11:28 / 26-10-2025
İlham Əliyev Avstriya prezidentinə məktub göndərib
10:46 / 26-10-2025
Trampın iştirakı ilə sülh sazişi imzalanıb
10:27 / 26-10-2025
Azərbaycan millisinin üzvü əməliyyat olunub
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
17:55 / 25-10-2025
“Sputnik Azərbaycan”ın böyük redaktoru Rusiyaya gedib
15:45 / 25-10-2025
Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
13:09 / 25-10-2025
Sabah yağış yağacaq - Proqnoz
11:31 / 25-10-2025
Prezident İlham Əliyev Tokayevə məktub göndərib
11:01 / 25-10-2025
Metroda dava salan 4 nəfər saxlanılıb
10:34 / 25-10-2025
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq
10:17 / 25-10-2025
Azərbaycan XİN Qazaxıstana təbrik ünvanlayıb
10:02 / 25-10-2025
Rusiya üzərində 121 Ukrayna PUA-sı vurulub
09:30 / 25-10-2025
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)
09:05 / 25-10-2025
Premyer Liqa: bu gün 4 komanda qarşılaşacaq
00:13 / 25-10-2025
Prezident Qubadlı ilə bağlı video paylaşıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
23:49 / 24-10-2025
Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib
20:54 / 24-10-2025
Azərbaycan BMT ilə 2026-2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb
18:03 / 24-10-2025
Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi üzrə saziş imzalayacaq
17:54 / 24-10-2025
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
17:49 / 24-10-2025
Veteranlara verilən 80 manat artırılmayacaq
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
16:54 / 24-10-2025
"Starlink" vasitəsilə kibercinayətkarlıq artıb - Foto
16:36 / 24-10-2025
Avropa yeni raketdaşıyıcısını təqdim edib - Fotolar
16:20 / 24-10-2025
Ceyhun Bayramov TDT Baş katibi ilə görüşüb
16:07 / 24-10-2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
15:58 / 24-10-2025
Dövlət müəssisələrindən bir milyon manat mənimsəyənlərə cəza istənilib
14:58 / 24-10-2025
Vladimir Putin İlham Əliyevə zəng edib
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
Bizi yaxınlaşdıran və uzaqlaşdıran zaman... - Firuz Mustafa yazır
Tarix: 15-04-2020 21:26 | Bölmə: Firuz MUSTAFA

(Tələbəlik dostum, gözəl insan, istedadlı alim Akif Məmmədov haqqında xatirə)
- Salam, müəllim. Sizi narahat edən Akif müəllimin bacısı qızıdır.
Mənim Akif adda bir xeyli-dost tanışım var. Amma ürəyimə damdı ki, söhbət Akif Məmmədovdan gedir.
Zənnim məni aldatmayıbmış. Zəng edən xanım telefonda bunları da əlavə etdi:
- Mən Akif müəllimin qohumu olmaqla yanaşı, həm də onun iş yoldaşı olmuşam. Onunla birlikdə işləmişəm. Adım Ruhəngizdir. İstəyirəm ki, onunla bağlı xatirələrinizi yazasız. Bildiyim qədər yaxın olmusuz...
Həyatı tərk etmiş dostlar haqda danışmaq, yazmaq nə qədər çətin olsa da, zamanın sərt və bəzən də çox amansız qanunları ilə razılaşmalı oluruq. Yəni bu dünyaya gələnlər bir gün bu dünyadan getməlidir. Bu, təbii ki, anlaşılandır. Amma adamı bir çox hallarda yandıran, cəmiyyət və millət üçün gərəkli adamların bu dünyadan vaxtsız köçməsidir.
Akif Məmmədovla biz eyni qrupda oxumuşuq. İlk dərs günlərini xatırlayıram. Bu qarayanız, çəlimsiz, zahirən diqqəti o qədər də cəlb etməyən oğlan çox tezliklə onu tanıyanların sevimlisinə çevrildi.
Akif ilk baxışda hamıdan uzaq gəzməyə çalışan, qapalı, sərt adam təsiri bağışlayırdı. Amma onun necə alicənab, duyğulu, səmimi bir adam olduğunu bilmək üçün bu “qapalı” insanla qısaca ünsiyyət belə kifayət edirdi. Onün özünəməxsus, xəfif yumoru vardı.
Əlbəttə, tələblər arasında özünü “gözə soxmaq” istəyən, yüksək qiymət almaq üçün müxtəlif hiylələrə əl atanlar da olurdu. Belələri haqda Akif mənalı tərzdə “sifətlər” deyərdi. Bu, əslində elə “sifətsizlər” demək idi.
