Deputat cərimələrdən şikayətlənib
Tarix: 04-12-2019 15:38 | Bölmə: Dünya / Xəbərlər
Deputat cərimələrdən şikayətlənib

“Yedinaya Rossiya” Partiyasından olan deputat Aleksandr Petrov cərimələrdən şikayətlənib.

Reyting.az
“Znak”-a istinadla xəbər verir ki, o, Rusiya Dövlət Dumasının plenar iclaslarında iştirak etməməyə görə cərimələrin "ölçülməz dərəcədə böyük" olduğunu düşünür.

"Xəstəlik məzuniyyətinə getdim, məni pulla cəzalandırdılar. Bunu haqlı səbəb olmadan etmişdilər”.

Hazırda Rusiya deputatları üçün cərimə 46 min rubla bərabərdir. Bundan əlavə, indi deputatların həmkarlarının yerinə səs verməsi qadağandır. Əks halda, bunu etmiş deputat cərimələnir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər