqlı məqaləmdə hansı əcnəbi dilin öyrənilməsi, “Azərbaycan gənci ali təhsili harada almalıdır?”, - başlıqlı məqaləmdə gəncliyin ali təhsil almaq istərkən seçim etməli olduğu istiqamət üzrə doğru hesab etdiyim fikirlərimi bölüşmüşdüm. Bu məqaləmdə gəncliyin hansı ixtisası seçməsinin daha doğru ola biləcəyi ilə bağlı fikirlərimi bölüşmək istəyirəm.
Azərbaycanda gənclərin əksəriyyəti, həm də daha savadlılar çox böyük həvəslə hüquq təhsili almağa can atır. Ali məktəblərə qəbul zamanı rəqabətin ən çox müşahidə olunduğu sahə də məhz hüquqşunaslıq ixtisasıdır. Amma Azərbaycandakı bu mənzərə dünyada baş verən proseslərlə ziddiyyət təşkil edir. Hələ 2017-ci ildə İ. Kant adına Baltik Federal Universitetinin tələbələri qarşısında çıxış edən G. Qref üzünü gələcəyin hüquqşünaslarına tutaraq demişdir:
“Cənab hüquqşünaslar, siz daha mənə lazım deyilsiniz. Neyroşəbəkə məhkəməyə sizdən daha daha yaxşı iddia ərizəsi hazırlayır. “Sberbank”da ötən il (2016-cı il nəzərdə tutulur-red.) 450 hüquqşünas ixtisar etmişik”.
Bu yalnız Rusiyada, “Sberbank”da baş verənlər deyil. Qərbdə hələ əsrin ilk illərində başlayan, Rusiyaya isə 2015-ci ildən çatan bu proses tələb olunan ixtisaslarla bağlı siyahıda əhəmiyyətli dərəcədə dəyişikliyə səbəb olub. İndi kompüter və informasiya texnologiyaları üzrə ixtisaslar cədvəlin ön sırasında yer alır. Bu proses informasiya texnologiyalarının tətbiqinin genişlənməsi ilə daha da artacaq.
German Qref hesab edir ki, çox yaxın zamanlarda bankların indiki formasından əsər-əlamət qalmayacaq. Strukturunun tamamilə dəyişərək kiçiləcəyinə görə banklarda çox ciddi ixtisarların gözlənildiyini pronozlaşdıran G. Qref gəncləri ənənəvi bank mütəxəssisi təhsili almaqdan çəkinməyə çağırır. Azərbaycanda belə çağrışlara rast gələ bilməzsiniz. Amma bu, həmin proseslərin Azərbaycanda da yaşanmayacağı anlamına gəlmir.
Bankomatların tətbiqi müştərilərin banka müraciətlərini azaltdığı kimi, bankların maliyyə əməliyyatları üzrə mütəxəssislərə tələbatını da azaldıb. Rəqəmsal iqtisadiyyatın dərinləşməsi isə həmin bankomatlara ehtiyacı aradan qaldıracaq.
Bu gün Qərbdə insanların banka getməsi nadir hadisəyə çevrilməkdədir. Eyni tale bütün dünya ölkələrini gözləyir. Buna görə də, gənclər bank işçisi olmaqla bağlı arzularını yenidən götür-qoy etməlidirlər.
Nüfuzlu mərkəzlərdən birinin dünya üzrə apardığı araşdırmaya görə, on il sonra kompüter elmləri və informasiya texnologiyaları üzrə mütəxəssisə tələbat o qədər artacaq ki, hazırda bu ixtisas üzrə təhsil alanlar yaranmış ehtiyacı ödəyə bilməyəcəklər. Ona gərə də Azərbaycanın Təhsil Nazirliyi dövlətin digər qurumları ilə birlikdə beş, on, onbeş, iyirmi il sonra hansı ixtisaslara tələbatın olacağı ilə bağlı ciddi araşdırmalar aparmalı, böyüməkdə olan nəslin doğru seçim etməsinə istiqamət verməlidir. Əks halda gənclər ali məktəbə qəbul ərəfəsində hansısa ixtisasların ləğv olunacağından xəbər tutmaqla başqa ixtisas seçmək məcburiyyətində qalacaqlar. Necə ki, Nazirlər Kabineti 11 fevral 2019-cu il tarixli, 45 saylı qərarı ilə bu zamana kimi qüvvədə olan “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibbtəhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”na dəyişiklik edərək mövcud ixtisasların sayını 175-dən 148-ə endirdi. Mütəxəssislər isə bu qərarı gecikmiş və yarımçıq addım kimi qiymətləndirirlər. Belə görünür ki, bu sahədə fundamental işlər görülməlidir. Amma Təhsil Nazirliyi bu vəzifənin öhdəsindən gəlmək potensialına malik deyil. Bu isə böyüməkdə olan Azərbaycan gəncliyinin dövrün çağrışlarına hazır olmayacağını indidən proqnozlaşdırmağa imkan verir.
Dövlət orqanlarının öz üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirə bilmədiyi bir zamanda, Azərbaycan ziyalısının üzərinə daha çox vəzifə düşür. Böyüməkdə olan nəsli doğru yönləndirmək bu gün Azərbaycan ziyalısının üzərinə düşən əsas vəzifədir.
Professor Qubad İbadoğlu gənclərə tövsiyəsində öz üzərinə düşən vəzifəni yerinə yetirməklə cəmiyyətin, xüsusilə də onun ziyalı təbəqəsinin diqqətini bu məsələyə yönəltdi. Bundan əvvəl tanış olduğunuz “Qubad İbadoğlunun tövsiyələrinə sözardı” və “Azərbaycan gənci ali təhsili harada almalıdır?”,- məqalələrim və oxuduğunuz bu məqalə də prosesə öz töhvəmi vermək niyyətindən yarandı. Əlbəttə, bu məqalələr də böyüməkdə olan yeni nəsli dövrün tələblərinə cavab verəcək şəkildə hazırlamaqla bağlı görülməli olan işlərin hamısını əhatə etmir və edə də bilməz. Ancaq bu məqalələrin faydalı olacağını düşünür və məqalələrimin cəmiyyətə çatdırılmasına dəstək verən sayt və qəzet redaksiyalarının kollektivinə təşəkkürümü bildirirəm.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?