Ucqar dağ rayonundan - Lerikdən o zamankı qaynar şəhər mühitinə düşmüş Akifi əhatəsində olduğu adamlara ilk mövbədə onun yüksək mədəniyyəti sevdirirdi. Akif hamı ilə dil tapan, həssas, zəhmətkeş, intellektual bir adamdı.
O, dərs əlaçısı idi. İlk semestrdən tutmuş ta son buraxılış imtahanlarına qədər bütün fənlərdən aldığı qiymətlər yalnız “əla” idi. Arada bizim ümumi dostumuz Məhərrəm Balıyev ona zarafatla söz atardı: “Akif, arada bir “yaxşı” da al, sonra elə bilərlər ki, yalançı əlaçısan”. Təəssüf ki, artıq Məhərrəm haqda da keçmiş zamanda danışmalı oluruq.
Akiflə adətən, ön sırada, arabir də orta sıralarda “neytral” bir partada əyləşərdik. Amma o, hərdən dalğın olar, özünə qapılar, əlini çənəsinə dirəyib küncdəki partaların birində oturar, sanki “gözdən-könüldən” uzaqda durmaq istəyərdi. Lakin harada əyləşməyindən asılı olmayaraq o, auditoriyadakıların hamısının diqqətini maqnit kimi özünə sarı çəkərdi. Bu cazibə, bu “özünəçəkmə” Akifin biliyi, məlumatı, sadəliyi, yuxarıda dediyim kimi, geniş erudisiyası ilə bağlı idi. O, bəzən müəllimlərin belə, cavab verə bilmədiyi sualları özünəməxsus bir təmkinlə “xırdalayır”, izah edirdi. Mənim bu əməksevər dostumun çox güclü yaddaşı, rəvan nitqi, məntiqi təfəkkürü vardı.
Biz sonuncu kursda oxuyanda qara bir xəbər gəldi. Sarsıldım. Atam Qədimalı müəllim məktəbdə, dərsarası fasilə zamanı müəllimlər otağında qəflətən vəfat etmişdi. Qış imtahan sessiyamız təzəcə başa çatmışdı. Xəbəri eşidən kimi heç kəsə bir söz demədən yola düşdüm. Ağır anlarım, dərdli-qüssəli vaxtlarım idi. Sübh tezdən Qovlar stansiyasında qatardan düşüb Şınığa tərəf yola düşən avtobusa mindim. Hər tərəfi qar basmışdı. Mən mərkəzi magistraldan öz evimizəcən olan uzun bir yolu piyada qət etdim. Özümə yer tapa bilmirdim. Belə bir dərdli çağımda Akif qəfildən evimizdə peyda oldu. Mən təəccübləndim. Görəsən o, bu xəbəri haradan eşitmişdi? Akif yaşına yaraşmayan bir təmkinlə, yəni əsl müdrik, dünyagörmüş, aqil, ahıl insanlar kimi mənə ürək-dirək və təsəlli verdi. Gecə sübhəcən Akiflə dərdləşdik. Gənclik xəyallarımızı bölüşdük. Gələcəkdə hər ikimiz elm ardınca getmək niyyətində idik. Elə bu cür də oldu.
Bizim evimiz İsalı kəndinin yuxarı hissəsində yerləşir. Buradan az qala Şınıxın bütün kəndləri görünür. Səhərisi günü artıq günəş çıxmışdı. Akif əlini gözünün üstə qoyub uzaqlara, sanki ağ-gümüşü qalaya çəkilmiş dağlara nəzər salaraq dedi:
- Bir o qarlı dağlara bax. Sanki bizim Lerikin dağlarıdır. İlahi, dağlar da adamlar kimi bir-birinə necə oxşarmış...
Biz bir neçə gündən sonra o “qalaylanmış” dağların ətəyi ilə burula-burula şəhərə baş alıb gedən yola çıxdıq və birlikdə Bakıya qayıtdıq. Artıq son semestrin dərsləri başlamışdı.
Akif təyinatla o zamankı Puşkin rayonuna (indiki Biləsuvar rayonuna) getdi. Bir müddət orada müəllim işlədi. Qrup yoldaşımız Səadət xanımla ailə qurdu. Gözəl övladlar böyütdü. O, öz şəxsi-insani keyfiyyətləri ilə əslində elə anadangəlmə pedaqoq idi, müəllim idi.
