09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
“Qarabağ”dan ayrılan oyunçunun transferi bloklanıb
Tarix: 05-01-2020 10:53 | Bölmə: İdman / Xəbərlər
“Qarabağ”dan ayrılan oyunçunun transferi bloklanıb

“Qarabağ”dan ayrılan Asmir Beqoviçin İngiltərə Premyer Liqa təmsilçisi “Aston Villa” və ya “Vest Hem”ə keçidi baş tutmaya bilər.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniyanın “Daily Star” nəşri məlumat yayıb. İddia olunur ki, transferin bloklanması barədə qərarı Asmirin müqavilə ilə məxsus olduğu “Borntmut” klubunun baş məşqçisi Eddi Hou verib.

Qeyd edək ki, Hou ilə Beqoviç arasında uzun müddətdir problemlər var. “Bornmut” turnir cədvəlində “Aston Villa” və “Vest Hem”in ən yaxın izləyicisidir. Eddi Hounun məhz bunu əsas gətirərək Beqoviçin transferini əngəllədiyi bildirilir.

Qəzet Beqoviçin “Borntmut”dan getməyə israrlı, daimi oynamaq üçün hətta maaşının bir hissəsindən keçməyə hazır olduğunu yazıb. “Qarabağ”da oynamaq üçün bunu etdim, yenə də edərəm”, – deyə Beqoviçin belə bir fikir söylədiyi iddia olunur. Amma bu məsələdə klubun də futbolçuya kömək etməli olduğu qeyd edilib.

Əgər Beqoviçin transferi məsələsində əngəl aradan qalxmasa, bu halda “Aston Villa” və “Vest Hem”in yayda bosniyalı başqa bir qapıçı, hazırda “Erzusumspor”da oynayan İbrahim Şehiçi ala biləcəyi bildirilir. İyunda Türkiyə “Erzurumspor”u ilə müqaviləsi başa çatacaq futbolçunun azad agent kimi bu iki klubdan birinə keçəcəyi istisna olunmur. Həmin dövrdə Şehiçin bazar qiymətinin ingilislərə sərf edəcək qiymətə - 1.5 milyon funta düşəcəyi bildirilir.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib
26-11-2024, 21:38 Ordubadda zəlzələ olub

bütün xəbərlər