Sonralar Akif Bakıya gəldi, Təhsil Problemləri İnstitutunda, Təhsil Nazirliyinin jurnalında çalışdı. Dissertasiya müdafiə etdi, ciddi elmi əsərlər yazdı. Universitetlərdə dərs dedi.
Ötən əsrin 90-cı illərinin ortasında mən “Maarifçi” adlı qəzetin baş redaktoru idim. Akifə zəng vurub dedim:
- Bura bax, sən onsuz da anadangəlmə maarifçisən. Niyə bizim qəzet üçün yazmayasan?
Akifin yazıları tez-tez qəzet-jurnallarda dərc edilirdi. O, öz yazı üslubu, problemə yanaşma tərzi ilə də seçilirdi.
Onun qələmindən çıxan onlarla dərslik, dərs vəsaiti, metodik tövsiyə və proqramlar hələ uzun müddət öz aktuallığını qoruyub saxlayacaq.
Akiflə tez-tez zəngləşər, məktublaşardıq. Son illər meydana gələn sosial şəbəkə isə bizim ünsiyyətimizin təzədən “bərpa edilməsində” əvəzsiz rol oynamışdı.
Dostum Akif Məmmədovun vaxtsız ölümü məni çox sarsıtdı.
P.S. Akif dostları-tanışları ilə bağlı maraqlı, məzəli məqamları ustalıqla danışır, bəzənsə qələmə alırdı. O, mənimlə əlaqədar bəzi “hadisələri” də öz yaddaşına yazmışdı. Sonralar həmin “yaddaş yazılarının” bir qismini mənə göndərmiş, hətta, bəzilərini dərc etdirmişdi.
İndi mən vaxtilə Akifin qələmə aldığı, hazırda əlimin altda olan həmin zarafatyana “əhvalatlardan” bir-ikisini təqdim etmək istəyirəm:
Akif Məmmədov: "Dostum Firuz Mustafa haqqında xatirələrimdən"
“Yol əhvalatı”
Yazıçı, filosof Firuz Mustafa ilə bir qrupda oxumuşuq, çox vaxt bir partada oturmuşuq. Məhərrəm adlı dostumuz da var idi, duzlu-məzəli zarafatları ilə tanınırdı (Allah rəhmət eləsin, dünyasını tez dəyişdi). Günümüz, demək olar ki, bir yerdə keçərdi. Bir dəfə dərsdən çıxıb, indiki Bülbül prospekti ilə üzüaşağı düşdük. 26-lar bağının (indiki Sahil) yanında ayrıldıq - Firuzla mən M. F. Axundov kitabxasına, Məhərrəm isə metroya tərəf.
Bir həftədən sonra Firuzu dekanlığa çağırdılar. Qayıdanda çox pərt idi, həyəcandan qızarmışdı. Məsələnin mahiyyətini isə sonra Məhərrəm danışdı. Demək, bir həftə əvvəl bizdən ayrılıb metroya gedən Məhərrəmi yolu düz keçmədiyinə görə milis (indiki yol polisi) saxlayır. Kimliyini və harada oxuduğunu soruşur. O da Firuzun adını, soyadını, atasının adını deyir və canını qurtarır. Milis də qaydaya əməl etməyən bu sovet tələbəsini tənbeh etmək üçün hadisəni protokollaşdırıb oxuduğumuz ali məktəbə göndərir. Firuz elə dekanlıqdaca məsələnin nə yerdə olduğunu başa düşmüş, ancaq səsini çıxarmamışdı. Odur ki, Məhərrəmə çatanda: “Mirzə, (Zarafatla bir-birinə belə müraciət edirdilər. O vaxt müəllimlərimiz Feyzulla Qasımzadə və İmran Babayevdən, necə deyərlər, “kopyalamışdılar”) Allah sənə lənət eləsin, məni biabır elədin”, - dedi.
Firuz dekanlıqda baş verənləri, Məhərrəm də yol milisi ilə aralarında olan əhvalatı olduğu kimi danışdı. Hamımız gülüşdük. Arada isə heç bir inciklik olmadı.
Daraq məsələsi
Birinci kursda oxuyurduq. Əksəriyyətimiz kənd uşaqları idi, hər şeydən çəkinir, bütün hərəkətlərimizi yüz ölçüb-biçir, dərsdə səsimizi çıxarmırdıq və s. Ancaq Firuz hərəkətlərinin sərbəstliyi, dünyagörüşünün zənginliyi ilə bizdən seçilirdi. Bir dəfə başını ülgüclə daz qırxdırıb dərsə gəlmişdi. Adətən, qabaq partada oturardı. Bilmirəm, səs saldı, ya nə elədisə, müəllim əsəbiləşdi və Firuzdan yerini dəyişib arxa partaya keçməyi tələb elədi. O da dinməz-soyləməz arxadakı boş partalardan birində əyləşdi. Dərsdə gərgin vəziyyət yarandı, hamımız qorxmağa başladıq ki, onsuz da qan-qan deyən bu müəllim indi bizi dolaşdırıb hamımıza “iki” verəcək. Dərsin “şirin” yerində Firuzun gur səsi hamımızın diqqətini ona yönəlti. O, Məhərrəmə müraciətlə:
- Mirzə, - dedi.
Məhərrəm də qeyri-ixtiyari cavab verdi:
- Can mirzə.
- Mirzə, o darağı tulla bəri, saçlarımı darayım.
Hamı, o cümlədən müəllim də Firuzun pəncərədən düşən işıqda par-parıldayan başına baxdı. Əvvəl özünü saxlaya bilməyən müəllimin, sonra da uşaqların qəhqəhəsi otağı bürüdü...
***
Fəlsəfə dərsində
“Fəlsəfə”dən (“Marksiz-leninizm fəlsəfəsi”ndən) bizə mərhum Həmid Əfəndiyev dərs deyirdi. O, tanınmış filosof Asif Əfəndiyevin doğmaca əmisi idi. Son dərəcə tələbkar, sərt olan bu müəllimdən qiymət almaq çox müşgül məsələ idi. Qatı kommunist idi, Kommunist Partiyasına, Sovet dövlətinə fanatcasına vurğun idi. Bir dəfə Məhərrəmdən soruşdu ki, hardansan? Məhərrəm də cəsarət və qürurla: “Gəncədənəm!”, - dedi (O vaxt bu şəhər “Kirovabad” adlanırdı). Kişini od götürdü, hikkəli-hikkəli az qala bir saat S. M. Kirovdan, onun Azərbaycan üçün əvəzsiz xidmətlərindən, Kompartiyanın ana xəttindən danışdı və Məhərrəm kimiləri nankorluqda, qədirbilməzlikdə suçladı.
Firuzla Məhərrəm yenə dinc durmur, arada müəllimə atmacalar atırdılar. Həmid müəllim əsəbiləşirdi.
Nəhayət, qorxduğumuz an – fəlsəfə imtahanı gəlib çatdı. Yuxarı kursun uşaqları Həmid müəllim və onun imtahandakı “əzazilliyi” haqqında o qədər danışmışdılar ki, qorxumuz birə on artmışdı. Əvvəlcə mən bilet çəkdim. Onun bir xasiyyəti var idi: sualı verirdi və konkret, kəsə cavab istəyirdi. Deyəsən, məndə alındı, sual-cavabdan pis keçmədim, qiymət kitabçama “beş” yazdı. Hələ üstəlik icazə də verdi ki, oturub o biri uşaqların cavablarına qulaq asım.
Qrupumuzda Qərib adında bir oğlan vardı. Blet çəkib əyləşdi, nə isə cızma-qara elədi, ancaq cavab verə bilmədi. Həmid müəllim Qəribin qaralamalarına baxdı, başını buladı. Sonra yazılı cavab tələb etdi. Qəribin cavab əvəzinə kağızda çəkdiyi əcaib şəkillərə görəndə isə kişi başını tutub qışqırdı: “Sən Kommunst Partiyasını ələ salırsan, ona karikatura çəkirsən? Dur çıx!”. “İki” yazdı və səhv eləmirəmsə, elə o “iki” ilə də Qərib institutdan qovuldu.
Açığı, Firuz fənlərin proqramı ilə o qədər də maraqlanmırdı, daha doğrusu, proqram çərçivəsinə sığmırdı. Geniş mütaliəsi var idi, çox vaxt proqramda olanları bir kənara qoyub, dünya ədəbiyyatından, fəlsəfə tarixindən... elə məsələləri öyrənərdi ki, onların çoxu heç proqramda olmurdu.
Amma Həmid müəllimlə belə “zarafat” eləmək təhlükəli idi. Hər ehtimala qarşı ehtiyat tədbirləri görmək lazım idi. Müəllimlərimizdən biri gəlib elə imtahanın gedişi zamanı Firuzu “əzazil” müəllimimizə tapşırdı. Həmid müəllim daha da əsəbiləşdi. Firuz bilet çəkdi, elə oradaca biletin suallarına baxdı və: “Müəllim, olar cavab verim, tanış suallardır”, - dedi. Və çox gözəl də cavab verdi. O danışdıqca Həmid müəllimin təəccübü artırdı. Firuz qurtaran kimi Həmid Əfəndiyev: “Bəs sən “Fəlsəfə”ni bu cür yüksək səviyyədə bilirsən, utanmırsan, filan hörmətli adamı mənə xahişə göndərirsən?”, - dedi.
Firuz dedi ki, o adamı mən göndərməmişəm, özü gəlib, çünki sizin xasiyyətinizə bələddir. Həmid müəllim qiymət kitabçasına “5” yazdı, ayağa durub, Firuzun əlini sıxaraq təbrik etdi. (“5” alanları bu cür yola salmaq onun adəti idi).
Sonralar dostum Firuz elə fəlsəfəni bir ixtisas və tədqiqat sahəsi kimi seçdi, ölkəmizin tanınmış filosoflarından biri kimi tanındı.
***
Mən Akif Məmmədovla bağlı xatirələrimə onunla yazışmalarımın kiçik bir parçasını da əlavə edirəm. “Epistolyar janrın” bu kiçik nümunəsində Akif mənim bir tarixi dramım barədə söhbət açaraq yazır:
Аkif Мəmmədov: “Hörmətli Firuz bəy, çiyninizi çox çətin və təbii ki, məsuliyyətli bir yükün altına vermisiniz. Pyesi diqqətlə bir də oxudum. Gəldiyim ilkin qənaət: Siz təkcə bədii yox, həm də elmi-tarixi-ədəbi faktlarla zəngin bir elmi əsər yazırsınız. Ədəbiyyatşünaslıqda "lize dram" deyilən bir janr var, bu dram əsərləri səhnəyə qoyulmaq üçün nəzərdə tutulmur, Cavidin "Peyğəmbər" dramı kimi. Mən inandım ki, əsəri yazanda Siz də o cür janrın tələbinə uyğun olaraq tamaşaçını qətiyyən nəzərə almamısınız. Yəni yaxşı eləmisiniz. İnanmıram ki, adi tamaşaçı oturub birnəfəsə bu əsərə tamaşa edə və bu qədər faktları həzm edə bilsin. Əsər tamaşaya qoyulsa, teatra yalnız intellektual səviyyəli adamlar gələcək, kütəvi tamaşa olmayacaq. Qardaşım, sən yaz. Amma nəzərə al ki, sən Azərbaycanın nisbətən az öyrənilən tarixini yazırsan. Tələbəlik dostumuz Heyran Yusifova demiş, "Bu cətin, məsuliyyətli, İlahi missiyanin altından uğurla, şərəflə qalxacağına əminəm".
Mən Akifə belə bir cavab yazdım:
Firuz Мustafa: “Əzizim Аkif bəy. Doğrudur, "lize dram"- qiraət (oxunmaq) üçün dramdır. Bunun ən parlaq nümunəsi Hötenin "Faust"u hesab olunur. Mən bu əsərdə qismən də olsa o dövrün (20-ci illərin) mənzərəsini yaratmaq istəyirəm. Əsərdə elmi-tarixi araşdırmalara da yer verilir. Həcmi geniş olacaq-təxminən üç yüz səhifə (Amma sonralar əsərin həcmi daha da atrdı-F.M.). Düz deyirsən, bu əsərdə bir neçə janrın "izi" hiss olunur. Elə əvvəldən nəzərdə tutmuşam ki, məhz bu cür olsun. Amma gələcəkdə bu əsəri həm də sırf dram əsəri kimi (səhnə üçün) işləmək istəyirəm. Yəni bəzi hallarda "dram içində dram" elementlərini qoruyub saxlayıram. Vaxt sərf edib oxuduğun və fikir dediyin üçün təşəkkür...”
İndi Akif bu dünyada yoxdur. O, əbədiyyət karvanına qoşulub. Amma mən öz əziz dostum Akif Məmmədovu daim ehtiramla xatırlayıram. Onun gülər çöhrəsi gözlərimin önündən bir canlı portret kimi asılıb.
Vaxt sürətlə keçir. Mənbəyi və mənsəbi bilinməyən zaman çayı sonsuzluğa doğru axır.
Hərdən sıramızda olmayan dostları yada salarkən düşünürəm ki, bir tərəfdən bizi bir-birimizdən uzaqlaşdıran, aramızdan keçən sürətli zaman çayı, o biri yandan bizi həm də bir-birimizə yaxınlaşdırır.
Bölməyə aid digər xəbərlər

Elegiya

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki